Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4331/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və “xxxx” MMC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilərək nəqliyyat vasitəsinin qanuni sahibliyinə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən ve rilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və “xxxx” MMC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilərək nəqliyyat vasitəsinin qanuni sahibliyinə qaytarılması tələbinə dair iddiası qismən təin edilmiş, İddiaçı mülkiyyətində olmuş “BMW” markalı, **-KN-*** (** ZS ***) dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli, WBANE51020B982604 ban nömrəli avtomobilin satılmasına dair Cavabdeh4 ilə Cavabdeh3 və müvafiq olaraq Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, İddiaçı pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, “BMW” markalı, **-KN-*** (** ZS ***) dövlət qeydiyyat nişanlı, tünd göy metallik rəngli, WBANE51020B982604 ban nömrəli avtomobilin onun mülkiyyətinə qaytarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər E.Kazımov və İ.Şirinov) Sabunçu rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini p ozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 fevral 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və “xxxx” MMC-yə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, pozulmuş mülkiyyət hüquqlarının bərpa edilərək nəqliyyat vasitəsinin qanuni sahibliyinə qaytarılması tələbinə dair iddia verərək, “BMW” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına dair Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 tərəfindən bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onun pozulmuş hüququnun bərpa edilərək nəqliyyat vasitəsinin yenidən onun mülkiyyətinə q aytarılması və mülkiyyət hüququnun bərpası üçün ona yeni texniki pasportun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Nəqliyyat X2 əsasən “BMW” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı, avtomobil 21.12.2016-cı il tarixdən İddiaçı mülkiyyətində olmuşdur. 27 iyul 2017-ci il tarixdə İddiaçı mülkiyyətində olan avtomobili etibarnamə əsasında idarə edilməsi üçün “rent a car” fəaliyyəti ilə məşğul olan Cavabdeh2” MMC-yə vermişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, bundan sonra Cavabdeh4 öz adına iddiaçının adından həmin avtomobilə dair sərəncam vermə hüququnu özündə əks etdirən saxta etibarnamə əldə etmiş və həmin etibarnamə əsasında 13 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə avtomobili Cavabdeh3 satmışdır. Bu müqavilə bağlandıqdan 13 gün sonra mübahisə predmeti olan avtomobil Cavabdeh3 tərəfindən 27 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X1. Göründüyü kimi, iddia olunan “BMW” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı, avtomobil İddiaçı tərəfindən etibarnamə ilə cavabdeh “xxxx” MMC-yə verilsə də mülkiyyətçi həmin avtomobilin özgəninkiləşdirilməsi ilə bağlı heç bir səlahiyyət verməmişdir. Həmin avtomaşın sonrakı mülkiyy ətçilərə cinayət yolu ilə tərtib edilmiş etibarnamə əsasında keçmiş, bu hallar ilkin mülkiyyətçinin, yəni hazırki iş üzrə iddiaçının iradəsinə zidd baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etib arsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 fevral 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4331/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4331/2019
05.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver