Məhkəmə qərarları › İş №2(102)-4333/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4333/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4333/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə1, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cava bdeh arasında 17 fevral 2015-ci il tarixdə Bakı şəhəri 27 saylı Notariat kontorunda kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 100.000 manat məbləğində borc vermiş, cavabdeh isə həmin borc məbləğini 01 aprel 2015-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 100.000 manat borcun və iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 17 fevral 2015-ci il tari xdə kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqaviləsi Bakı şəhəri 27 saylı notariat kontorunda təsdiq edilmişdir. Kredit müqaviləsinə əsasən o, Cavabdeh 2 ay müddətinə 100.000 manat məbləğində faizsiz kredit vermişdir. Cavabdeh 100.000 manat məbləğində borcunu 2 ay ərzində ödəməyi öhdəsinə götürməsinə baxmayaraq bugünə kimi borc məbləğindən heç bir ödəniş etməmişdir. Göründüyü kimi, cavabdeh 17 fevral 2015-ci il tarixli kredit müqaviləsinin 3cü bəndini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində onu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmasına, onun tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll ediməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cava bdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş 16 avqust 2019-cu il tarixli pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır.

4. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim F.Hətəmzadə) 27 noyabr 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 17 fevral 2015-ci il tarixli müqavilə üzrə 100.000 (bir yüz min) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur.

6. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) 16 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, X saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən mülki qanunvericiliklə müəyyən edilmiş maddi hüquq normalarına riayət etməmişdir. Eləcə də borc (kredit) müqaviləsinin mövcud olub olmamasına dair maddi hüquq normalarını və birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin edilməməsi səbəbindən iddia müddətinin tətbiqi barədə onun vermiş olduğu ərizəyə düzgün qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsi pul tələbinə baxarkən, bu mün asibətləri nizamlayan Mülki Məcəllənin 404-cü maddəsində nəzərdə tutulan prosedurlara iddiaçı və cavabdeh tərəfindən riayət edilibedilməməsinə qiymət verməmişdir. Belə ki, işin faktiki halları düzgün araşdırılmamış və cavabdehin pulun ona borc olaraq verilməməsini bildirsə də, hakim çəkişmə prinsipini pozmuş, bu halları məhkəmədə iddiaçı tərəf sübut edə bilmədiyi halda ona qarşı ədalətsiz qərar verilmişdir. Kredit müqaviləsinin isə digər əqdi pərdələmək üçün yəni başqa bir şəxsə verilmiş borca görə müqavilənin bağlanıldığını və müqavilə bağlanan zaman notariusun depozitinə heç bir məbləğdə ödəniş edilmədiyini və cavabdeh olaraq iddiaçıya borcunun olmamasını sübut etsə də, məhkəmələr bu hala düzgün qiymət verməmişlər. İddia ərizəsindən və kredit müqaviləsindən görsənir ki, müqavilə 17 fevra l 2015-ci il tarixdə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 100.000 manat məbləğində pulun 2 ay müddətinə, yəni 17 aprel 2015-cu il tarixə kimi qaytarılması nəzərdə tutulmuşdur. Lakin iddia məhkəməyə 2019-cu ilin avqust ayında qaldırılmış bu səbəbdən iddia müddəti 1 il 4 ay ötürülmüşdür. Müqavilə öhdəliyi üzrə iddia müddəti 3 il təşkil etdiyindən iddia müddətinin tətbiq edilməsi üçün, birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin edilmədən baxıldığı üçün məcbur olub apellyasiya məhkəməsində ərizə təqdim etmək zərurəti yaranmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi qətnamədə qeyd etmiş ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirak etməməsini, işə onun iştirakı olmadan baxılmasını göstərsə də, işdə olan sənədlərdən aydın olur ki, cavabdehə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana dəfələrlə məhkəmə bildirişi göndərilmişdir. Cavabdeh məhkəməyə teleqram vuraraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bu səbəbdən də məhkəmə iclası növbəti dəfə 27 noyabr 2019-cu il tarixə, saat 12:30-a təxirə salınmış və cavabdehə bildiriş göndərilməklə yanaşı, həmçinin onun istifadəsində olan mobil telefona SMS bildiriş göndərilmişdir. Lakin cavabdeh növbəti məhkəmə iclasına da gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də iddia müddətinin tətbiq etməməsinə dair müxtəlif bəhanələrlə don geyindirməyə çalışaraq apellyasiya şikayətini təmin etməmişdir. Qanunun normasından görsənir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdi yi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İş materiallarından və Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, cavabdeh məhkəmədə iştirak etməmişdir və iddia müddətinin tətbiqi barədə ərizə verməkdən məhrum olmuşdur. Apellyasiya məhkəməsini qətnaməsində qeyd edilir ki, cavabdeh məhkəmədən məlumatlı olmuşdur və teleqram vuraraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir və sonrakı məhkəmənin vaxtı barədə yenidən ona heç bir məlumat verilməmiş və heç bir SMS bildiriş göndərilməmişdir. Bununla bağlı Azercell-ə sorğu göndərməklə müəyyən etmək olar ki, cavabdehin 050 ***-**-** nömrəsinə (bundan başqa istifadəsində mobil nömrə mövcud deyildir) SMS bildiriş gəlməmişdir. Bundan başqa cavabdehin qeydiyyatı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., S.S.Axundov İ/B 1-dir və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə -9 ev 6-da artıq 10 ildən çoxdur ki cavabdehlər birlikdə yaşayır. Lakin Apellyasiya Məhkəməsinin bildirişindən də müəyyən olunur ki, bildirişlər cavabdehin 10 il bundan qabaq qeydiyyatdan çıxdığı ünvana, yəni ünvan 1sısa maraqlar naminə cavabdehin qeydiyyatda olmadığı və yaşamadığı ünvana məktubların göndərilməsi isə ona məlumdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

15. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

16. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pul a və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 372.2. Apellyasiya instansiyası məhkəməsində əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslan dırsın.

19. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməs i kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

24. Notariat qaydasında təsdiq olunmuş 17 fevral 2015-ci il tarixli kredit (borc) müqaviləsindən görünür ki, İdd iaçı Cavabdeh 01 aprel 2015-ci il müddətinə 100.000 manat məbləğində faizsiz kredit vermiş, Cavabdeh isə həmin borc məbləğini 01 aprel 2015-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 25. 16 avqust 2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbardarlıq etmişdir.

26. Kredit (borc) müqaviləsindən göründüyü kimi, iddiaçının tələb hüququ yaranmış, borcun qaytarılması müddəti bitmişdir.

27. İşdə olan sübutlarla cavabdehin iddiaçıya kredit (borc) müqavilələrinə əsasən 100.000 manat pul vəsaitinin qaytarmalı olması müəyyən olunur. Çünki, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini po zmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh etirazının və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları (borc müqaviləsinin formal bağlanması, pul almaması və s.) əsaslandıra və onları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazını formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfin izahatı da özü-özlüyündə iddianın rədd olunması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz.

29. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır.

30. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsində iştirak etməməsini, işə onun iştirakı olmadan baxılmasını göstərsə də, işdə olan sənədlərdən (bildirişlər, reyestr, teleqram, SMS bildiriş və s.) aydın olur ki, cavabdehə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana dəfələrlə məhkəmə bildirişləri göndərilmişdir. Cavabdeh məhkəməyə teleqram vuraraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bu səbəbdən də məhkəmə iclası növbəti dəfə 27 noyabr 2019-cu il tarixə, saat 12.30-a təxirə salınmış və cavabdehə bildiriş göndərilməklə yanaşı, həmçinin onun istifadəsində olan mobil telefona SMS bildiriş göndərilmişdir. Lakin, cavabdeh növbəti məhkəmə iclasına da gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin, SMS bildirişlər cavabdehin istər teleqramda, istərsə də apellyasiya şikayətində göstərdiyi mobil nömrəyə göndərilmiş, cavabdehin nümayəndəsi də həmin nömrənin cavabdehin istifadəsində olmasını təsdiq etmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar, yəni ümumiyyətlə məhkəmədən məlumatlı olmaması, onun iştirakının təmin olunması üçün heç bir tədbirin görülməməsi və s. bu kimi dəlillər tam əsassız olmaqla, işdə olan sənədlərlə tam təkzib olunur.

31. Həmçinin, məhkəmə kollegiyasının vaxt verməsinə və bu səbəbdən də məhkəmə iclasını təxirə salmasına baxmayaraq cavabdeh şəxsən məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsində icraat zamanı vurulmuş teleqrama aydınlıq gətirərək göstərmişdir ki, həmin teleqramı həqiqətən cavabdeh vurmuş, teleqramda göstərilən ünvan və mobil telefon cavabdehə aiddir. Həmin vaxtı cavabdeh iddiaçı ilə görüşmüş, iddiaçı iddia ərizəsini geri götürəcəyi barədə cavabdehə vəd vermiş, bu səbəbdən də cavabdeh məhkəməyə getməmiş, teleqram vuraraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin, sonradan (icra vaxtı) cavabdehə məlum olmuşdur ki, iddiaçı hazırki iddianı geri götürməmiş, nəticədə qətnamə qəbul olunmuşdur. Göründüyü kimi, istər yuxarıda qeyd olunanlar, istərsə də cavabdeh tərəfin bildirdikləri özü-özlüyü ndə cavabdehin mübahisəli məsələdən və məhkəmə icraatından kifayət qədər məlumatlı olması, lakin üzrsüz səbəblərdən məhkəmə iclaslarında iştirak etməməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizəsi də apellyasiya icraatı zamanı qəbul oluna bilməz.

32. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Mülki Məcəllənin 375.2-ci m addəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Həmçinin, birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.

33. Mülki Məcəllənin 375.2-ci maddəsindən göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üç ün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.

34. Lakin qanunverici Mülki Məcəllənin 375.2-ci maddəsində iddia müddətinin tətbiqi ilə bağlı qaydanı müəyyən edərkən, onu müvafiq ərizənin verilməsi ilə bağlasa da, bu ərizənin verilməsinin hansı məhkəmə qərarının çıxarılmasınadək mümkünlüyünu göstərməmişdir.

35. Apellyasiya kollegiyası nəzərə almışdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi-hüquq tələbidir. Maddi-hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər. Təsadüfi deyildir ki, digər ölkələrin qanunvericilik təcrübəsind ə (məsələn, Rusiya Federasiyasının) iddia müddətinin tətbiqi ilə bağlı ərizənin hər hansı məhkəmə qərarı çıxarılanadək deyil, məhz birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək verilə biləcəyi əks etdirilir. İddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloci əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Ona görə də, MPM-in 372.2-ci maddəsinə istinadla və yaxud MPM-in 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Xüsusi qeyd edilmişdir ki, MM-in 375ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir («L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı).

36. Konstitu siya Məhkəməsinin Plenumu qeyd edilən qərarında hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə aktına (qərarına) yenidən baxılması zamanı birinci instansiya məhkəməsində yekun qərar çıxarılanadək tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verə biləcəyi ərizəni ona apellyasiya şikayəti üzrə bu məsələnin əlavə faktlar və sübutlar və ya yeni tələblər adı altında qəbul etməkdə və işi bunun əsasında həll etməkdə (tərəfin birinci instansiya məhkəməsində məhkəməyə müraciət etmək hüququndan məhrum olunduğu hal istisna edilməklə) haqlı deyildir.

37. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

38. Cavabdeh müddətin tətbiqi barədə ərizəni o halda apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilər ki, birinci instansiya məhkəməsini n təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə ümumiyyətlə məlumatlı olmasın və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməsin.

39. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətinə dair qanunvericinin iradəsi MPM-in 78.1 və 372.2-ci maddələrində birmənalı şəkildə əks olunmuşdur: sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir; əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin, yuxarıda da qeyd edildiyi kimi, cavabdeh birin ci instansiya məhkəməsində gedən icraat barədə kifayət qədər məlumatlı və vaxta malik olmaqla, həmin icraatda iştirak etmək, sübutlarını, eləcə də müddətin tətbiqi barədə ərizəni təqdim etmək iqtidarında olmuşdur. Eyni zamanda, cavabdeh ərizənin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını da əsaslandıra bilməmiş, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

40. Cavabdehin müddətin tətbiqi barədə ərizəni apellyasiya instansiyası məhkəməsinə təqdim etməsi qanunvericiliyin tələbləri ilə uzlaşmır, bu səbəbdən də qəbul edilə bilməz (analoji mövqe, həmçinin «Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublik asının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli və digər qərarlarında da öz əksini tapmışdır).

41. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər

42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandı rılmışdır.

43. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

44. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəm ə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar