Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4325/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina edilməsi, icraat xitam verilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı QSC-nin vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13764/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh1 İddiaçı QSC (əvvəlki adı Azərbaycan Mikromaliyyələşdirmə Bankı QSB) ilə bağladığı xx.xx.2007-ci il tarixli 09L000000022 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. Tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli 22 saylı və xx.xx.2012-ci il tarixli 22 saylı sazişlərə əsasən kredit xəttinin müddəti artırılaraq 188 ay, kredit xəttinin məbləği isə artırılaraq 2.000.000 ABŞ dolları müəyyən olunmuşdur. Həmin müqavilədə qeyd edilmişdir ki, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur.
3. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 09R000009613 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 300000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 09R000009613SB saylı və xx.xx.2017ci il tarixli 09R000009613SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
4. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09R000010525 saylı kredit razılaşmasından görünür ki, o, 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində kredit götürmüşdür.
5. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağ lanmış xx.xx.2014-cü il tarixli 09R000011954 saylı kredit razılaşmasından görünür ki, o, 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 ABŞ dolları məbləğində kredit götürmüşdür.
6. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasından görünür ki, o, 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 260000 ABŞ dolları məbləğində kredit götürmüşdür.
7. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasından görünür ki, o, 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində kredit götürmüşdür.
8. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasından görünür ki, o, 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit götürmüşdür.
9. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasından görünür ki, o, 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40.000 ABŞ dolları məbləğində kredit götürmüşdür.
10. İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, həmin zaminlər bankla Cavabdeh1 arasında bağlanmış Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək, kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər.
11. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında xx.xx.2010-cu il tarixli 20 saylı və xx.xx.2012-ci il tarixli 20 saylı sazişlərdən görünür ki, kredit xətti müqaviləsinə edilmiş dəyişikliklər onunla razılaşdırılmışdır.
12. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 09M000000190 saylı ipoteka müqaviləsindən görünür ki, o, kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində istifadə də olan 0,08028 ha torpaq sahəsində yerləşən, 70 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 354,9 kvadrat metr ümumi, 354,9 kvadrat metr əsas sahədən ibarət qeyri-yaşayış sahəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.
13. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09M000000944 saylı ipoteka müqaviləsindən görünür ki, o, kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində olan 381,8 kvadrat metr ümumi sahədən ibarət yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsini bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.
14. İddiaçı QSC ilə ipoteka-verən Cavabdeh1 arasında ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2010-cu il və xx.xx.2012-ci il tarixli sazişlərdə n görünür ki, tərəflər arasında kredit xətti müqaviləsi üzrə kredit xətti məbləği və kredit xətti müddətinin (öhdəliyin ölçüsü və ya icra müddətinin) dəyişdirilməsi razılaşdırılmışdır.
15. Kassa məxaric orderlərindən və hesabdan çıxarışlardan görünür ki, Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn müqavilələr üzrə pul vəsaitlərini İddiaçı QSC-dən nağd olaraq almış və hesabına köçürülmüşdür.
16. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 70 saylı ünvanda və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələri xx xxxxxx 2007-ci il tarixli kredit xətti müqaviləsinin təminatı qismində qeydiyyata alınmışdır.
17. İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmı ş xx xxxxxxx 2017-ci il və xx xxxxxx 2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda ipoteka predmetlərinə tutmanın yönəldiləcəyi barədə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar.
18. İddiaçı QSC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxxx 2017-ci il tarixli ərizələrindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 70 saylı ünvanda və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin xx xxxxxxx 2017-ci il tarixdə çatdırılmasını nəzərə alaraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə ərizələr verilmiş, ərizələr xx xxxxxxx 2017ci il tarixdə qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
20. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Borclu götürdüyü kredit borcundan 48621 ABŞ dolları ödəmiş, onun 251379 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Onun kredit borcu və faiz borcundan ibarət olmaqla, ödəməli olduğ u vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 168 gün üçün hesablanmış faiz borcu 65662,51 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixə 168 gün üçün hesablanmış cərimə 79462,46 ABŞ dolları təşkil edir.
21. Bundan başqa, kredit xətti müqaviləsi üzrə borclu İddiaçı QSC ilə bağladığı xx.xx.2014cü il tarixli 09R000010525 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 09R000010525SA saylı və xx.xx.2017-ci il tarixli 09R000010525SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borclu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə öd əmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Götürdüyü kredit borcundan 22812,11 ABŞ dolları ödəmiş, onun 17187,89 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. xx.xx.2017-ci il tarixə 148 gün üçün hesablanmış faiz borcu 3675,05 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixə 148 gün üçün hesablanmış cərimə 4454,61 ABŞ dolları təşkil edir.
22. Bundan başqa, kredit xətti müqaviləsi üzrə borclu İddiaçı QSC ilə bağladığı xx.xx.2014cü il tarixli 09R000011954 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarix li 09R000011954SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borclu kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Götürdüyü kredit borcundan 65881,16 ABŞ dolları ödəmiş, onun 84118,84 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. xx.xx.2017-ci il tarixə 168 gün üçün hesablanmış faiz borcu 20507,21 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixə 168 gün üçün hesablanmış cərimə 23805,27 ABŞ dolları təşkil edir.
23. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 60 aymüddətinə, aylıq faiz dərəcəsi 1.125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 260000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 009R**********SA saylı və xx.xx.2017-ci il tarixli 009R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borclu götürdüyü kredit borcundan 50804,57 ABŞ dolları ödəmiş, onun 209195,43 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. xx.xx.2017-ci il tarixə 172 gün üçün hesablanmış faiz borcu 50605,85 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixə 172 gün üçün hesablanmış cərimə 57297,04 ABŞ dolları təşkil edir.
24. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, ay lıq faiz dərəcəsi 1.125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 009R**********SA saylı və xx.xx.2017-ci il tarixli 009R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borclu götürdüyü kredit borcundan 8067,01 ABŞ dolları ödəmiş, onun 31932,99 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. xx.xx.2017-ci il tarixə 177 gün üçün hesablanmış faiz borcu 7496,26 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixə 177 gün üçün hesablanmış cərimə 8342.25 ABŞ dolları təşkil edir.
25. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.125% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 009R**********S saylı və xx.xx.2017-ci il tarixli 009R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Borclu götürdüyü kredit borcundan 3597,43 ABŞ dolları ödəmiş, onun 21402,57 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. xx.xx.2017-ci il tarixə 144 gün üçün hesablanmış faiz borcu 4788,26 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixə 144 gün üçün hesablanmış cərimə 5249,81 ABŞ dolları təşkil edir.
26. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1,0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 009R**********S saylı və xx.xx.2017-ci il tarixli 009R**********SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Borclu 3585,16 ABŞ dolları ödəmiş, onun 36414,84 ABŞ dolları məbləğində kredit borcu qalmışdır xx.xx.2017-ci il tarixə 179 gün üçün hesablanmış faiz borcu 8467,41 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixə 179 gün üçün hesablanmış cərimə 9288,1 ABŞ dolları təşkil edir.
27. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmçinin tərəflər arasında kredit xətti müqaviləsinə edilmiş dəyişikliklərlə əlaqədar Cavabdeh3 ilə zaminlik müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqqında xx.xx.2010-cu il tarixli 20 saylı və xx.xx.2012-ci il tarixli 20 saylı sazişlər bağlanmışdır. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə “İddiaçı QSC” ilə bağladığı xx.xx.2008-ci il tarixli 09M000000190 saylı ipoteka müqaviləsi əsasında mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində istifadədə olan 0.08028 ha torpaq sahəsində yerləşən, 70 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 354.9 kvadrat metr ümumi, 354.9 kvadrat metr əsas sahədən ibarət qeyri-yaşayış sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 7 nömrəli reyestr kitabının 825 nömrəli vərəqində qeydiyyata alınmış və MH0152131 nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 70 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Həmçinin tərəflər arasında kredit xətti müqaviləsi üzrə kredit xətti məbləği və kredit xətti müddətinin dəyişdirilməsi ilə bağlı imzalanmış sazişlərə əsasən (öhdəliyin ölçüsü və ya icra müddətinin dəyişdirilməsi) İddiaçı QSC ilə ipoteka-verən Cavabdeh1 arasında ipoteka müqaviləsinə dəyiş iklik və əlavələr edilməsi haqqında xx.xx.2010-cu il tarixli 190 saylı və xx.xx.2012-ci il tarixli 190 saylı sazişlər imzalanmış və həmin sazişlərə əsasən ipotekanın əlavə qeydiyyatı aparılaraq bununla bağlı müvafiq xx.xx.2010-cu il tarixli MA ******* saylı və xx.xx.2012-ci il tarixli RX ******* saylı çıxarışlar verilmişdir. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 xx.xx.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, “xxxxxxxxxxxxx” MMC-nin kuryeri xx.xx.2017ci il tarixdə ünvanda olmuş, lakin bildirişin çatdırılması mümkün olmamışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2017-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 09M000000944 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində xüsusi mülkiyyətində olan 381.8 kvadrat metr ümumi sahədən ibarət yarımzirzəmidə yerləşən qeyri-yaşayış sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 15 nömrəli reyestr kitabının 1563 nömrəli vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 xx.xx.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş, “xxxxxxxxxxxxx” MMCnin kuryeri xx.xx.2017-ci il tarixdə ünvanda olmuş, lakin bildirişin çatdırılması mümkün olmamışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2017-ci il tarixdə Elektron Xidmətlər Portalı vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr i Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 09R000009613 saylı kredit razılaşması üzrə 251379 ABŞ dolları kredit borcu, 65662,51 ABŞ dolları faiz borcu, 79462,83 ABŞ dolları cərimə olmaqla, cəmi 396503,97 ABŞ dolları; 09R000010525 saylı kredit razılaşması üzrə 17187,89 ABŞ dolları kredit borcu, 3675,05 ABŞ dolları faiz borcu və 4454,61 ABŞ dolları cərimə olmaqla, cəmi 25317,55 ABŞ dolları; 09R000011954 saylı kredit razılaşması üzrə 84118,84 ABŞ dolları kredit borcu, 20.507,21 ABŞ dolları faiz borcu və 23805,27 ABŞ dolları cərimə olmaqla, cəmi 128431,32 ABŞ dolları; 009R**********saylı kredit razılaşması üzrə 209195,43 ABŞ dolları kredit borcu, 50605,85 ABŞ dolları faiz borcu, 57.297,04 ABŞ dolları cərimə olmaqla, cəmi 317098,32 ABŞ dolları; 009R********** saylı kredit razılaşması üzrə 31932,99 ABŞ dolları kredit borcu, 7496,26 ABŞ dolları faiz borcu və 8342,25 ABŞ dolları cərimə olmaqla, cəmi 47771,5 ABŞ dolları; 009R********** saylı kredit razılaşması üzrə 21402,57 ABŞ dolları kredit borcu, 4788,26 ABŞ dolları faiz borcu və 5249,81 ABŞ dolları cərimə olmaqla, cəmi 31.440,64 ABŞ dolları; 009R********** saylı kredit razılaşması üzrə 36414,84 ABŞ dolları kredit borcu, 8476,41 ABŞ dolları faiz borcu və 9288,1 ABŞ dolları cərimə olmaqla, cəmi 54179,35 ABŞ dol ları, yeddi müqavilə üzrə ümumilikdə cəmi 1.000.742,65 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 70 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 49 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və 1.000.742,65 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 70 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 49 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
28. İddiaçı QSC Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə (xx.xx.2019-cu il) verərək iş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası dövründən cavabdeh tərəfindən ödəniş edildiyi, edilən bütün ödənişlərin, 09R000009613 saylı, 09R000011954 saylı və 009R********** saylı kredit razılaşmaları üzrə əsas borcdan silindiyi, ona görə iddia tələbinin azaldılmasına dair ərizənin verilməsi zərurəti yarandığı göstərilmiş, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 09L000000022 saylı kredit xətti müqaviləsinə, kredit xətti müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2010-cu il tarixli 22 saylı, xx.xx.2012-ci il tarixli 22 saylı sazişlərə xitam verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 09R000009613 saylı kredit razılaşması üzrə 171.138,28 ABŞ dolları kredit borcu, 78558,15 ABŞ dolları faiz borcu, 159.451,09 ABŞ dolları cərimə olmaqla, cəmi 409147,52 ABŞ dolları; 09R000010525 saylı kredit razılaşması üzrə 17.187,89 ABŞ dolları kredit borcu, 5661,2 ABŞ dolları faiz borcu və 9948,79 ABŞ dolları cərimə olmaqla, cəmi 32797,88 ABŞ dolları; 09R000011954 saylı kredit razılaşması üzrə 65058,75 ABŞ dolları kredit borcu, 30.227,61 ABŞ dolları faiz borcu və 50716,94 ABŞ dolları cərimə olmaqla, cəmi 146003,30 ABŞ dolları; 009R********** saylı kredit razılaşması üzrə 182995,43 ABŞ dolları kredit borcu, 74.779,54 ABŞ dolları faiz borcu, 124233,11 ABŞ dolları cərimə olmaqla, cəmi 382.008,08 ABŞ dolları; 009R********** saylı kredit razılaşması üzrə 31932,9 9 ABŞ dolları kredit borcu, 11.153,29 ABŞ dolları faiz borcu və 18551,26 ABŞ dolları cərimə olmaqla, cəmi 61637,54 ABŞ dolları; 009R********** saylı kredit razılaşması üzrə 21.402,57 ABŞ dolları kredit borcu, 7356,57 ABŞ dolları faiz borcu və 12090,77 ABŞ dolları cərimə olmaqla, cəmi 40.849,91 ABŞ dolları; 009R********** saylı kredit razılaşması üzrə 36.414,84 ABŞ dolları kredit borcu, 12.684,35 ABŞ dolları faiz borcu və 20934,87 ABŞ dolları cərimə olmaqla, cəmi 70.034,06 ABŞ dolları; yeddi müqavilə üzrə ümumilikdə cəmi 1.142.478,29 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 70 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə; ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və 1.142.478,29 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumuvə 40 manat xidmət haqqının əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 70 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsinə tutma y önəldildikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
29. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (Hakim Məzahir Sadıqov) xx xxxx 2019-cu il tarixli, 2(007)-86/2019 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2007-ci il tarixli 09L000000022 saylı kredit xətti müqaviləsinə, kredit xətti müqaviləsinə dəyişiklik edilməsinə dair xx.xx.2010-cu il tarixli 22 sa ylı, xx.xx.2012-ci il tarixli 22 saylı sazişlərə xitam verilməsi, 09R000009613 saylı kredit razılaşması üzrə 171138,28 ABŞ dolları kredit borcu, 78558,15 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 254696,43 ABŞ dolları borc; 09R000010525 saylı kredit razılaşması üzrə 17187,89 ABŞ dolları kredit borcu, 5661,2 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 23.849,09 ABŞ dolları borc; 09R000011954 saylı kredit razılaşması üzrə 65058,75 ABŞ dolları kredit borcu, 30227,61 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə olmaqla, cəmi 97286,36 ABŞ dolları borc; 009R********** saylı kredit razılaşması üzrə 182995,43 ABŞ dolları kredit borcu, 74779,54 ABŞ dolları faiz borcu, 3000,0 ABŞ dolları cərimə olmaqla, cəmi 260774,97 ABŞ dolları borc; 009R********** saylı kr edit razılaşması üzrə 31932,99 ABŞ dolları kredit borcu, 11153,29 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 44086,28 ABŞ dolları borc; 009R********** saylı kredit razılaşması üzrə 21402,57 ABŞ dolları kredit borcu, 7356,57 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları cərimə olmaqla, cəmi 31759,14 ABŞ dolları borc; 009R********** saylı kredit razılaşması üzrə 36414,84 ABŞ dolları kredit borcu, 12684,35 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 50099,19 ABŞ dolları borc, ümumilikdə cəmi 762551,46 ABŞ dolları borc qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun, 40 manat xidmət haqqının və ipoteka predmeti olan əmlakların qiymətləndirilməsi xərci qismində cəmi 600 manat pulun əvəzi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 70 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlaklar açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi 70 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hərracda ilkin satış qiymətinın 560000 manat məbləğində, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hərracda ilkin satış qiyməti 450.000 manat məbləğində müəyyən edilməsi, h ərrac yolu ilə əldə edilən pul vəsaitindən İddiaçı QSC-yə olan borca ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda Cavabdeh1 verilməsi, ipoteka predmeti olan əmlaklara tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra Cavabdeh1 əmlaklardan çıxarılması, əmlaklar boşaldılaraq hərracın nəticələrinin üzrə alıcıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
30. İş materiallarında olan İddiaçı QSC-nin xx xxxxxxxx 2018-ci il tarixli maliyyə arayışlarından (iddia ərizəsinə əlavə verilərkən maliyyə arayışı təqdim olunmamışdır) görünür ki, Cavabdeh1 09R000009613 saylı kredit razılaşması üzrə 245.489,15 ABŞ dolları kredit borcu, 78558,15 ABŞ dolları faiz borcu, 159.451,09 ABŞ dolları cərimə olmaqla, cəmi 483498,39 ABŞ dolları borcu; 09R000010525 saylı kredit raz ılaşması üzrə 17187,89 ABŞ dolları kredit borcu, 5661,2 ABŞ dolları faiz borcu, 9948,79 ABŞ dolları cərimə olmaqla, cəmi 32797,88 ABŞ dolları borcu; 09R000011954 saylı kredit razılaşması üzrə 84118,84 ABŞ dolları kredit borcu, 30.227,61 ABŞ dolları faiz borcu, 50716,94 ABŞ dolları cərimə olmaqla, cəmi 165063,39 ABŞ dolları borcu; 009R********** saylı kredit razılaşması üzrə 209195,43 ABŞ dolları kredit borcu, 74.779,54 ABŞ dolları faiz borcu, 124.233,11 ABŞ dolları cərimə olmaqla, cəmi 408208,08 ABŞ dolları borcu; 009R********** saylı kredit razılaşması üzrə 31932,99 ABŞ dolları kredit borcu, 11.153,29 ABŞ dolları faiz borcu, 18551,26 ABŞ dolları cərimə olmaqla, cəmi 61.637,54 ABŞ dolları borcu; 009R********** saylı kredit razılaşması üzrə 21.402,57 ABŞ dolları kredit borcu, 7356,57 ABŞ do lları faiz borcu, 12.090,77 ABŞ dolları cərimə olmaqla, cəmi 40.849,91 ABŞ dolları borcu; 009R********** saylı kredit razılaşması üzrə 36414,84 ABŞ dolları kredit borcu, 12.684,35 ABŞ dolları faiz borcu, 20934,87 ABŞ dolları cərimə olmaqla, cəmi 70034,06 ABŞ dolları borcu vardır.
31. İş materiallarında olan məhkəmənin qərardadına əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən iş üzrə ipoteka predmetlərinin qiymətləndirilməsi həyata keçirilmişdir, verilmiş xx xxxxxx 2019- cu il tarixli 014/19 və 015/19 nömrəli hesabat aktlarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsində yerləşən 70 nömrəli binanın 1ci mərtəbəsindəki 354,9 kvadrat metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin hazırkı dövrə orta bazar qiyməti 560.000 manat, Bakı şəhəri, Yas amal rayonu, Nizami küçəsində yerləşən 49 nömrəli binanın yarızirzəmisindəki 381,8 kvadrat metr qeyri-yaşayış sahəsinin hazırkı dövrə olan orta bazar qiyməti 450000 manat təşkil edir.
32. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, kredit xətti müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan kredit razılaşmalarına əsasən Cavabdeh1 ilə Bank arasında Mülki Məcəllənin 386-cı maddəsinə əsasən müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit borcunun ödənilməsi və tutma nın ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlıdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
33. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləCavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)-86/2019 saylı qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
34. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci in stansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir.
35. Cavabdeh kredit borcunun şişirdilməsini qeyd edib, iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, işdə olan maliyyə sənədlərini şübhə altına ala biləcək heç bir sübut təqdim etmədiyindən, kollegiya onun bu dəlilini əsassız hesab edir.
36. Məhkəmə qiymətləndirici rəyinə qiymət verərək hesab etmişdir ki, həmin rəy daha ətraflı və dolğun olaraq əmlakın ilkin satış qiymətini özündə əks etdirdiyindən, rəydə qeyd olunan qiymətlər ipoteka müqaviləsindəki tərəflərin razılaşdırdıqları qiymətdən qat-qat artıq olduğundan, həmin rəy mötəbər sübut kimi qəbul olunmalıdır.
37. Cavabdeh tərəf evin ilkin satış qiymətinin aşağı götürülməsini qeyd etsə d ə, işdə olan qiymətləndirmə ilə bağlı rəyi şübhə altına ala biləcək hər hansı sübut təqdim etməmişdir. Birinciinstansiyaməhkəməsitutmanınipotekapredmetinə yönəldilməsi, ilə bağlı hissədə də, düzgünnəticəyə gəlmişdir.
38. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maliyyə arayışı əsasında gəldiyi nəticə əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi yalnız iddiaçının təqdim etdiyi arayışa istinad etməklə qətnamə qəbul etmiş, həmin arayışın düzgünlüyünü yoxlamamışdır. Eyni zamanda ipoteka predmetinə qiymətləndirici tərəfindən qoyulan ilkin satış qiyməti mənzilin real dəyərindən qat-qat aşağıdır. Belə olan halda mülki iş yenidən əsaslı və qanunla düzgün baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməli, həm borcun məbləği, həm də ipoteka predmetinin ilkin satış qiyməti dəqiq müəyyən edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
42. İddiaçı QSC-nin vəkili Nümayəndə1 məhkəmə kollegiyasının iclasında yazılı ərizə təqdi edərək cavabdeh tərəfindən banka olan borc məbləğləri tam ödəndiyindən iddia tələbindən imtina edildiyini, iddia tələbindən imtinanın nəticələrinin iddiaçıya aydın old uğunu, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
43. Cavabdeh1 məhkəməyə yazılı ərizə göndərərək banka olan borcunu tam ödədiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
44. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 45. 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 46. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan im tina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 47. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 48. 191.2- ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 49. 261.0 və 261.0.4-cü maddələrinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 50. 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni ə saslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 51. 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri
52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəb ul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırki işdə iddiaçı tərəfindən iddiadan imtina edildiyindən məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti üzrə hər hansı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina iddiaçının iradəsinə uyğundur, buna səbəb cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borcun tam bağlanmasıdır.
55. İddiadan imtina barədə ərizə bankın səlahiyyətli şəxsi tərəfindən imzalanmış, ərizə bankın möhürü ilə təsdiqlə nmiş, bankı məhkəmədə təmsil edən vəkilə bu barədə səlahiyyət verilmişdir.
56. Ona görə də iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)13764/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmalı, iddiadan imtina ərizəsi qəbul edilməklə iş üzrə icraata xitam verilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-13764/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov