Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4323/2019 07.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı QSC vəkili X1 iştirakı ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2(107)552/2019 saylı qətnaməsindən Cavabdeh1 və vəkili Xnun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yevlax rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(039)-4333/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim T.M.Əliyev) İddia çı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə əsas borca görə 33.570,99 ABŞ dolları, faiz borcuna görə 9.469,70 ABŞ dolları, hesablanmış cəriməyə görə 200 ABŞ dolları, cəmi 43.240,69 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvannə yönəldilməklə, həmin mənzilin açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90,000 manat müəyyən edilməsi və mənzil satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədiyi təqdirdə Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməkl ə, mənzilin onun tərəfindən boşaldılması və iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2(107)552/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, M.A.Əsədli məruzəçi və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Yevlax rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili X qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada ödəniş günü milli manata məzənnədə əsas borca görə 33,570.99 ABŞ dolları, faiz borcuna görə 13,288.4 ABŞ dolları, hesablan mış cəriməyə görə 16,276.57 ABŞ dolları, cəmi 62,817.04 ABŞ dolları kredit borcunun tutulub iddiaçı təşkilata ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvannə yonəldilməsi, mənzilin acıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına kredit borcunun ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam odənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, mənzilə tutma yonəldildikdən və mənzil satıldıqdan bir ay sonra Cavabdeh1 həmin mənzilə olan istifadə hüququna xitam verilməklə, mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı təşkilata təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayə ti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı QSC-nin vəkili X2 kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh1, vəkili X və Cavabde h2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, İddiaçı QSC vəkili X2un izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, cavabdehlərin həmin müqavilələr üzrə öhdəliklərini yerinə yetirməmələrinə, iddia ərizəsini qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 467, 472.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməs i apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 12 iyun 2006-cı il tarixli kredit xətti müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 60 ay müddətinə, 60.000 ABŞ dolları kredit xətti açılmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kim i 23 iyun 2006-cı il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mikayıl Mikayılov küçəsi, 5039-ci məhəllə, 11 saylı evin 16-cı mənzili iddiaçı təşkilatın xeyrinə ipoteka qoyulmuşdur. Bundan sonra tərəflər arasında bağlanmış 10 iyun 2010-cu il tarixli sazişə əsasən kredit xəttinin müddəti 168 ay, məbləği 300.000 ABŞ dolları müəyyən edilmişdir. Eləcə də ipoteka müqaviləsinə əlavələr və dəyişiklik edilməsi haqqında tərəflər arasında 10 iyun 2010-cu il tarixli saziş bağlanmış və Cavabdeh1 məxsus olan sözügedən mənzil 300.000 ABŞ dolları kredit xətti müqaviləsi üzrə 168 ay olmaqla, kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi iddiaç ı təşkilatın xeyrinə ipoteka hüququ ilə yüklü edilmişdir. Eləcə də 29 mart 2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh2 12 iyun 2006-cı il tarixli kredit xətti müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə birgə öhdəlik daşımağı öz üzərinə götürmüşdür. 14 oktyabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 30 ay müddətinə, illik 1.75 faiz dərəcəsi ilə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən edilmiş ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 60.000 ABŞ dolları kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi barədə 25 aprel 2016-cı il tarixli saziş ə əsasən razılaşmanın müddəti 14 aprel 2017-ci il tarixədək uzadılmışdır. İşə əlavə edilmiş maliyyə arayışlarına görə, 14 aprel 2017-ci il tarixə, 14 oktyabr 2014ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı təşkilata ödənilməmiş 33.570,99 ABŞ dolları əsas, 9.469,70 ABŞ dolları faiz borcu, 6.106 ABŞ dolları cərimə olmaqla cəmi 49.146,69 ABŞ dolları, 20 oktyabr 2017-ci il tarixə isə 33.570,99 ABŞ dolları əsas, 13.170,90 ABŞ dolları faiz borcu, 16.075,15 ABŞ dolları cərimə olmaqla, cəmi 62.817.04 ABŞ dolları kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləş dirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. HəminMəcəllənin 445.2.1.maddəsinəəsasənisə,öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməm əsiborclununicranıgecikdirməsisayılır. Həmin Məcəllənin 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını nəzərə alıb hesab edir ki, tərəflər arasında kredit, ipoteka, zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranması, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməməsi və onun iddiaçı təşkilata yuxarıda göstərilən məbləğdə ödənilməmiş kredit borcunun olması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edil miş faktiki halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, kredit borcunun düzgün hesablanmamasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmamış və etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut et məlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şik ayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 və vəkili Xnun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli, 2(107)-552/2019 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qər
Məhkəmə qərarları › İş №2(102)-4323/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4323/2019
07.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver