Məhkəmə qərarları › İş №2(102)-434/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-434/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-434/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh: Cavabdeh Cavabdeh: X2 İlkin iddia tələbi: kredit borcunun tutulması Qarşılıqlı iddia: girov müqaviləsinin etibarsız hesab edilməsi Açar sözlər: borc və müqavilənin etibarsız hesab edilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə iddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin vəkili Kərimov Əsgər Elyaz oğlunun, hər iki iddia üzrə Cavabdeh və vəkili Vəkil2 Sərkar oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-401/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti və hər iki iddia üzrə Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətlərinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 113228-1-6760 saylı, “Avtomobil krediti müqaviləsi” nə əsasən Cavabdeh illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 30.638 (otuz min altı yüz otuz səkkiz) ABŞ dolları məbləğində kredi t verilmişdir. “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 113228-1-6760 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı xx.xx.2016-cı il tarixli Razılaşmaya əsasən Cavabdeh 21.314 (iyirmi bir min üç yüz on dörd) ABŞ dolları məbləğində olan borcu 28 (iyirmi səkkiz) ay müddətinə xx.xx.2018-ci il tarixədək illik 18 (on səkkiz) hesablanmaqla kapitallaşdırılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh mülkiyyətində olan “Kia Sorento minik” markalı, 2012-ci il buraxılışlı, universal tipli, ağ mirvari rəngli, mühərrik G4KECH754527, ban KNAKU811DD5398570 olan ** VS *** dövlət nömrə nişanlı avtomobili xx.xx.2013-cü il tarixli, 1132xx-xx-9072 saylı ipoteka müqaviləsi əsasınd a xxxx qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda “Kredit Müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2013-cü il tarixli, 1132xx-xx-9072 saylı “ipoteka müqaviləsi” nə dəyişiklik edilməsi barədə 01 saylı xx.xx.2016-cı tarixli Razılaşma bağlanmışdır. İş materiallarında olan xx xxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Heydərov Rövşən Rzaqulu oğlunun xx xxxxxxxx 2017-ci il tarixə xxxxa borcu 20.390,51 (iyirmi min dollar 51 sent) ABŞ dolları məbləğində əsas borc, 2.356,42 (iki min üç yüz əlli altı dollar 42 sent) ABŞ dolları məbləğində faiz borcu, 279,70 (iki yüz yetmiş doqquz dollar 70 sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 23.026,63 (iyirmi üç min iyirmi altı dollar, 63 sent) ABŞ dolları məbləği ndə pul təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 27245 saylı, xx xxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh iddiaçı “İddiaçı ASC-yə 13 sentyabr 2017-ci il tarixə olan cəmi borcu 20.482,32 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə 18.450,40 ABŞ dolları, faiz borcu üzrə 1.548,59 ABŞ dolları, xx.xx.2016-cı il tarixə qalıq faiz borcu 483,33 ABŞ dolları təşkil edir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı “xxxx” VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “xxxx” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 113228-1-6760 saylı kredit müqaviləsinə əsasən xx xxxxx 2018-ci il tarixə xx xxa borclu olduğu 20.390,51 (iyirmi min dollar 51 sent) ABŞ dolları məbləğində əsas borc, 2.356,42 (iki min üç yüz əlli altı dollar 42 sent) ABŞ dolları məbləğində faiz borcu, 279,70 (iki yüz yetmiş doqquz dollar 70 sent) ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 23.026,63 (iyirmi üç min iyirmi altı dollar, 63 sent) ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 (otuz) manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; Tutmanın xxxx qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Sorento minik” markalı, 2012-ci il buraxılışlı, universal tipli, mirvari rəngli, mühərrik G4KECH754527, ban KNAKU811DD5398570 olan ** VS *** dövlət nömrə nişanlı avtomobilin açıq hərracdan sat ılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 cababdehlər “xxxx” VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh “girov müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli Cavabdeh xxxx ilə bağladığı müqavilədə 2012-ci il buraxılışlı KİA Sorento markalı, ** VS *** dövlət nömrə nişanlı avtomobilin girov müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.S.Məmmədov) ilkin iddia tələbi qismən təmin, qarşılıqlı iddia tələbi isə təmin edilməyərək xx.xx.2013-cü il tarixli, 113228-1 -6760 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 18.450,40 ABŞ dolları, faiz borcu üzrə 1.548,59 ABŞ dolları, cərimə borcu üzrə 279,70 ABŞ dolları olmaqla, cəmi 20.278,69 ABŞ dolları (iyirmi min iki yüz yetmiş səkkiz ABŞ dolları, 69 sent) məbləğində pulun (ödəniş günü Mərkəzi xxxxın məzənnəsinə uyğun olaraq tutulsun) və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, iddiaçı “xxxx” VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan “Kia Sorento minik” markalı, 2012-ci il buraxılışlı, universal tipli, mirvari rəngli, mühərrik G4KECH754527, ban KNAKU811DD5398570 olan ** VS *** dövlət nömrə nişanlı avtomobilə yönəldilərək, açıq hərracda satılması, avtomobilin satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilmə si, iddiaçının tələbi ödənildikdən sonra avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin Cavabdeh qaytarılması, avtomobilin satışından əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, yerdə qalan məbləğin ümumi qaydada cavabdehdən tutulması qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə iddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti, qarşılıqlı iddia üzrə iddiaçı X2, hər iki iddia üzrə Cavabdeh apelyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-401/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Vəkil1 və R.M.Həsənov) ilkin iddia üzrə iddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin və qarşılıqlı iddia üzrə iddiaçı X1 apelyasiya şikayətinin təmin edilm əməsi, hər iki iddia üzrə Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-165/2019 saylı işi üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsinin “cavabdehdən 1.548,59 ABŞ dolları faiz borcunun, həmçinin ümumilikdə 20.278,69 ABŞ dolları borcun tutulması” hissəsində dəyişdirilməsi, Cavabdeh iddiaçı “xxxx” VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan faiz borcunun məbləğinin 1.443,97 ABŞ dolları (min dörd yüz qırx üç dollar 97 sent) və ümumi borcun 20.174,07 ABŞ dolları (iyirmi min yüz yetmiş dörd dollar 07 sent) məbləğində müəyyənləşdirilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin tələblərinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi ipoteka müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanılmışdır. Bu nöqteyi nəzərdən həmin ipoteka müqaviləsi üzrə iddia müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. Habelə, ilkin iddia üzrə iddiaçı xx xxxxx 2018-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi halda, qarşılıqlı iddia üzrə iddiaçı xx xxx 2019-cu il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf qanunla nəzərdə tutulmuş müddətin ötürülməməsinə dair hər hansı bir sübut nə birinci, nə də apelyasiya instansiyası məhkəmələrinə təqdim etməmişdir. Apelyasiya instansiyası məhkəməsi ilkin iddia üzrə iddiaçının apelyasiya şikayətin də irəli sürülən borc məbləğlərinin daha yüksək olması barədə dəlilini əsassız, borc məbləğinin düzgün hesablanmadığı ilə bağlı hər iki iddia üzrə Cavabdeh dəlillərini qismən əsaslı hesab edərək, qeyd etmişdir ki, apelyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə, Cavabdeh xx.xx.2018-ci il tarixə olan əsas kredit borcunun məbləğinin 18.450,40 ABŞ dolları, faiz borcunun isə 1.443,97 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh məhkəmənin manatın devalvasiyasını nəzərə almadığı barədə irəli sürdükləri dəlil ilə bağlı isə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilm əsinə dair” xx.xx.2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlərin kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməli olduğu, müqavilədə belə şərt olmadıqda, borclunun kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malik olduğu nəticəsinə gəlmişdir Kasasiya şikayətlərinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları ilkin iddia üzrə iddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını və kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, hüququn tətbiq edilməsində səhv buraxmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan qanunvericilik aktlarına məhəl qoymamışdır. Hər iki iddia üzrə Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin 18.450 ABŞ dolları olmaqla əsas borc üzrə-müddət artırmaqla, ödəniş qrafiki açılması barədə qərar qəbul edilməsini xahi ş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, manatın devalivasiyaya uğraması ilə bağlı işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, kasatorun konstiusion hüquqlarını pozaraq qeyri-obyektiv, birtərəfli qərar qəbul etmişdir. Kasasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin vəkili Kərimov Əsgər Elyaz oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasında hər iki iddia üzrə Cavabdeh və vəkili Vəkil2 Sərkar oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kasasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı X2 hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd ol mayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 44 2-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kasasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarına əlavə edilmiş AR Məhkəmə Ekspertiza Mərkəzinin 27245 saylı, xx xxx 2019-cu il tarixli Ekspert rəyindən görünür ki, Cavabdeh iddiaçı “İddiaçı ASC xx xxxxxxxx 2017-ci il tarixə olan cəmi borcu 20482,32 ABŞ dolları məbləğində müəy yən oulunur, o cümlədən: əsas borc üzrə 18450,40 ABŞ dolları, faiz borcu üzrə 1548,59 ABŞ dolları, xx.xx.2016-cı il tarixə qalıq faiz borcu 483,33 ABŞ dolları təşkil edir. Cavabdeh manatın devalivasiyasının nəzərə alınmadığı dəlili ilə bağlı apelyasiya insytansiyası məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlərin kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməli o lduğu, müqavilədə belə şərt olmadıqda, borclunun kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malik olduğu nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası qeyd edir ki, kassatorlar kasasiya şikayətlərində apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdı rılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini, qüvvədə olan qanunvericilik aktlarının, hüququn tətbiq edilməsində səhv buraxıldığını qeyd etsələr də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətləri təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə iddiaçı “xxxx” (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti və hər iki iddia üzrə Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-401/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar