Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4344/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat kontoruna və müstəqil tələb irəli sürməyən İİİ şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi mülki koll egiyasının 2(104)-2010/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Gəncə şəhəri 4 saylı dövlət notariat kontorunda bağlanmış 16 mart 2007-ci il tarixli, 4Ə-2-148 reyestr nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən İddiaçı1 (onun əvəzindən etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 çıxış etmişdir) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini X2. Həmin müqavilə əsasında fərdi yaşayış evi üzərində X7 mülkiyyət hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 19.04.2007-ci il tarixli, **********27-10301 reyestr nömrəli çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı1 nümayəndəsi və vəkili X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda yerləşən evə dair cavabdehlər Cavabdeh1 ilə X10 arasında 16.03.2007-ci il tarixdə 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş AN-İ saylı, ******* nömrəli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə, həmin müqavilə əsasında verilmiş 19.04.2007-ci il tarixli, MH seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhərinin Həsən Əliyev küçəsində yerləşən 1 Z saylı ev 2007-ci ilədək ilkin sənədlər üzrə İddiaçı1 mülkiyyətində olmuşdur. Onun razılığı ilə həmin evdə baldızı Cavabdeh3 yaşamışdır. Sonradan həmin evi satmaq fikrinə düşərək bunu orada yaşayan baldızına bildirmişdir ki, evin satılmasına köməklik etsin. Bir müddət sonra, yəni 2007-ci ildə x1 ona xxx adlı şəxsin həmin evi almaq istədiyini və onun adına etibarnamə verməyin lazım olduğunu bildirmişdir. x2 x1in xahişi ilə xxxin adına etibarnamə vermiş, lakin xxxlə aralarında alğı-satqı və məbləğ barədə heç bir razılaşma və ya söhbət olmamışdır. x1lə danışığı belə olmuşdur ki, x1 ona 15000 ABŞ dolları verməklə, evi həmin qiymətdən bir-iki min dollar bahasına satacaqdır. Uzun müddət x2 həmin evin hələ satılmadığını zənn etmişdir. Evdə ayrı-ayrı vaxtlarda müxtəlif şəxslər kirayədə qalmışdır. Daha uzun bir müddətdə, yəni təqribən 7 il müddətində orada X15 adlı şəxs yaşamış və aylıq kirayə haqqını ödəmişdir. Təqribən 1 il əvvəl x2 təsadüfən öyrənmişdir ki, x1 evi öz tanışı olan xxxə satmı şdır və həmin kirayəçilər xxxin vasitəsilə orada yaşamışlar. x1 isə arabir x2ə kirayə pulu adı ilə az miqdarda pullar verməklə işin həqiqi hallarını gizlətmişdir. Son iki ildə x2 evin satıldığını öyrənmişdir. x1 özü də etiraf etmişdir ki, x2i aldatmış, evi xeyli əvvəl satıb həmin pulu öz ehtiyacı üçün xərcləmişdir. Bundan sonra x1 ona evin satış dəyərini, yəni 12000 manatı tezliklə ödəyəcəyi barədə bir neçə dəfə söz vermiş, lakin pulunu verməmişdir. Hesab edir ki, x1 tərəfindən x2lə qohumluq münasibətindən və etibarından suiistifadə etməklə aldatma yolu ilə etibarnamə alınmış və həmin etibarnamə əsasında alğı-satqı müqaviləsi bağlandığına görə, həmin əqd etibarsız sayılmalıdır. Cavabdeh1 nümayəndəsi izahat verib məhkəməyə ərizə təqdim edərək iddianı tam həcmdə qəbul etdiyini bildirmiş, əla və olaraq qeyd etmişdir ki, xxxlə Tamella arasında alğı-satqı müqaviləsi bağlanarkən Tamella tərəfindən xxxə pul verilməmiş, həmin müqavilə faktiki olaraq bağlanmamışdır. Hazırda isə Tamella ölmüşdür. Cavabdeh3 nümayəndəsi izahat verib məhkəməyə ərizə təqdim edərək iddianı tam həcmdə qəbul etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, mübahisəli mənzildə 7 il ərzində kirayədə yaşamış, ev sahibi kimi xxxi tanıyaraq kirayə haqqını ona ödəmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin 01.07.2019-cu il tarixli, **********08 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 15 yanvar 2007-ci il tarixli, 08 saylı sərəncamına əsasən İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 06.02.2007-ci il tarixli, **********27-10301 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, 2(043)- 5697/2017 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh X9 qarşı mülkiyyət hüququnun tanınmasına dair iddiası rədd edilmişdir. Həmin qətnamədə əks olunmuş X7 izahatına görə alğısatqı müqaviləsi rəsmiləşdirilərkən xxx x1ə pul verməmişdir. O, heç vaxt həmin evə köçməmiş, evi qızına – xxxin qardaşı arvadına aldığından açarları xxxin anası Xanıma vermişdir. 6-7 ildir ki, qızı ilə xxxin qardaşının nikah münasibətləri pozulmuşdur. Ev xxx tərəfindən X5 verilmiş və kirayə haqqını ölən günədək xxxin anası Xanım, sonra isə xxx almışdır. X16 nümayəndəsi X21 tərəfindən notarial qaydada verilmiş 16.09.2016- cı il tarixli ərizədə qeyd edilmişdir ki, Gəncə şəhərinin Nizami rayonunun Həsən Əliyev küçəsində yerləşən ev qardaşı Cavabdeh1 məxsusdur və həmin ev onun təkidilə qayınanası X6 adına rəsmiləşdirilmişdir. Evin ödənişini qardaşı Cavabdeh1 həyata keçirmişdir. X15 tərəfindən notarial qaydada verilmiş 20.07.2016-cı il tarixli ərizədə qeyd edilmişdir ki, o, Gəncə şəhərinin Həsən Əliyev küçəsində yerləşən evi 2010- cu ildən Cavabdeh1 kirayəyə götürmüş, evin sahibi kimi xxxi tanımışdır. Həmçinin kirayə haqqını da xxxə ödəmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Vəli Abdullayev) 10 iyul 2019-cu il tarixli 2(043)-2050/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli evin alğı-satqı müqaviləsi formal cəhətdən bağlanmış kim i görünsə də, hazırki iş üzrə əhəmiyyət kəsb edən Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli, 2(043)- 5697/2017 saylı qətnaməsindəki, X7 izahatından görünür ki, o, həmin alğı-satqı müqaviləsi üzrə kiməsə pul ödəməmiş, həmin evdə ümumiyyətlə, yaşamamışdır. Hətta evin açarları belə xxxin anasında olmuşdur. Ev xxx tərəfindən kirayəyə verilmiş, kirayə haqqı ev sahibi kimi xxxin anasına və xxxə çatmışdır. Yəni nə satıcı (Cavabdeh1) əşyanı alıcının (Tamella Əliyevanın) mülkiyyətinə verməmiş, nə də alıcı müəyyənləşdirilmiş haqqı ödəməmişdir. Mülki Məcəlləyə görə, uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış alğı-satqı müqaviləsi məcəllənin şərtləri pozulmaqla bağlandığından etibarsızdır. Odur ki, həmin müqavilənin nəticəsi olaraq X7 adına verilmiş çıxarış da ləğv edilməldir. Məhkəmə belə qənaətə gələrkən həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndələrinin iddianı etiraf etməsini də nəzərə almış və Mülki-Prosessual Məcəllənin 52-ci maddəsini rəhbər tutaraq bu etirafın qanuna zidd olmadığı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul etmişdir. Qətnamədən narazı qalan cavabdeh Rzayeva (Əliyeva) Samirə Qasım qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Rəhman Murdanov - sədrlik edən və məruzəçi, Fikrət Mehtiyev, Ədil Məmmədov) 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə a pellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli evi 2007-ci ildə qohumu x1 və sonuncunun tanışı xxx adlı şəxslərin vasitəsi ilə X4 və alğı-satqı müqaviləsi iddiaçının verdiyi etibarnamə əsasənda notarial qaydada aparılmışdır. Alğı-satqı müqaviləsinin bağlandığı vaxtdan uzun müddət keçdikdən sonra iddiaçı etibardan sui-istifadə etməklə aldadılaraq vermiş olduğu etibarnamə əsasında evinin özgəninkiləşdirildiyini qeyd etsə də, məhkəmə onun bu dəlilini inandırıcı hesab etməyərək qeyd etmişdir ki, alğı-satqı müqaviləsi bağlandıqdan sonra mübahisəli evə dair alıcı X9 qarşı ilkin olaraq Cavabdeh3 və Cavabdeh1 iddia qaldırmışlar. Sonuncuların iddiaları rə dd edildiyindən İddiaçı1 adından nümayəndəsi (vəkil) Yolçu Abbasov iddia qaldırmışdır. Müqavilənin etibarsızlığında Cavabdeh3 və Cavabdeh1 maraqlı olmuşlar. Hazırki iddia üzrə sonuncular cavabdeh qismində göstərilmişlər, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin edərkən onların nümayəndələrinin (X21 və X15) iddianı etiraf etmələrini nəzərə almışdır. Halbuki, qeyd olunan cavabdehlərin etibarnamə üzrə nümayəndələrinin iddia tələbini etiraf etmələri qəbul edilə bilməzdi. Belə ki, mülki prosessual qanunvericiliyə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir; Bütün bunlar isə onu deməyə əsas verir ki, iddiaçının mülkiyyətində olmuş fərdi yaşayış evi qanuni əsaslarla 16 mart 2007-ci il tarixli alğı-satqı müqaviləsi əsasında X3, bunun nəticəsi olaraq sonuncunun adına çıxarış verilmişdir. Etibardan sui-istifadə etməklə aldatma yolu ilə etibarnamə əsasında alğı-satqı müqaviləsinin bağlanması sübut olunmur. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu hallarına düzgün hüquqi qiymət vermədən iddia tələbini təmin etmişdir. İddiaçı (vəkil X11) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahat ları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinin surətini iddiaçıya rəsmi qaydada verməli olduğu halda verilməmiş, bununla da, apellyasiya şikayəti üzrə etiraz və izahat vermək hüququ pozulmuşdur. Bundan əlavə iddiaçı apellyasiya Məhkəməsinə çağrılmağı barədə rəsmi qaydada məlumatlandırılmamışdır. Nəticədə məhkəmə işə iddiaçının iştirakı olmadan baxaraq prosessual hüquqları pozmuşdur. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən, gəldiyi nəticə ondan ibarət olmuşdur ki, həmin iş üzrə cavabdehlərdən ikisinin, yəni Cavabdeh1 və Cavabdeh3 iddianı etiraf etmələri guya qanunazidd olmuşdur. MPM-nin 191-ci maddəsinin tələbinə əsasən cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəf ındən iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarılması üçün əsasdır. Həmin maddədə qeyd edilməmişdir ki, cavabdehlərin iddianı etiraf etməsi başqa şəxsin hüquqlarını pozduğu halda, etiraf etmə məhkəmə tərəfindən qəbul edilməməlidir. Daha sonra Apellyasiya Məhkəməsi qətnaməsində göstərmişdir ki, guya həmin iş üzrə etibardan sui-istifadə etməklə aldatma yolu ilə etibamamə əsasında alğı-satqı müqaviləsi bağlanması sübut olunmur. Məhkəmənin həmin qənaəti də düzgün deyildir, məhz X12 ilə bağlanmış alğı-satqı müqaviləsi real əqd olmamış, formal əqd olaraq görünüş üçün bağlanmış əqd olmuşdur. Çünki, həmin ev heç bir vaxt X1 və istifadəsinə verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı i ştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırm a aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmə ləri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mü bahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş bildirişdə apellyasiya şikayətinin sutərinin iddiaçıya göndərilməsi müəyyən edilir. Digər tərəfdən işə əlavə edilmiş xəbərnamədən müəyyən edilir ki, iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, məhkəmə bildirişi iddiaçının rəsmi ünvanından qəbul edilmişdir (iş v. 139). İddiaçı isə məhkəmə iclasında iştirak etməmiş, həmçinin məhkəməyə apellyasiya şikayətinin surətinin almaması, şikayətin surətinin ona verilməməsi barədə müraciət etməmişdir. MPM-nin 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə ba xılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Cavabdehlərin iddia tələbini etiraf etmələrinin qəbul edilməməsi barədə qənaətini apellyasiya instansiyası məhkəməsi əsaslandırmışdır. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi nin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-2010/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4344/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4344/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver