Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4335/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi, sübut etmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin və əldən çıxmış faydanın ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 11394/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı Şəngül Hakan Səfər oğlunun kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) və Cavabdeh (bundan sonra “cavabdeh”) arasında 2014-cü ilin sonlarında razılaşma əldə olunub. Razılaşmaya əsasən iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Məhəmməd Fizuli və Rəsul Rza küçələrinin kəsişməsi, məhəllə 307 ünvanında yeni inşa edilən binanın 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 147,72 kv.metr olan mənzili 2015-ci ilin iyul ayının sonlarına kimi təmir etməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 104.550 manat pul verilmişdir.
2. Tərəflər arasında söz ügedən mənzildə aparılan təmir işlərinin həcmi və keyfiyyəti ilə bağlı narazılıq yarandığından cavabdeh iddiaçıdan polis orqanına şikayət vermişdir. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən iddiaçının etibardan suiistifadə etmə və aldatma yolu ilə cavabdehin 104.550 manat pulunu ələ keçirməsi faktına görə xx.xx.2015-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçı barəsində 1 ay 24 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin cinayət işinin icraatı dövründə iddiaçı cavabdehə 12000 manat pul ödəmişdir. xx.xx.2016-cı il tarixdə iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuş, 01 fevral 2019-cu il tarixdə cinayət işi ü zrə icraata xitam verilmişdir.
3. Qeyd edilən cinayət işinin icraatı zamanı müstəntiq tərəfindən ekspertiza təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2016-cı il tarixli rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda inşa olunmuş yaşayış evinin mansard mərtəbəsində yerləşən tikililərdə aparılmış tikinti-təmir işlərinə orta bazar qiymətlərinə uyğun olaraq sərf olunan vəsaitin ümumi təqribi dəyərinin 46.915,0 manat məbləğində olduğu müəyyən edilmişdir.
4. Cinayət işinin icraatı zamanı növbəti dəfə ekspertiza təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2017-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 307 ünvanda yerləşən evin iddiaçıya məxsus mansard mərtəbəsindəki mənzil üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin (həmin işlərə sərf olu nmuş materiallarla birlikdə) ümumi dəyərinin 145 223 manat təşkil etdiyi, tərəflər arasında bağlanmış əsas razılaşmadakı və sonradan həmin razılaşmaya əlavə edilmiş əlavə 1 və əlavə 2-də qeyd olunan işlərin ümumi dəyərinin 108 885 (72000+18000+18885) manat təşkil etdiyi nəzərə alındıqda, həmin işlərin dəyəri ilə faktiki yerinə yetirilən işlərin ümumi dəyəri arasında yaranan fərqin 36 338 (145223-10885) manat olduğu müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 52.863 (əlli iki min səkkiz yüz altmış üç) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2015-ci ilin yanvar ayında tanışı X1 müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, 307-ci məhəllədə yerləşən yaşayış binasına getməyini və oradakı mənzillərdən birinə baxıb təmirlə bağlı məsləhət verməyini xahiş etmişdir. O, İqorun xahişi ilə həmin mənzilə getmiş və müəyyən məsləhətlərini vermişdir. Bundan bir neçə gün sonra İqor Reztosov onunla görüşərək bildirmişdir ki, mənzilin sahibi Cavabdeh təmir işlərinin hamısını həyata keçirmək istəyir və bu səbəbdən onunla görüşmək istəyir. O, da razılaşaraq Cavabdeh ilə görüşmüşdür.
7. Həmin görüş zamanı Gülpəri Zaqırbayova ona ilkin olaraq evin mansard hissəsində izolyasiya işini görməyi tapşırmış və o, bu işi 18.500 (on səkkiz min beş yüz) manata görəcəyini bildirmişdir. O, Gülpəridən əvvəlcədən 15.000 (on beş min) manat pul almışdır. Bundan iki gün son ra cavabdeh evin ümumi təmirini və damın ötürülməsini də ona həvalə etmişdir. Bu zaman o cavabdehə mənzilin təmir və örtük işlərinin 72.000 (yetmiş iki min) manata edəcəyini bildirmiş və cavabdeh bu təkliflə razılaşmışdır. Bundan sonra cavabdeh mənzilin açarlarını ona təhvil vermiş və o da tanıdığı ustaları təmir işlərinə cəlb etməklə mənzili təmir etməyə başlamışdır. Təmir işlərinin aparıldığı müddətdə mənzildə əsaslı dəyişikliklər olmuşdur. Lakin mənzil sahibi tərəfindən işlərin davam etdirilməsi üçün pullar tam verilməmişdir.
8. Bundan başqa, 18 iyun 2015-ci il tarixdə bütün binada işıqlar kəsildiyindən o, təmir işlərini davam etdirmək üçün icarəyə generator götürmüşdür. Həmçinin, o, cavabdehin təklifi ilə Türkiyədən iki dəfəyə ümumi dəyəri 18.850 manat olan hamam aksessuarları gətirtmi şdir. Həmin avadanlıqların gətirilməsinə görə öz hesabına karqo şirkətinə 1300 manat pul ödəsə də cavabdeh aralarındakı razılaşmanı pozaraq həmin avadanlıqların və karqonun pulunu verməmişdir.
9. Mənzildə təmir aparıldığı müddətdə Cavabdeh ona cəmi 104.500 manat pul vermiş və bunun müqabilində materialların da qiyməti daxil olmaqla cəmi 145.223 manat dəyərində iş görülmüşdür.
10. O da qeyd edilməidir ki, Cavabdeh şikayəti əsasında Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılmış cinayət işi üzrə onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildiyi müddətdə Cavabdeh məcburiyyətdən 12.000 manat pul ödəmişdir. Qeyd etdiyi faktlar Bakı şəhəri, Nərimanov RPİ-nin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 01 fevral 2019-cu il tarixli qərarında da öz t əsdiqini tapır.
11. Beləliklə, iddiaçı hesab edib ki, cavabdehdən 52.723 (əlli iki min yeddi yüz iyirmi üç) manat məbləğində pul, həmçinin ödənilmiş dövlət rüsumu və hüquqi yardım göstərilməsi ilə bağlı vəkillik xidməti ilə bağlı müqavilə üzrə ödənilmiş 110 manat pul, ümumilikdə 52863 manat tutularaq iddiaçı tərəfə ödənilməlidir.
12. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia verərək, iddiaçıdan Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında yeni inşa edilən binanın 9-cu mərtəbəsində yerləşən (mansard) 3 otaqlı, ümumi sahəsi 147,72 kv. metr olan mənzildə görülən işlərə görə ödədiyi 47635 manat, gecikdirilmiş 4 il müddət üçün 9527 manat olmaqla, cəmi 57.162 (əlli yeddi min bir yüz altmış iki) manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xa hiş etmişdir.
13. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ilin yanvar ayında etibarından sui-istifadə edərək cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında yeni inşa edilən binanın 9-cu mərtəbəsində yerləşən mansardında 3 otaqlı, ümumi sahəsi 147,72 kv. metr olan mənzili təmir etmək və müəyyən avadanlıqları quraşdırıb təhvil verəcəyinə dair yalan verməklə cavabdehi aldatmış, cavabdehin 104550 manat məbləğində pulunu ələ keçirərək ona külli miqdarda ziyan vurmuşdur. Fakta görə 29 dekabr 2015-ci il tarixdə Nərimanov RPİ-nin İŞ tərəfindən AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır.
14. Qeyd olunan cinayət işi üzrə barəsində axtarış elan edilmiş təqsirləndirilən şəxs olan iddiaçı 03 noyabr 2016-cı il tarixdə tutulmuş və barəsində N ərimanov Rayon Məhkəməsinin 05 noyabr 2016-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə olduğu zaman iddiaçı müstəntiqin vasitəsilə cavabdehlə danışıqlar apararaq azadlığa çıxacağı halda pulunu qaytaracağını vəd etmişdir. İdddiaçı tam məbləğdən ilkin olaraq 10000 manat, sonra isə 2000 manat olmaqla, cəmi 12.000 manat məbləği cavabdehə ödəmiş və qalan məbləği azadlığa çıxaraq qısa müddətə qaytaracağına söz vermişdir. Cavabdeh müstəntiqin sözünə inanıb iddiaçının ev dustaqlığına çıxmasına etiraz etmədiyi barədə istintaqa ərizə vermiş və iddiaçı barəsində Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2016-cı il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir.
15. Bundan sonra işlə maraqlandıqda cinayət işinin ekspertizaya görə dayandı rılması məlum olmuşdur. Lakin Nərimanov Rayon Məhkəməsində iddiaçının hazırki iddia ərizəsi üzrə mülki işin materialları ilə tanış olduğu zaman cavabdeh Nərimanov RPİ-nin İŞ-nin “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 01 fevral 2019-cu il tarixli qərardan xəbər tutmuşdur. Həmin qərardan cavabdeh qanunvericiliyin tələbinə uyğun qaydada şikayət vermişdir.
