Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4319/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2366/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Ləğv prosesində olan "xxxx" ASC-nin Xəzər filialı ilə Cavabdeh arasında bağlanmış 23 aprel 2013-cü il tarixli, 43/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən, cavabdehə “Mercedes Benz GL 500” minik markalı avtomobilin alınması məqsədilə bank tərəfindən 36 ay müddətinə illik18% ödəmək şərtilə115000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh məxsus “Mercedes Benz GL 500” minik markalı (tip-universal, Ban-WBCDF7DE7DA113453, rəngi qara, buraxılış ili 2013, **-RR-*** dövlət qeydiyyat nişanlı) avtomobili "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İş üzrə qəbul edilmiş məhk əmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməmiş 50130,86 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün hesablanmış 6115,96 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış 64156,45 ABŞ dolları cərimə, müqavilənin bitdiyi tarixdən 11.06.2020-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 10356,48 ABŞ dolları faiz borcu, ümumilikdə 130759,75 ABŞ dolları məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlə t rüsumunun tutulması, yaranmış borc məbləğinin Cavabdeh məxsus olan “Mercedes Benz GL 500” minik markalı (tip-universal, Ban-WBCDF7DE7DA113453, rəngi qara, buraxılış ili 2013, **-RR-*** dövlət qeydiyyat nişanlı) nəqliyyat vasitəsinin açıq hərrac vasitəsilə satılaraq ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissədə ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Fuad Hüseynov) 2(002)-2475/2020 saylı işi üzrə 17.11.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 50130,86 ABŞ dolları əsas borc, müqavilə müddəti üçün 6115,96 ABŞ dolları faiz borcu, 10356,48 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra illik beş faizlə hesablanmış faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 71.603,3 ABŞ dolları məbləğində borc pul vəsaiti (Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan "Texnikabank” ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş "Mercedes Benz GL 500” minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı (tipuniversal, Ban-WBCDF7DE7DA113453, rəngi qara, buraxılış ili 2013) avtomobilə yönəldilməsi və yuxarıda qeyd olunan tutulmalı məbləğ həmin avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına ödənilməsi, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh ümumi qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı ləğv prosesində olan "Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edərək, iddia tələbinin cərimə borcu hissəsində tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(002)-2475/2020 nömrəli qətnaməsini qismən ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2366/2021 saylı, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Z.A.Şirinov) ape llyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2475/2020 saylı işi üzrə 17.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsində iştirakının təmin edilmədiyini, borc məbləğinin düzgün hesablanmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qü surlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqların ı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bil ər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər 23 aprel 2013-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Cavabdeh bankdan götürdüyü krediti ona hesablanmış faizləri ilə birlikdə müqavilədə müəyyən olunmuş müddətdə və qaydada ödəmək barədə üzərinə öhdəlik götürsə də, öhdəliyin icrasını lazımınca təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qət etdiyi məbləği əsas götürərək birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Cavabdeh kassasiya şikayətində borcun düzgün hesablanmamasını iddia etsə də, məhkəməyə bunu təsdiq edə biləcək heç bir sübut təqdim etməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya kassasiya şikayətini əsassız, qətnaməni isə qanuni və əsaslı sayır. Şərh olunanlara əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2366/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar
Məhkəmə qərarları › İş №2(102)-4319/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4319/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver