Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4313/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının İddiaçı X5 İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və na qarşı iş üzrə QƏRARİ (Açar sözlər:borcun tutulması, zaminliyə xitam) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1648/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC (bundan sonra bank və ya iddiaçı) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İKM 175 saylı istehlak krediti müqaviləsinə (bundan sonra kredit müqaviləsi) əsasən, bank tərəfindən kredit alana 18 ay müddətinə illik 30% dərəcəsi ilə 1900 manat məbləğində kredit verilmiş, kredit alan tərəfindən isə kreditin və hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən bankın kassasına nağd və ya onun müxbir hesabına köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılması öhdəsinə götürülmüşdür.
2. İddiaçı ilə digər cavabdeh arasında xx.xx.2015-ci il tarixdə za minlik müqaviləsi bağlanmış, Cavabdeh2 bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin tam həcmdə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
3. Ödəniş cədvəlindən görünür ki, borclu Cavabdeh1 hər ay banka 132,37 manat ödəməyi öz üzərinə götürmüşdür.
4. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş, əks halda barəsində qanuna müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.
5. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, Cavabdeh1 borcunun restrukturizasiya məbləği 1813,96 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1813,96 manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1105,94 manat faiz borcunun, müqavilə bitdikdən sonra əsas borca illik 5% hesablanmış 258,50 manat borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1674,86 manat cərimə borcunun, cəmi 4853,26 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı bankın hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, qeyd olunan kredit m üqaviləsinin şərtlərini pozmuşdur. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması tələbi ilə bağlı xəbərdarlıq olunsa da, cavabdeh borcun qaytarılmasından yayınmışdır.
8. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2019-cu il tarixinə hesablanmış 1813,96 manat əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 1105,94 manat faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik 5% hesablanmış 258,50 manat borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1674,86 manat cərimə borcu, cəmi 4853,26 manat borcu vardır.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Gü nel Abbasova) xx xxxxxx 2019-cu il tarixli 2(001)-7977/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 1813,96 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X5 İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. 11.Qətnaməni cavabdeh iddia tələbini təmin edilən hissədə mübahisələndirməmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İsmayıl Xəlilov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləiddiaçı X5 İddiaçı ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-7977/2019 qətnaməsi iddiaçı X5 İddiaçı ASC-nin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apelyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
14. Apelyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin rədd edilən hissəsi ilə qeyd etmişdir ki, iddia tələbinin faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği hissəsini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, iddiaçı bu hissələrdə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Cavabdeh nın zaminliyinə əsassız xitam verilməsi barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsinin müddəti xx xxxxxxx 2016-cı il tarixdə başa çatdıqdan sonra kreditor, yəni İddiaçı ASC tərəfindən zamin na qarşı iddia irəli sürülmədiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq zaminliyə xitam vermişdir. (§ 26-27) Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçı larının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)1648/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi nin ləğv edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsaslı olmasına dair kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin olması barədə iş materiallarında tərəflər arasında bağlanmış müqavilənin əsli, cavabdehin hesabından çıxarış, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd edilmiş əsaslar açıq-aşkar göründüyü halda məhkəmə əsassız olaraq qa nunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçının vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılard an biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 22. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəki nməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 24. 443.1-ci maddəsinə görə Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 25. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 26. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmay ıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 27. 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 28. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan ist ifadə etməlidir. 29. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30. 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 31. 416-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı bank tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası he sab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir.
36. İddiaçı kasasiya şikayətində faiz, cərimə və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin olması barədə iş materiallarında tərəflər arasında bağlanmış müqavilənin əsli, cavabdehin hesabından çıxarış, ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər məhkəməyə təqdim edildiyini qeyd etmişdir. Məhkə mə kollegiyası bununla bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi qeyd edilən sənədləri tədqiq etmiş, iş materiallarına əsasən cavabdehin banka 1813,96 manat əsas borcdan əlavə faiz, cərimə borcunun olmamasını müəyyən etmişdir. Bu hal işə əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair məlumatdan da görünür. (§ 5). Ona görə də, kasasiya şikayətinin dəlilləri öz təsdini tapmır. Şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-1648/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov