Məhkəmə qərarları › İş №2(102)-4338/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-4338/2023

23.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4338/2023 23.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARDADI (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1281/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinin mümkünlüyünü Ali Məhkəmənin inzibati binasında yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından 31 mart 2009-cu ildə anadan olmuş X1 üçün Zəngilan Rayon Məhkəməsinin 2(034)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş hər ay üçün 150 manat aliment məbləğinin dəyişdirilərək cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-932/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilərək, Zəngilan Rayon Məhkəməsin in xx.xx.2022-ci il tarixli, 2(034)-347/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1281/2022 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən F. Məmmədov, hakimlər L. Rəhimli və İ. Dəmirov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

5. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassassiya şikayətinin dəlilləri

6. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü iltarixli 2(105)-1281/2023 sayılı qətnaməsinin ləğv edilməsini, Sumqayıt Apelyasiya Məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək, iddiaçının iddia ərizəsinin təmin edilməməsini, bu mümkün deyilsə, məhkəmə işini yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə geri göndərilməsini xahiş etmişdir.

7. Kassator kassasiya şikayətində qeyd et mişdir ki, cavabdehin aylıq əmək haqqı vergi daxil 3013 manat təşkil etsə də həmin puldan həmkirayə haqqını ödəməli, həm aliment ödəməli, həm az yaşlı uşağı xx.xx.2022-ci il təvəllüdlü Şirinov Eminin xərclərini, həmailəsinəbaxmalı, həmdə yaşlı və xəstəanasına baxmalıdır. esab edirik ki, məhkəmənin Xədicə adlı azyaşlı uşağın əvvəlki təminat səviyyəsini əsas kimi qəbul edərək cavabdehdən gəlirinin 1/4 hissəsi məbləğində alimentin tutulmasını təmin etməsi də əsalı deyil.

8. İşdən məlum olur ki, həmin uşaq üçün abdeh əvvəl 150 manat aliment ödəyirdi. İndi isə cavabdehin təklifi digər uşağın da mənafeyi nəzərə alınaraq onun gəlirinin 1/6 hissəsinin, yəni 503 manat alimentin tutulmasıdır. Bu durum həmin uşağın əvvəlki təminatı səviyyəsinin pisləşməsi deyil, əksinə 3 qat yaxşılaşmasıdır. Belə ola n halda Məhkəmənin bunu qəbul etməməsi və həmin uşağın saxlanması üçün cavabdehdən 750 manat məbləğində, əvvəlki təminat səviyyəsində 5 dəfə çox məbləğdə alimentin tutulmasına qət etməsi işin hallarına uyğun gəlmədiyi kimi, digər az yaşlı uşağın da hüquqlarını pozur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 1. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə;

2. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

3. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

4. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

5. Maddə

409. Apellyasiya instansiyası məh kəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

1. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh tərəfindən mübahisələndirildiyi hissəsində iddianın qiyməti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən azdır.

2. Belə ki, iş materiallarından cavabdehin aylıq əmək haqqının 3 013 manat olduğu məlum olur. Cavabdehdən tutulacaq alimentin yeni məbləği onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında müəyyən edilmişdir. Cavabdehin əmək haqqısının dörddə biri 753,25 manat təşkil edir. İddiaçı əvvəlcə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aylıq 150 manat aliment almışdır. Belə olan təqdirdə iddianın qiyməti MPM-in 112.1.6-cı maddəsinə müvafiq olaraq 7239 manat (753,25-150=603,25, 603,25x12=7239) təşkil edir. Cavabdeh aylıq 503 manat ödəməyə razı olduğunu bildirir. Belə olan təqdirdə cavabdehin mübahisələndirmədiyi hissədə iddianın qiyməti 4236 manat (503-150=353; 353x12=4236) təşkil edir. O halda mübahisələndirilən hissədə iddianın qiyməti 3003 manat (7239-4236=3003) təşkil edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə müvafiq olaraq da həmin his sədən kassasiya şikayəti verilə bilməz.

3. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.

4. Məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.

5. Şərh olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-xxxx/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasi ya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar