Məhkəmə qərarları › İş №2(102)-4311/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4311/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4311/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı2, cavabdeh Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Bank) qarşı girov müqaviləsinin etibarsız hesab edilməsi və zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hüseynov) iddia qismən təmin edilmiş, Cavabdeh2 ASC ilə Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021015/138523/G №-li əmanət girovu müqaviləsinin və Cavabdeh2 ASC ilə Cavabdeh1 və İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 141015/138523/G №-li əmanət girovu müqaviləsinin etibarsız hesab edilnəsi, xx.xx.2015-ci il tarixli “Güvən” əmanət müqaviləsi əsasında İddiaçı1 xeyrinə açılmış əmanət hesabından Cavabdeh2 ASC tərəfindən 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin silinməsinin qanunsuz hesab edilməsi və həmin məbləğin İddiaçı1 əmanət hesabına qaytarılması, vəkilə çəkilən xərcə görə 100 manatın və iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manatın, cəmi 130 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-dən müştərək qaydada alınaraq İddiaçı2 ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən M.Məmmədov, hakimlər Ş.Məhərrəmova və E.Şamayev) Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti kasasiya şikayəti ilə Azə rbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçılar, birgə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Bankın “Əməliyyat” Filialı ilə Cavabd eh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 021015/138523/G nömrəli və xx.xx.2015-ci il tarixli 141015/138523/G nömrəli “Əmanət girovu müqavilələrinin” 3.3.2- ci bəndlərinin etibarsız hesab edilməsi, Bank tərəfindən xx.xx.2018-ci il tarixdə İddiaçı1 əmanət hesabından 16.000 ABŞ dolları məbləğində pul vəsaitinin akseptsiz qaydada silinməsinin qanunsuz hesab edilərək həmin məbləğin İddiaçı1 əmanət hesabına qaytarılması, xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli “Əmanət girovu müqavilələrinin” etibarsız hesab edilməsi, “Əmanət girovu müqavilələrinin” etibarsız hesab olunması məhkəmə tərəfindən mümkün hesab edilmədiyi təqdirdə İddiaçı2 16.000 ABŞ dolları məbləğində dəymiş zərərin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi, iddiaçılara göst ərilmiş hüquqi yardıma görə vəkilə cəmi olaraq ödənilmiş 100 manat pulun və iddia ərizəsinin verilməsi üçün məhkəməyə ödənilmiş dövlət rüsumunun – 30 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, Cavabdeh1 ilə Ba nkın “Əməliyyat” Filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Güvən” əmanət müqaviləsinə əsasən Bank əmanətçidən 16.000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı1 xeyrinə qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda işin halları ilə müəyyən edilir ki, bankın “Əməliyyat” Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 34 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 6.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankın “Əməliyyat” Filialı ilə Cavabdeh1 və İddiaçı1 (girov qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmanət girovu müqaviləsinə əsasən xx.xx.2015ci il tarixli kredi t müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq depozit hesabı banka girov qoyulmuşdur. Həmçinin Bankın “Əməliyyat” Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 33 ay müddətinə illik 17 faiz ödəmək şərti ilə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankın “Əməliyyat” Filialı ilə Cavabdeh1 (borcalan) və İddiaçı1 (girov qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Əmanət girovu müqaviləsinə” əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq **********23377301 saylı depozit hesabı banka girov qoyulmuşdur. Həmçinin iş materiallarından görünür ki, kredit müqavilələri üzrə öhdəliklər Cavabdeh1 tərəfindən yerinə yetirilmədiyi üçün ödəniş xx.xx.2015-ci il tarixli “Gü vən” əmanət müqaviləsinə yönəldilərək tələblərin tam həcmdə ödənilməsi üçün əmanət məbləği mübahisəsiz qaydada silinmişdir. Bundan başqa qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 xeyrinə bağlanmış “Güvən” əmanət müqaviləsi üzrə onun əmanətçi hüquqlarının tanınması, əmanət müqaviləsindən irəli gələn bütün hüquqların, o cümlədən əmanətçi hüquqlarının qeydə alınması və rəsmişləşdirilməsi vəzifəsinin cavabdeh Bankın üzərinə qoyulması qət edilmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, yuxarıda qeyd olunan hər iki əmanət girovu müqavilələri girov qoyan İddiaçı1 əvəzinə Cavabdeh1 tərəfindən imzalanmışdır. Halbuki onun İddiaçı1 əvəzinə müqaviləni imzalamaq səlahiyyəti olmamışdır (nümayəndə və ya qanuni nümayəndə qismində). Azərba ycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir (maddə 324.1.). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifa dəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (maddə 324.4.). Həmin Məcəllənin 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.) Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır (maddə 337.2.) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Həmin Məcəllənin 358.1-ci maddəsinə görə, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 360.1-ci maddəsinə görə, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahi yyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Beləliklə iş materiallarından göründüyü kimi, əmanət İddiaçı1 xeyrinə qoyulmuşdur və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 xeyrinə bağlanmış “Güvən” əmanət müqaviləsi üzrə onun əmanətçi hüquqları tanınmışdır. İddiaçı1 isə Bank qarşısında vaxtı keçmiş borc öhdəliyi olmamışdır. Bank qarşısında vaxtı keçmiş borc öhdəliyi Cavabdeh1 olmuşdur. Müqavilənin həmin bəndinə istinad edərək Cavabdeh1 Bank qarşısında vaxtı keçmiş borc öhdəliyinə görə həmin borcun İddiaçı1 əmanət hesabından mübahisəsiz qaydada silinməsi isə qanunsuz və əsassız hesab edilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Mə hkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar