Məhkəmə qərarları › İş №2(102)-4320/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4320/2020

23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4320/2020 23.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X6 və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)2170/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.N.Məmmədov, iş 2(010)-4871/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı dəymiş maddi ziyan tələbinə dair iddiası təmin edilərək Cavabdeh1 5900 manat məbləğində avtomobilə ödənilmiş pul və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı öd ənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmuş, Cavabdeh1 5900 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 30 manat tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: 2019-cu ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 baş etibarnamə əsasında X2 mülkiyyətində olan “Mercedes Benz” markalı ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 24 sa ylı DNK-da rəsmiləşdirilmiş etibarnamə əsasında alaraq ona 5900 manat məbləğində pul verməsini, lakin sonradan maşının mülkiyyətçisi olan S.Yarməmmədovanın həmin maşına dair etibarnaməni ləğv edərək maşından istifadəyə məhdudiyyət qoymasını əsas gətirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinə əsaslanaraq həmin məbləğin və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə baxılma sını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbayc an Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, mübahisəli avtomobil X2 mülkiyyətindədir, mülkiyyətçinin verdiyi baş etibarnamə əsasında avtomobil X1 vermək hüququ da daxil olmaqla müvəqqəti sahibliyinə verilmiş, Vəfa Məmmədova öz növbəsində sərəncam vermək hüququndan istifadə etməklə avtomobillə bağlı özünün malik olduğu hüquqları etibarnamə əsasında Cavabdeh1 vermişdir. Sonuncu avtomobillə bağlı ona ötürülmüş hüquqları sərəncam vermək hüququndan istifadə etməklə İddiaçı vermiş və buna görə ondan 5900 manat məbləğində pul almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsi lçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Apelyasiya instansiyası məhkəməsinə görə əmlak barəsində mülkiyyətçi tərəfindən etibarn amə verilməsi heç bir halda mülkiyyət hüququnun ötürülməsi hesab edilə bilməz. Etibar edilən verilən etibarnamə əsasında təmsilçilik fəaliyyəti göstərməklə yalnız etibar edənin adından hərəkət edir və etibar edən üçün hüquq və vəzifələr yaradır. Yəni, etibar edilən heç bir halda ona verilən etibarnamə əsasında özü barəsində əqd bağlaya bilməz. Ona görə də, iddiaçıya cavabdeh tərəfindən verilmiş etibarnamə qüvvədə olma müddətindən asılı olmayaraq heç bir halda avtomobilin satılması kimi başa düşülə bilməz və bu səbəbdən İddiaçı Cavabdeh1 ödədiyi 5900 manat pulu tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Kollegiya işin yuxarıda göstərilən hallarını və qanunun normalarını nəzərə alaraq apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilmə z. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar