Məhkəmə qərarları › İş №2(102)-4341/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4341/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4341/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və X1 qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi, mənzilin alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)8723/2019 nömrəli qərar dadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(008)284/2019 nömrəli qətnaməsi ilə (hakim T.N.Məmmədov) İddiaçı cavabdehlər "xxxx" MTKya və X1 qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi, mənzilin alıcıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2(103)-8723/2019 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər V.T.Həsənovdan və Ş.A.Məmmədovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin ed ilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(008)-284/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçı 11 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 20219-cu il tarixli, 2(103)-8723/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-8723/2019 nömrəli qərardadı ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Ş.Cəfərovdan və E.Ə.Mehdiyevdən ibarət tərkibdə) kassasiya şikayəti geri qaytarılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə iddiaçı tərəfindən 30 avqust 2019-cu il tarixdə sifarişli poçt qəbzi ilə qəbul edilmiş, kassasiya şikayəti isə 11 iyun 2022-ci il tarixdə verilməklə müddət ötürülmüş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

6. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-8723/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Mülki Prosessual Məcəllənin 405.0.1 və 408.1.4-cü maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində iddiaçının özü, habelə etibarnamənin müddəti bitdiyinə görə nümayəndəsi iştirak etməmişlər. Məhkəmə bildirişlərini və məhkəmə qətnaməsini iddiaçının yaşadığı ünvana deyil, səlahiyyət müddəti bit miş nümayəndənin ünvanına göndərilmiş və bu barədə ona heç bir məlumat verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 20 aprel 2022-ci il tarixdə rəsmi qaydada almış və qanunda nəzərdə tutulan müddətdə kassasiya şikayətini vermişdir.

8. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

9. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi mə hkəmədə də həyata keçirilə bilər. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 1 35.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya ş ikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

11. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının kassasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir.

13. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsinin əsaslandırılmış surəti xəbərnaməli məktubla iddia çının faktiki yaşayış ünvanı kimi göstərdiyi ünvan 1 göndərilmiş və 30 avqust 2019-cu il tarixdə həmin ünvanda rəsmi olaraq təqdim edilmişdir.

14. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı 12 aprel 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmə qətnamələrinin ona təqdim edilməsini xahiş etmiş, qətnamələrin surətləri qəbzə imza edilməklə 20 aprel 2022ci il tarixdə təkrarən ona verilmişdir.

15. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətini 11 iyun 2022-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirmişdir.

16. Beləliklə müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının yaşadığı ünvana 30 avqust 2019-cu il tarixdə təqdim edildiyi h alda, kassasiya şikayəti 2 il 10 ay 12 gün sonra verilmişdir. Bununla da iddiaçı Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddəti buraxmış, buraxılmış müddətin bərpasına dair vəsatət verməmişdir.

17. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində və iddiaçının apellyasiya şikayətində onun faktiki ünvanı kimi ünvan 2 və məhkəmələr əsaslı olaraq bütün yazışmaları həmin ünvanla aparmışlar. Xüsusən qeyd olunmalıdır ki, iddia ərizəsi iddiaçının nümayəndəsi, vəkil X2 tərəfindən imzalansa da, apellyasiya şikayətini iddiaçı şəxsən özü imzalamış və bununla da, orada olan məlumatlara görə məsuliyyəti üzərinə götürmüşdür.

18. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinin ona təqdim edilmədiyini qe yd etsə də, onun verdiyi şikayət üzrə 2 il 10 aydan artıq müddət ərzində hansı prosessual hərəkətlərin həyata keçirildiyi ilə maraqlanmamış olmasının riskini özü daşıyır.

19. Belə ki, “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X4 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

20. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin geri qaytarılmasına dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kassasiya şi kayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-8723/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar