Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4340/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin Cavabdehqarşı iş üzrə QƏRARİ (Açar sözlər:kredit borcunun tutulması) 06.08.2020 Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2, Cavabdeh və onun vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-784/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il t arixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən qəbul etdi. İşin halları
1. İddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 1081/014 saylı təminatsız kredit müqaviləsinə əsasən istehlak xərcləri məqsədi ilə bank cavabdehə 77000 manat məbləğində 24 ay müddətində, illik 18 faiz dərəcəsi ilə kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək iddiaçının xeyrinə 54033,15 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu üzrə 3849,27 manat, cərimə borcu üzrə 27453,36 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 8692,50 manat, cəmi 94028,28 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 54033,15 manat əsas, 3849,27 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 500 manat cərimə borcu, 2700 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz, cəmi 61082,42 manat kredit borcunun, 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödən ilməsi, 250 manat ekspertiza xərcinin cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
4. Bankın təqdim etdiyi maliyyə arayışında cavabdehin kredit müqaviləsi üzrə pulun verildiyi tarixdən maliyyə arayışının verildiyi xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə əsas borcun qalığına gecikdirilmiş vaxt üçün (1159 gün) hesablanan faiz məbləğinin 8692,50 manat olduğu qeyd edilmişdir.
5. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli 15486 saylı ekspert rəyi ilə cavabdehin müqavilənin bitmə tarixinə, yəni xx xxxxx 2016-cı il tarixə həmin tarixdən son ödəniş tarixinə, yəni xx xxxx 2016-cı il tarixinədək edilən ödəniş nəzərə alınmaqla onun iddiaçıya əsas borc üzrə 55772,50, faiz borcu üzrə 4777,16 manat borcunun olduğu müəyyən edilmişdir.
6. Məhkəmə işin müəyyən ed ilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443, 445, 467, 739.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün həmin müqavilədən yaranan iddiaçının tələb edtidi məbləğdə, yəni 54033,15 manat əsas, kredit müqaviləsi üzrə maliyyə arayışında göstərilən 3849,27 manat faiz, azaldılmış 500 manat cərimə borcu, 2700 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği cavabdehdən Bankın xeyrinə tutulmalıdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Azad İmanov, Vahid Sadıqov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iləapellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi gecikdirilmiş vaxt üçün hesablanan faiz tələbinə aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi tam təmin edilmiş, qətnamə pulun Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh 54033,15 manat əsas borc, pulun verilmə müddət bitən tarixədək hesablanmış 3849,27 manat faiz borcu, 500 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 8692,50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 67104,92 manat pulun tutularaq ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qətnamənin ekspertiza xərcinin cavabdehə aid edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Apelyasiya instansiyası məhk əməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş materialları əsasında cavabdehin kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etmədiyi üçün ondan yaranmış əsas borcu və pulun verilmə müddətinədək müqavilə üzrə hesablanmış faiz borcunu tutmaqla qanuni və əsaslı qənaətə gəlmiş, həmçinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən haqlı olaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu 500 manata azaltmışdır.
9. Lakin məhkəmə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 faiz dərəcəsi ilə hesablanmış 8692,50 manat əlavə faiz tələbini hansı səbəbdən qismən təmin etdiyini və hansı hesablama əsasında 2700 manat müəyyən etdiyini əsaslandırmamışdır. Halbuki Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək da ha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
10. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehdən ona ödənilməli olan 54033,15 manat əsas borc tələb edir. Həmin məbləğ gecikdirilmiş vaxt üçün (xx.xx.2016xx.xx.2019, 1159 gün) illik minimum beş faiz dərəcəsi ilə əlavə faiz məbləği Bank tərəfindən düzgün hesablanaraq 8692,50 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, qətnamə gecikdirilmiş vaxt üçün hesablanan faiz tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə iddia tam təmin olunmalıdır.
11. Apelyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi yanlış olaraq tələb olunan kredit məbləğini bankın deyil, onun ləğvedicisinin xeyrinə tutmuşdur. Halbuki Ban k hal-hazırda tam ləğv edilmədiyi üçün fəaliyyət qabiliyyətini itirməmiş kredit hüquq münasibəti bankla cavabdeh arasında yaranmışdır. Cavabdeh də apellyasiya şikayətində haqlı olaraq qeyd etmişdir ki, mövcud vəziyyətdə ləğvedici ləğv prosesində olan Bankın hüquq varisi deyil, prosessual təmsilçisidir. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, qətnamə həmin hissədə dəyişdirilməli, pul məbləği cavabdehdən Bankın xeyrinə tutulmalıdır.
12. Apelyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, hazırki mülki işin birinci instansiya məhkəməsinin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuşdur. İlkin məhkəmə iclaslarında cavabdeh iştirak etmiş və kredit müqaviləsində göstərilən məbləğin Bank tərəfindən ona verildiyini mübahisələnd irməmişdir. xx.xx.2017-ci il tarixli məhkəmə iclasında cavabdeh yazılı vəsatət verərək, Bank tərəfindən faiz və cərimənin şişirdildiyini bildirmiş və ekspertiza təyin olunmasını xahiş etmişdir. İş üzrə ilkin ekspertiza rəyinin verilməsindən sonra xx.xx.2018-ci il tarixli məhkəmə iclasında cavabdeh yenidən yazılı vəsatət verərək, ekspert tərəfindən borcun düzgün hesablanmadığını və yenidən ekspertiza keçirilməsini xahiş etmişdir.Göründüyü kimi cavabdeh məhkəməyə ünvanlandığı yazılı vəsatətlərində tələb olunan borcun məbləğini mübahisələndirməklə faktiki olaraq kredit müqaviləsində göstərilən məbləğin ona verildiyini mübahisələndirməmiş, bu faktı dolayısı ilə etiraf etmişdir.Bu baxımdan iddiaçı birinci instansiya məhkəməsində kredit müqaviləsi üzrə pulun cavabdehə verildiyi (məhz onun tapşır ığı ilə üçüncü şəxslərin hesabına köçürüldüyü) cavabdeh tərəfindən mübahisələndirilmədiyi üçün iddiaçı bununla bağlı sübut təqdim etmək vəzifəsindən azad olmuşdur.
13. Cavabdeh yalnız birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli iclasında (iddia ərizəsi məhkəməyə daxil olduqdan təxminən 2 il 7 ay sonra) pulu Bankdan götürmədiyini bildirmiş, lakin bir daha Bank qarşısında öhdəliyinin olduğunu mübahisələndirməmiş, maddi imkanının aşağı olması səbəbindən borcu ödəyə bilmədiyi barədə izahat vermişdir.
14. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iş materiallarında cavabdehin kredit müqaviləsi üzrə Banka xx.xx.2014, xx.xx.2014, xx.xx.2014, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016-cü il tarixlərdə müxtəlif məbləğlərdə ödəniş etdiyi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh apellyasiya baxışı zamanı kredit müqaviləsinin bağlandığı dövrdə Bankın Mərkəzi ofisində Təchizat şöbəsində departament müavini vəzifəsində işlədiyini bildirmiş, ödəniş qəbzlərindəki imzaların ona məxsus olduğunu və ödənişlərin özü tərəfindən aparıldığını təsdiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
16. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosess ual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdeh və onun vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
19. İddiaçının vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 20. 385.1-ci madəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21. 386.1-ci madəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır 22. 739.1-ci madəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qayta rmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 23. 442-ci madəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 24. 445-ci madəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 25. 448.1-ci madəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiy i bütün hallar üçün cavabdehdir. 26. 445.7-ci madəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarı: 28. “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmı ş faydanın) ödənilməsini tələb edə bilər.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 29. 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31. 407.2-ci madəsinə əsasən Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 32. 416-ci madəsinə əsasən Kass asiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Kasasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. Cavabdeh eyni dəlilləri kasasiya şikayətində təkrar olaraq qeyd edərək apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının məhkəmə tərəfindən pozulduğunu göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli və obyetiv araşdıraraq hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
37. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişd irilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-784/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov