Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4332/2021 23.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borcun qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1557/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları: İş üzrə İddiaçı və Cavabdeh doğma bacı olmaqla hər ikisi ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2011-ci ilin yanvar ayında 14 nəfərin, o cümlədən bacısı Cavabdeh iştirakı ilə lotereya oynamalarını, bacısı ilk ayda yığılan 1400 manatı götürdükdən sonra növbəti aylarda maddi imkanının olmamasını əsas göstərməklə onun əvəzindən hər ay 100 manat ödəməsinin ondan xahiş etməsini və borcunu sonra qaytaracağını vəd etməsini, beləliklə də həmin ildə onun bacısının əvəzinə 1250 manat məbləğində pul ödəməsini, növbəti ildə yenidən lotereya oynadıqda bacısının, yenə də ona müraciət edərək ehtiyacının olması ilə əlaqədar ilk ayın pulunun ona ödənilməsini xahiş etməsini, bu dəfə də 1400 manat pulu götürərək əvəzindən ödəməsini ondan xahiş etməsini, bacısı Elmira Şəfiyevanın əvəzindən yenidən 1400 manat ödəməsini, lakin ondan sonra borcunu qaytarmamasını və 2017-ci ildə ondan yenə də 500 manat məbləğində borc almasını, borcun bir hissəsini qaytarsa da, qalan 2330 manat məbləğində borcu ödəməkdən boyun qaçırmasını əsas göstərməklə həmin məbləğin və eləcə də cavabdehin hərəkəti nəticəsində ona dəymiş 1601 manat məbləğində maddi ziyanın - cəmi 3931 manatın bacısı Elmira Şəfiyevadan alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3326/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: G.A.Əsədova) iddia rədd edilmişdir. Apellyasiya insta nsiyası məhkəməsində icraat İş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək cavabdehin ondan aldığı borcu qaytarmamasını, lakin məhkəmənin sübutlara düzgün qiymət vermədən iddianı rədd etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1557/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.A.Şirinov (sədrlik edən və məruzəçi), F.Ş.Talışinski və R.Ə.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3326/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikay ətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respubl ikasının Mülki Məcəlləsi Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olara q qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı 2011, 2012 və 2017-ci illərdə cavabdehə borc verməsini, lakin sonuncunun borcu tam ödəməkdən boyun qaçırmasını iddia etsə də, cavabdeh Elmira Şəfiyeva iddiaçıya borcunun olmasını qəti inkar etmiş, əksinə iddiaçının ona borclu olmasını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən cavabdehə borc verilməsini təsdiq edən sübutların olmamasını əsas göst ərməklə hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə borc verilməsini təsdiq edən sübutlar olmadığından kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələbinə uyğun əsaslandırıldığından dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1557/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda
Məhkəmə qərarları › İş №2(102)-4332/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4332/2021
23.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver