Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4347/2019 06.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı” İKB ASC-nin və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və “İddiaçı“ İnvesti siya Kommersiya Bankı ASC arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin ləğv olunması, Cavabdeh1 bankın xeyrinə 2014-cü il 05 noyabr tarixli kredit müqaviləsi üzrə banka 9851,34 manat əsas, 8,46 manat faiz borcu olmaqla cəmi 9859,8 manat məbləğində borcun tutulması, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 1 otaqlı, 28.5 kv.m ümumi, 16.7 kv.m yaşayış, 11.8 kv.m yardımçı sahədən ibarət 70 nömrəli evin 56 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və borcun ünvan 1 ünvanda yerləşən 1 otaqlı, 28.5 kv.m ümumi, 16.7 kv.m yaşayış, 11.8 kv.m yardımçı sahədən ibarət 70 nömrəli evin 56 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına banka ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışda n qalan məbləğin Cavabdeh1 qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının Cavabdeh1 alınaraq İddiaçı İKByə verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulub Dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Babayev, iş №2(103)-1498/19) İddiaçı İnvestisiya Kommersiya Bankı ASC-nin apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məh kəməsinin 2(006)-2690/2018 saylı iş üzrə 02 iyul 2018-ci il tarixli qətnaməsi “Cavabdeh1 bankın xeyrinə 5,59 manat cərimə borcunun tutulması” tələbinin təmin edilməməsinə dair hissədə ləğv olunması, həmin iddia tələbi, Cavabdeh1 İddiaçı İnvestisiya Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalı olan 5,59 (beş manat 59 qəpik) manat cərimə borcunun adı çəkilən şəxsin banka sonradan ödədiyi məbləğin müvafiq hissəsində əvəzləşdirilmiş olması nəzərə alınmaqla təmin edilməsi, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin və qətnamə Cavabdeh1 8,46 manat faiz borcunun tutulması” hissəsində ləğv olunması, iddia tələbi “Cavabdeh1 faiz borcunun tutulması” hissəsində təmin edilməməsi, qətnamə “Cavabdeh1 9851,34 manat əsas borcun tutulması” hissəsində dəyişdirilməsi, Cavabdeh1 İddiaçı İKB Açıq Səhm dar Cəmiyyətinin xeyrinə tutulmalı olan əsas borc 4938,39 (dörd min doqquz yüz otuz səkkiz manat 39 qəpik) manat məbləğində müəyyənləşdirilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 1 otaqlı, 28.5 kv.m ümumi, 16.7 kv.m yaşayış, 11.8 kv.m yardımçı sahədən ibarət 70 nömrəli evin 56 nömrəli mənzilinin hərracda ilkin satış qiyməti 50 000 (əlli min) manat müəyyən edilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri tərəflərin özlərinə aid edilsin, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə “xxxx” MMC tərəfindən aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) manat isə Cavabdeh1 alınaraq “xxxx” MMC-nin hesabına (VÖEN:**********,hesab №: AZ53CDBB********************, “xxxx” ASC) köçürülməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: “İddiaçı“ İnvestisiya Kommersiya Bankı ASC (bank) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 bankın xeyrinə 2014-cü il 05 noyabr tarixli kredit müqaviləsi üzrə 10 130,13 manat əsas, 31,57 manat faiz borcu, 5,59 manat cərimə borcu olmaqla, cəmi 10 167,29 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üşün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 1 otaqlı, 28.5 kv.m ümumi, 16.7 kv.m yaşayış, 11.8 kv.m yardımçı sahədən ibarət 70 nömrəli evin 56 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına banka ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 1 otaqlı, 28.5 kv.m ümumi, 16.7 kv.m yaşayış, 11.8 kv.m yardımçı sahədən ibarət 70 nömrəli evin 56 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən 1 otaqlı, 28.5 kv.m ümumi, 16.7 kv.m yaşayış, 11.8 kv.m yardımçı sahədən ibarət 70 nömrəli evin 56 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin məzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 i lə bank arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı” İKB ASC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, maddi və prosessual hüquq normaları pozulduğundan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın tam təmin edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv olun masını və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Cavabdeh1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassa siya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bankla Cavabdeh1 arasında 05 noyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanaraq ona 48 ay müddətinə, illik 26% ödəmək şərtilə 15 000 manat kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh1 məxsus ünvan 1 ünvanda yerləşən 1 otaqlı, 28.5 kv.m ümumi, 16.7 kv.m yaşayış, 11.8 kv.m yardımçı sahədən ibarət 70 nömrəli evin 56 nömrəli mənzili ipotekaya qoyulmuş, ipoteka predmeti 47 000 manat qiymətləndirilmişdir. Cavabdeh1 mübahisələndirmə diyi halı həmçinin ondan ibarətdir ki, onun tərəfindən həmin məbləğdə kredit bankdan götürülmüş, 05 fevral 2018-ci il tarixinə onun 10 130,13 manat əsas, 31,57 manat faiz, 5,59 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10 167,29 manat borcunun olduğu hesablanmışdır. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyi ilə Cavabdeh1 05.02.2018-ci il tarixinə 9851,34 manat əsas, 8,46 manat faiz borcunun olduğunu müəyyənləşdirərək həmin borc məbləğlərini əsas götürməklə müvafiq nəticəyə gəlmiş, bankın cərimə tələbini isə təmin etməmişdir. Məhkəmə bankın cərimə tələbini təmin etmədiyi zaman maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Cavabdeh1 05.02.2018-ci il tarixindən sonrakı dövrdə ödəmiş olduğu məbləğləri nəzərə almamaqla isə nəticəsinin işin hallarına uyğun gəlməməsinə yol açmış dır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq hər ayın müvafiq tarixində razılaşdırılmış pul vəsaitini banka ödəməli olduğu halda öhdəliklərini lazımi qaydada icra etməmişdir. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri isə mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Məhkəmə iddiaçının cərimə tələbini təmin etməməkdə haqlı olmamışdır. Çünki tərəflər cəriməni müqavilə bağlamaqla öz aralarında əvvəlcədən öhdəliklərin icra edilməməsi halında cavabdehə münasibətdə tətbiq edilməli olan maliyyə sanksiyası kimi razılaşdırmışlar. Qanunvericilik isə yuxarıda göstərildiyi kimi ya lnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını nəzərdə tutur, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur. Buna görə də iddiaçı bankın apellyasiya şikayəti qismən təmin olunmalı, Cavabdeh1 5,59 (beş manat 59 qəpik) manat cərimə borcu da tutulmalıdır. İddiaçı bankın apellyasiya şikayətinin digər dəlilləri əsassızdır, buna müvafiq olaraq Cavabdeh1 şikayətini qismən əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1 tələb olunan borc məbləğləri 05 fevral 2018-ci il tarixədək olan dövr üçün hesablanmış, ekspert rəyi ilə həmin dövrədək hesablanmalı olan əsas və faiz borcu müəyyənləşdirilmişdir; bununla belə ekspert rəyindən aydın olur ki, ekspert 05.02.2018-ci il tarixindən sonra cav abdehin həyata keçirdiyi 1220 manat ödənişi hesablama zamanı nəzərə almamışdır. İddiaçı bankın nümayəndəsinin apelyasiya baxışı zamanı təqdim etdiyi maliyyə arayışından və hesab çıxarışından görünür ki, Cavabdeh1 05.02.2018-ci il tarixindən 06.02.2019-cu il tarixindək banka cəmi 4927 manat ödəniş həyata keçirmişdir. Buna görə də (xüsusilə, qətnamənin icrası zamanı yarana biləcək anlaşmazlığın qarşısını almaq məqsədilə) kollegiya hesab edir ki, 05.02.2018-ci il tarixinə hesablanmış 8,46 manat faiz, eləcə də hazırkı apellyasiya baxışı zamanı müəyyənləşdirilmiş 5,59 manat cərimə borcu apellyatorun sonradan ödədiyi məbləğin müvafiq hissəsində əvəzləşdirilməli (yəni 05.02.2018-ci il tarixindən sonra ödənilən 4927 manatın 14,05 manatı faizin və cərimənin ödənilməsinə hesablanaraq faiz və cərimə borcu sıfırlanmalı) və buna uyğun olaraq faiz borcunun tutulması hissəsində qətnamə ləğv edilməli, 4927 manatın qalan hissəsi isə 05.02.2018-ci tarixində mövcud olan əsas borcdan çıxılmalıdır (9851,34 – 4912,95 = 4938,39 manat). Beləliklə 05.02.2018-ci il tarixinə hesablanmış borc məbləğləri və apellyatorun sonradan həyata keçirdiyi ödənişlər əsas götürülməklə, onun hazırda iddiaçı banka yalnız 4938,39 manat məbləğində əsas borcunun mövcud olması nəticəsinə gəlmək mümkündür. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməli olduğunun müəyyən olunmasına baxmayaraq, birinci instansiya məhkəməsinin bununla bağlı qərar qəbul etməməsi qanunvericiliyin pozulması kimi qiymətləndirilməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından aydın olur ki, tərəflər ipoteka müqaviləsində ipoteka predmetini 47 000 manat məbləğində qiymətləndirmiş, apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza rəyi ilə isə ipoteka predmetinin bazar qiymətinin 50 000 (altmış üç min) manat təşkil etdiyi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticələrinin maddi əsası kimi aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdiri lməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara yetərincə hüquqi qiymət vermiş, iş üzrə tərəflərin izahatlarından əlavə, təqdim edilmiş və araşdırılmış sübutlar əsasında qanuni və əsaslı qətnamə qəbul etmişdir. Digər tərəfdən işdən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı kassasiya şikayətində istinad etdiyi hallarına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 06 fevral 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4347/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4347/2019
06.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver