Məhkəmə qərarları › İş №2(102)-4321/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4321/2020

06.08.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4321/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşıiş üzrə QƏRARİ (Açar sözlər:mənzildən istifadə qaydalarının müəyyən edilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X4, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların və digər Cavabdeh3 vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-2743/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cav abdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh2 birgə nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6462/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında xx.xx.2004-cü il tarixdə bağlanmış və 148 saylı qeydlə qeydə alınmış nikahın pozulması, birgə nikadan olan xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2010cu il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. İddiaçı gəlin köçdüyü evə köçürülməsi barədə məhkəmədə iddia qaldırılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7195/2018 saylı, xx.xx. 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı uşaqları - xx.xx.2005- ci il təvəllüdlü Səma və xx.xx.2010-cu il təvəllüdlü z1 ilə birlikdə x1 (bundan sonra mənzil) köçürülməsi qət edilmişdir. Qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçının 024806 saylı xx xxxxxx 1991-ci il tarixli Cavabdeh1 verilmiş orderdə mənzilə digər ailə üzvləri ilə birlikdə istifadə hüququ vardır. Qeyd edilən qətnamə icra olunmuş, bu barədə akt tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə rəsmi qeydiyyatda olduqları, məhkəmə qətnaməsi ilə köçürüldükləri mənzilin 2004-cü ildən yaşadıqları və cehiz əmlaklarının əksəriyyətinin yerləşdiyi otaqda yaşamalarına, həmin otaqda sahibl ik və istifadə hüququnu həyata keçirməyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması, mənzildən (mənzilin giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşaq) istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci ildə gecə saat 11-12 radələrində heç bir səbəb olmadan əri tərəfindən döyülmüş, uşaqları ilə birlikdə mənzildən çıxarılmış, evdən çıxarkən onun və uşaqlarının bütün əşyaları, paltar və ailə qurarkən hədiyyə edilmiş qızıl-zinyət əşyaları evdə qalmışdır. Onlar mənzilə buraxılmır, hətta şəxsi əşyalarını götürməyə belə imkan verməyiblər, o vaxtdan kirayə ev tutaraq yaşayırlar. Cavabdehlər onu və uşaqları yaşadıqları otağa buraxmamış, kiçik otaqda qalacaqlarını bildirmişlər. O, c avabdehlərə həmin kiçik otaqda onun iki övladı ilə birlikdə yaşamalarının, yataq taxtı, şfoner, termo və sair əşyalarının digər otaqdan çıxardaraq həmin kiçik otağa yığmanın mümkünsüz olduğunu bildirərək onun iki övladı ilə birlikdə gəlin köçdüyü, 2014-2017-ci ilin oktyabr ayına kimi yaşadığı, əşyalarının əksəriyyətinin olduğu otağa buraxılmağını istəsə də, cavabdehlər onu öz yaşadığı otağa buraxmərlar, otağın qapısını bağlayaraq əmlaklarına baxmağa, paltarlarını götürməyə belə imkan vermirlər. Birinci instansiya məhkəməsi xx xxxxx 2019-cu il tarixdə yerində müayinə aparmış və bu barədə protokol tərtib edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim İlkin Əliyev) 2(001)-2976/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Bakı şəhəri, x1 d ən mənzilin giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşağından ümumi istifadə qaydaları müəyyən edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunması nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilə köçürüldüyündən onun mənzilin istifadə edilməsi zəruri olan sahələrindən bərabər istifadə etmək hüququ mövcuddur. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kolegiyasının (hakimlər – Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) 2(103)-9096/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddia tələbinin rədd edilə hissəsini apellyasiya qaydasında yoxlayan apelyasiya instansiyası məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. c) kasasiya instansiya məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının (hakimlər – İlqar Xələfov sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, Ənvər Şadiyev) 2(102)-8199/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin h azırki iş üzrə qərarında qeyd olunmuşdur ki, məhkəmə yalnız giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşağından istifadə qaydasını müəyyən etməklə əslində iddiaçı üçün əsas maraq kəsb edən mübahisəni həll etməmişdir. Məhkəmə iddia tələbini həmin hissədə rədd edərkən gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmamış, iddiaçının tələb etdiyi otaqdan istifadəsinin qeyri-mümkünlüyünə və yaxud iddianın hər hansı başqa qaydada təmin edilməsi imkanına qiymət verməmişdir. Qüvvədə olan Mənzil Məcəlləsi mənzildən istifadə qaydasının müəyyən olunması ilə əlaqədar mübahisəni tənzimləmədiyindən məhkəmə qanunun analogiyasına əsasən mübahisəni həll edilməsi məsələsini müzakirə etməmişdir. d) Apelyasiya instansiya məhkəməsində ikinci icraat İşə yenidən baxan apelyasiya instansiyası məhkəməsi hesab etmişdi r ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddia tələbinin rədd edilən hissəsində) tərəflərin qarşılıqlı münasibətinə və qanunun tələblərinə uyğun əsaslandırılmadığından qanuni sayıla bilməz. