Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4335/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, X3 katibliyi ilə. Cavabdeh xxxx X16 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakim:K.F.Əmirxanova 2(005)-2685/2017) iddia təmin edilmiş, "xxxx" Biznes Mərkəzindən 3156 (üç min bir yüz əlli altı) manat p ulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: S.F.Hacıyev (sədrlik edən və məruzəçi) R.Ə.Eyvazov və F.Ş.Talışinski; 2(103)-6347/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı X9 cavabdeh "xxxx" Biznes Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Biznəs Mərkəzindən 3156 manat məbləğində pulun və tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o tikinti sahəsində təmir q uraşdırma işləri ilə məşğul olur. Bir il müddət ərzində Bakı şəhəri, ************** rayonu, metronun "*******" stansiyasının yaxınlığında fəaliyyət göstərən "xxxx" Biznes Mərkəzində işləmişdir. 11 oktyabr 2016-cı il tarixdə o şirkətdə sürücü işləyən Ş6 birlikdə "xxxx" Şirkətinin pəncərələrini quraşdırdıqdan sonra biznes mərkəzinin direktoru Elçin Həsənovdan əvvəlki gördükləri işlər də daxil olmaqla zəhmət haqqlarını istəmişlər. X6 3840 manat əmək haqqı verməli idi, lakin cavabdeh onların hər birisinə 300 manat pul verəcəyini demiş, o da cavabdehə narazılığını bildirmişdir. Bundan sonra E6 ************ nomrəli "Hyundai" avtomobilini iddiaçının üzərinə sürmüş və ona xəsarət yetirmişdir. Hadisə ilə əlaqədar o Nərimanov rayon Polis İdarəsinin 17- ci Polis Bölməsinə ərizəsi ilə müraciət etmiş dir. Material araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi C6 15 yanvar 2017-ci il tarixli qərarı ilə cinayət işinin başlaması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Onun cavabdehin nümayəndəsi "xxxx" Biznes Mərkəzinin direktoru E6 ona qarşı qanunsuz hərəkətlərindən yazdığı şikayət üzrə aparılmış tədqiqat zamanında müəyyən edilmişdir ki, ona qarşı kobudluq etmiş, avtomobili onun üzərinə sürərək ona xəsarət yetirmişdir. Cavabdehin nümayəndəsi E.6 aralarında olan mübahisənin də səbəbinin cavabdeh Şirkətin ona əmək haqqı borclu olmasıdır. Müstəntiqin cinayət işini başlanmasının rədd edilməsi barədə qərarında cavabdehin ona 2156 manat borclu olduğu qey d edilmişdir, əslində cavabdeh iddiaçıya 3156 manat borcludur. Məhkəmə iclasında cavabdeh "xxxx" Biznes Mərkəzinin direktoru X5 nümayəndəsi iddi tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı 2016-cı ilin yanvar-fevral aylarından tanınmış, yəni rəhbəri olduğu X13 bir neçə dəfə ofisdə rekonstruksiya işləri görmüşdür. Buna görədə ofisdən ödəniş almışdır.Sonuncu dəfə son iki ay ərzində İddiaçı BM-də arakəsmə və pəncərə quraşdırılması ilə bağlı işlər görsə də, xeyli nöqsanlara yol vermişdir və işləri keyfiyyətsiz icra etdiyi üçün gördüyü işlərə görə ödənişin az hissəsi saxlanılmışdır ki, nöqsanları aradan qaldırdıqdan sonra ödənilib hesab bağlansın.İddiaçı şirkətdə şifahi razılaşma əsasında işləmişdir. Onun İddiaçı borcu yoxdur, İddiaçı işini lazımi keyfiyyətdə yerinə yetirməyərək ona maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" Biznes Mərkəzinin direktoru X7 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, O, İddiaçı 2016-cı ilin yanvar-fevral aylarında tanımış və rəhbəri olduğu X13 bir neçə dəfə ofisdə rekonstruksiya işləri görmüşdür. Buna görə də ofisdən ödəniş almışdır. Hazırda “xxxx” X14 heç bir borcu yoxdur. Ona görülmüş işlərin müqabilində tam ödəniş edilmişdir. Bu barədə muhasibatlıq qəbzləri apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Lakin apellyasiya insyansiyası məhkəməsi həmin sübutları qəbul etməkdən imtina etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsin də qeyd etmişdir ki, həmin qəbzdə İddiaçı edilmiş ödənişin təyinatı qeyri-müəyyəndir. Bu baxımdan məhkəms kollegiyası həmin qəbzə istinad edilməklə İddiaçı görmüş olduğı işlərin müqabilində edilməli olan ödəniş kimi qiymətləndirilmir. Lakin apellyasiya instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmaq olmur. Belə ki, buradan da aydın olur ki, məhkəmə işi tam araşdırmamış formal olaraq qərar qəbu etmişdir. Belə ki, əgər məhkəmə təqdim edilmiş subutu qəbul etmirdisə həmin subutun qəbul edilən olmamasını tam olaraq əsaslandırmalı idi. Həmin qəbzlə iddiaçıy; ödənişin edildiyi tam sübuta yetirilir. Lakin cavabdeh isə özü ilə işləyən şahidlərdən başqa heç bir sübutu yoxdur. Apellyasiya instansiya məhkəməsi məhkəmə araşdırması zamanı “Cavabdehndən cavabdehə müqavilə üzrə muzdun ödənilməməsi barəd ə qəbz düzgün hüquqi qiymət verməmiş, işi tam araşdırmamış sadəcə iddiaçı tərəfin təqdim etdim etdiyi işin nəticəsində bilavasitə maraqlı olan şahidlərin ifadələrinə əsaslanaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8,9,14,76,77,47,106,217,218,185,188,402,403-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 553.1,752, maddələrinin tələblərinin tələblərinin pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Tərəflərin izahatı İddiaçı və "xxxx" Biznes Mərkəzin direktoru X7 Mülki-Prosessual Məcəlləsinin 67.1ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onların izahatları dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımd ır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından, o cümlədən iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 yanvar 2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 1040 manat verəcəyi olduğunu etiraf etmişdir. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş şahid X10 ifadəsində bildirmişdir ki, o İddiaçı ilə birlikdə təmir-tikinti işləri ilə məşğul olur. Onlar 2016-cı ilin oktyabr ayında «xxxx» Şirkətinin ofisində pəncərə quraşdırılması işi ilə məşğul olmuş, lakin onlar 2156 manat zəhmət haqlarını ala bilməmişlər. E6 əvvəlki işlərdən də Ə6 1000 manat borcu qalmışdır. Bir neçə dəfə bununla bağlı İddiaçı ilə E6 arasında münaqişələri olmuş, o da, bu münaqişələrin şahidi olmuşdur. Lakin, bu günədək zəhmət haqqı ala bilməmişlər. X4 ifadəsində bildirmişdir ki, o, İddiaçı ilə birlikdə təmir-quraşdırma işləri ilə məşğul olur. 2016-cı ilin oktyabr ayında onlar pəncərələrin quraşdırılması işini görmüşlər. İddiaçı həmin işlə əlaqədar 2156 manat məbləğində zəhmət haqqı verməsi nəzərdə tutulsa da, cavabdeh sonradan bu pulu verməkdən imtina etmişdir. Aralarında dəfələrə münaqişələr olmuş, lakin cavabdeh pulu verməyəcəyini bildirmişdir. X2 ifadəsində bildirmişdir ki, o, da tikinti sahəsində çalışır. 2016 -cı ilin oktyabr ayında İddiaçı və digərləri ilə birlikdə «xxxx» Şirkətinin ofisində pəncərələrin quraşdırılması işində işləmişdir. İşin lazımi keyfiyyətdə görülməsinə baxmayaraq, cavabdeh pulu ödəməkdən imtina etmişdir. Cavabdehin ödəyəcəyi pul 2156 manat təşkil edir. Bundan əlavə əvvəl görülmüş işlərlə əlaqədar X18 1000 manat verəcəyi vardır. Lakin, E6 öhdəliyini icra etmədiyindən bu hal tərəflər arasında münaqişələrə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -389.1-ci maddəsinə əsasən melki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitam haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Mü qavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilə üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. - 752.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər,bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; - 753.1 -ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış, iddiaçı, sifarişçi - «xxxx» Biznes Mərkəzinin sifarişi ilə mərkəzdə müxtəlif işlər görmüşdür. Hazırki mübahisə məhz yerinə yetirilməli olan işin dəyərinin ödənilib-ödənilməməsi təşkil edir. "xxxx" Biznes Mərkəzinin 3.156 manat məbləğində pul öhdəliyini icra etməməsi öz təsdiqini tapmışdır. İddiaçı «xxxx» Biznes Mərkəzində bir neçə dəfə rekonstruksiya işləri görmüş, «xxxx» Şirkətinin pəncərələrini quraşdırmışdır. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində iddiaçının müraciəti əsasında toplanmış material üzrə qəbul edilmiş 15 yanvar 2017-ci il tarixli cinayət iş inin başlanmasının rədd edilməsi barədə qərarla müəyyən edilir ki, X1 1040 manat verəcəyi olduğunu etiraf etmişdir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçı və onlar 2.156 manat zəhmət haqqlarını ala bilməmişlər. E6 əvvəlki işlərdən də Ə6 1000 manat borcu qalmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şahid ifadəsində qeyd edilən hallar öz növbəsində işin müəyyən edilmiş halları ilə öz təsdiqini tapdığından, habelə cavabdeh tərəfindən həmin ifadələrin mötəbərliyini aradan qaldıran hər hansı hala istinad edilmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Cavabdeh tərəf apellyasiya şikayətində hazırda «xxxx» X14 heç bir borcunun olmamasına istinad etmişdir.İddiaçı görülmüş işlərin müqabilində tam ödəniş eilm işdir. Bu barədə muhasibatlıq qəbzləri də mövcuddur. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası həmin dəlilə münasibətdə düzgün olaraq hesab etmişdir ki, iş materiallarında olan cavabdehin istinad etdiyi qəbz sübut növü kimi qiymətləndirilə bilməz, belə ki, həmin qəbzdə İddiaçı edilmiş ödənişin təyinatı qeyri-müəyyəndir. Həmin qəbzə istinad edilməklə İddiaçı görmüş olduğu işlərinin müqabilində edilməli olan ödəniş kimi qiymətləndirilməmişdir. İddiaçı "xxxx" Biznes Mərkəzində pəncərələrin quraşdırılmasını öhdəsinə götürmüş və öhdəliyini icra etmiş, lakir cavabdeh "xxxx" Biznes Mərkəzinin direktoru X7 öhdəliyini pozaraq şərtləşdirilmiş pulu iddiaçıya ödəməmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin ed ilməsi hüquqi əsaslandırılmış, qətnamə qanuni və işin hallarına uyğundur, habelə onun qəbulu zamanı maddi və prosessual normaların pozuntusuna yol verilməmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla öz təsdiqini tapmamışdır. Ona görədə, Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə m addi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 13 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4335/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4335/2019
24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver