Məhkəmə qərarları › İş №2(102)-4331/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4331/2023

28.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4331/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş ziyanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-405/2023 nömrəli, 24 iyul 2023- cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları m üəyyən etdi: İşin halları

1. İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02/6725 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən İddiaçı İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq Cavabdeh keyfiyyətli qazla təmin etməyi, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı İB tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər.

2. Cavabdeh barəsində İddiaçı İB tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.20 19, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktlara əsasən Cavabdeh yaşadığı ünvan 2 (abonent kodu **********00020) ünvanda qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Aktlarda abunəçinin aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. 3. 2 1.06.2022-ci il tarixli çıxarışa əsasən ünvan 2 ünvanı üzrə Cavabdeh **********00020 nömrəli abonent hesabına qazdan istifadəyə görə 2012-ci ilə 1898 manat məbləğində borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İB (bundan sonra – iddiaçı və İB) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərtib olunmuş aktlar üzrə 6914,64 manat məbləğində zərər, təbii qazdan istifadəyə görə 1898 manat borc, iddiaçı tərəfindən ödənilmiş 113,4 manat məbləğində dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun turularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələb ini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 02/6725 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İB tərəfindən **********00020 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1202AQ**********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehi n fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə 09.2012-ci il tarixli akt əsasında 280,8 manat, xx.xx.2016-cı il tarixli 092818 saylı akt əsasında 302,4 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 218,4 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 334 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 745,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 198 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 204,8 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 198 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 50,4 manat, xx.xx.2018-ci il t arixli ******* saylı akt əsasında 111,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 43,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasın da 14,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 14,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 21,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 446,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 280,8 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 280,8 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsa sında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 86,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 144 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 103,8 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 483,84 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 103,68 manat məbləğində İB-yə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğu n olaraq 6914,64 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa, cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Belə ki, cavabdehin təbii qazdan istifadə nəticəsində yaranmış borcu 1898 manat təşkil etmişdir. Cavabdeh iddiaçıya cəmi 8812,64 manat pul ödəməlidir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, qeyd edilən aktlardan indi xəbəri olmuşdur. Ona bu barədə məlumat verilməmişdir. Onun yaşadığı evin qaz sayğacı smart kartla olmuşdur. Karta yüklədiyi pulun məbləğinə uyğun qazdan istifadə etmişdir. Onun tərəfindən qazdan qeyriqanu ni istifadə halına yol verilməmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-3722/2021 nömrəli iş üzrə 26 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı, tələbinin qanuni əsasının dispozitiv şərtlərinin mövcudluğunu, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edilməsi nəticəsində ona cavabdeh tərəfindən ziyan dəydiyini sübuta yetirə bilməmişdir və bu səbəblə də, onun maddi ziyan tələbinin təmin olunması mümkün olmamışdır. İddiaçı tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edildiyini təsdiq edən sübutlar təqdim edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, sayğaca baxış ın aparılmasına dair heç bir videogörüntü, dəymiş ziyanın müəyyən edilməsi və aktlaşdırılması prosesinin keçirilməsinə dair isə heç bir video görüntü, fotoşəkil iş materiallarına əlavə edilməmişdir. Aktların tərtib edilməsində cavabdehin iştirakı təmin edilməmiş, video çəkiliş aparılmamışdır. Cavabdehin aktları imzalamaqdan imtina etdiyi aktlarda qeyd edilsə də, bu halı təsdiq edən video görüntülər, iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş akt mövcud olmamışdır. Əgər həqiqətən də cavabdehin mənzilində sayğacdan kənar xətt aşkar edilmişdirsə, İB-nin əməkdaşları həmin xəttin kəsilməsini və mənzildə təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısının alınması üçün tədbirlər görməli və bu barədə cavabdehin iştirakı ilə müvafiq sənədləşdirmə işləri aparmalı idilər. Hazırkı iş ü zrə bu halları təsdiq edən sənədlər (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmasını təsdiq edən və sonradan qazın verilməsinin bərpa olunmasını təsdiq edən, istehlakçının iştirakı ilə tərtib edilmiş aktlar və bu aktların bir nüsxəsinin istehlakçıya təqdim edilməsini təsdiq edən sübutlar yoxdur) mövcud olmamışdır. İddia ərizəsində cavabdehin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması hallarının iddiaçı tərəfindən aşkar edildiyi, bu barədə aktlar tərtib edildiyi qeyd edilsə də, birinci dəfədən, yəni xx.xx.2016-cı ildən iddiaçının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmamışdır. Bu isə onu deməyə əsas vermişdir ki, cavabdehin mənzilində sayğacdan qeyri-qanuni təbii qazdan istifadə edilməsi halı ümumiyyətlə mövcud olmamışdır. Hətta aktların əksər hissəsi hər ay üçün tərtib edilmişdir. Tərtib edilmiş aktlar qanunsuz olmuş, həmin aktlar əsasında hesablanmış borclar abunəçinin hesabına əsassız olaraq yazılmışdır və ödənilməsi cavabdehdən tələb edilə bilməz.