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış sahəsi dövlət mənzil fonduna aid olmaqla üç otaqdan ibarətdir və həmin mənzildən hər iki tərəf istifadə etmək hüququna malik olan şəxslərdir. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilə köçürülsə və həmin qətnamə icra olunsa da, mənzildən istifadə ilə əlaqədar tərəflər arasında mübahisə vardır və iddiaçı faktiki yaşadığı və əmlakının yerləşdiyi otağa cavabdehlər tərəfindən buraxılmır. Məhkəmə hesab etmişdir ki, iddiaçı Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olaraq icarədarı n ailə üzvü kimi mənzildən istifadə hüququna malik olan şəxsdir və onun digər ailə üzvləri ilə bərabər mənzilin yaşayış və ümumi istifadə yerlərindən istifadə etmək hüquqları vardır. Lakin iddiaçının iddia etməsinə görə o, mənzilin yaşayış otaqlarından istifadə etmək imkanından cavabdehlər tərəfindən məhrum olunmuşdur. Mənzilin böyük otağı daim onların istifadəsində olduğu üçün və əmlakı orada yerləşdiyi üçün məhz həmin otaqdan istifadəsinin təmin olunmasını xahiş edir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilə köçürülməsi hazırkı mübahisəni, yəni iddiaçının hansı otaqdan istifadə etməsi barədə mübahisəni həll etmədiyindən məhkəmə qətnaməsinin mübahisələndirilən hissə ilə bağlı dəlili əsaslı sayıla bilməz. Bərabər hüq uq və vəzifələrə malik olan şəxslərin hüquqlarını həyata keçirmələri eyni hüquqlara malik olan şəxslərin hüquqlarını pozmamalıdır. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbinin mənzilin 2004-cü ildən yaşadıqları və cehiz əmlaklarının əksəriyyətinin yerləşdiyi otaqda yaşamalarına, həmin otaqda sahiblik və istifadə hüququnu həyata keçirməyə cavabdehlər tərəfindən maneələrin yaradılması tam təsdiq olunduğundan, iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sözügedən mənzilə gəlin köçməmişdir. O, Cavabdeh2 qoşulub gedərək uzun illər kirayədə yaşamışdır. Sonralar onları qəbul edmiş, icarədarı olan mənzilin 12 kvadrat metr olan otağını onlara yaşamaq üçün vermiş və axır vaxtlara kimi Cavabdeh2la otaqdan istifadə edərək yaşamışlar, cehiz əşyaları da oradadır. Hazırda iddiaçı həmin otağa köçürülmüş və giriş qapısı, dəhliz, mətbəx, hamam, sanitar qovşağından ümumi istifadə qaydaları müəyyən edilsə də, o bir gündə olsun orada yaşamamışdır. Hər iki məhkəmə instansiyasında məhkəmə baxışı keçirilib və yerində müayinə aparılarkən İddiaçı məxsus olan əmlaklar ona verilən otaqda olması və digər yataq otağında onlara (cavabdehlərə) məxsus olan əml akların olması aşkar olunmuşdur. İddiaçı qanunla müəyyən olunmuş qaydada ona verilmiş otaqdan istifadə etmək əvəzinə onların konstitusion hüquqlarımı kobud surətdə pozaraq, bir gündə olsun orada yaşamadan, başqa otağın ona verilməsini iddia edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kasasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kasasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kasasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Kasasiya şikayətində qeyd edilən dəlillər əsassızdır, formal mülahizələrdən ibarətdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların və dig ər Cavabdeh3 vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı və onun vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: Maddə 51 Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır; Maddə 53 icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsin i icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqların ı, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 16.1 fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 228.5. yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideyn ləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konst itusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarı: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların a ydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 416 Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehlər kasasiya şikayətində iddiaçının qanunla müəyyən olunmuş qaydada ona verilmiş otaqdan istifadə etmək əvəzinə onların konstitusion hüquqlarımı kobud surətdə pozaraq, bir gündə olsun orada yaşamadan, başqa otağın ona verilməsini iddia etdiyini qeyd etmiş, lakin cavabdehlər qeyd etdiyi bu hallara dair apelyasiya instansiyası məhkəməsində işə baxılarkən sübuta yetirilməmişdir. İddiaçının da cavabdehlərlə bərabər mənzildə yaşayış sahəsindən istifadə hüququ vardır. Onun bu hüquqdan yararlanması cavabdehlərin hüququnu pozmur. Hər iki tərəf mənzildən istifadə ilə bağlı digər tərəfin hüquqlarına hörmətlə yanaşmalı, dözümlülük göstərməlidir. Çünki digər tərəfin mənzildən istifadəsi ilə əlaqədar yaranan m əhdudiyyətlər qanundan irəli gəlir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kol egiyasının 2(103)-2743/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar