Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4313/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X17 oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil2 Əfrayıl oğlunun, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və vəkili Nümayəndə2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7491/2020 saylı, 27.11.2020-ci il tarixli qətn aməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC-nin direktoru ilə bağlanmış 20.10.2004-cü il tarixli müqavilə əsasında "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, torpaq sahəsindən 2000 kv.m. hissəsi Cavabdeh sartılmışdır. Həmin torpaq sahəsi üzərində (ünvan 1 ünvanda yerləşən 2000 kv.m. torpaq sahəsi) Cavabdeh mülkiyyət hüququ 10.11.2004-cü ildə qeydiyyata alınmış, bu barədə Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 003787 saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.
2. Alğı-satqıdan sonra, yəni 22.11.2004-cü ildə ünvan 1 ünvanda yerləşən 13206 kv.m. torpaq sahəsi "xxxx" ASC-nin mülkiyyəti kimi qeydiyyata alınmışdır. "xxxx" ASC sonradan “Kommersiya hüquqi şəxslərin dövlət reyestri”ndə İddiaçı MMC adı ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestri xidmətində sözügedən torpaq sahəsi 01.02.2017-ci il tarixdə 1.345 ha olaraq İddiaçı MMC-nin adına qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir.
3. Cavabdeh onun həmin torpaq sahəsindən 250 kv.m. hissəsini 03.10.2014-cü il tarixli müqavilə bağlamaqla bir il müddətinə 1000 manata X4, 240 kv.m. hissəsini 04.04.2015-ci il tarixli müqavilə bağlamaqla bir il müddətinə X3 icarəyə vermişdir.
4. X7, X6 və X12 və X10 14 noyabr 2016-cı il tarixdə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə şikayət ərizələri ilə müraciət edərək, onların ünvan 1 ünvanda icarəyə götürüb işlətdikləri mağazaların 2016-cı il noyabr ayının 13-dən 14-nə keçən gecə naməlum şəxslər tərəfindən söküldüyünü bildirmişlər. Həmin ərizələrin əsasında cinayət işi başlanmış, istintaq zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən və Cavabdeh istifadəsində olan torpaq sahəsinin bir hissəsində olan tikililər və hasar İddiaçı MMC-nin direktoru X5 göstərişi ilə sökülmüşdür. Sökülmüş hissəsnin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının rəyinə əsasən MMC-yə məxsus olması müəyyən edilmişdir. Bununla yanaşı istintaq zamanı sökülmüş tikililərin icarədarları, yəni X9, X6, X13 və X11 istintaqa ərizə ilə müraciət edərək, həmin hadisə ilə bağlı heç bir şikayətlərinin və tələblərinin olmamasını göstərmişlər və cinayət tərkibi olmadığından 10 may 2017-ci il tarixli qərarla cinayət işinin icraatına xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 360.000 manat pulun tutulmasını xahiş etmişdir. 6.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 3 ünvanında ümumi sahəsi 13206,7 kv.m. olan torpaq sahəsi İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" ASC) mülkiyyətindədir. 2004-cü ildə Cavabdeh yuxarıda qeyd edilən ərazinin bir hissəsini qanunsuz olaraq zəbt etmişdir. Ərazini zəbt etdikdən sonra orada 4 təsərrüfat obyekti və bir mərmər sexi tikdirib icarəyə vermişdir. Obyektlər 2004-cü ildən bu günə kimi 12 il ərzində icarəyə verilmişdir. Hər bir obyektdən ayda 500 manat miqdarında icarə haqqı əldə edilməsi nəzərə alınarsa cavabdeh 12 il müddətə ümumi olaraq 360000 manat məbləğində gəlir əldə etmişdir.
7. Cavabdeh İddiaçı MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 170.000 manat, mənəvi zərərə görə 200.000 manat olmaqla, cəmi 370.000 manat pulun cavabdeh İddiaçı MMC-dən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onun tərəfindən İddiaçı MMC-yə məxsus torpaq sahəsi zəbt edilməmiş və həmin cəmiyyətə hər hansı bir zərər vurulmamışdır. Əksinə, iddiaçı tərəfindən ona maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, ünvan 4 ünvanında yerləşən 2000 kv.m. torpaq sahəsinin mülkiyyətçisidir. İddiaçı MMC-nin əməkdaşları 2016-cı ilin noyabr ayının 13-dən 14-nə keçən gecə mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə ağır texnika ilə qanunsuz olaraq özbaşına girməklə orada olan elektrik, mexaniki, avtomatik avadanlıqları, mühafizə otağını, elektrik xətlərini, elektrik qurğularını və digər əmlakları yararsız hala salmışlar. Həmçinin onlar tərəfindən 75 metr uzunluğunda olan daş hasarı uçurulmuş və dəmir darvaza sındırılmışdır. Bundan başqa həmin ünvanda icarədarlara məxsus olan əmlaklar da yararsız hala salınmışdır. Bunun nəticəsində ona külli miqdarda maddi zərər dəymişdir. Həmçinin artıq bir neçə aydır ki, həmin ünvanda yerləşən sahəni digər şəxslərə icarəyə verə bilmədiyi üçün fayda əldə edə bilmədiyindən də ona maddi zərər vurulmuşdur. Vurulmuş maddi zərərin məbləği 170.000 manat təşkil edir. Bundan başqa cavabdehin yuxarıda qeyd edilən hərəkətləri ona iztirablar və sarsıntılar verməklə mənəvi zərər vurmuşdur. Mənəvi zərər üzrə təzminatın məbləği 200000 manat təşkil edir.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli 2(008)1078/2017 saylı qətnaməsi ilə (hakim Mehriban Qarayeva) ilk iddia qismən təmin edilərək, Cavabdeh 273600 manat pulun əldən çıxmış faydaya görə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 273630 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının mülkiyyətində olan tor paq sahəsini qanunsuz zəbt edib həmin torpaq sahəsini bir neçə icarədara icarəyə verməklə gəlir əldə etməsi əldən çıxmış faydanın məbləğinin hesablanması üçün əsas götürülməlidir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh sözügedən torpaq sahəsini icarəyə verib icarə haqqını aldığını bildirsə də, bu barədə heç bir rəsmi sənəd təqdim etməmiş, iddiaçı isə hər bir obyektdən ayda 500 manat icarə haqqı əldə edildiyini, 12 il müddətə ümumi olaraq 360.000 manat gəlir götürüldüyünü iddia etmişdir. Məhkəmə öz sərəncamında olan faktlara əsaslanaraq, yəni məhkəmə iclasında dindirilmiş şahid X2 (03 oktyabr 2014-cü il tarixdən 250 kv.metr əraziyə görə aylıq 1.000 manat) və istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslər X1 (2013-cü ilin dekabr ayından şəriki X13 ilə birlikdə 410 kv.m. əraziy ə görə aylıq 500 manat), X8 (2016-cı ilin may ayından 133 kv.m. əraziyə görə aylıq 400 manat) icarə haqqı ödədikləri barədə ifadələri, qismən də olsa cavabdehin özünün izahatı əsasında hesablama aparır.
12. Məhkəmə hesab etmişdir ki, İddiaçı MMC-yə məxsus torpaq sahəsində tikilmiş obyektlər cavabdeh tərəfindən 2004-cü il tarixindən bu günə kimi 12 il ərzində icarəyə verilmiş, həmin ərazidə yerləşən 3 obyektdən 2016-cı ilin noyabr ayına qədər ayda 1900 manat icarə haqqı alınmış, ümumi olaraq 12 il müddətə 273.600 manat gəlir əldə etmişdir. Bu gəlir, iddiaçının əldən çıxmış faydasıdır.
13. Məhkəmə həmçinin qarşılıqlı iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən torpaq sahəsində onun tərəfindən düzəldilmiş hasarın sökülm əsi, su xəttlərinin və işıq xəttlərinin məhv edilməsi nəticəsində ona 170.000 manat maddi zərər dəyməsi hallarını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilib, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, V.Ə.Baxışova və N.Ş.Cəfərov) apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqus t 2017-ci il tarixli qətnaməsinin ilkin iddia tələbinin qismən təmin edilərək Cavabdeh 273.600 manat pul əldən çıxmış faydaya görə və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 237630 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi qət edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin istifadəsində, İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş obyektlərin onun tərəfindən 2004-cü il tarixindən bu günə kimi 12 il ərzində icarəyə verildiyi, həmin ərazidə yerləşən 3 obyektdən 2016-cı ilin noyabr ayına qədər ayda 1900 manat icarə haqqının alınd ığı, ümumi olaraq 12 il müddətə 273600 manat gəlir əldə edildiyinə dair gəldiyi nəticədə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi buna dair gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cinayət işinin istintaqı zamanı ünvan 4 ünvanında yerləşən və Cavabdeh istifadəsində olan torpaq sahəsinin İddiaçı MMC-nin direktoru X5 göstərişi ilə sökülmüş hissəsinin iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının rəyinə əsasən İddiaçı MMC-yə məxsus olması müəyyən edilmişdir. İddiaçı isə cavabdehin zəbt etdiyi torpaq sahəsində 12 il ərzində icarəyə obyekt verdiyini bildirsə də, icarəyə verilmiş obyektlərin ünvan 4 ünvanında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan, lakin istifadə etmədiyi 0,0697 ha torpaq sahəsinin 0,0467 ha torpaq sahəsində olduğuna dair hər hansı sübut təqdim etməmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehə qarşı tələbin əsaslılığı nəticəsinə gələ bilmək üçün iddiaçı ilk növbədə mülkiyyətində olan 1,2345 ha torpaq sahəsinin ərazisində cavabdehin obyekt tikib icarəyə verməsini, tikililərin məhz həmin torpaq sahəsində yerləşməsini və həmin tikililərə görə cavabdeh tərəfindən 2004-cü ildən etibarən icarə haqqının alınmasını sübut etməlidir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin təmin edilmədiyinə dair gəldiyi nəticədə qanuni və əsaslı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddiaçının maddi ziyanla bağlı İddiaçı MMC-yə qarşı tələbləri də hər hansı mötəbər sübutlarla dəstləklənmir. c) Kasasiya instansi yası məhkəməsində birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12 iyun 2018-ci il tarixli qərarı ilə (hakimlər Ə.Ə.Əliyev sədrlik edən, məruzəçi A.K.Kalbalıyev və V.Ə.İbayev) İddiaçı MMC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ekspertiza rəyi ilə cavabdehin iddiaçının mülkiyyətində olan 0,0467 ha torpaq sahəsindən istifadə etdiyi müəyyən edilsə də, icarəyə verilmiş obyektlərin cavabdehin məhz qanunsuz olaraq istifadə etdiyi torpaq sahəsində yerləşməsi müəyyən edilməmişdir. Göstərilən hala əsasən apellyasiya instansiyası mə hkəməsi qəbul etdiyi qətnaməni sübutetmə yükünə istinad etməklə onunla əsaslandırmışdır ki, iddiaçı icarəyə verilmiş obyektlərin cavabdehin qanunsuz istifadə etdiyi 0,0467 ha torpaq sahəsində yerləşməsini sübut edə bilməmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən əsaslandırma ilə iddianı rədd edən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, bu halın müəyyən edilməsi xüsusi bilik tələb edən sahəyə aid olduğundan iş üzrə məhkəmə-tikinti ekspertizasının keçirilməsi vasitəsilə mümkündür.
22. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, hazırkı mülki iş üzrə işin sübut edilməyən və ilkin iddianın rədd edilməsinə əsas olan halın, yəni icarəyə verilmiş tikililərin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün ape llyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə ekspertiza təyin etməli olduğu halda ekspertizanın keçirilməsi barədə müvafiq qərardad qəbul etməmiş və nəticədə bu hal prosessual hüquq normalarının pozuntusuna səbəb olmaqla qanuni və əsaslı olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(103)-9245/2018 saylı qətnaməsi ilə (hakimlər T.S.Səmədov sədrlik edən, məruzəçi, İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın qismən təmin və qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, İddiaçı MMC verdiyi iddia ərizəsində ilk növbədə ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək qanunsuz istifadə edildiyini, daha sonra isə qanunsuz istifadənin nəticəsində cavabdehin həmin torpaq sahəsi üzərindəki tikililərlə (obyektlərlə) birlikdə qeyri-rəsmi icarəyə verməklə gəlir əldə etdiyini iddia edir.
25. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı MMC iddia tələblərini qismən əsaslandıra və sübut edə bilmişdir. İş üzrə keçirilmiş məhkəmə baxışları, eləcə də hazırki apellyasiya baxışı zamanı bir daha təsdiq olunmuşdur ki, İddiaçı MMC– nin mülkiyyətində olan, lakin istifadə etmədiyi 0,0697 ha torpaq sahəsinin 0,0467 hekt arı 12 il müddət ərzində Cavabdeh tərəfindən zəbt edilərək qanunsuz olaraq istifadə olunur. Həmin torpaq sahəsinin 2004-cü ildən etibarən qanunsuz istifadəsində olması iddiaçının həmin torpaq sahəsinə dair sərəncam vermək, istifadə etmək, Cavabdeh kimi icarəyə vermək və bununla da həmin torpaq sahəsindən fayda və gəlir əldə etmək hüquqlarından məhrum etmişdir ki, MMC-nin bu hüquqları pozulmasaydı, MMC kommersiya hüquqi şəxs olaraq adi mülki dövriyyə şəraitində həmin torpaq sahəsini Cavabdeh kimi icarəyə verməklə və yaxud başqa bir formada gəlir əldə edəcəkdi.
26. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə düzgün və əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən mübahisəl i torpaq sahəsində onun tərəfindən düzəldilmiş hasarın sökülməsi, su xəttlərinin və işıq xəttlərinin məhv edilməsi nəticəsində ona 170.000 manat məbləğində maddi və 200.000 manat mənəvi zərər dəyməsi hallarını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və bu səbəbdən qarşılıqlı iddianı rədd etmişdir. d) Kasasiya instansiyası məhkəməsində ikinci icraat
27. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişdir.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26.02.2019-cu il tarixli, 2(102)-1227/2019 saylı qərarı ilə (hakimlər Ə.A.Əhmədov (sədrlik edən, məruzəçi) İ.K.Dəmirov və A.Ə.İsgəndərov) Cavabdeh və vəkili Nümayəndə2 kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli, 2(103)-9245/2018 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
29. Kassasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin tələblərini əsas tutub hesab etmişdir ki, hazırkı mülki mübahisə üzrə cavabdeh o, vaxt mülki hüquqi məsuliyyət daşımağa borcludur ki, iddiaçıya qarşı hər hansı delikt törətmiş olsun, yəni o, hüquqla və ya qanunla müdafiə edilən iddiaçı təşkilata birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran hər hansı təqsirli, hüquqa zidd əməl törətmiş olsun və nəticədə iddiaçı təşkilat adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış faydadan) məhrum olmuş olsun və işin bu halları möhtəbər yazılı sübutlarla təsdiq edilsin (məsələn, ekspertin rəyi, hüquqi şəxsin döriyyəsini öz ündə ehtiva edən maliyyə sənədləri və sair).
30. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarının təfisirində səhvə yol verərək, 10 noyabr 2004-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 5 ünvanda yerləşən 2000 kv.metr torpaq sahəsinin cavabdehin, 01 fevral 2017-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən həmin ünvanda yerləşən 1.2345 ha torpaq sahəsinin iddiaçı təşkilatın mülkiyyətində olmaqla, həmin torpaq sahələrinin eyni ərazidə yerləşməklə həmsərhəd olmasına əhəmiyyət vermədən, zərurət yarandığı halda iş üzrə müvafiq ekspertizalar keçirib tərəflərin sənəd üzrə və faktiki istifadələrində olan torpaq sahələrinin ölçüsünü, sərhədlərini, eləcə də 4 ədəd təsərrüfat obyektinin, 1 ədəd mərmər sexinin cavabdeh tərəfind ən zəbt edildiyi iddia edilən 0,0467 ha torpaq sahəsində inşa edilib-edilməməsini müəyyən etmək üçün əsaslandırılmış rəy almadan, həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunub-olunmamasına, 2004-cü ildən onun tərəfindən iddiaçı təşkilata qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkət və ya hərəkətsizliyə yol verilib-verilməməsinə aydınlıq gətirmədən, yalnız istintaq orqanının “cinayət işi üzrə icraata xitam verilməsinə dair” 10 may 2017-ci il tarixli qərarına və həmin cinayət işi üzrə alınmış məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizasının 10 may 2017-ci il tarixli rəyinə istinad edərək, cavabdehin təqsiri üzündən son 12 il ərzində iddiaçı təşkilatın adi mülki dövriyyə şəraitində əldə edəcəyi 273.630 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum olmasına dair səhv nəticəyə gəlmişdir.
31. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmamış və hesab etmişdir ki, istintaq orqanının sözügedən qərarı, ekspert rəyi iddiaçı təşkilata məxsus olan torpaq sahəsinin 0,0467 ha hissəsinin 2004-cü ildən cavabdeh tərəfindən məhz zəbt olunması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, həmin rəydən görünür ki, iddiaçı təşkilatın mülkiyyətində 1.2345 ha torpaq sahəsi vardır və sonuncu həmin torpaq sahəsinin sərhədləri daxilində mövcud vəziyyət üzrə 1.1648 ha torpaq sahəsindən istifadə edir. Cavabdeh isə 0,2463 ha torpaq sahəsini hasarlayaraq istifadə edir. İddiaçı təşkilatın mülkiyyətində olan lakin istifadə etmədiyi 0,0697 ha torpaq sahəsinin 0,00467 ha hissəsi cavabbeh tərəfin dən istifadə olunur. Lakin həmin ərazidə cavabdehin mülkiyyətində torpaq sahəsinin olmasına dair heç bir məlumat yoxdur.
32. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə ifadələri alınmış 2013-2014-cü ildən 2016-cı ilin noyabr ayınadək sözügedən torpaq sahəsini cavabdehdən icarəyə götürmələri barədə Sənubər Əliyeva, Raqif Səfərov, Xəqani Babayev və Səlimxan Kardaşevin ifadələrinə sübut kimi istinad etsə də, iddiaçı təşkilata məxsus torpaq sahəsinin 2004-cü ildən cavabdeh tərəfindən zəbt olunmasına dair ziddiyyətli nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət vermədən, iddiaçı təşkilatın mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəf indən zəbt olunduğu iddia edilən 0,0467 ha torpaq sahəsindən dəfələrlə çox olduğu halda, 2004-cü ildən ötən müddət ərzində həmin torpaq sahəsindən hər hansı gəlir əldə edib-etməməsini aydınlaşdırmadan, zərurət yarandığı halda bu barədə müvafiq ekspertiza keçirib rəy almadan, yalnız iddiaçı təşkilatın nizamnamə kapitalının 65282 manat təşkil etməsini əsas tutub, həmin halı iddiaçı təşkilatın gəlirlə işləməsi kimi qiymətləndirmiş və iddiaçı təşkilatın 2004-cü ildən ötən müddət ərzində hansı səbəbdən sözügedən torpaq sahəsini cavabdehin geri tələb etməməsinin səbəblərini aydınlaşdırmamışdır.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin son 12 il müddət ərzində mübahisəli torpaq sahəsindən hər ay 1.900 manat gəlir götürməsini hansı sübutlara əsasən mü əyyən etməsini qətnamədə əsaslandırmamışdır. Halbuki, cinayət işi üzrə ifadəsi alınmış Səlimxan Kardaşevin 2013-cü ilin dekabr ayından 2016-cı ilin noyabr ayınadək hər ay 500 manat icarə haqqı ödədiyi 410 kv.metr torpaq sahəsinin ölçüləri faktiki olaraq zəbt olunduğu iddia edilən 467 kv.metr torpaq sahəsinə bərabər olmuşdur. e) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
35. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.02.2020-ci il tarixli, 2(103)241/2020 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və A.Ə.Hüseyn) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsin də dəyişdirilmədən saxlanılmışdır.
36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında da məhz cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsindən faktiki istifadə edilibedilməməsi, edildiyi təqdirdə həmin sahənin dəqiq yeri, koordinatları və ölçüləri, həmçinin həmin sahədə hər hansı tikilinin (təsərrüfat obyekti, sex və s.) mövcud olub-olmaması barədə təfsilatlı suallar qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2019cu il tarixli, 15269 saylı ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 18 noyabr 2019 -cu il tarixli, **********03 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı MMC-nin və Cavabdeh faktiki istifadəsində olan torpaq sahələrinin müvafiq olaraq İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 1,2345 ha torpaq sahəsinin və Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 2000 kv.m. torpaq sahəsinin ölçü və koordinatları ilə mülkiyyət sənədləri üzrə 45 kv.m. hissəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Aparılmış tədqiqat nəticəsində mülkiyyət sənədi üzrə mübahisələndirilən 543 kv.m. torpaq sahəsinin 45 kv.m. hissəsinin Cavabdeh, qalan hissəsinin isə İddiaçı MMC-yə məxsus olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsinin 498 kv.m. hissəsinin faktiki istifadə edildiyi və həmin sahədə daş sexi fəaliyyət göstərdiyi müə yyən olunmuşdur. Baxış zamanı tədqiq olunan sahədə hər hansı tikilinin və ya hasarın sökülməsi müşahidə edilmədiyindən bu sual üzrə tədqiqat aparılmadı.
37. Beləliklə, iş üzrə verilmiş məhkəmə ekspertizası rəyi ilə Cavabdeh tərəfindən İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsinin 498 kv.m. hissəsinin faktiki istifadə edildiyi və həmin sahədə daş sexinin fəaliyyət göstərdiyi müəyyən olunur. Qeyd olunanlarla tam təsdiq olunur ki, 2004-cü ildən 2016-cı ilin noyabr ayına qədər Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edərək, ticarət və istehsal obyektləri kimi ayrı-ayrı şəxslərə və müxtəlif qiymətlərə (400, 500, 1000 manat, cəmi 1900 manat) icarəyə vermiş və 12 il ərzində ümumilikdə 273600 manat məbləğində gəlir əldə etmək imkanında olmuşdur (12 x 1 900 = 22800 x 12 = 273600). İddiaçı Mülki Məcəllənin 1092.1, 1092.1.1 və 157.5-ci maddələrinə əsasən həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. ə) Kassasiya instansiyası məhkəməsində üçüncü icraat
38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.08.2020-ci il tarixli, 2(102)-4636/2020 saylı qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov (sədrlik edən, məruzəçi) A.Q.Hüseynov və İ.R.Xələfov) Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
39. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə cavabdehdən iddiaçının xeyrinə əsassız varlanmaya gör ə pulun tutulmasını qət etmiş, lakin bu nəticəyə gələrkən cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı vicdanlı sahib olub-olmamasına qiymət verməmiş, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən vicdanlı sahibdən yalnız onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilməsinə hüquqi qiymət verməmişdir.
40. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi istintaq orqanının “Cinayət işinin icraatına xitam verilməsinə dair” 10 may 2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş hallara belə zidd nəticəyə gəlmişdir. Belə k i, həmin qərarda cavabdehin iddiaçı təşkilata məxsus bütövlükdə 0,0467 ha torpaq sahəsini zəbt etdiyi qeyd edildiyi halda, apellyasiya instansiyası məhkəməsi ilk iddia ərizəsini yuxarıda göstərilən məbləğdə təmin etməklə üst-üstə 800 k.m. torpaq sahəsini icarəyə götürmüş Sənubər Əliyeva, Raqif Səfərov, Xəqani Babayev və Səlimxan Kardaşevin ödədikləri icarə haqlarını cavabdeh tərəfindən qanunsuz əldə edilmiş gəlir kimi qiymətləndirmişdir.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının bildirməsinə görə 2016-cı ilin oktyabr ayında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları MMC-yə məxsus torpaq sahəsinə baxış keçirmiş və torpaq sahəsinin ərazisini ölçmüşlər. Bundan sonra həmin qurumun əməkdaşları torpaq sahəsinin sol tərəfdən təxminən 12 metr ərazisinin qonşu torpaq sahəsinin sah ibi tərəfindən zəbt olunmasını, əslində həmin ərazinin sənədlə və xəritə ilə MMC-yə məxsus olmasını bildirmişlər. Bununla əlaqədar MMC-nin rəhbəri Etibar Məmmədov qonşu torpaq sahəsinin sahibi Cavabdehla görüşmüş, həmin şəxsin hasara aldığı torpaq sahəsinin təxminən 12 metr ərazisinin MMC-yə məxsus olmasını bildirmiş və həmin ərazini boşaltmasını, hasarın yerini dəyişməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Bu səbəbdən 13 noyabr 2016-cı il tarixdə axşam saatlarında MMC-nin rəhbəri həmin əraziyə ağır texnika və fəhlələr çağırmış, qonşu torpaq sahəsinin təxminən 12 metr ərazisinin MMC-yə məxsus olmasını bildirmiş və həmin ərazidə dəyərli əşyaları kənara qoymaq şərti ilə qalan lazımsız, tullantı əşyaları təmizləyib torpaq sahəsini boşaltmalarını tapşırmış dır. Bir neçə saat ərzində onlar Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində MMC-yə məxsus olan 12 metr ərazidəki dəyərli əşyaları kənara yığmışlar, yerdə qalan tullantı və lazımsız əşyalar isə yük maşınları ilə daşınmışdır. Sonra traktor tərəfindən torpaq sahəsi tamamilə tullantı əşyalardan təmizlənmişdir.
42. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə əsassız varalanmaya görə pulun tutulmasını qət etmiş, lakin bu nəticəyə gələrkən cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı vicdanlı sahib olub-olmamasına qiymət verməmiş, qanunvericiliyə əsasən vicdanlı sahibdən yalnız onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəl irlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilməsinə hüquqi qiymət verməmişdir.
43. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya məhkəməsi cinayət işi üzrə ifadələri alınmış 2013-2014-cü ildən 2016-cı ilin noyabr ayınadək sözügedən torpaq sahəsini cavabdehdən icarəyə götürmələri barədə Sənubər Əliyeva, Raqif Səfərov, Xəqani Babayev və Səlimxan Kardaşevin ifadələrinə sübut kimi istinad etsə də, iddiaçı MMC-yə məxsus torpaq sahəsinin 2004-cü ildən cavabdeh tərəfindən zəbt olunması və həmin tarixdən göstərilən şəxslərə icarəyə verilməklə stabil gəlir götürməsi barədə ziddiyyətli nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət vermədən, iddiaçı təşkilatın mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt o lunduğu iddia edilən 0,0467 ha torpaq sahəsindən dəfələrlə çox olduğu halda, 2004-cü ildən ötən müddət ərzində həmin torpaq sahəsindən hər hansı gəlir əldə edib-etməməsini aydınlaşdırmadan, zərurət yarandığı halda bu barədə müvafiq ekspertiza keçirib rəy almadan iddiaçı təşkilatın 2004-cü ildən ötən müddət ərzində hansı səbəbdən sözügedən torpaq sahəsini cavabdehin geri tələb etməməsinin səbəblərini aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin son 12 il müddət ərzində mübahisəli torpaq sahəsindən hər ay 1900 manat gəlir götürməsini hansı sübutlara əsasən müəyyən etməsini qətnamədə əsaslandırmamışdır. Halbuki, cinayət işi üzrə ifadəsi alınmış Səlimxan Kardaşevin 2013-cü ilin dekabr ayından 2016-cı ilin noyabr ayınadək hər ay 500 manat icarə haqqı ödədiyi 410 kv.m torpa q sahəsinin ölçüləri faktiki olaraq zəbt olunduğu iddia edilən 467 kv.m. torpaq sahəsinə bərabər olmuşdur. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
44. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7491/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni ilk iddianın bir qisminin təmin edilməsi, qarşılıqlı iddianın isə tam həcmdə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
45. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə tam təsdiq olunur ki, 2004-cü ildən 2016-cı ilin noya br ayına qədər Cavabdeh iddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edərək, ticarət və istehsal obyektləri kimi ayrı-ayrı şəxslərə və müxtəlif qiymətlərə (400, 500, 1.000 manat) cəmi 1.900 manata icarəyə vermiş və 12 il ərzində ümumilikdə (12 ay x 1.900 = 22.800 x 12 il =) 273.600 manat məbləğində gəlir əldə etmişdir.
46. Qarşılıqlı iddiaya dair kollegiya qeyd etmişdir ki, ki, qarşılıqlı iddianın təmin edilməsi üçün hər hansı əsaslar mövcud deyildir. Ona görə də, həmin iddia tələbləri rədd edilməlidir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş və yuxarıda qeyd edilmiş 23.12.2019-cu il tarixli, 15269 saylı ekspert rəyindən görünür ki, baxış zamanı tədqiq olunan sahədə hər hansı tikilinin və ya hasarın sökülməsi müşahidə edilməmiş, cavabdeh tərəfind ən MMC-nin mülkiyyətində olan torpaq sahəsinin 498 kv.m. hissəsinin faktiki istifadə edildiyi həmin sahədə daş sexinin fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
47. İlkin iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və İddiaçı MMC-nin ona qarşı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə cinayət işinin və mülki məhkəmə icraatının araşdırma predmeti olduğu mərhələdə, istər cavabdehin, istərsə də İddiaçı MMC-nin mülkiyyət hüququnu təsdiq edən sənəd - Azərbaycan Respublikası İqtisadi İnkişaf Na zirliyi Dövlət Əmlakının İdarə olunması özəlləşdirməsi Departamenti tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş texniki pasport olmuşdur. Cinayət işinin istintaqı və məhkəmə icraatı gedişində hər iki mülkiyyət üzərinə həbs qoyulması, o cümlədən əmlakların hüquqi qeydiyyatı ilə bağlı hər hansı hərəkətin qadağan edilməsinə baxmayaraq mübahisə bitməmiş, yuxarıda adı çəkilən qurum tərəfindən qanuna zidd olaraq İddiaçı MMC-nin torpağa dair mülkiyyət hüquqları reyestr xidmətində qeydiyyata alınmış, aralarında mübahisələndirilən torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyəti kimi qeydiyyata alınmaqla, “Torpaq sahəsinin plan və ölçüsünə“ dair A№ 131806 saylı sənəd verilmişdir. Belə olan halda həmin Dövlət qurumun mütəxəssislərinin verdiyi arayışa əsaslanmaqla alın mış ekspert rəyinin obyektivliyi və tamlığından söhbət gedə bilməz. Hazırkı mülki işə baxılması zamanı, yəni mübahisə baş verdikdən sonra verilən reyestrdən çıxarışda İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsinin sərhədləri ilkin torpaq ayırma sənədlərinə əsasən deyil, onun 2017-ci ildəki mövcud vəziyyətinə, o cümlədən cavabdehə münasibətdə yerləşdiyi əraziyə uyğun götürülmüşdür. Ekspert rəyində həmçinin İddiaçı MMC-nin faktiki yerləşdiyi ərazi tam yox, qismən, yalnız verilmiş çıxarışa uyğun ölçülərdə əks etdirilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən faktiki halları obyektiv qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Kassasiya şikayətinə qarşı etiraz da xil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
50. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və vəkili Nümayəndə2 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
51. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili Vəkil2 Əfrayıl oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq
52. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıx mış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən t əmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə
157. Mülkiyyətin müdafiəsi 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan b aşqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər, 417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər, 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən b axılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri
54. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
55. Prosessual hüquq normalarının pozulması və ya düzgün tət biq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
56. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının l əğvi xahiş edildiyinə baxmayaraq, cavabdeh İddiaçı MMC-nin ona qarşı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş edir, qarşılıqlı iddiasının həllini tələb etmir. Buna görə də şikayət verilmiş qətnamənin əsaslılığı, yalnız ilkin iddianın təmin olunmuş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilməli, ilkin iddianın təmin olunmuş hissəsi üzrə yeni qərar çıxarılmaqla iddia təmin edilməməlidir.
59. Belə ki, İddiaçı MMC-nin nümayəndəsi, Z.Bünyadov prospekti, Böyük Şor küçəsi 13 saylı ünvanda yerləşən, ümumi sahəsi 13206,7 kv.metr olan torpaq sahəsinin mülkiyyətində olduğunu, 2004-cü ildən ca vabdehin qeyd olunan torpaq sahəsinin 0,0467 ha hissəsini qanunsuz olaraq zəbt etdiyini, orada 4 ədəd təsərrüfat obyekti və 1 ədəd mərmər sexi inşa edib 2004-cü ildən 2016-cı ilədək hər bir obyekti hər ay 500 manata icarəyə verməklə gəlir əldə etdiyini və nəticədə torpaq sahəsindən istifadə edə bilməməsinə görə əldən çıxmış fayda kimi ona 360.000 manat zərər dəydiyini iddia etmişdir.
60. Göründüyü kimi, ilkin iddianın təmin olunması üçün zəruri şərtlərdən biri ondan ibarət idi ki, iddiaçının mülkiyyətində olan 1,2345 ha torpaq sahəsinin ərazisində cavabdehin obyekt tikib icarəyə verməsi, tikililərin məhz həmin torpaq sahəsində yerləşməsi və həmin tikililərə görə cavabdeh tərəfindən 2004-cü ildən 2016-cı ilədək icarə haqqının alınması iddiaçı tərəfindən sübut edilsin.
61. Apellyasiya instan siyası məhkəməsinin qüvvədə saxladığı birinci instansiya məhkəməsinin qətnaməsində iddianın təmin olunan hissəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş obyektləri onun tərəfindən 2004-cü il tarixindən 2016-cı ilin noyabr ayına qədər icarəyə verilmişdir və cəmi 273600 manat gəlir əldə etmişdir.
62. Eyni zamanda məhkəmə iş materiallarında olan cinayət işinə xitam verilməsi barədə qərara istinadla müəyyən etmişdir ki, həmin tikililər iddiaçı tərəfindən 2016-cı ilin noyabr ayında sökülmüşdür.
63. Məhkəmə Ekspertizası Mərkəzinin 23.12.2019-cu il tarixli, 15269 saylı rəyi əsasında apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı MMC-nin və Cavabdeh faktiki istifadəsində olan torpaq sahələrinin müvafiq olaraq MMC-nin mülkiyyətində olan 1,2345 ha torpaq sahəsinin və Cavabdeh mülkiyyətində olan 2.000 kv.m. torpaq sahəsinin ölçü və koordinatları ilə mülkiyyət sənədləri üzrə 45 kv.m. hissəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Aparılmış tədqiqat nəticəsində mülkiyyət sənədi üzrə mübahisələndirilən 543 kv.m. torpaq sahəsinin 45 kv.m. hissəsinin Cavabdeh, qalan hissəsinin isə MMC-yə məxsus olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən MMC-nin mülkiyyətində olan torpaq sahəsinin 498 kv.m. hissəsinin faktiki istifadə edildiyi və həmin sahədə daş sexi fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Baxış zamanı tədqiq olunan sahədə hər hansı tikilinin və ya hasarın sökülməsi müşahidə edilməmişdir.
64. Məhkəmə də bu rəyi sübut növü kimi qəbul etmişdir. Nəticə etibarilə sökülən tikililərin məhz 498 kv.m. h issədə yerləşməsi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmələrin müəyyən etdiyi işin faktiki halları, iddiaçının istinad etdiyi faktiki əsaslar üzrə iddianın təmin olunmasına imkan vermir.
65. İddia ərizəsində istinad edilən Mülki Məcəllənin 21-ci maddəsinin dispozisiya şərtləri baxımından qeyd edlməlidir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir.
66. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
67. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
68. Mülki Məcəllənin 1099.1-ci maddəsində isə təsbit olunmuşdur ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
69. Bu norm aların ümumiləşdirilmiş təhlili onu deməyə əsas verir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması üçün aşağıdakı hallar eyni vaxtda mövcud olmalıdır: zərərin maddiləşmiş şəkildə mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcud olması; zərər vuran şəxsin təqsirliliyi.
70. Lakin hazırki iddianın həlli zamanı Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Çünki həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün g əlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
71. Baxılan iddiada da iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə cavabdeh tərəfindən qanunsuz sahiblik edildiyi vaxt ər zində onun götürdüyü gəlirin əvəzinin ödənilməsini tələb edir.
72. Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri baxımından işin halları araşdırıldıqda görünür ki, məhkəmələr tərəfindən iddiaçının nümayəndəsinin izahatı əsasında müəyyən etmişdir ki, 2016-cı ilin oktyabr ayında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları MMC-yə məxsus torpaq sahəsinə baxış keçirmiş və torpaq sahəsinin ərazisini ölçmüşlər. Bundan sonra həmin qurumun əməkdaşları torpaq sahəsinin sol tərəfdən təxminən 12 metr ərazisinin qonşu torpaq sahəsinin sahibi tərəfindən zəbt olunmasını, əslində həmin ərazinin sənədlə və xəritə ilə MMC-yə məxsus olmasını bilmişdir. Bundan sonra Vaqif İsgəndərovdan MMC-nin zəbt olunmuş torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Cavabdeh isə həmin torpaq sahəsinin ona məxsus ol duğunu göstərmişdir.
73. Məhkəmələrin iş materialları əsasında müəyyən etdiyi digər hal ondan ibarətdir ki, iddiaçı 2004-cü ildə özünə aid torpaq sahəsinin 2000 kv.m. hissəsini cavabdehə satarkən və ondan sonra sərhədləri müəyyən etməmişdir. İşin müəyyən olunmuş bu halları, Mülki Məcəllənin 157.5-ci maddəsinin dispozisiya şərtləri əsasında təhlil olunduqda görünür ki, cavabdehin mübahisəli torpaq sahəsinə sahibliyinin qanunsuz olduğunu bilməsi və ya bilməli olması müəyyən edilmir. Tərəflər 2016-cı ilədək torpaqdan istifadə üzrə hər hansı fikir ayrılığına malik olmamış, iddiaçı cavabdehə qarşı bununla bağlı şifahi və ya yazılı etiraz və ya iddia (məhəmədə və ya məhkəmədənkənar) irəli sürməmişdir. Buna görə də 2016-cı ilədək cavabdehin mübahisəli hissədən istifadəyə görə onun götürdüyü gəlir lərin qaytarılması üçün hüquqi əsas yoxdur.
74. Lakin işə baxmış apellyasiya məhkəməsi, kassasiya məhkəməsinin iş üzrə əvvəlki qərarında ifadə olunmuş göstərişə əsasən Mülki Məcəllənin 157.5-ci maddəsinin tətbiqini araşdırmış olsa da, səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 182-ci maddəsinə istinadən qeyd etmişdir ki, hazırki iş üzrə mübahisəli ərazi üzrə cavabdehin vicdanlı olmadığı mübahisəsiz haldır. Çünki daşınmaz əşyaya hər hansı bir hüquq rəsmi reyestrdə qeydiyyata alınmadan şəxsin ona sahiblik etməsi və ondan istifadə etməsi onun vicdanlı əldə edən olmadığına dəlalət edir. Daşınmaz əşyaya hüquqlar rəsmi reyestrdə qeydə alındığı andan yaranır (Mülki Məcəllə; maddə 139.1.). Hazırki iş üzrə cavabdehin mübahisəli əmlakla bağlı hər hansı hüququnun rəs mi reyestrdə qeydiyyata alınmadığı hazırki iş üzrə mübahisə doğurmur. Bu baxımdan cavabdehin həmin əmlakdan vicdanlı istifadə etməsindən söhbət gedə bilməz.
75. Lakin nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli əmlakla bağlı hüququnun rəsmi reyestrdə qeydiyyata alınmaması faktı özlüyündə onun vicdanlı sahib olmaması barədə nəticəyə gəlməyə əsas vermir. Vicdanlı sahibliklə bağlı qiymətləndirmə işin digər əhəmiyyətli halları – tərəflərin alğı-satqısından sonra sərhədlərini müəyyən etməsi, hasarlaması, torpaq sahəsinin hüdudları ilə bağlı etirazın bildirilməsi və s. kimi hərəkətlər nəzərə alınmaqla həyata keçirilməldir.
76. Qeyd olunanlara əsasın məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianın təmin olunan hissəsində səhv nəticəyə gəlmişdir. Buna görə qətnamə ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin olunmamalıdır.
77. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7491/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilmiş hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.