Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4332/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı və vəkili X1, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasam al Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, İddiaçı və uşaqları - xx.xx.2003-cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 saylı evin 96 saylı mənzilinə istifadə hüquqlarının tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən Z.Əliyev, hakimlər F.Talışinski və R.Eyvazov) Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiasının rədd edilməsi qət edil mişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun və uşaqları-xx.xx.2003cü il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X3 Bakı şəhəri, Yas amal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 saylı evin 96 saylı mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin aşağıdakı halları ilə əsaslandırmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh xx.xx.2001-ci ildə nikaha girmişlər və bu nikah xx.xx.2002-ci il tarixdə pozulmuşdur. Bununla belə, tərəflə rinxx.xx.2003-cü ildə Leyli Qurbanova, xx.xx.2008-ci ildə isə Fidan Qurbanova adlı övladları doğulmuşdur. xx.xx.2006-cı il tarixdə Cavabdeh tərəfindən, “xxxx” MTK-ya məxsus Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 488-89 məhəllədə yerləşən 36 saylı Binanın 2-ci giriş, 16-cı mərtəbəsində, ümumi sahəsi 314.2 kv.m, yaşayış sahəsi 144.66 kv.m olan 6 otaqlı 96 saylı mənzil dəyəri tam ödənilməklə əldə edilmişdir. İddiaçı 2007-ci ilin yanvar ayından etibarən qızları Leyli Qurbanova və Fidan Qurbanova ilə həmin mənzildə yaşayırlar. İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5028 ünvanında yerləşən bağ evi, xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5009 ünvanında yerləşən 0,24 ha yaşayış məntəqəsi torpaqları, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 185B, mənzil 82, habelə Bakı şəhəri, Ələkbərov küçəsi, ev 8, mənzil 29 xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Hazırda iddiaçı, mübahisəli mənzilə istifadə hüququnun tanınmasını tələb edir, cavabdeh isə, mənzili iddiaçı ilə nikahının pozulmasından sonra əldə etməsinə, eyni zamanda iddiaçının mülkiyyətində mənzil və digər daşanmaz əşyaların olmasına istinad edərək, iddiaya etiraz edir. Mülki Məcəllənin 178.8.-ci maddəsinin mübahisəli mənzilin alındığı tarixdə qüvvdə olan redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülk iyyət hüququ əldə edirlər. MM-in 228.1-ci və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinl ik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Baxılan işdə İddiaçı, mübahisəli mənzilə köçdüyü məqamda Cavabdeh ailə üzvü olmamışdır. Belə ki, İddiaçı ilə Cavabdeh ailə münasibətlərinə xx.xx.2002-ci il tarixdə nikahın pozulması ilə xitam verilmişdir. Mübahisəli mənzil isə Cavabdeh tərəfindən xx.xx.2006-cı il tarixdə əldə edilmiş və İddiaçı 2007-ci ilin yanvar ayından həmin mənzildə yaşamağa başlamışdır. Hüquqi baxımdan cavabdehin arvadı sayılmayan iddiaçının (mülkiyyətçinin ailə üzvü olmayan şəxsin) mənzildən istifadə hüququ yaranmır. Digər tərəfdən, iddiaçının mənzildən istifadə hüququ əldə etməsi üçün tərəflər arasında notarial qaydada bağlanmış və ş əxsi servitut kimi daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmış müqavilə də mövcud deyil. Qeyd olunanlar ona dəlalət edir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququ əmələ gəlməmişdir. Cavabdehin sözügedən mənzildə yaşaması isə oradan əvəzsiz istifadə etməsinə dair iddiaçının razılığına əsaslanır. Apelyasiya instansiyası məhkəməsi həmçinin qəbul etdiyi qətnamənin onunla əsaslandırmışdır ki, hətta iddiaçının Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, mübahisəli mənzildən istifadə hüququ yaranmış olsaydı belə, həmin hüquq sonradan aradan qalxmış sayılır. Ona görə ki, qanunverici, ailə üzvünün mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirmişdir. Yəni, mənzildən isti fadə hüququ qeyd edilən normaya əsasən yaransa belə, sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqda həmin hüququn özü də itirilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzili varsa onun mənzildən istifadə hüququ aradan qalxmış sayılır. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu xx xxxx 2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış b inasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə görə, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Baxılan işdə isə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xx.xx.2013-cü il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5028 ünvanında yerləşən bağ evi, xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5009 ünvanında yerləşən 0,24 ha yaşayış məntəqəsi torpaqları, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 185B, mənzil 82, habelə Bakı şəhəri, Ələkbərov küçəsi, ev 8, mənzil 29 xüsusi mülkiyyət kimi qeydə alındığı təsdiq olunur. Bu hallar ona dəlalət edir ki, iddiaçının mülkiyyətində mənzillər və başqa daşınmaz əşyalar olmaqla, onun mənzil ehtiyacını qarşılayacaq yaşayış sahələri mövcuddur. Belə olan halda, mübahisəli mənzilə cavabdehin istifadə hüququ tanınmaqla iddiaçının mülkiyyət hüququ əsassız məhdudlaşdırıla bilməz. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin e dilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4332/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4332/2020
25.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver