Məhkəmə qərarları › İş №2(102)-4324/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4324/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4324/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı “xxxx” ASC-nin vəkili Vnun və Cavabdeh2 nümayəndəsi və vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim N.Misirzadə) xx.xx.2015 -ci il tarixli, xxx nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı “kredit müqavilələri üzrə borc məbləğinin tutulması və ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, 397010,92 manat məbləğində əsas borc, 111381,78 manat məbləğində faiz borcu, 500 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 508892,70 manat məbləğində kredit borcunun və 30 manat məbləğində iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınaraq “xxxx” ASC-yə ödənilməsi, tələbin ilkin olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda istifadədə olan 0,050464 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 432,6 kv.m ümumi, 215,9 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilm əsi, Bakı şəhəri, ünvan 1 ünvanda istifadədə olan 0,050464 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 432,6 kv.m ümumi, 215,9 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 780000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən “xxxx” ASC-yə olan borcun ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin X1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, V.Həsənov, N.Cəfərov) xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh2 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə borc məbləğinin tutulması və ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə iddiaçı “xxxx” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 2584-F-B saylı kredit müqaviləsi üzrə 397010,92 manat əsas borc, 96923,35 manat faiz borcu, 3000 manat dəbbə pulu olmaqla, cəmi 496934,27 manat məbləğində pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün tərəflərindən ödənilmiş 31 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqəda r tərəflərindən ödənilmiş 30 manat rüsumun tutulması, həmin borcların xx.xx.2013-cü il tarixli, 2584-F-B saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda istifadədə olan 0,050464 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 432,6 kv.m ümumi, 215,9 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin əmlak hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” ASC iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə iddiaçı “xxxx” ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 2584-F-B saylı kredit müqaviləsi üzrə 397010,92 manat əsas borc, 111381,78 manat faiz borcu, 5000 manat dəbbə pulu olmaqla, cəmi 513392,27 manat məbləği ndə pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün tərəflərindən ödənilmiş 30 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar tərəflərindən ödənilmiş 30 manat rüsumun tutulması, həmin borcların xx.xx.2013-cü il tarixli, 2584-F-B saylı ipoteka müqaviləsi əsasında ipoteka qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanda istifadədə olan 0,050464 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 432,6 kv.m ümumi, 215,9 kv.m yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilərək həmin əmlak hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh2 və vəkili R kasasiya şikayətin i onunla əsaslandırmışlar ki, iş üzrə qəbul edilən qətnamənin məzmunundan görünür ki, məhkəmə kollegiyası bu nəticəyə gələrkən apelyasiya şikayətinin bu və ya digər dəlilinə hüquqi qiymət verməmiş, nəticədə cavabdehin məhkəmə müdafiəsi hüququnu əhəmiyyətsiz və xəyali etmişdir. Belə ki,ipoteka predmeti olan fərdi yaşayış evinin dəyərinin hazırkı bazar qiyməti 2.000.000 manatdan artıq olduğu halda məhkəmə yalnız “xxxx” MMC adlı hüquqi şəxsin qeyriobyektiv mülahizələrinə əsaslanan rəyə, yəni mötəbər olmayan sübuta istinad etmişdir. Halbuki sözügedən ev ipoteka ilə bankın xeyrinə yüklü edilərkən də aşağı dəyərdə qiymətləndirilmişdir. Apelyasiya kollegiyası nəzərə almamışdır ki, Bakı şəhərinin yüksək nüfuzlu yaşayış zonasında yerləşən 2 mərtəbəli, ümumi sahəsi 432,6 kv.m olan, 6 otaqlı fərdi ya şayış evinin 780.000 manat məbləğində dəyərləndirilməsi absurd olmuşdur və bu cür qiymətləndirmə heç bir metodikaya, hətta xərc metoduna da uyğun deyildir.Hesab edirlər ki, apelyasiya kollegiyası iş üzrə sübutlara qeyri-obyektiv, birtərəfli və natamam baxmaqla Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərini əhəmiyyətli dərəcədə pozmuş və nəticədə isə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin cavabdehlər Cavabdeh2, Cav abdeh1 və 3-cü şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili R kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin vəkili V kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib, təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasə n kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki,Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsinin çəkişmə prinsipini pozaraq məhkəmə iclaslarının vaxtı və yeri barədə ona bildiriş göndərilmədiyini qeyd etmişdir. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh2 məhkəmə iclaslarında iştirakını təmin etmək üçün onun qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmiş, lakin bildirişlər cavabdehin həmin ünvanda yaşamadığına dair poçt qeydi ilə məhkəməyə qaytarılmışdır. Buna görə apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflərin məhkəmə iclaslarında iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri gördüyündən apelyasiya şikayətinin bu dəlili əsassızdır. Apelyasiya şikayətinin ikinci dəlili borcun məbləğinin məhkəmə tərəfindən düzgün müəyyən edilməməsi olsa da, Cavabdeh2 nümayəndəsi məhkəmə iclaslarında borc məbləğinin düzgün hesablanmaması ilə əlaqədar məhkəməyə sübutlar təqdim etməmişdir. Göstərilənlərə əsasən apelyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olduğundan qəbul edilmiş qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razıla şır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kasasiya şikayətini formal dəlillərlə əsaslandırmağa çalışmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə dəlil olaraq istinad etmişdir. Əvvəla qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı iş materiallarından müəyyən edilir ki, işə apelyasiya qaydasında baxılarkən Cavabdeh2 borc məbləğini mübahisələndirmiş, ipoteka predmeti ilə bağlı hər hansı mübahisələndirmə etməmişdir. Digər tərəfdən cavabdeh kasasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə istinad etsə də, apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin tam olaraq ləğv edilməsini xahiş etmişdir. Halbuki, cavabdeh kasasiya şikayətində apelyasiya məhk əməsinin iddia tələbinin digər hissələri ilə bağlı yol verdiyi hər hansı pozuntudan bəhs etməmişdir. Ümumilikdə kasasiya yoxlaması zamanı isə apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı da müəyyən edilməmişdir. Cavabdeh ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyri-mötəbər rəyə istinad olunmasını göstərsə də, həmin rəyin qeyri-mötəbərliyi barədə sübut təqdim edə bilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77 1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsi nin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməs ini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər (36.1). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (36.3). İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır (36.5). İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər (36.6). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar