Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4643/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 və digərlərinin Cavabdeh1 və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi paylı mülkiyyətdəki payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1379/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları
1. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı2 və İddiaçı1 Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən JN-0098 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ümumi paylı mülkiyyətlərində olan 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.
2. İddiaçı1 ilə Cavabdeh1 ər-arvad olmuş,xx.xx.2005-ci ildə aralarındakı nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən JN-0098 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ümumi paylı mülkiyyətlərində olan 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onların, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətdə olan paylarının naturada ayrılması və sair barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onlara Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən JN0098 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ümumi paylı mülkiyyətlərində olan 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi onların və cavabdehlərin paylı mülkiyyətindədir. xx.xx.2005-ci il tarixdə İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmış nikah pozulmuş və X1 “Əliyeva” soyadını qəbul etmişdir. Hazırda iddiaçılar Xaçmaz rayonu, Ağyazı Buduq kəndində yaşayırlar. Cavabdehlər onların qeyd edilən torpaq sahəsindən istifadələrinə mane olurlar. Bu səbəbdən də həmin torpaq sahəsindən isti fadə edə bilmirlər. Torpaq sahəsindən istifadə etmələri ilə bağlı cavabdehlərlə razılığa gəlmələri mümkün deyil.
5. Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(067)-10/2023 nömrəli qətnaməsi ilə (hakim A.Sadıqov) iddia təmin edilmiş, Torpağa mülkiyyət hüququna dair JN-0098 saylı dövlət aktına əsasən, Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən paylı (birgə) mülkiyyətdə olan 2,61 ha torpaq sahəsinə münasibətdə iddiaçıların hər birinin payı 1/5 və 1/5 olmaqla, birlikdə payları 2/5 hissədə müəyyən edilmiş və həmin hissədə torpaq sahəsindən payların naturada ayrılması qət edilmişdir.
6. Mülki iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, torpağa mülkiyyət hüququna dair JN-0098 saylı dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlər inin mülkiyyətində olan Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir (sxem tərtib edilib). Torpağa mülkiyyət hüququna dair JN-0098 saylı dövlət aktında göstərilmiş 2.61 ha torpaq sahəsinin sxeminə əsasən mülkiyyətçilər arasında bərabər hissələr bölünməsi mümkündür. Mütəxəssis rəyində qeyd edilir ki, bu sualın cavabı bölgü sxemində əksini tapmışdır.
7. Birinci instansiya məhkəməsi mülki iş materiallarına əsasən müəyyən etmişdir ki, JN-0098 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, tərəflərin ümumi paylı mülkiyyətlərinə verilmiş Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması (payçıların öz payından maneəsiz istifadə etmələrini təmin etmək şərtilə) mümkündür (bölgü sxemi tərtib edilib). JN-0098 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən tərəflərin ümumi paylı mülkiyyətlərinə verilmiş Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması texniki cəhətdən hansı digər variantlarda ayrılması bölgü sxemində əks olunmuşdur.
8. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən hesab etmişdir ki, iddia təmin olunmalıdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 220.2, 220.3, 223.2, 223.3, 223.4-cü maddələrinə, “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əsasla ndırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X1 ondan xəbərsiz boşandıqdan sonra, müəyyən etmişdir ki, onun əmisi oğlu qanunsuz vəkillik fəaliyyəti ilə məşğul olan təcrübəli polis X6 Azərbaycan Respublikası MPM-nin tələbinə, forma və məzmununa uyğun olmayan tarixsiz, barəsində qərəzli, böhtan xarakterli, həqiqətə uyğun olmayan əsassız qeydlər olunmuş, natamam, qüsurlu (nikahın pozulmasına dair) İddiaçı1 adından iddia ərizəsi tərtib edərək, cavabdeh olduğunu təsdiq edən hüquqi sənədlər olmadan Xaçmaz Rayon Məhkəməsinə müra ciət etmişdir. Məhkəmə sənədləri qərardadla geri qaytarmayaraq icraata iş götürərək qanunvericiliyin tələblərini pozmuşdur. xx.xx.2005 tarixli, 2-69 saylı qətnamə ilə iddiaçının tələbini təmin etmişdir. Qüvvədə olan qətnamədə tərəflər arasında hal-hazırda əmlak və sair tələbə dair heç bir mübahisə yoxdur qeydi hələ də qüvvədə olduğu halda, mülkiyyətində olan 1 ha 04 sot kənd təsərrüfat təyinatlı torpağı dələduzluq yolu ilə ələ keçirərək, aralarındakı prinsipial razılaşmaya əsasən qardaşı X2 35.000 manata sataraq, əldə etdikləri pulu aralarında bölüşməklə əlavə qazanc əldə etmək məqsədilə X6 Azərbaycan Respublikası MPM-in tələbinə, forma və məzmununa uyğun olmayan – tarixsiz, qərəzli, böhtan xarakterli, həqiqətə uyğun olmayan əsassız qeydlər olunmuş, natamam, qüsurlu (ümumi paylı mülkiyyətd ən payın naturada ayrılması tələbi barədə) İddiaçı1, İddiaçı2 adından iddia ərizəsi tərtib edərək, mülkiyyət sənədlərini, şəxsi məlumatlarını qanunsuz yolla əldə edərək vəkilə ötürmüşdür. Vəkil1 Ziyəddin oğlunun məqsədyönlü sorğusuna əsasən, Qusarçay İƏD-nin icra nümayəndəsi X5 ailə tərkibində qeydiyyatda olan şəxslər barədə verdiyi arayışı saxtalaşdıraraq, İddiaçı2 ailə tərkibində olduğu halda, qeyd etməyərək, cavabdeh mövcud olmayan şəxs Cavabdeh3 ailə tərkibində qeyd etmişdir. Vəkil iddia ərizəsinə əlavə olunmuş sənədləri Xaçmaz Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə mövcud olmayan cavabdeh şəxsi bütün məhkəmə iclaslarına bildirişlə çağırmış, barəsində verdiyi rəsmi sənədləri, Quba “ASAN Xidmət”-dən aldığı ailə tərkibinə qeydiyyatda olan şəxslər barədə arayışı, Ağyazı Buduq kəndində id diaçının adına aldığı torpaqda tikdiyi evin sənədlərinin surətlərini, qarşılıqlı iddia ərizəsi, iddia həcminin artırılması barədə ərizə, vəsatətləri, etirazları, tələbnamələri və digər sübutları nəzərə almayaraq, mülki iş materialı ilə tanış olmağa şərait yaratmayaraq, iş materialında olan sənədlərin surətlərini verməyərək, 2005-ci il tarixdə iddiaçı boşanarkən aliment və əmlak tələb etməməsinin səbəbini araşdırmayaraq, onu münaqişələrə cəlb etməklə zərərə məruz qoyaraq, infarkt keçirtdirərək sağlamlığına zərər vuraraq, dəfələrlə ekspertiza mərkəzinə müraciət edərək, müvafiq rəyi alaraq, xx.xx.2023-cu il tarixdə qətnamə ilə cinayət xarakterli tələbi maraqlı olduğundan təmin edərək qanunvericiliyin tələblərini pozmuşdur.
12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1379/20 23 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), F.Məmmədov və L.Rəhimli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(067)-10/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0098 saylı dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə tərəflərin mülkiyyətinə 2.61 ha torpaq sahəsi verilmişdir.
14. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarı ilə tərəflərin mülkiyyətinə 2.61 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə uyğun olaraq onlara JN-0098 saylı dövlət qeydiyyatlı dövlət aktı verilmişdir. Həmin sənəddə bütün ailə üzvlərinin adları qeyd edilmişdir. İddiaçılar paylı mülkiyyətlərində olan əmlakdan öz paylarının naturada ayrılması və onlara verilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdehlər isə iddianı qəbul etməmişlər.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, torpağa mülkiyyət hüququna dair JN-0098 saylı dövlət aktına əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, torpağa mülkiyyət hüququna dair JN-0098 saylı dövlət aktında göstərilmiş 2.61 ha torpaq sahəsinin sxeminə əsasən mülkiyyətçilər arasında bərabər hissələr bölünməsi mümkündür. Beləliklə, JN-0098 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən tərəflərin ümumi paylı mülkiyyətlərinə verilmiş Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması (payçıların öz payından maneəsiz istifadə etmələrini təmin etmək şərtilə) məqsədəmüvafiq hesab edilmişdir.
16. Beləliklə, məhkəmə kollegiyası torpağa mülkiyyət hüququna dair JN-0098 saylı dövlət aktına əsasən Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən paylı (birgə) mülkiyyətdə olan 2,61 ha torpaq sahəsinə münasibətdə iddiaçıların hər birinin payı 1 /5 və 1/5 olmaqla, birlikdə paylarının 2/5 hissədə müəyyən edilməsi və həmin hissədə torpaq sahəsindən payların naturada ayrılmasının məqsədəmüvafiq olması barədə birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab etmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152.1, 152.5, 157.1,157.2 214.1, 220.1, 220.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh kassasiya şikayətini apellyasiya şikayət inin dəlillərinə uyğun olaraq onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, bununla da maddi və prosessual hüquq normaları pozulmuş və nəticədə əsassız qətnamə çıxarılmışdır. Belə ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini araşdırmadan apelyasiya şikayətini əsassız hesab edərək qətnaməni qüvvədə saxlamışdır. Şikayət müəllifi ümumi paylı mülkiyyətdə İddiaçı1 məxsus torpağın mövcud olmadığını, onun oğlu olan digər iddiaçının isə hazırkı işdə iddia qaldırmağa hüququnun olmadığını bildirmişdir. Kassator, qeyd etmişdir ki, bunların heç biri məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiya məhkəməsi əsassız olaraq apellyasiya şikayətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlar ını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
25. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
26. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
27. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
28. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqı nda razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
29. Maddə
84. Bənd İ. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
30. Maddə
111. Bənd İ. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
31. Maddə
111. Bənd İİ. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidi yyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
38. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.
39. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
40. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
41. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının h ədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
44. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
45. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsin in gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
47. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Xaçmaz rayonu, Həsənqal a kəndində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-0098 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən ümumi paylı mülkiyyət hüququ üzrə tərəflərin adlarına qeydə alınmışdır.
48. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, torpağa mülkiyyət hüququna dair JN-0098 saylı dövlət aktına əsasən tərəflərin mülkiyyətində olan Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edilmişdir (sxem tərtib edilib). To rpağa mülkiyyət hüququna dair JN-0098 saylı dövlət aktında göstərilmiş 2.61 ha torpaq sahəsinin sxeminə əsasən mülkiyyətçilər arasında bərabər hissələr bölünməsi mümkündür. Mütəxəssis rəyində qeyd edilir ki, bu sualın cavabı bölgü sxemində əksini tapmışdır.
49. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, JN-0098 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, tərəflərin ümumi paylı mülkiyyətlərinə verilmiş Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması (payçıların öz payından maneəsiz istifadə etmələrini təmin etmək şərtilə) mümkündür (bölgü sxemi tərtib edilib). JN-0098 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən tərəflərin ümum i paylı mülkiyyətlərinə verilmiş Xaçmaz rayonu, Həsənqala kəndi ərazisində yerləşən 2.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması texniki cəhətdən mümkündür.
50. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstər ilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 iyul 2023-cü il tarixli, 2(105)-1379/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.