Məhkəmə qərarları › İş №2(102)-4338/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4338/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4338/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-407/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 21 iyul 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 32 faiz olmaqla 6370 ABŞ dolları kredit verilmişdir. 21 iyul 2014-cü il tarixli 410003362/ZM nömrəli zaminlik müqaviləsi ilə, 21 iyul 2014cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini təmin etmək məqsədilə "xxxx" ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Kəlbəcər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5124,37 ABŞ dolları əsas, 779,7 6 ABŞ dolları faiz olmaqla, cəmi 6075,57 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər kredit müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etmnəkdən boyun qaçırmışlar. Yaranmış borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İddiaçının təqdim etdiyi 10 sentyabr 2015-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 21 iyul 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 5124,37 ABŞ dolları əsas, 779,76 ABŞ dolları faiz olmaqla cəmi 6075,57 ABŞ dolları borc yaranmışdır. Kəlbəcər Rayon Məhkəməsinin (hakim Həsən Qəniyev) 28 yanvar 2016-cı il tarixli 2(040)-127/2016 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi t əmin edilmişdir. Cavabdeh2 qiyabi qətnamənin ləğv olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və Kəlbəcər Rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli 2(040)-127/2016 nömrəli qərardadı ilə qiyabi qətnamə ləğv olunmuşdur. Kəlbəcər Rayon Məhkəməsinin (hakim Həsən Qəniyev) 28 noyabr 2018-ci il tarixli 2(040)120/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 442, 443, 448, 449, 460, 462, 463, 465, 470 və 472 maddələrinə istinadən hesab etmişdir ki, borcalan Cavabdeh1 müqavilə üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən və zamin borcalanın öhdəlikləri üzrə öhdəliyi üzərinə götürdüyündən iddia tələbi təmin edilməlidir. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və ona münasibətdə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rəhman Muradov - sədrlik edən və məruzəçi, Ədil Məmmədov, Fikrət Mehtiyev) 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə d üzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Cavabdeh2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessua l hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Digər cavabdeh olan borc alan Cavabdeh1 bank qarşısında özdəlikləri üçün zamin durmuş, borc alan Cavabdeh1 Azərbaycan Respublikasını tərk edərək Rusiya Federasiyasına getmişdir. Ona görə, həmçinin zaminin məsuliyyəti üçün qanunla müəyyən edilmiş müddət keçdiyinə görə ona qarşı iddia rədd edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlum at vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması k imi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh2 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə b orcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra et mədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddələr 477.0 və 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Borc alan Cavabdeh1 Azərbaycan Respublikasını tərk edərək Rusiy a Federasiyasına getməsi Cavabdeh2 zaminliyinə xitam verilməsi üçün əsas ola bilməz. Zaminin məsuliyyəti üçün qanunla müəyyən edilmiş müddətin keçməsinə gəldikdə isə bu hal iş materialları ilə təsdiq olunmur. Cavabdeh2lə bank arasında bağlanmış zaminlik müqaviləsində müddət göstərilməmişdir, habelə bank borc alan Cavabdeh1 öhdəliyinin icrası vaxtının çatdığı gündən, yəni 03 dekabr 2015-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasi ya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-407/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar