Məhkəmə qərarları › İş №2(102)-4319/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4319/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4319/2020 13.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən iddiaçı İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğluna və Cavabdeh3 qarşı iddia qaldıraraq, Cavabdeh3 oğlu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi v ə Kia Optima markalı 99KE143 dövlət nömrə nişanlı avtomobilinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Cəfərov) xx xxx 2019-cu il tarixli, 2(006)-2064/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məhərrəmova (sərlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev) xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-13179/19 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı İddiaçı və vəkili Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qə tnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı avtomobilə dair etibarnamə verərkən onu satmaq niyyəti olmamışdır. Lakin onun etibarından sui-istifadə edilmiş və nəticədə iddiaçı xüsusi mülkiyyətində olan avtomobildən məhrum olmuşdur. Buna baxmayarq apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Pr osessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında xx.xx.2017-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən Hacıyev Cavabdeh2 etibarnamə üzrə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar onu n adından ərizə vermək səlahiyyətləri verilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 markası “KİA OPTİMA MİNİK”, dövlət qeydiyyat nişanı 99KE143, buraxılış ili 2012 olan nəqliyyat vasitəsini 11 000 manata satmış və bu məbləği “satıcı” “alıcıdan” almışdır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X4 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə KİA Optima markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobili 23 000 manat müqabilində ödəyərək qardaşının adına alıb. Həmin müddət qeyri-rəsmi ailə münasibətində Hacıyev Cavabdeh2 Əkram oğlu ilə yaşayırdı. Maşından cox istifadə etmirdi. Hacıyev Cavabdeh2 Əkram oğlu həmin avtomobili kirayə verməyi X3 təklif edib və on a aylıq 1000-1200 manat pul alacağını bildirib. Sonradan məlum olub ki, maşın X2 xəbəri olmadan ona qol cəkdirib satıb. Hacıyev Cavabdeh2 Əkram oğlu bir çox insanları da eyni üsulla aldatmışdır. Hazırda barəsində cinayyət işi başlanmış və hazırda istintaqı davam etdirilir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzla şmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmun u təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşka r olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, ald adıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339-cu maddəsinin məzmunundan göründüyü kimi bu maddənin tətbiq edilən olması üçün kontragent, tərəfi əqd bağlamaq məqsədilə qəsdən, bilərəkdən aldatmalıdır. Hazırkı işdə iddiaçının iddiasına görə aldadılma ondan ibarət olmuşdur ki, o, avtomobili Hacıyev Cavabdeh2 başqa məqsədlə vermiş, lakin sonuncu ondan xəbərsiz avtomobili Cavabdeh1 satmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hətta Cavabdeh2 Hacıyevin avtomobilə dair ona verilmiş etibarnamədən sui-istifadə etdiyi qəbul olunsa belə, bu hal onun Cavabdeh1la bağladığı müqavilənin etibarsız hesab olunmasına səbəb ola bilməz. Çünki işin hallarından görünür ki, Cavabdeh1 həmin müqaviləni bağladığı zaman etibarn amənin Cavabdeh2 Hacıyevə hansı məqsədlə verildiyini bilməmiş, müqavilə lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun, onu bağlamış şəxslərin arasında iradə vahidliyi mövcud olmuşdur. Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Apelyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının hər hansı hüququnun pozulmuş olduğu qəbul edilsə belə, bu pozuntu mübahisəli avtomobili vicdanla əldə etmiş şəxsin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, iddia tələblərinin vicdanlı alıcı olan Cavabdeh1 münasibətdə təmin edilməsi onun əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Apelyasiya məhkəməsi nəzərə almışdır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin n əzərə alındığı diqqətdən qaçırılmamalıdır. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar