Məhkəmə qərarları › İş №2(102)-4334/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4334/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4334/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.Novruzova) İddiaçı Cavabdeh oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulmas ı tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən, məruzəçi), R.Qurbanov və A.Hüseyn, 2(103)14634/2019 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 22.300 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apell yasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh kredit müqavilələri üzrə sonuncu dəfə 2017-ci ilin sentyabr ayında ödəniş etmişdir. Borcun etirafına yönəlmiş bu hərəkət isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmuşdur. Belə olan halda da iddia müddəti axımının başlanğıcı sonuncu ödəniş edildiyi tarixdən, yəni 2017-ci ilin sentyabr ayından hesablanmalıdır. Prosessual məsələlər və tərəflərin izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri 22 saylı notariat kontorunun notariusu X tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli kredit müqav iləsinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdə 10.000 manat məbləğində pulu Cavabdeh oğluna borc vermiş, Cavabdeh oğlu isə xx.xx.2014-cü il tarixədək 10.000 manat məbləğində pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Yenə həmin notarius tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixdə 15.000 manat məbləğində pulu Cavabdeh oğluna borc vermiş, Cavabdeh oğlu isə xx.xx.2015-ci il tarixədək 15.000 manat məbləğində pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan borc müqavilələrinin mövcudluğunu etiraf etmiş, həmin müqavilələr üzrə heç bir məbləğ qaytarmadığını təsdiq edərək iddia müddətinin tədbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisəyə iddia müddəti tətbiq edilməklə iddia təmin edilməmişd ir. İddiaçı etiraz edərək bildirir ki, cavabdeh borcun etirafı barədə hərəkətlər etmiş və 2017-ci ilin sentyabr ayında ödənişlər etmişdir. Cavabdeh bu halın mövcudluğunu qəti olaraq təkzib edir. Apelyasiya məhkəməsi iddia müdətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Çünki iddiaçı cavabdehin borcun etirafı barədə hərəkətlər etməsi halını, yəni cavabdehin ödənişlər etməsi halını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin normada nəzərdə tutulan borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər dedikdə həmin məbləğin bir qisminin ödənilməsi, borcun əvəzi olaraq əmlak verilməsi, borcun qismən də olsa ödənilməsi ilə bağlı və.s hərəkətlər nəzərdə tutulur. Cavabdeh belə ödəniş etməsini təsdiq etmirsə, bu halı sübutetmə vəzifəsi id dia edənin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddə tinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli kredit müqavilələrindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqavilələri üzrə cavabdeh tərəfindən sonuncu ödənişin 2017-ci ilin sentyabr ayında 700 manat məbləğində ödənilməsini bildirsə də, bu halı təsdiq edəcək sübut təqdim edə bilməmişdir. İddia ərizəsi xx.xx.2019-cu il tarixdə sürətli poçt xidməti vasitəsilə göndərildiyi müəyyən olunmuşdur. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, hazırki vəziyyətdə həmin müqavilələrdən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı müvafiq olaraq xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik iddia müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar