Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4325/2022 12.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 Balabəg oğluna və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4325/2022 (Açar sözlər: birgə nikah dövründə alınmış torpaq sahəsinin bölünməsi) Bakı şəhəri 12 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 Balabəg oğluna və Cavabdeh1 qarşı qızıl-zinət əşyalarının qaytarılması və birgə nikah dövründə alınmış torpaq sahəsinin bölünməsi tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 2(105)-25/2022 nömrəli iş üzrə 3 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 Balabəg oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh2 Balabəg oğlu ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan tərəflərin 25 iyun 2014-cü il təvəllüdlü Gülay və 15 oktyabr 2016-cı il təvəllüdlü Nəzrin adlı uşaqları doğulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar iddiaçının himayəsinə verilmişdir. 2. 07 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə Xaçmaz rayonu,Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsi Cavabdeh2 Balabəg oğlu tə rəfindən alınmış və həmin torpaq sahəsinə sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3. 10 noyabr 2019-cu il tarixdə Xaçmaz rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Zahirov X11 rayonu Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsini X9 4.000 manata satmışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-654/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Balabəg oğluna və X9 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(105)-930/2021 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 Balabəg oğluna və X9 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilmiş, Cavabdeh2 Balabəg oğlu ilə X12 arasında 10 noyabr 2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2021-ci il tarixli, 2(102)-5265/2021 nömrəli qərarından görünür ki, cavabdehlər Cavabdeh2 Balabəg oğlu və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2021-ci il tarixli, 2(105)930/2021 nömrəli qətnam əsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh2 Balabəg oğluna və Cavabdeh1 qarşı qızıl-zinət əşyalarının qaytarılması və birgə nikah dövründə alınmış torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə qurduqları zaman, yəni nişan və toy zamanı ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını cavabdehlər onun əlindən alaraq özlərində saxlamış, münasibətləri pozulub ata evinə qayıdan zaman qızıllarını ona qaytarmamışlar. Hazırda cehiz əmlakı və qızıl-zinət əşyaları cavabdehlərin evindədir. Qızılzinət əşyaları İtaliya istehsalı, qiyməti 5.200 manat olan 1 ədəd komplekt (sırğa, boyunbağı, qolbaq, üzük), br ilyant qaşlı, qiyməti 720 manat olan qızıl komplekt (üzük, sırğa), brilyant qaşlı, qiyməti 1.100 manat dəyərində qızıl nişan üzüyü, brilyant qaşlı, qiyməti 420 manat dəyərində qızıl üzükdür. Bundan əlavə, birgə nikah dövründə, yəni 2017-ci ilin noyabr ayında Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsini satın almış və birgə istifadə etmişlər. Həmin torpaq sahəsi üçün Cavabdeh2 Balabəg oğlunun adına çıxarış verilmişdir. Torpaq sahəsi birgə nikah dövründə alındığı üçün 2 uşağın onun himayəsində olması nəzərə alınmaqla aralarında bölünməlidir.
9. Xaçmaz Rayon Məhkəməsinin (hakim A.B.Sadıqov) 7 iyun 2019-cu il tarixli, 2(067)1221/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Xaçmaz rayon QaracikZeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsinin Cavabdeh2 Bal abəg oğlunun və Cavabdeh1 ümumi paylı mülkiyyəti hesab olunması, həmin torpaq sahəsində İddiaçı payının ½ hissədə, Cavabdeh2 Balabəg oğlunun payının ½ hissədə müəyyən edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Xaçmaz Rayon Məhkəməsinin (hakim A.B.Sadıqov) 1 noyabr 2019-cu il tarixli, 2(067)-1221/2019 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 7 iyun 2019-cu il tarixli, 2(067)-1221/2019 nömrəli qətnaməsində yol verilmiş yanlışlıq düzəldilmiş, qətnamənin nəticə hissəsində “Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsinin Cavabdeh2 Balabəg oğlunun və Cavabdeh1 ümumi paylı mülkiyyəti hesab olunsun” cümləsi, “Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsinin Cavabdeh2 Balabəg oğlunun və İddiaçı ümumi paylı mülkiyyəti hesab olunsun” kimi oxunması qərara alınmışdır.
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 istifadəsində olan Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə edildiyindən onların ümumi mülkiyyəti hesab edilməlidir. Eyni zamanda iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının cavabdehlərdə qalması barədə iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz.
12. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 32, 36-cı maddələrinə, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Həmçinin cavabdehlər Cavabdeh2 Balabəg oğlu və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin “Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsində İddiaçı payının ½ hissədə müəyyən edilsin” hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və İ.K.Dəmirov) 2(105)-25/20 22 nömrəli, 3 fevral 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 Balabəg oğlunun, Cavabdeh1 və İddiaçı apellyasiya şikayətləri təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsinin 7 iyun 2019-cu il tarixli, 2(067)-1221/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qızıl-zinət əşyalarının qaytarılması tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək, qeyd etmişdir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının cavabdehlərdə qalmasını sübut etmək yükü iddiaçının üzərinə düşsə də, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində bunları sübut edə bilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin birgə nikah dövründə alınmış torpaq sahəsində payların müəyyən edilməsinə aid hissədə düzgün nəticəyə gəlmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 Balabəg oğlu və İddiaçı birgə nikahları dövründə Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsini almışlar. Hazırki mübahisəyə məhkəmədə baxılarkən Cavabdeh2 Balabəg oğlu həmin torpaq sahəsinə dair 4 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alaraq 10 noyabr 2019-cu il tarixdə torpaq sahəsini X1, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.
19. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 213.2,223.3, 225.1-c i maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1,32.1,32.2, 36.1,36.2,36.3,36.4,37.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh2 Balabəg oğlu (vəkili Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-25/2022 nömrəli, 3 fevral 2022-ci il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin torpaq sahəsinin ½ hissədə İddiaçı Almad qızının payının müəyyən edilməsi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə u yğun olaraq belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdehin hüququnun bərpa olunmasına kömək etmək əvəzinə sübutları araşdırmamışdır. Məhkəmə qızıl-zinət əşyalarına dair hissədə düzgün nəticəyə gəlsə də, 0,74 ha torpaq sahəsinin ½ hissəsinə iddiaçının payını müəyyən etməklə yanlış nəticəyə gəlmişdir. Belə ki, mübahisə predmeti olan 0,74 ha torpaq sahəsi cavabdehin əmisi X6 məxsus olmuş, həmin torpaq sahəsi 2002-ci ildə cavabdehin atası Zahirov Balabəg Məhəmməd oğluna satılmış, 2002-ci ildən 2016-cı ilə qədər, yəni Zahirov Balabəg Məhəmməd oğlunun vəfatına qədər onun istifadəsində olmuş, istifadə etdiyi dövrdə qeyd olunan 0,74 ha torpaq sahəsində bağ salmış, ölümündən sonra torpaq sahəsi cavabdehin adına alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Xaçmaz rayon Qaraçaycek Bələdiyyəsinin 22 aprel 2019-cu il tarixli, 32 nömrəli rəsmi arayışından görünür ki, hazırda Cavabdeh2 Balabəg oğlunun mülkiyyətində olan 0,74 ha torpağın vergi pulunu 2002-2016-cı illərdə onun əvvəlki sahibi X4 yerinə bu torpaqdan istifadə etdiyi üçün cavabdehin əmisi ödəmişdir.
22. Kassator kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 34-cü maddələrinə, İnsan Hüquqlarının və X8 X3 6-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını on unla əsaslandırmışdır ki, mübahisəli 0,74 ha torpaq sahəsinin əmisi X6 məxsus olması və atası tərəfindən istifadə olunması, bağ salınmasına dair cavabdehin dəlilləri əsassızdır və iş materialları ilə bu hal təkzib olunur. Belə ki, Xaçmaz rayonu, Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsini 07 noyabr 2017-ci il tarixli, AN seriyalı ******* nömrəli alqısatqı müqaviləsi ilə X7, X10 və X2 10.000 manata satın almışlar. Cavabdeh mübahisəli torpaq sahəsinin atası tərəfindən istifadə olunduğunu və vergilərin atası tərəfindən ödənildiyini bildirməklə və bu barədə bələdiyyədən aldığı saxta arayışı təqdim etməklə məhkəməni aldatmağa cəhd etmişdir. Lakin atası tərəfindən uzun müddətə istifadə olunurdusa və əmisi tərəfindən əvəzsiz onun atasına verilmişdirsə, onda bağışlama müqaviləsi bağl anardı.Odur ki, məhkəmələr haqlı olaraq mübahisəli torpaq sahəsini iddiaçı və cavabdeh arasında bərabər bölmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanına və qorunan hüququdur.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
27. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
28. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
29. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
30. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
31. Maddə 32.1 Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
32. Maddə 32.2.1. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) daxildir.
33. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. k ommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
34. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
35. Maddə 36.3 Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
36. Maddə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakı nın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
40. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı ka ssasiya şikayətində qətnamə cavabdeh tərəfindən 0,74 ha torpaq sahəsində payların müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
48. Apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiya sı qeyd edir ki, Cavabdeh2 Balabəg oğlu mübahisələndirilən torpaq sahəsinin tərəflərin birgə nikahlarından əvvəl əldə olunmasını göstərsə də, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə 0,74 ha torpaq sahəsinin İddiaçı və Cavabdeh2 Balabəg oğlunun ümumi mülkiyyətlərində olması qənaətinə gəlinmiş və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi zamanı iddiaçının razılığının olmaması nəzərə alınmaqla Cavabdeh2 Balabəg oğlu ilə X12 arasında 10 noyabr 2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alqısatqı müqaviləsi etibarsız hesab edilmişdir.Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahis ələndirilmir və yenidən sübut edilmir. Bu normada qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir.
49. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
50. Beləliklə, apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası Cavabdeh2 istifadəsində olan Xaçmaz rayon Qaracik-Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsi tərəflərin birgə nikah dövründə əldə edildiyindən həmin torpaq sahəsində İddiaçı payını ½ hissədə, Cavabdeh2 Balabəg oğlunun payını ½ hissədə müəyyən etməklə düzgün qənaətə gəlmişdir.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya qa ydasında işə baxan məhkəmə kollegiyasının iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 Balabəg oğlunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-25/2022 nömrəli iş üzrə 3 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Aqil Abbasov Elşad Şamayev Sənan Hacıyev