10. Məhkəmə vurğulamışdır ki, qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

11. Məhkəmə qeyd etmişdir ki, maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahis ədə sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşmüşdür. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir.

12. Həmçinin məhkəmə iddia tələbinin təbii qazdan istifadəyə görə borcun tutulmasına münasibətdə qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçının tutulmasını tələb etdiyi borc məbləği 2012-ci ilə kimi olan borc olduğundan Azərbaycan Respublikası Mülki Məcəllənin 551.2.1-ci maddəsinin göstərişlərinə əsasən, həmin borc cavabdehdən tutula bilməz.

13. Müddətin keçməsinə görə öhdəliyə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsi iddia müddət i deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 551 və 1096-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir araşdırma aparmadan iddianın rədd edilməsinə dair əsassız qətnamə qəbul etmişdir. İB-nin əməkdaşları tərəfindən cavabdehin yaşadığı ünvana baxış keçirilmiş, cavabdeh tərəfdən sayğacdankənar təbii qazdan istifadə hallarına dair aktlar tərtib edilmiş, cavabdehə aktları imzalamaq təklif olunsa da cavabdeh ziyanına tərtib edilmiş aktları imza etməkdən imtina etmişdir. Bundan əlavə, İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda sayğacdan kənar təbii qazdan istifadə edildiyinin aşkar edilməsi qeyd olunmuş və aktlara müvafiq şəkillər əlavə edilmişdir. Həmin şəkillərdən də açıq-aşkar görünmüşdür ki, evin həyət darvazasının üst tərəfindən keçən ümumi qaz turbasına qeyri-qanuni şlanq vasitəsi ilə qoşulmuşdur. Bundan əlavə, məhkəmə tərəfindən iş ü çün ən əhəmiyyətli olan hallardan birincisi cavabdehin qanunsuz qoşulmaqla təbii qazdan istifadə edib-etməməsinin müəyyən edilməsi üçün ekspertiza təyin etməmişdir. Həmçinin, məhkəmə iclasında cavabdeh bildirmişdir ki, bir neçə ildir ki, həmin evdə qardaşıgil qalır və təbii qazdan onlar istifadə edirlər. Məhkəmə aydınlaşdırmalı idi ki, həmin evdə yaşayış olduğu halda, cavabdeh niyə 2017-ci ildən təbii qazdan istifadəyə görə heç bir ödəniş etməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki, trasoloji və mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 3/1482, 10/6965, 9/7681 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Tədqiqat obyektinə, yəni cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə küçəsindəki 158 nömrəli evin, 2 saylı mənzilinə baxış keçirilən zaman sayğacdan kənar qoşulmaqla istifadə halı, eləcə də qaz borusu üzərində kənar qoşulmaya xarakterik izlərin aşkar edilmədiyini nəzərə aldıqda, qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmamışdır.

18. Məhkəmə Ekspertizası Mərkəzinin 10/8611, 3/1817 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. İB-yə məxsus polad qaz borusunun üzərində hər hansı müdaxilə halları (əlavə qoşulmalar) müəyyən edilməmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin 9/9381 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İB tərəfindən məhkəməyə təqdim olunmuş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx. xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli Aktlarda ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar itirilmiş qaz həcminə görə hesablanmış cərimənin doğru olub-olmamasına məhkəmə tərəfindən qiymət verildikdən sonra mümkün olması qeyd edilmişdir.

20. Təbii qazdan sayğacdan kənar itirilmiş qaz həcminə görə hesablanmış cərimənin doğru olub-olmamasının müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə yenidən mütəxəssis (ekspert) rəyi alınması və rəyin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X1nə həvalə olunması qərara alınmış dır.

21. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X1 Bakı Filialı tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən cavabdehə məxsus ünvan 2 (abonent kodu **********00020) ünvanına gələn qaz borusunun, qaz sayğacına qədər olan hissəsi üzərində hər hansı bir iz(lər) (qaynaq yeri, deşik, kəsik, qanunsuz qoşulmaya xarakterik digər izlər və s.) aşkar olunmamışdır. Cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə küçəsi, ev 158 mənzil 2 (abonent kodu **********00020) ünvanına baxış keçirilərkən həmin abonentə aid qaz sayğacı aşkar edilməmişdir. Lakin abonentin saldosunda xx.xx.2012-ci ildə həmin ünvana G-4 tipli, 1202AG**********4 nömrəli qaz sayğacının quraşdırıldığı qeyd edilmişdir. Həmin ünvan üzrə 2017-ci ilin yanvar ayından 2022-ci ilin may ayına kimi istehlak olunan qazın həcmi və dəyəri İB tərəfindən tərtib edilmiş aktlar ilə (aylar üzrə itirilmiş qaz) hesablanmış, istehlakçı tərəfindən 2017-ci ilin yanvar ayından 2022-ci ilin may ayına kimi ödəniş edilməmişdir. Dəymiş zərərin (itirilmiş qazını dəyərinin hesablanmasına dair mövcud qanunvericilikdə dəqiq norma müəyyən edilmədiyindən İB tərəfindən tərtib edilmiş aktlar üzrə itirilmiş qazın dəyərinin nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır. ünvan 2-dən (abonent kodu **********00020) başqa həmin ünvanda olan digər evə dair cavabdehin qardaşı X2 adına (abonent kodu **********00060) G-4 tipli 12520469 nömrəli mexaniki qaz sayğacının mövcud olduğu, sayğacın çıxış xəttindən sonra qaz xəttinin evə çəkilmədiyi və fərdi yaşayış evinin həyətinin giriş qapısının (darvaza) yan ından keçən küçə qaz xəttindən həmin evə tərəf sayğacdan kənar ayırmanın (qaynaq vasitəsi ilə d15 mm-İik boru ilə qanunsuz qoşulma) olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə kuçəsi, ev 158, mənzil 2-dən (abonent kodu **********00020) başqa həmin ünvanda olan digər evə dair cavabdehin qardaşı X2 adına (abonent kodu **********00060) G-4 tipli 12520469 nömrəli mexaniki qaz sayğacı mövcud olmuşdur. Lakin 2017-ci ilin yanvar ayından 2022-ci ilin may ayına kimi istehlak olunan qazın həcmi və dəyəri həmin sayğac üzrə aparılmamışdır. Belə ki, sayğacın çıxış xəttindən sonra qaz xəttinin dayandığı (evə çəkilmədiyi) məlum olmuşdur (sayğacın göstəricisi 1 m3-dir). Qeyd olunan dövr üzrə İB tərəfindən tərtib edilmiş aktlar ilə (aylar üzrə) itirilmiş qaz hesablanmışdır. İsteh lakçı tərəfindən 2017-ci ilin yanvar ayından 2022-ci ilin may ayına kimi ödəniş edilməmişdir. Dəymiş zərərin (itirilmiş qazın) dəyərinin hesablanmasına dair mövcud qanunvericilikdə dəqiq norma müəyyən edilmədiyindən İB tərəfindən tərtib edilmiş aktlar üzrə itirilmiş qazın dəyərinin nə qədər olmasını müəyyən etmək mümkün olmamışdır. “Qaz təchizatı haqqında" Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar etdikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ai ləıfə üzvlərindən birinə) bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi istehlakçının istifadə et diyi qaz qurğusunun xüsusiyyətləri (növü maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin hal-hazırda təbii qazın talanması nəticəsində dəymiş zərərin (itirilmiş qazın) dəyərinin hesablanmasına dair "Qazdan istifadə Qaydaları”nda müvafiq norma müəyyən edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər hüquqi aktlarının "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VİQD nömrəli Qanununa uyğunlaşdırıması məqsədilə müvafiq normativ hüquqi akt layihələri hazırlanmış, aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış və qəbul edilməsi üçün norma yaratma orqanına təqdim edilmişdir. İB tərəfindən tərtib edilmiş aktlar üzrə hesabat istehlakçının istifadə etdiyi qaz qurğularının maksimal saatlıq qaz sərfi və ilin mövsümü nəzərə alınmaqla aparıl mışdır. Dəymiş zərərin (itirilmiş qazın) dəyərinin hesablanmasına dair mövcud qanunvericilikdə dəqiq norma müəyyən edilmədiyindən cavabdehə məxsus ünvan 2 ünvanında yerləşən ev ilə bağlı İB tərəfindən tərtib edilmiş aktlar üzrə itirilmiş qazın dəyərinin nə qədər olmasını hal-hazırda müəyyən etmək mumkun olmamışdır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-405/2023 nömrəli mülki iş üzrə 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Namiq Cəfərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdehin hər hansı bir qanunsuz əməl nəticəsində iddiaçıya maddi ziyan vurmasına dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı iddiasında və apellyasiya şikayətində cavabdehin qaz xəttinə sayğacdan kənar qoşulduğuna görə təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırıldığını göstərsə də, bu halı təsdiqləyən işdə bir neçə vərəqdə, ümumiyyətlə mübahisəli ünvana aid olduğu bilinməyən yaxud qanunsuz qoşulma halının olduğu görünməyən fotoşəkillər əlavə edilmişdir. Eyni zamanda işdə birincisi 09.2012-ci ildə (işdə mö vcud olmayan), ikincisi xx.xx.2016-cı ildə, sonuncusu xx.xx.2022ci ildə tərtib edilmiş 56 akt mövcud olmuşdur. Bu aktlar üzrə cəmi tələb edilən məbləğ hesablanmışdır. İddiaçının əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda aktlar tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Nə qədər təəcübblü olsa da iddiaçının əməkdaşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair aktlar tərtib etmiş, lakin qanunvericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyri-qanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etməmiş və bu barədə aktlarda qeyd aparmamış, yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız təqdim etdikləri sənədlərdə görüləcək tədbir kimi “sayğacdan kənar qeyri-qanun i qaz xətti ləğv edilsin” qərarının olması qanunsuz qoşulmanı yaxud onu ləğv etməni təsdiq etməmişdir. Yəni, həqiqətən qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktların mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma iddiaçı tərəfdən nədənsə bu video yazı aparılmamışdır.

24. Məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış yuxarıda qeyd olunan ekspert və mütəxəssis rəyləri ilə də cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə küçəsindəki 158 nömrəli evin, 2 saylı mənzilə (abonent kodu **********00020) baxış keçirilərkən evə gələn qaz borusunun, qaz sayğacına qədər olan hissəsi üzərində hər hansı bir iz(lər) (qaynaq yeri, deşik, kəsik, qanunsuz qoşulmaya xarakterik digər iz lər və s.) aşkar edilmədiyi təsdiqlənmişdir. Ekspert və mütəxəssis rəylərində fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilmədiyi ona görə mötəbər hesab edilməlidir ki, əgər qanunsuz qoşulma olsaydı və qaynaq vasitəsilə yaxud hansısa texniki vasitə ilə qanunsuz qoşulma kəsilərək aradan qaldırılmışdırsa, mütləq ki, bunun da hansısa izi qalmamış olmazdı. Baxmayaraq ki, iddiasının əsası kimi istinad etdiyi bu halları sübut etmək yükü iddiaçının üzərinə düşmüş, lakin istinad etdiyi halları sübut edə bilməmişdir. Əksinə iddiaçının göstərdikləri qeyd olunduğu kimi iş üzrə keçirilmiş ekspert və mütəxəssisin rəyləri ilə təkzib edilmişdir. Əksinə, cavabdehin iddia tələbinə v ə apellyasiya şikayətinə etiraz olaraq gətirdiyi dəlillər, yəni qanunsuz qoşulmanın ona deyil, qardaşına məxsus evə aid olduğu Energetika Nazirliyinin Enerji X1 Bakı Filialı tərəfindən verilmiş 24 iyun 2023-cü il tarixli mütəxəssis rəyində də açıq-aşkar təsdiq olunmuşdur.

25. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənədlər iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz cavabdehin sayğaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etməmişdir. Çünki, bu aktlar yalnız iddiaçı tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Tarix baxımından 2016-cı ilin əvvəllərind ən başlayaraq bu aktların tərtib olunduğu iddia olunmuşdur. Ancaq iddiaçı əgər 2016-2022-ci illərdə bu qanunsuz qoşulmaları görürdüsə bu vaxta qədər onlarla bağlı tədbir görmədiyinin yaxud qaz sərfiyyatına görə borc tələb etməməsinin səbəblərini də göstərməmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki cavabdehin, ümumiyyətlə hansısa şəxsin iddiaçıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüz olmuşdur. Buna görə də cavabdehin qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünməmişdir. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şuranın xx.xx.2011-ci il tarixli, 11 №-li qər arı ilə təsdiqlənmiş “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması, hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Çünki, həmin sənədin normativ hüquqi akt kimi qeydə alınmasına dair də sübut təqdim edilməmişdir.

26. Məhkəmə daha sonra göstərmişdir iddiaçı cavabdehdən 2012-ci ildən yaranmış borcun əvəzi kimi 1898 manat tələb etsə də tələbinin bu hissəsi üzrə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdehin 2012-ci ildən istifadə etdiyi qaza görə 1898 manat borcu qalması isə inandırıcı və ağlabatan olmamışdır.

27. Məhkəmə vurğulamışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 13 oktyabr 2022-ci il tarixdə rəsmi olaraq İB-yə müraciət edilərək, cavabdehə məxs us Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə küçəsindəki 158 nömrəli evin, 2 saylı mənzili (abonent kodu **********00020) üzrə 2017-ci ilin yanvar ayından başlayaraq 2022-ci ilin may ayınadək qanuni əsaslarla hansı məbləğdə (neçə kub) qaz istehlak olunmasına dair məhkəməyə məlumat verilməsi tələb olunsa da faktiki olaraq iddiaçı bu məlumatı verməkdən imtina etmişdir. Bu cür münasibətin özü də iddianın əsassız olmasına dəlalət edən amillər hesab etmişdir. Çünki, cavabdeh istehlak etdiyi qazın dəyərini kart vasitəsilə ödədiyini, yəni karta pul yükləməsə qaz ala bilmədiyini israrla bildirmişdir.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 425, 442, 1096 və 1097-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etməmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit ol unaraq öz təsdiqini tapsa belə, məhkəmələr iddianın böyük bir qismini təmin etməmişlər. Cavabdeh ilə İB arasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən cavabdeh də digər abonentlər kimi sayğacla təchiz olunmuşdur. Ancaq cavabdeh müqavilənin tələblərini pozaraq İB vermiş olduğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanaraq iddiaçıya ziyan törətməsinə baxmayaraq məhkəməyə vermiş olduğu iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-688/2021 saylı qətnaməsi ilə təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-69/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Cavabdehin əslində əldə etdiyi İB-nin mülkiyyətindəki qazdır, bu qazı isə müqavilədə nəzərdə tutulmuş şəkildə yox qeyri-qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş cavabdeh vicdansız sahib olmasına baxmayaraq, məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar.

31. İddiaçı qeyd etmişdir ki, abonentin saldosu düzgün və hərtərəfli araşdırılmamışdır. MM-in 21-ci maddəsini əsas götürməklə, təqdim olunmuş sübutların obyektiv və hərtərəfli araşdırılmaması nəticəsində abonent tərəfindən heç bir ödənişin olunmadığı müəyyən olunmamışdur. Məhkəmə qətnaməsi qanuna, sübutlara yox, yalnız formal mülahizələr əsasında tərtib olunmuşdur. Həmçinin məhkəmə tərəfindən tərtib edilmiş aktlara, həmçinin təqdim edilmiş saldoya, fotoşəkillərə etinasız yanaşmışdır. Məhkəmələr işin obyektiv araşdırılmasına maraqlı olmamış, mülki iş üçün nə ekspertiza keçirilmiş, nə də yerli baxış həyata keçirilmişdir. Məhk əməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusatlara diqqət yetirməyərək qətnamə qəbul etmişlər. Qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları cavabdehdən heç bir sübut tələb etmiş, nə də ki tərəfindən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir.

32. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157 və 1091ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88 və 97-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir.

38. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

39. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

40. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

41. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

42. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

43. Maddə

3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.

44. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir.

45. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə v ə istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.

46. Maddə

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

47. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd olunması hissədə işə baxdığından və hazırkı kassasiya şikayətində qətnamə həmin hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər iddia ərizəsində və apellyasiya şikayətində də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Kassasiya instansiya məhkəməsi bu qiymətləndirmə ilə razılaşır.

58. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (103)-405/2023 nömrəli iş üzrə 24 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar