Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4351/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli, 2(103)846/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onların nümayəndəsi və vəkili R tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim T.Kərimov) 12.01.2018-ci il tarixli, 2(001)-7 38/2018 nömrəli qətnaməsi ilə iddiaçı “İddiaçıbank” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh1 81994.30 ABŞ dolları əsas, 23680.31 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 107674.61 ABŞ dolları borcun (ödəniş gününə Azərbaycan Mərkəzi Bankının Azərbaycan manatına münasibətdə müəyyən etdiyi məzənnə üzrə) və iddianın təmin olunmuş hissəsinə münasibətdə qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 24.6 manat hissəsinin tutularaq iddiaçı ləğv prosesində olan “İddiaçıbank” ASC-nə ödənilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan E yerləşən ümumi 139.4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 230000 manat müəyyən edilməklə yönəldilməsi, daşınmaz əmlakın həmin qiymətə açıq hərracdan satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin əmlakın mülkiyyətçisi Cavabdeh2 qaytarılması, ipoteka predmetinin satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Hüseynov, A.İmanov, V.Sadıqov) 29.01.2019-cu il tarixli, 2(103)-846/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 12.01.2018-ci il tarixli, 2(001)-738/2018 nömrəli qətnaməsinin kredit faizinin (pul vəsaitindən istifadə haqqının) tutulması hissəsində dəyişdirilməsi, faiz borcunun məbləğinin 11275.98 ABŞ dolları müəyyən edilməsi, qətnamənin Cavabdeh1 qarşı təmin olunmuş hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onların nümayəndəsi və vəkili R iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “İddiaçıbank” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 17.02.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 “İddiaçıbank” ASC-nin xeyrinə 04.08.2015-ci il tarixli, MZ/PB0537/ 08/15 saylı kredit müqaviləsinə əsasən 81994.30 ABŞ dolları əsas, 23680.31 ABŞ dolları faiz, 26074.19 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 131748.80 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinin 200000 manat qiymətləndirilməsi və borcun əvəzinin bu qiymətlə E yerləşən Cavabdeh2 mülkiyyətindəki ümumi 139.4- kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi və qeyriyaşayış sahəsinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, E yerləşən Cavabdeh2 mülkiyyətindəki ümumi 139.4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onların vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində tam əsassız və qanunsuzdur. Belə ki, ipoteka predmetinin ilkin satış qiyməti düzgün müəyyən edilməmişdir. Əvvəla, kassator olan cavabdehlərin iştirakları təmin edilməmiş,onlar ipoteka predmetinin qiymətləndirilməsində iştirak etməmiş, müəyyən edilmiş ilkin satış qiymətindən xəbərsız olmuşlar. İpoteka predmeti kreditin təminatı kimi ipoteka ilə yüklü edilərkən 2015-ci ilin avqust ayında bazar satış qiyməti 300000 manat müəyyən edilmişdir. İpoteka predmetinin qiymətləndirilməsi zamanı ipoteka obyektinin yerləşdiyi yer, istifadəyə əlverişli olması, ticarət mağazaları cərgəsində, metronun çıxışında olması nəzərə alınm amışdır. İpoteka predmetinin hazırda orta bazar satış qiyməti minimum 700000 manat təşkil edir. İpoteka predmetinin yerləşdiyi ərazidə 1 kv.m qeyri-yaşayış sahəsinin minimal qiyməti 5000 manatdır. Məhkəmənin müəyyən etdiyi ipoteka predmetinin ilkin satış qiyməti onun real bazar satış qiymətindən 3 dəfə aşağıdır. Aydın görünür ki, əmlakın qiyməti düzgün qiymətləndirilməmiş, qiymətləndirmə obyektiv aparılmamışdır. Bunun nəticəsində cavabdehlərə külli miqdara maddi ziyan vurulmuşdur. İlkin qiymətləndirilmədən narazılıq apelyasiya şikayətində göstərilsə də, apelyasiya məhkəməsi həmin dəlillərlə bağlı iş üzrə obyektiv və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, işdə olan sübutları tam araşdırmamış, iş üzrə faktlara obyektiv hüquqi qiymət verməmişdir. Ona görə də onlar Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli, 2(103)-846/2019 saylı qətnaməsinin cavabdehlər Cavabdeh2 Nayib qızı və Cavabdeh3 məxsus kreditin təminatı olan E yerləşən ümumi sahəsi 139.4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsindən ibarət ipoteka predmetinin düzgün qiymətləndirilməməsi hissəsində ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “İddiaçıbank” ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və onların vəkili R, digər Cavabdeh1məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkə mə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış 04 avqust 2015-ci il tarixli, MZ/PB-0537/08/15 saylı kredit müqaviləsinə əsasən, Bank borcalan Cavabdeh1 24 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 100000 ABŞ dolları kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəl i gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh2 və Cavabdeh3 ipoteka predmetinin ipoteka ilə yüklü edilməsinə notarial qaydada təsdiq edilmiş ərizələrlə razılıq vermiş, habelə tutma ipoteka predmetinə yönəldildiyi halda qeyriyaşayış sahəsini tərk etməyi öhdələrinə götürmüşlər. Apellyasiya kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini məhkəmə baxışı zamanı keçirilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən etmişdir. Cavabdeh1 həmin rəyin məlumatlarını şübhə altına alan, o cümlədən, əmlakı n qiymətinin daha yüksək olduğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, hazırda kassasiya şikayətinin dəlilləri olan və apelyasiya şikayətinin də dəlilləri olmuş hallara düzgün yanaşmış və hüquqi qiymətini vermiş, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas dey ildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli, 2(103)-846/2019 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4351/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4351/2019
01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver