Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4336/2023 17.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Ələskər oğluna qarşı “kredit borcunu ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ İş № 2(102)-4336/2023 (Açar sözlər: qətnamədən kassasiya şikayəti vermək hüququnun olmaması və həmçinin vəkil tərəfindən verilən kassasiya şikayətinə onun səlahiyyətlərini təsdiq edən sənədin əlavə olunmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X6 (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseyn ov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Ələskər oğluna qarşı “kredit borcunu ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1248/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 (Vəkil X2) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü 16 oktyabr 2023-cü il tarixdə yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunu ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, tərərflər arasında bağlanmış müqavilələrə əsasən cavabdehlərdən müştərək qaydada iddiaç ının xeyrinə 9.625,99 ABŞ dolları əsas borc, 3.793,07 ABŞ dolları faiz borcu və 503,88 ABŞ dolları cərmə borcu olmaqla ümumulikdə cəmi 13.922,94 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Şabran Rayon Məhkəməsinin 2(031)-78/2018 nömrəli, 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9.625,99 ABŞ dolları əsas borc 3.793,07 ABŞ dolları faiz borcu olmaqla cəmi 13.419,06 ABŞ dolları borcun (milli manat ekvivalentində) və 30 manat ödənilmiş dövlət rusumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, həmçinin cavabdehlərdən müştərək qaydad a 145 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur.
3. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 aid hissədə ləğv edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1248/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya ş ikayətinin dəlilləri:
5. Qətnamədən Cavabdeh3 (Vəkili Vəkil) kassasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, zaminliyə xitam verilməsi, ona qarşı İddiaçı ASC-nin iddiasının rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
6. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şika yəti verilə bilər.
7. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
8. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
9. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
10. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
11. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsi nə göndərilməlidir.
13. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
14. Lakin hazırki iş üzrə apellyasiya instansiyas ı məhkəməsi bu tələblərə əməl etməmişdir.
15. Belə ki, apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən tərəflərin, üçüncü şəxslərin şikayət vermə hüququ o halda yaranır ki, onların tələbləri təmin olunmamış olsun (MPM-nin 403.1-ci maddəsi).
16. Nəzərə alınmalıdır ki, apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi m üəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
17. Hazırki iş üzrə müəyyən edilir ki, Cavabdeh2 nümayəndəsi və vəkili X1 Rayon Məhkəməsinin 2(031)-78/2018 nömrəli, 11 iyul 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti versə də digər cavabdehlər, o cümlədən Cavabdeh3 həmin qətnamədən ümumiyyətlə apellyasiya şikayəti verməmişdir. Sözü gedən qətnamə üzrə Cavabdeh3 apellyasiya araşdırmasının predmetini təşkil edəcək hər hansı dəlili olmamışdır. Bu vəziyyət, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh3 münasibətdə tələbinin təmin olunmadığı halın olmadığını ehtiva edir və onun həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur.
18. Bundan başqa kassasiya şikayətindən görünür ki, şikayət Cavabdeh3 vəkili X2 tərəfindən elektron qaydada imzalansa da, kassasiya şikayətinin cavabdeh Təranə Eminovnın özü tərəfindən imzalanmış surəti iş materiallarına əlavə olunmamışdır. Habelə kassasiya şikayətini imzalamış vəkilə kassasiya şikayətini imzalamaq səlahiyyətini verən etibarnamə işə əlavə olunmamışdır.
19. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
20. Bu halda apelyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti geri qaytarılmalı idi. Çünki Azərbaycan Respublikası MPM-nin 409 -cu maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
21. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə veri ldiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini, o cümlədən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmasını, qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənədin əlavə edildiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
22. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi Cavabdeh3 münasibətdə bu tələblərə əməl etməmişdir.
23. Kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən şəxsin kassasiya şika yəti vermək hüququna malik olması, şikayətin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmaması, nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməməsi) apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxma q üçün prosessual əsasların olması daxildir.
25. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.
27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1248/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh3 (Vəkil X2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-m ümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.