16. İddiaçının iddia tələbinin yeganə istinadı məhkəmə tikinti-texniki ekspertizasının 06 iyun 2017-ci il tarixli rəyidir. Halbuki, ekspertizanın birinci 18 mart 2016-cı il tarixli rəyi həqiqətə uyğun olmuşdur. Həmin rəydə mənzildə görülən işlərin dəyəri 46.915 manat məbləğində müəyyən edilmişdir. Nərimanov RPİ-nin İŞ-nin 01 fevral 2019-cu il tarixli qərarında da həmin rəy öz əksini tapmışdır. Beləliklə də, İddiaçı mənzildə gö rülən işlərin dəyərinə görə ona ödədiyi 104.550 manatdan 47.635 manatı ona qaytarmalıdır.
17. Bundan başqa, iddiaçının pulu ondan 2015-ci ilin yanvar ayında alması nəzərə alınarsa, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbinə müvafiq qaydada gecikdirilmiş 4 il müddət üçün illik beş faiz, yəni 9527 manat da iddiaçı tərəfindən cavabdehə ödəməlidir.
18. Birinci instansiya məhkəməsində şahid X4 bildirmişdir ki, o, cavabdehə hüquqi yardım göstərib. Cavabdeh ona bir dəfə telefonla zəng edərək, qızına ev aldığını və evin təmiri üçün lazım olan məbləğin İddiaçı verdiyini bildirib. Birlikdə gedib evdə görülən təmir işlərinə baxıblar. Orada İddiaçı görüb və bildirib ki, öhdəlik götürübsə, evin təmirini başa çatdırıb təhvil verməlidir. Hətta ustalarla Hakan arasında mübahisələri də düşüb. Ustalar bi ldirdilər ki, işi ləng edir. Soruşanda ki, işləri niyə bu qədər ləngidir, cavabında ona bildiriblər ki, başqa işləri var. Məcburiyyət qarşısında qalıb evin qapısının açarını dəyişiblər ki, ustalar evə gəlib girməsin. Birinci ekspertiza zamanı orada iştirak etmişdir. 2017-ci ildə də isə o, artıq orada olmayıb. O, cavabdehə işlərində yardım göstərirdi, onun vəzifəsi hər hansısa bir işi aktlaşdırmaq deyildi, onun buna səlahiyyəti yox idi.
19. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, cavabdehi dostu vasitəsilə tanımışdır. Onu cavabdehin evinə mebel işi ilə bağlı çağırmışdılar. O, orada mebel işinə baxacaqdı. Mənzilə daxil olanda görüb ki, mənzil pis vəziyyətdədir. Oktyabrın 16-da Elşad adlı prorab onları evə baxmağa dəvət edib ki, mənzili təmir etsinlər. Onlar orada işləyəndə qapıları təmir etmişlər, mətbəx mebeli yığmışlar. Ustalar orada tavanı, pilləkənləri işləmişlər. Mənzilin təmiri ora daxil olanda bərbad vəziyyətdə idi. Ona təmir demək olmazdı, reykalar yararsız halda idi, pəncərə altlıqları kənara çıxmışdı, zalda parketlər qopmuşdu. İş görülmüşdü, ancaq pis gündə. O, həmin evin divarında divar kağızı görməyib. Onlar mənzilə təmirə gələndə təmir işləri bir tərəfli getmirdi, hər tərəfdən iş görürdülər. Mənzildə həmçinin kabelləri, alçipanı dəyişiblər.
20. Birinci instansiya məhkəməsi cavabdehə məxsus evdə aparılan tikinti-təmir işlərini xərcini müəyyən etmək məqsədilə xx.xx.2020-ci il tarixli qərardadla əmtəəşünaslıq ekspertizası təyin etmişdir.
21. Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2021-ci il tarixli, 10/3109 nömrəli ekspert rəyinə əsasən (qərardadın birinci sualı üzrə) cavabdehə məxsus mənzildə iddiaçı tərəfindən tərəflərin razılıqları ilə tərtib edilmiş təmir-smeta sənədlərində (əlavə razılaşmalarında) nəzərdə tutulmuş təmir işləri yerinə yetirildiyi müəyyən edilmişdir. Lakin mənzildə cavabdeh tərəfindən bəzi tikililərə yenidən təmir işləri aparıldığını və iddiaçı tərəfindən aparılan təmir işlərinin dəqiqliklə nədən ibarət olmasını müəyyən etmək mümkün olmadığı üçün həmin mənzildə yerinə yetirilmiş təmir işlərini müəyyən etmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə qeyd edilib ki, 2015-ci ilin yanvar-avqust aylarında tərəflərin razılığı ilə tərtib edilmiş təmir-smeta sənədlərinə (əlavə razılaşmalarında) əsasən, razılaşmaya əlavə edilmiş əlavə 1 və əlavə 2-də qeyd olunan işlərin ümumi dəyəri 108885 manat göstərilmişdir. Lakin id diaçı tərəfindən aparılan təmir işlərinin dəqiqliklə nədən ibarət olmasını müəyyən etmək mümkün olmadığı üçün faktiki görülmüş işlər arasındakı fərqin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı. Qərardadın üçüncü və dördüncü sualı üzrə qeyd edilib ki, cavabdehə məxsus mənzildə cavabdeh tərəfindən bəzi tikililərdə yenidən təmir işləri aparıldığını və iddiaçı tərəfindən aparılan təmir işlərinin dəqiqliklə nədən ibarət olmasını müəyyən etmək mümkün olmadığı nəzərə alınaraq, iddiaçı tərəfindən aparılan təmir işlərinə çəkilən 2015-ci il tarixə xərcin dəyərini nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmadı. Qərardadın yeddinci sualı üzrə isə qeyd edilib ki, baxış zamanı cavabdeh tərəfindən mənzildə bəzi tikililərdə yenidən təmir işləri aparıldığı müəyyən olunmuşdur. Lakin aparılm ış təmir-tikinti işlərinin müddətini müəyyən olunmasına dair metodika olmadığından, həmin təmir işlərinin aparılması tarixini müəyyən etmək mümkün olmadı.
22. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-75/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək İddiaçı 45.585 manatın və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Solmaz Ədilova)
23. Birinci instansiya məhkəməsi ilk iddia tələbi üzrə Məhkəmə Mülki Məcəllənin, 385, 386, 425, 442 və 1115-ci maddələrinə istinadən hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan mənzilə tərəflərin razılaşmasından kənar əl avə xərclər çəkdiyini və həmin xərclərin dəyərinin cavabdeh tərəfindən ona ödənilmədiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız iddiaçının izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir.
24. Belə olan halda, birinci instansiya məhkəməsinin mövqeyinə görə ilkin iddia üzrə iddiaçı iddia ərizəsində və öz izahatında bildirdiyi kimi, Cavabdeh tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanının mansard mərtəbəsində razılaşmadan kənar əlavə tələblər üzrə xərc çəkildiyini və bu səbəbdən də ödəni lməmiş həmin işlərə görə pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassızdır. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir razılığın olmasına dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir.
25. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 06 iyun 2017-ci il tarixli ekspert rəyinə münasibətdə bildirib ki, həmin ekspertiza Cavabdeh iştirakı və razılığı olmadan, onun tərəfindən təkrar təmir işləri aparıldıqdan sonra keçirilmiş və bu səbəbdən də həmin rəy ilk İddiaçı tərəfindən həyata keçirilməsi iddia edilən təmir tikinti işlərini özündə ehtiva etmir.
26. Birinci instansiya məhkəməsi hazırki iş üzrə alınmış ekspert rəyinə istinadən qeyd edib ki, bu rəydə ilk iddianını təmin edilməsinə əsas verən rəy deyil.
27. Beləliklə birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlib ki, ilk iddia təmin edilə bilməz.
28. Qarşılıqlı iddiaya münasibətdə isə birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, Cavabdeh aralarında olan razılaşmaya əsasən Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında yeni inşa edilən binanın 9-cu mərtəbəsində yerləşən (mansard) 3 otaqlı, ümumi sahəsi 147,72 kv. metr olan mənzildə görülən işlərə görə İddiaçı ümumilikdə 104500 manat məbləğində pul ödəmiş və həmin məbləğin qarşılığında İddiaçı öz öhdəliklərini icra edərək təmir işlərini tam və lazımi keyfiyyətdə icra etməmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi mənzilin təmiri tam deyil, həmin məbləğ də ödənilmiş pulun qarşılığında təmirsiz vəziyyətdədir.
29. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən cinayət işi üzrə alınmış Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2016-cı il tarixli, 2828 nömrəli ekspert rəyini mötəbər hesab edərək, habelə istintaq zamanı cavabdeh İddiaçı tərəfindən ödənilmiş 12000 manat pul vəsaitini nəzərə alaraq belə qənaətə gəlib ki, 45.585 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
30. Bununla belə, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın gecikdirilmiş 4 il müddət üçün 9527 manat pulun İddiaçı tutulması hissəsini əsassız hesab edib və bunu onunla əsalandırıb ki, qarşılıqlı iddiaçı həmin müddət üçün illik 5 faiz tələbini irəli sürməkdə əsas olmuş halları qeyd etməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir.
31. Bir inci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 135.1, 157.2, 385.1, 386.1, 425.1, 425.2, 442, 1115-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
32. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Apellyasiya şikayəti ilkin iddia ərizəsində sadalanan hallara istinadən belə əsaslandırılmışdır ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11394/2021 saylı, 02 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasi ya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni “ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək İddiaçı 45.585 manatın və 30 manat dövlət rüsumunun Cavabdeh xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə, tərəflər arasında İddiaçı Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Məhəmməd Fizuli və Rəsul Rza küçələrinin kəsişməsi, məhəllə 307 ünvanında yeni inşa edilən binanın 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 147,72 kv.metr olan mənzili təmir etməsi ilə bağlı 2014-cü ilin sonlarında razılaşma əldə olunmuş, razılaşmaya əsasən İddiaçı mənzilin təmirini 2015-ci ilin iyul ayının sonlarında yekunlaşdırmağı öhdəsinə götürmüş, Cavabdeh tərəfindən ona ümumilikdə 104550 manat verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, tərəflər arasında sözügedən mənzildə aparılan təmir işlərinin həcmi və keyfiyyəti ilə bağlı narazılıq yarandığından Cavabdeh polis orqanına şikayət ünvanlamış, Bakı şəhəri Nərimanov RPİnin İŞ-nin müstəntiqi tərəfindən İddiaçı etibardan sui-istifadə etmə və aldatma yolu ilə Cavabdeh 104550 manat pulunu ələ keçirməsi faktına görə xx.xx.2015-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı barəsində 1 ay 24 gün mü ddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, həmin cinayət işinin icraatı dövründə o, Cavabdeh 12000 manat ödəniş həyata keçirmiş, xx.xx.2016-cı il tarixdə İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuş, 01 fevral 2019-cu il tarixdə cinayət işi üzrə icraata xitam verilmiş və Cavabdeh mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
36. Həmin cinayət işinin icraatı zamanı mütəntiq tərəfindən ekspertiza təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2016-cı il tarixli rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda inşa olunmuş yaşayış evinin mansard mərtəbəsində yerləşən tikililərdə aparılmış tikinti-təmir işlərinə orta bazar qiymətlərinə uyğun olaraq sərf olunan vəsaitin ümumi təqribi dəyərinin 46 915,0 manat məbləğind ə olduğu müəyyən edilmişdir. Həmçinin cinayət işinin icraatı zamanı növbəti dəfə ekspertiza təyin olunmuş, Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyun 2017-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, 307 ünvanda yerləşən evin Cavabdeh məxsus mansard mərtəbəsindəki mənzil üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin (həmin işlərə sərf olunmuş materiallarla birlikdə) ümumi dəyərinin 145 223 manat təşkil etdiyi, tərəflər arasında bağlanmış əsas razılaşmadakı və sonradan həmin razılaşmaya əlavə edilmiş əlavə 1 və əlavə 2-də qeyd olunan işlərin ümumi dəyərinin 108 885 (72000+18000+18885) manat təşkil etdiyi nəzərə alındıqda, həmin işlərin dəyəri ilə faktiki yerinə yetirilən işlərin ümumi dəyəri arasında yaranan fərqin 36 338 (145223-10885) manat olduğu müəyyən edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MTK tərəfindən verilərək iş materiallarına əlavə olunmuş 01 fevral 2019-cu il tarixli arayışa istinad edib. Həmin arayışa əsasən Cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4 ünvanında inşa olunmuş yaşayış kompleksində 9-cu (mansard) mərtəbəsində xx.xx.2014-cü il tarixində 23 saylı mənzil almaış, MTK ilə razılaşdırıb 2015-ci ilin yanvar ayında aldığı mənzildə təmir işlərini başlamış, təmir işləri Hakan adlı Türkiyə vətəndaşının rəhbərliyi altında aparılmış, 2015-ci ilin sentyabr ayında Hakan mənzildə aparılan işlərdən uzaqlaşdırılmış, onun rəhbərliyi altında görülmüş işlərin ümumi dəyəri heç 30% təşkil etməmiş, 2016-cı ilin oktyabr ayından başlayaraq Elşad adlı iş icraçısını rəhbərliyi altında təmir işləri yenidən başla mış, 2017-ci ilin oktyabr ayında işlər tam yekunlaşdıqdan sonra mənzilin sahibi ora köçmüşdür.
38. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, mübahisə ilə bağlı tərəflərin tələb və etirazlarını əsaslandırdıqları 3 ekspert rəyi mövcuddur (iksi cinayət işi üzrə, biri hazırki iş üzrə) və ilkin iddiaçı məhz, barəsində başlanmış cinayət işinə xitam verilməsi ilə nəticələnən cinayət icraatı zamanı alınmış 06 iyun 2017-ci il tarixli ekspert rəyinə istinadən müvafiq iddia tələbini irəli sürmüşdür.
39. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd ol an sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
40. Bu kontekstdə apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, 06 iyun 2017-ci il tarixli ekspert rəyi Cavabdeh iştirakı və razılığı olmadan, onun tərəfindən təkrar təmir işləri aparıldıqdan sonra keçirilən tədqiqat əsasında əldə olunduğundan, ilkin iddiaçının iddia tələbini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, həmin ekspertiza tədqiqatı mənzildə təmir işləri başa çatdırıldıqdan, yəni İddiaçı tərəfindən tamamlanmamış işlərin Cavabdeh özü tərəfindən tamamlanmasından sonra aparılmış, 23 aprel 2021-ci il tarixli ekspert rəyində isə İddiaçı təmir işlərindən kənarlaşdırıldığı dövrə (2015-ci ilin sonlarına) qədər çəkilən xərcin dəyərinin nə qədər olduğunu müəyyən etmənin hazırda mümkü n olmadığı vurğulanmışdır.
41. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2016-cı il tarixli rəyi işdəki digər sübutlarla birlikdə qiymətləndirildiyi zaman daha mötəbər və inandırıcı rəy kimi nəzərdən keçirilməlidir; xüsusilə ona görə ki, həmin rəy mənzilin təmirinin mübahisəyə səbəb olan vəziyyətinin mövcud olduğu dövrdə aparılmış tədqiqat əsasında verilmiş, rəylə gəlinən nəticə Cavabdeh özünün əldə etdiyi mütəxəssis rəyinə də uyğun olmuş, xx.xx.2016-cı il tarixdə barəsində həbs qətimkan tədbiri seçilən İddiaçı özünü qismən təqsirli hesab etdiyini bildirərək Cavabdeh 12 000 manat ödəniş etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442 və 765-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
43. Qətnamədən iddiaçı (vəkil X2) kassasiya şikayəti verərək qətnamənin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxmışdır. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən irəli sürülən iddia tələbi iş materialları və iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təkzib olunmasına baxmayaraq apelyasiya instansiyası məhkəməsi həmin hallara əhəmiyyət verməmişdir. Bir halda ki, məhkəmə 18 matr 2016-cı il tarixli ekspert rəyini əsas götürəcəkdi, yenidən ekspertiza təyin edilməsi məntiqsiz olmuşdur. b) Kassasiya şikayətinə qarşı et irazın dəlilləri
45. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətində göstərilən dəlillər frormal olmaqla işin faktiki hallarından ibarətdir və bu hallara dair heç bir mötəbər sübut yoxdur. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil məməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəf indən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
47. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışd ır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Apellyasiya instansiyası məhkəməsi iddia və qarşılıqlı iddia tələbləri, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
51. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3542-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razıla şır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
52. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən irəli sürülən iddia tələbinin iş materialları və iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təkzib olunmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsinin həmin hallara əhəmiyyət verməməsi barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mənzilində aparılmış təmirlə bağlı 3 rəy olmasını göstərmiş və həmin rəyləri MPM-in 88 və 103.1-ci maddələrinin tələbinə uyğun, işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirmiş, nəticədə Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2016-cı il tarixli rəyini (cinayət işi üzrə) nəyə görə ilk iddianın rəd d, qarşılıqlı iddianın təmin edilmə əsası kimi götürdüyün yetərincə əsaslandırmışdır. (bax: 38-40-cı bəndlər)
53. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Şəngül Hakan Səfər oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11394/2021 nömrəli, 02 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.