Məhkəmə qərarları › İş №2(102)-4312/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4312/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4312/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X3, cavabdehin vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim C.Tağıyev) İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «kredit müqaviləsinin şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən, məruzəçi), İ.Şirinov və E.Kazımov, 2(103)-731/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(006)383/2019 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı onunla cavabdeh “xxxx” KB ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 38KL/14 saylı «əsas kredit müqaviləsi»nə istinadla tərtib edilmiş xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı əlavə kredit müqaviləsi şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi barədə iddia tələbləri təmin edilməmişdir. İşin halları: İddiaçı cavabdeh «xxxx» KB A SC-yə qarşı «kredit müqaviləsinin şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» KB ASC ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli 38KL/14 saylı «Əsas Kredit Müqaviləsi»nə istinadla tərtib edilmiş xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı Əlavə Kredit Müqaviləsinə aşağıdakı dəyişikliklərin edilməsini xahiş etmişdir: Müqavilənin 2.4-cü yarımbəndi aşağıdakı redaksiyaya dəyişdirilsin: «Bu müqavilə üzrə əsas borc müqavilənin tərkib hissəsi olan «Ödəmə cədvəli»nə (Əlavə N1) uyğun olaraq aylar üzrə, faizlər isə bir (1) ilin sonuncu həftəsində ödənilməlidir.» Müqavilənin 2.5ci yarımbəndi aşağıdakı redaksiyada yazılsın: «Kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirili r. Lakin, tərəflər razılığa gəlirlər ki, Azərbaycan manatının dəyərinin ABŞ dolları qarşısında birdən-birə, 10 (on) faizdən artıq ucuzlaşması «fors-major» halı kimi qiymətləndirilir və bu, borclunu öz öhdəliklərini Mülki Məcəllənin 439.7-ci maddəsində göstərildiyi qaydada («Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı sayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir») yerinə yetirməkdən azad edir. Bu halda tərəflər arasında ödəmə şərtləri ilə bağlı yeni müqavilə bağlanmalıdır.» Müqavilənin 2.8.8-ci yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 2.11-ci yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 3.1.1-ci yarımbəndinə bu müqavilə üçün ehtiyac olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 3.1.7-ci yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 3.1.9-cu yarımbəndindən «bu Müqavilənin» sözbirləşməsi müqavilədən çıxarılması, Müqavilənin 3.1.10-cu yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 3.1.11-ci yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 3.2.9-cu yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 3.2.18-ci yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 4-cü bəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə bütünlüklə müqavilədən çıxarılması, Müqavilənin 6.3-cü yarımbəndində hər iki halda «360 %» əvəzinə «Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövr üçün müəyyən etdiyi illik uçot dərəcəsi ilə» sözləri ilə əvəz edilməsi, Müqavilənin 6.4-cü yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 8.1-ci yarımbəndinin müqaviləyə ümumiyyətlə aidiyyati olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 8.2-ci yarımbəndinin Müqavilənin 8.1 -ci yarımbəndinə köçürülməsi, Müqavilənin 8.2-ci yarımbəndinin yeni aşağıdakı redaksiyada –«Bu Müqavilə üzrə verilmiş kreditlə əlaqədar olaraq xx.xx.2014-cü il tarixli 38KL/14 saylı «Əsas Kredit Müqaviləsi»nin hər hansı müddəası ilə bu Müqavilənin müddəası arasında ziddiyət meydana gəldikdə yalnız bu Müqavilənin müddəası tətbiq edilir.» yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. 2014-cü ildə bir milyon manatlıq kredit xətti müqaviləsi bağlanır. Elə həmin il 40.000 dollar kredit verilir. Bundan sonra devalvasiya baş verir. İddiaçı tələb edir ki, müqavilənin şərtləri dəyişilsin. Kredit manatla göstərilsin, faiz ilin sonunda verilsin. Tələbinin əsası kimi Azərbaycan R espublikası Mülki Məcəlləsinin 439, 556, 557, 741-ci maddələri tətbiq olunmalıdır. Prosessual məsələlər və tərəflərin izahatları: İddiaçı və onun vəkili X3 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instan siya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulm uş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «xxxx» KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 38KL/14 saylı «Əsas Kredit Müqaviləsi» ilə «xxxx» KB ASC tərəfindən İddiaçı ******* (bir milyon) AZN məbləğində 60 (altmış) ay müddətinə, xx.xx.2019-cu il tarixinədək müddət ərzində, həmin Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanımaqla kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı «Əlavə Kredit Müqaviləsi» ilə isə İddiaçı «xxxx» KB ASC-dən 18 (on səkkiz) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 40.000 (qırx min) ABŞ Dolları məbləğində fərdi istehlak krediti götürmüşdür. Əlavə kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. Daha sonra, xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı «Əlavə Kredit Müqaviləsi»nə edilən dəyişikliyə, yəni «xxxx» KB ASC ilə aralarında bağlanılmış xx.xx.2015-ci il tarixli «Saziş»ə əsasən kreditin müddəti - 24 (iyirmi dörd) ay, illik faiz dərəcəsi isə 19,5 %(on doqquz tam onda beş) müəyyən edilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı Əlavə Kredit Müqaviləsinə bir sıra dəyişikliklərin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən qeyd etmişdir ki, iddiaçı qeyd olunan müqavilənin şərtlərinin dəyişdirilməsi xahişi ilə xx.xx.2017-ci il tarixdə banka müraciət etdiyini bildirsə də, banka rəsmi qaydada müraciət etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və bu əsasla iddianı rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, mülki iş materiallarının 21-ci vərəqində surəti olan və hazırda apellyasiya baxışı zamanı əsli təqdim edilən xx xxx 2017-ci il tarixli təklifdən və tərəflərin izahatlarından görünür ki, İddiaçı müqavilə şərtlərinin dəyişdirilməsi üçün «xxxx» KB ASC-yə pretenziya qaydasında müraciət etmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmiş iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kən ar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl etməməsi iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas kimi müəyyən edilmişdir. Apelyasiya məhkəməsi maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi əsası ilə qətnamənin ləğv edilməsi nəticəsinə gələrək iddia tələblərini mülki qanunverciliyin normaları ilə müqayisəli şəkildə araşdırıb hesab etmişdir ki, iddianın hüquqi əsası olmadığından tələb təmin edilməməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə istinad etməklə iddia tələblərinin əsası kimi manatın məzənnəsinin ABŞ dollarına münasibətdə dəyişməsini nəzərə alaraq müqavilə şərtlərinin dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən f iziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyi şməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən müqavilə şərtlərinin dyişdirilməli olması barədə iddia tələblərini əsassız hesab edib qeyd edir ki, əvvəla müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər (MM 421.1, 421.2). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin x xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin məzmununa (pul öhdəliyi manatla ifadə edilməlidir, əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər) istinad edərək onun tərəf olduğu kredit müqaviləsində borc (kredit) predmetinin xarici valyutada göstərilməsinin qanu na zidd olduğunu göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxx 2015-ci il tarixli qərarına əsasən kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibət lərə şamil olunmur. İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə, o cümlədən əlavə kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılmasını kreditin verildiyi valyutada həyata keçirilməsinə dair razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Eyni zamanda müqavilənin bir sıra bəndlərinin çıxarılması ilə bağlı qeyd olunmalıdır ki, tərəflərin müqavilə bağlayarkən müqavilə şərtlərini müəyyən etməsi qanundan irəli gəlir. Tərəflər müqavilə bağlayarkən qanuna zidd olmayan şərtlər barədə razılığa gələ bilərlər. İddiaçının mübahisələndirdiyi bəndlər tərəflərin sərbəst iradə ifadəsi olaraq müqaviləyə daxil edildiyindən onların müqavilədən xaric edilməsi barəd ə tələb əsaslı hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar