Məhkəmə qərarları › İş №2(102)-4348/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4348/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4348/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Məmmədli Zaur Rasim oğlunun iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11312/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Rəşid Səmədov) 06 a vqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və sair tələbi barədə” iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Məmməd Məmmədov sədrlik edən və məruzəçi, Xəyal Sarıyev, Həmid Həmidov) 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 avqust 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İşin halları: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək, onunla cavabdeh Bank arasında 14.07.2016-cı il tarixdə bağlanmış “Kredit müqaviləsinin” ləğv edilməsi; onun cavabdeh Banka olan borcunun onunla Bank arasında əvvəlcədən, yəni 01.11.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə aparılması; onun arvadı X1 ilə cavabdeh Bank arasında 06.12.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış və onun (iddiaçının) pensiyasına yönəldilmiş borcun X1nın əmək haqqına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Bank arasında 01.11.2014-cü il tarixdə bağlanmış 116GNUM143050001 №-li “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən iddiaçıya, 8000 manat məbləğində kredit verilmişdir. Daha sonra, iddiaçının arvadı X1 ilə Bank arasında 06.12.2014-cü il tarixli, 116GTUM143400001 №-li “Kredit müqaviləsi” bağlanmış və həmin müqavilə əsasında X1ya 1.200 manat kredit verilmişdir. Həmin müqavilələr üzrə hər ay iddiaçı 326,69 manat, X1 isə 49 manat ödənişlər həyat a keçirirlər. Lakin 14.07.2016-cı il tarixdə cavabdeh Bankın “Şuşa” Filialı iddiaçı və X1nı aldadaraq, onları ağır vəziyyətə salan yeni müqavilə bağlamışdır. Belə ki, həmin müqavilə şərtlərinə görə, iddiaçının və X1nın kredit borcları iddiaçının aldığı 505 manat pensiya məbləğindən tutulur. Halbuki, iddiaçının başqa banklara – “xxxx” ASC və “xxxx” ASC-yə borcu var və həmin borc da iddiaçının pensiyasına yönəldilmişdir. Bundan başqa, iddiaçı xəstədir; o dərman preparatları və gündəlik tələbat malları almaq məcburiyyətindədir. Yuxarıda qeyd edildiyi kimi, 14.07.2016-cı il tarixli “Kredit müqaviləsi” üzrə borc iddiaçının aldığı pensiyadan tutulduğuna görə, iddiaçı digər zəruri tələbatlarını qarşılaya bilmir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalm ışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutlara, tam, hərtərəfli və obyektiv baxmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X2 kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelly asiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəf indən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı ilə cavabdeh Bankın “Şuşa” Filialı arasında bağlanmış 10.11.2014-cü il tarixli 116GNUM143050001 №-li “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən iddiaçıya, 36 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. (İddiaçının arvadı) X1 ilə Bankın həmin Filialı arasında bağlanmış 06.12.2014-cü il tarixli 116GTUM143400001 №-li “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən iddiaçıya, 36 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə 1200 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Filial arasında bağlanmış 14.07.2016-cı il tarixli 116RGTK161960001 №-li “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən iddiaçıya, 48 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 5779,95 manat məbləğində kredit verilmişdir. Bu müqaviləni n 2.5-ci maddəsinə görə, borc məbləği ödənilmədiyi təqdirdə, kredit müqaviləsi üzrə əsas və faiz borcları borcalanın sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada tutulur (silinir). X1, iddiaçının cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasına zamin durmuş və bununla bağlı olaraq iş üzrə tərəflər və X1 arasında 14.07.2016-cı il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Hazırda iddiaçı iddia edir ki, o, cavabdeh tərəfindən aldadılaraq, 14.07.2016-cı il tarixli “Kredit müqaviləsini” imzalamışdır. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad sur ətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh Bank, 14.07.2016-cı il tarixli “Kredit müqaviləsinin” şərtləri, o cümlədən ödənilməyən borc məbləğinin ödənilmədiyi təqdirdə, kredit müqaviləsi üzrə əsas və faiz borcları borcalanın sərənc amı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada tutulması barədə qarşılıqlı razılığa gəlmişlər. Hazırki mülki işin başlanmasına əsas olmuş iddia ərizəsinin məzmunundan görünür ki, 14.07.2016-cı il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsini xahiş edən iddiaçı, bunu həmin müqaviləni aldadılmaqla bağladığına əsaslanır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçının istinad etdiyi bu hal (aldadılma), müqavilənin ləğvi deyil, etibarsız hesab edilməsi üçün əsasdır. 14.07.2016-cı il tarixli “Kredit müqaviləsinin” etibarlılığı isə hazırki işdə iddiaçı tərəfindən mübahisələndirilmir. Sözügedən müqavilənin ləğv edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 421-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, bir tərəfin tələbi ilə müqavilənin ləğv edilməsinə o halda yol verilir ki, müqavilə tərəflərindən biri artıq bağlanmış müqavilə ilə üzərinə götürmüş olduğu öhdəlikləri pozmuş olsun. Lakin iddiaçının istinad etdiyi aldadılma halı, m üqavilə bağlanmamışdan əvvəl baş verə biləcək haldır ki, bu da yuxarıda qeyd edildiyi kimi, yalnız müqavilənin etibarlılığına təsir göstərə bilər. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilənin ləğv edilməsi barədə iddia tələbi əsassızdır; bu tələbin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. İddianın “müqavilənin ləğv edilməsi barədə” hissəsinin əsassız olması artıq müəyyən edildiyindən bu tələbdən törəmə olan digər tələblər əsaslı hesab edilə və təmin edilə bilməz; bu tələblərin ayrıca və geniş müzakirə edilməsi üçün lüzum yoxdur. Apellyasiya şikayətində göstərilən hallar isə iddia tələbinin məzmunu ilə eyni olmaqla əsaslı sayıla və qanuni və saslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə k ollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-11312/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hak

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar