Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-433/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)2641/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Göyçay rayon məhkəməsinin (hakim Zəfər Quliyev) xx xxxxxx 2018-ci il tаrixli, 2(046)995/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddia tə ləbi rədd edilmiş, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi və 9500 manat məbləğində pul və qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 9530 manat pulun İddiaçı alınıb Cavabdeh verilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən), Mahir Əsədli (məruzəçi), İnşallah Quliyev) xx xxxxxx 2019-cu il tarixli 2(107)- 251/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(046)-995/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Sənan Hacıyev) xx.xx.2019-cu il tarixli 2(102)-4525/2019 nömrəli qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilərək iş üzrə Şəki Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)- 251/2019 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün X7 göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Mübariz Hüseynov - sədrlik edən və məruzəçi), Gündüz Abbasov, Rövşən Rəfiyev) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Göyçay rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli, 2(046)-995/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia tələbinin qismən təmin ediməsi, Cavabdeh 4000 ABŞ dolları ödəniş gününə manata olan məzənnə ilə hesablanmaqla və ödən ilmiş dövlət rüsumunun 15 manat hissəsinin alınıb İddiaçı verilməsi qət edilmiş, ilkin iddia qalan hissədə və Cavabdeh İddiaçı qarşı 9500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı 19525 ABŞ dollarının ödəniş günü məzənnə üzrə manatla tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən X3 xeyrinə ondan və Cavabdeh 27500 ABŞ dolları ödəniş günü üçün məzənnə üzrə manatla pulun tutulması qət olunmuşdur. Həmin iş üzrə məhkəmə baxışında Cavabdeh xxxxxx alınan 27500 ABŞ dolları pula İddiaçı tərəfindən ona meyvə məhsulu göndərildiyini, həmin məhsulu satıb pulunu İddiaçı göndərməl i olduğunu, lakin göndərə bilmədiyini, maddi imkanı olan kimi həmin 27500 ABŞ dolları pulu İddiaçı göndərəcəyini, eləcə də əlavə olaraq onlara 4000 ABŞ dolları, cəmi 31500 ABŞ dolları borclu olduğunu etiraf etmişdir. Qeyd edilən məhkəmə aktı qanuni qüvvəyə minərək icraya yönəldilmiş, bu qətnamənin icrasından yayındığına görə o və cavabdeh inzibati, daha sonra isə cinayət məsuliyyətinə cəlb olunmuş, Cavabdeh borclu olduğu puldan cəmi 4500 ABŞ dolları pul qaytarmış, keçən müddətdə cavabdeh ona və xxxxxxx pul borclu olduğunu, onun ucbatından cavabdeh qismində cəlb edildiyini dəfələrlə bir neçə şəxsin yanında etiraf etmiş, ona və xxxxpulu aytaracağını vəd etmiş, bunun sübutu kimi borcdan 4500 ABŞ dolları xxxx qaytarmış, cavabdeh xxxxxxx borclu olduqları 23000 ABŞ dolları qaytarılmadığından həm in borca görə xxxxxxxx ona və cavabdehə qarşı pul, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbləri qismən təmin olunaraq ondan və Cavabdeh müştərək qaydada əlavə 8050 ABŞ dolları məbləğində və məhkəmə xərcinə görə 12 manat məbləğində pul tutulması qət edilmişdir. İddiaçının tələb etdiyi 19525 ABŞ dolları cavabdehin təqsiri üzündən müştərək qaydada ondan da tutulmuş olan və ödənilməmiş qalan 31050 ABŞ dolları pulun yarısını təşkil edən 15525 ABŞ dolları və əlavə olaraq şəxsən cavabdehin onun özünə olan 4000 ABŞ dolları borcundan ibarətdir. İş materiallarından müəyyən olunur ki, Göyçay rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən X3 cavabdehlər İddiaçı və Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuş, X3 xeyrinə cavabdehlər İddiaçı və Cavabdeh 27500 ABŞ dolları ödəniş günü üçün məzənnə üzrə manatla pulun tutulması qət olunmuşdur. Göyçay rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunmuş, cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada 8050 ABŞ dolları məbləğində və məhkəmə xərcinə görə 12 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X5 verilməsi qət olunmuş, qalan hissədə iddia təmin olunmamışdır. İş materiallarında olan Göyçay rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsində Cavabdeh izahatından görünür ki, o, X3 ona və digər cavabdeh İddiaçı qarşı iddiasını qismən qəbul edərək həm izahatında, həm də məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, İddiaçı X1 27500 ABŞ dolları alıb, həmin pulun hesabına İddiaçı Rusiya Federasiyasına, şəxsən onun ünvanına meyvə göndərmiş, həmin meyvəni qəbul etmiş və satıb pulunu İddiaçı göndərməli olduğu halda, göndərə bilməmişdir. Bu səbəbdən İddiaçı həmkəndliləri xxxxx 27500 ABŞ dollarını qaytara bilməmişdir. Maddi imkanı olan kimi pulu ödəyəcəyini, bundan boyun qaçırmadığını, sadəcə olaraq borcu ödəmək üçün vaxt lazım olduğunu, göndərilən meyvələrin satışına görə İddiaçı və xxxxxx ümumilikdə 31500 ABŞ dolları borcu olduğunu göstərmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək 9500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşlıqlı iddia onunla əsaslandırılmışdır ki, onun borclu olduğu Göyçay rayonu Mırtı kənd sakinlərindən aldığı məhsulların dəyərini İddiaçı vermiş, lakin o kənd sakinlərinə həmin pulu verm əmişdir. Göyçay rayon Polis şöbəsində həmin məsələ ilə bağlı araşdırma materiallarına görə izahatı alınmış şəxslər bu faktı təsdiq etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, İddiaçı başqa şəxslərə çatdırılması məqsədi ilə 9500 manat məbləğində pul vermiş, lakin cavabdeh həmin pulu göstərdiyi şəxslərə çatdırmamış, etibarından sui-istifadə edərək mənimsəmişdir. Bu barədə Göyçay rayon P olis Şöbəsinə müraciət etmiş, İddiaçı polis şöbəsində verdiyi izahatında həqiqətən ondan 9500 manat pul aldığını təsdiq etmişdir. İddiaçı Məmmodşah oğlu onun mülki qaydada məhkəməyə müraciət etməyindən xəbər tutmuş, görünüş xatirinə ona qarşı hazırki iş üzrə ilkin iddia tələbini irəli sürmüşdür. İlkin iddia tələbi hissədə də məhkəmə düzgün nəticəyə gəlməmişdir. İddiaçı onun heç vaxt borcu olmamışdır. İddiaçı ona borclu olmağı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının gəldiyi bu nəticə qanunsuzdur və heç bir sübuta söykənmir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədə n saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməs i tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ilkin iddia üzrə iddiaçı kassasiya şikayət verməmiş, ilk iddia tələbinin rədd edilən hissədə mübahisələndirməmişdir. Ona görə də, qətnamə cavabdehin kassasiya şikayətinə əsasən ilk iddia tələbinin təmin edilən və qarşılıqlı iddia tələbinin rədd edilən hissələrdə kassasiya qaydasında yoxlanıldı. Məhkəmə kollegiy ası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə, yəni ilkin iddia tələbinin təmin edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbinin qismən təmin edilməsi hissədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materialları na əsasən müəyyən etmişdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən əmələ gələn hüquq münasibətləri mövcud olmuşdur. Cavabdehla İddiaçı arasında meyvə məhsullarının Rusiya Federasiyasına göndərilməsi və satışdan əldə edilən vəsaitdən İddiaçı şəxsən özünə olan borcunun ödənilməsi və əldə etdikləri gəlirin müəyyən hissəsini sonuncuya verilməsi barədə razılaşma olmuş, İddiaçı meyvə məhsullarını göndərmiş, lakin Cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satı cı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə öd əniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. İşdən göründüyü kimi, ilkin İddiaçı tələb etdiyi 19525 ABŞ dolları cavabdehin təqsiri üzündən m üştərək qaydada ondan da tutulmuş olan və ödənilməmiş qalan 31050 ABŞ dolları pulun yarısını təşkil edən 15525 ABŞ dolları və əlavə olaraq şəxsən cavabdehin onun özünə olan 4000 ABŞ dolları borcundan ibarətdir. İş materiallarında olan Göyçay rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən müəyyən edilir ki, X3 cavabdehlər İddiaçı və Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunmuş, X3 xeyrinə cavabdehlər İddiaçı və Cavabdeh 27500 ABŞ dolları ödəniş günü üçün məzənnə üzrə manatla pulun tutulması qət olunmuşdur. Göyçay rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunmuş, cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada 8050 ABŞ dolları məbləğində və məhkəmə xərcinə görə 12 manat məbləğində pul vəsaitinin alınaraq i ddiaçı X5 verilməsi qət olunmuş, qalan hissədə iddia təmin olunmamışdır. Göyçay rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh X3 ona və digər cavabdeh İddiaçı qarşı iddiasını qismən qəbul edərək həm izahatında, həm də məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, İddiaçı X1 27500 ABŞ dolları alıb, həmin pulun hesabına İddiaçı Rusiya Federasiyasına, şəxsən onun ünvanına meyvə göndərmiş, həmin meyvəni qəbul etmiş və satıb pulunu İddiaçı göndərməli olduğu halda göndərə bilməmişdir. Bu səbəbdən İddiaçı həmkəndliləri xxxxxx 27500 ABŞ dollarını qaytara bilməmişdir. Maddi imkanı olan kimi pulu ödəyəcəyini, bundan boyun qaçırmadığını, sadəcə olaraq borcu ödəmək üçün vaxt lazım olduğunu, göndərilən meyvələrin satışına görə İddiaçı və xxxxxxxxxxxx ümumilikdə 31 500 ABŞ dolları borcu olduğunu göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, faktiki olaraq Cavabdeh həm iddiaçıya, həm də X5 2008-ci ildə aralarında olmuş alverlə bağlı münasibətlər üzrə borclu olduğunu inkar etməmişdir, buna baxmayaraq hazırda sonuncunun iddia tələbi üzrə qəbul edilmiş məhkəmə qətnamələri üzrə həmin pul vəsaiti onlardan müştərək qaydada tutulmuşdur. İddiaçı da hazırda cavabdehin vaxtilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və bununla da, X5 Cavabdeh əvəzindən ödəməli olacağı pul məbləğinin, həmçinin cavabdehin onun özünə borclu olduğu 4000 ABŞ dollarının tutulması barədə hazırki iddianı qaldırmışdır. İddiaçı 19525 ABŞ dollarının ödəniş günü məzənnə üzrə manatla cavabdehdən onun xeyrinə tutulması ilə bağlı ilkin iddia tələbi irəli sürsə də, h əmin pulun 15525 manatı Göyçay rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən X3 xeyrinə ondan və Cavabdeh tutulacaq 27500 ABŞ dollarıdır ki, həmin məbləğ cəmi 31500 ABŞ dolları olmuş, cavabdeh bu faktı məhkəmə qətnaməsində etiraf etmişdir. Qeyd edilən hissə üzrə qüvvədə olan məhkəmə qətnaməsi mövcud olduğundan, ilkin iddiaçının tələb etməyə hüququ yalnız qalan vəsaitə münasibətdə yaranmış olur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbini qismən təmin edərək 4000 ABŞ dolları məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlməmiş, məhkəmə bu hissədə i şdə olan sübutları ətraflı tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə və işin hallarına uyğun olmamışdır. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbini rədd edilməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 9500 manat pul borca götürməsi işdə olan sübutlarla təsdiq edilmir. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən hissədə iddianı təmin edərkən ziddiyyətli şahid ifadələrinə əsaslanmışdır. İddiaçı cavabdehdən borc deyil, ona olan borcun əvəzi olaraq həmin pulu qəbul etdiyini bildirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehdən 9500 manat pul almasına dair cavabdehin istinad etdiyi sübutların mötəbər deyildir, yalnız qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı həmin məbləği aldığını etiraf etməsinə istinad olunmuş dur. Halbuki İddiaçı həmin məbləğin ona borc kimi verilməsini qəbul etməmişdir. Belə olan halda, həmin məbləğin nə vaxt, hansı şərtlərlə borc verilməsi halını sübut etmək yükü qarşılıqlı iddiaçı Cavabdeh üzərinə düşsə də, bu barədə işdə mötəbər sübutlar müəyyən etməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkəməsinin gəldiyi bu nəticəni əsaslı hesab etmir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehdən 9500 manat pul almasını etiraf etmişdir. Bu hal qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin sübut etmə yükündən azad edir. Belə ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Digər tərəfdən a pellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı həmin pulun ona borc kimi verilmədiyini qeyd etmişdir. Bu hal, yəni qarşılıqlı iddiaçının tələb etdiyi pulun cavabdehdən tələb etməsinə və bu hissədə iddia tələbinin rədd edilməsinə əsas vermir. Qarşılıqlı iddiaçı tələbində göstərmişdir ki, o, Göyçay rayonu Mırtı kənd sakinlərindən aldığı məhsulların dəyərini ödəmək üçün pulu İddiaçı vermiş, lakin sonuncu kənd sakinlərinə həmin pulu verməmişdir. Göründüyü kimi, qarşıqlı iddiaçını iddia tələbinin faktiki əsasını ümumiyyətlə borc münasibətləri təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi isə verilmiş pulun borc kimi alınmaması əsası ilə qarşılıqlı iddia tələbin rədd etməklə iş üzrə bu hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılqlı iddiaçı Cavabdeh borclu olduğu digər şəxslərə ödənilməsi üçün ona verdiyi pulu təyinatı üzrə çatdırmadan mənimsəməklə Cavabdeh hesabına əsassız varlanmışdır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə, həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, kassasiya şikayətinə əlavə edilən sənədləri də nəzərə almaqla araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını n ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2641/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi qismən, yəni 9500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh verilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi hissədə ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə cavabdehin kassasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə, yəni ilkin iddia tələbinin təmin edilərək Cavabdeh 4000 ABŞ dolları ödəniş gününə manata olan məzənnə ilə hesablanmaqla və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin alınıb İddiaçı verilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-433/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-433/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver