Məhkəmə qərarları › İş №2(102)-4332/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4332/2019

13.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4332/2019 13.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsindən “xxxx” MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-2069/2018, hakim Ş.Ə.Məhərrəmova) iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı iddiası qism ən təmin edilmiş,54.012 manat əsas borc məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-960/2019, hakimlər V.T.Həsənov, V.Ə.Baxışova, N.Ş.Cəfərov)Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən “xxxx” MMC-nin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib 54.012 manat əsas borc məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: “xxxx” MMC ilə Cavabdeh arasında 01.06.2017-ci il tarixdə a lkoqollu içkilərin alqısatqı müqaviləsi bağlanmışdır. 12 yanvar 2018-ci il tarixdə “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 54.012 manat əsas borc, 3.781 manat əldən çıxmış fayda olmaqla, cəmi 57.793 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ona buraxılmış ümumi malın dəyərinin böyük hissəsini ödəməsi, malın cavabdehin göstərişi ilə ticarət obyektlərinə verilməsi, həmin halın şahidlər tərəfindən təsdiqlənməsi cavabdehin həqiqətən də MMC-yə 54.012 manat borcunun qalmasını sübuta yetirir. Apellyasiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməməklə, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadını n ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını cavabdehdən iddiaçının xeyrinə pulun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsası kimi qaimələrə və digər sənədlərə istinad etmişdir. İddiaçının istinad etdiyi cavabdeh tərəfindən imzalanmış ərizədən görünür ki, 2016-cı ildə aldığı alkoqollu içkilərin dəyərini tam ödəmədiyi üçün, 15.600 manat üzərində qalan məbləği 01.06.2017-ci il tarixdən etibarən 10 ay müddətinə hər ay 1.500 manat olmaqla ödənişi həyata keçirəcəkdir. Əks halda adına olan əmlakın dəyərləndirilib həmin qalıqla əvəzləşdirilməsinə etiraz etmir. İddiaçı bununla yanaşı 29.07.2017 -ci il tarixli qaimə fakturaya əsasən 3200 manat, 30.07.2017-ci il tarixli qaimə fakturaya əsasən 8964 manat, 30.07.2017-ci il tarixli qaimə fakturaya əsasən 13824 manat və 30.07.2017-ci il tarixli qaimə fakturaya əsasən 12424 manat, ümumilikdə 38412 manat dəyərində qaima fakturalarda adları qeyd edilən malların cavabdehə təhvil verildiyini və həmin sənədlərdə göstərilən məbləğdə ödənilməyən pul məbləğini tələb etmişdir. Apellyasiya məhkəməsi tərəfindən alınmış 26 noyabr 2018-ci il tarixli rəyə əsasən ekspertizaya təqdim olunmuş həmin qaimə fakturaların surətlərində «təhvil aldı» qrafalarında əks olunan imzalar, həmçinin01.06.2017-ci il tarixli öhdəçilik götürmə barədə sənəddə «imza: Cavabdeh» qrafasındakı imza Cavabdeh tərəfindən icra edilməmişdir. Cavabdeh tərəf etirazında həqiqətən iddi açı ilə alqı-satqı müqaviləsi bağlanmasını qəbul edərək, lakin iddiaçıdan 2016-cı ildən hər hansı məbləğdə, o cümlədən iddiaçının təqdim etdiyi sənədlər əsasında mal götürmədiyi, borcunun mövcud olmadığını, iddiaçının təqdim etdiyi sənədlərdəki imzanın ona məxsus olmadığını göstərmişdir. Cavabdeh tərəf iddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi əsasında 2016-cı ilə kimi birgə işlədiklərini və qarşılıqlı olaraq öhdəliklərinin yarandığını və o öhdəliyini tam olaraq icra etdiyini, iddiaçı qarşısında icra edilməli olan öhdəliyinin mövcud olmadığını göstərmişdir. İddiaçının sübutları fakturalar və öhdəçilik barədə müqavilədən ibarətdir. Məhkəmə kollegiyası tərəfindən cavabdeh tərəfin vəsatəti əsasında iddiaçının təqdim etmiş olduğu sənədlərdəki imzaların ona məxsus olub-olmamasının yoxlanması məqsədi ilə məhkəmə xəttşünaslıq ekspertizası təyin olunmuş və verilmiş rəylə sənədlərdəki imzaların cavabdehə məxsus olmadığı müəyyən edilmişdir. Belə olan halda həmin sənədlərə istinad edilərək cavabdehin iddiaçı qarşısında öhdəliyinin olması nəticəsinə gəlmək mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hal ları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki işin halları baxımından tərəflər arasında yaranmış öhdəlik münasibətlərinin mövcud olması, pozulması və məhz hansı tərəfin hərəkətlərinin öhdəliyin icrasının başa çatmamasına şərait yaratmasının müəyyən edilməsindən asılıdır. Hazırkı mübahisədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin mövcudluğu, ləğv və ya etibarsız hesab edilməməsi öz-özlüyündə cavabdehin iddiaçı qarşısında borcunun olmasını təsdiq etmir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi v ə prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar