Məhkəmə qərarları › İş №2(102)-4345/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4345/2018

05.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4345/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4345/2018 05 iyul 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli 2(107)-570/2018 nömrəli qətnaməsindən Cavabd eh1 və onun vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 22 sentyabr 2014-cü il tarixli KABal xxxxx saylı kredit müqaviləsinin ləğv olunması, kreditin əsas məbləğindən 1756 manat, əsas məbləğə hesablanmış faiz borcundan 557.16 manat, gecikdirilmiş günlərə görə cərimə məbləğindən 1574.31 manat olmaqla, cəmi 3887.94 manat kredit borcunun və iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 30 AZN dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsini n 15 noyabr 2017-ci il tarixli, 2(019)-645/2017 nömrəli qətnaməsi (hakim H.Səlimov) ilə iddia qismən təmin edilmiş, cavabdehlərCavabdeh1 və Cavabdeh2 22 sentyabr 2014-cü il tarixli KABal xxxxx nömrəli Kredit müqaviləsi üzrə müştərək qaydada kreditin əsas məbləğindən 1756.47 manat, kreditdən istifadəyə görə hesablanmış 557.16 manat məbləğində faiz borcu, 200 manat məbləğində hesablanmış cərimə borcu, cəmi 2513.63 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi,50 manat ekspertiza xərcinin 32,50 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17,50 manatının isə İddiaçı Bank Olmayan Kredit Təşkilatı Qapalı Səhmdar Cəmiyyətindən alınıbdövlət büdcəs inəAZ.MEM. VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41NABZ **********0000003944 SFİFT BİK CTREAZ 22, AZ34STRE******************** hesaba ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2018-ci il tarixli 2(107)570/2018 nömrəli (hakimlər Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X4) qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(019)-645/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və onun vəkili X5 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2018-ci il tarixli 2(107)-570/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİ YA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki Apellyasiya Məhkəməsi işə baxarkən MKR-dən çıxarışı və telefonuna gələn mesajları sübut kimi təqdim edilməsinə baxmayaraq araşdırmamışdır. Halbuki, Mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışa əsasən İddiaçıya qalıq borcu 479,27 manat təşkil edir. Ona görə də həmin qətnamə qanuni hesab edilə bilməz. Göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli 2(107)-570/2018 nömrəli qətnaməsinin ləğv edilərək qalıq borcunun MKR çıxarışına əsasən 479,27 manat müəyyən edilərək yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin tərəflər məhkəmə iclasına g əlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası hesab edir ki, kassasiya baxışının hədləri apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının Cavabdeh1 münasibətdə tam yoxlanılması təşkil edir. Digər cavabdeh apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və zaminə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və zaminin şikayəti olmadı ğı halda ona münasibətdə də qərar qəbul edilməsi sonuncunun hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, 22 sentyabr 2014-cü il tarixdə "xxxx" QSC ilə Cavabdeh1 arasında KABal xxxxx saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 təşkilat tərəfindən 2500 (iki min beş yüz) manat məbləğində pul ayrılmış və o, illik 35 % olmaqla 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizləri Kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öh dəsinə götürmüşdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçı təşkilatın kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək nəzərdə tutulmuş kredit məbləğini cavabdehə versə də, onun götürdüyü öhdəliyi layiqincə icra etmədiyi üçün hazırki mübahisə yaranması barədə qənaəti ilə razılaşır və hesab edir ki, işə baxan məhkəmənin Cavabdeh1 17.01.2017-ci il tarixə əsas borc üzrə 1756.47 manat, faiz borcu üzrə 557.16 manat, dəbbə pulu (cərimə) üzrə 1574.31 manat olmaqla 3.887.94 manat borcu yaranmasına dair nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 oktyabr 2017-ci il tarixdə verilmiş 11716 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfind ən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair arayış məlumatları və 22 sentyabr 2014-cü il tarixli, KaBal xxxxxsaylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı BOKT QSC-nə olan borcu 17.01.2017-ci il tarixə (iddia tarixinə) 3.887.94 manat; əsas borc üzrə 1756.47 manat, faiz borcu üzrə 557.16 manat, dəbbə pulu (cərimə) 1574.31 manat; 20.04.2017-ci il tarixə (qərardad tarixinə) 4.227.87 manat - əsas borc üzrə 1756.47 manat, faiz borcu üzrə 715.97 manat, dəbbə pulu (cərimə) 1755.13 manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739- cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyini pozm ağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra müm künsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyasıkassasiyaşikayətinindəlillərinəümumilikdəhüquqiqiymətverərəkhesabedirki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklədə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Resp ublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və onun vəkili X2-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.02.2018-ci il tarixli 2(107)-570/2018 nömrəli qətnaməsi Cavabdeh1 münasibət dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar