Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4356/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 40 saylı Dövlət notariat kontoruna qarşı “əqdin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin bağlanmış hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(103)1809/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində Əliyev Əsgər Əli oğlunun mülkiyyət hüququ 03 may 1990-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Əliyev Əsgər Əli oğlu 21 may 1997-ci il tarixdə yazılı ərizə tərtib edərək, ona məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini 15 may 1997-ci il tarixdən həmin ünvanda qeydiyyatda olan X1, sonuncudan 9000 ABŞ dolları aldığını göstərmişdir.
3. Əliyev Əsgər Əli oğlunun arvadı X14 və oğlu Cavabdeh1 adından tərtib olunmuş eyni tarixli ərizələrlə onlar evin satılmasına razı olmalarını bildirmişlər.
4. Cavabdeh1 və Cavabdeh2 16 dekabr 2019-cu il tarixdə qəbz yazaraq göstə rmişlər ki, 1997-ci ildə atalarının adına olan Ə.Nəvai 25, hazırda Aşıq Qurbani 25 ünvanında olan mənzili X1 pulunu almışdır. Sadəcə sənədləşdirməyi gecikdirdiklərinə və ataları rəhmətə getdiyinə görə Əliyev X11 İlhamənin həyat yoldaşı X2 halallıq üçün 1800 manat almışdır. Cavabdeh1 və Cavabdeh2 mənzilin İlhamə Əsgərovanın və onun ailə üzlərinin adına keçirilməsinə heç bir etirazlarının olmamasını göstərmişlər.
5. Cavabdeh1 16 dekabr 2019-cu il tarixli etibarnamə ilə X7 vərəsəlik işinin rəsmiləşdirilməsi ilə bağlı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakı idarə etməyi, miras qəbul etməyi, onun üzərinə sərəncam verməyi və sair hərəkətlər etmək səlahiyyətlərini 2 il müddətində vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 40 saylı Dövlət notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atası Əliyev Əsgər Əli oğlu tərəfindən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin 1997-ci il tarixdə iddiaçıya satılması barədə əqdin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli evi 1997-ci il tarixdə Əliyev Əsgər Əli oğlundan almışdır. Tərəflər evin 9000 ABŞ dollarına satılmasına razılaşmış, iddiaçı həmin əqdi icra etmiş və Əsgər Əliyevə evin dəyərini tam ödəmişdir. Əsgər Əliyev iddiaçını evinə qeydiyyata salmış, ona etibarnamə vermiş, evi və evin sənədlərini iddiaçıya təhvil vermiş, hərbi xidmətdə olan oğlunun və digər ailə üzvlərinin razılıq ərizə lərindən sonra yaxın vaxtlarda notariat qaydasında alğı-satqı müqaviləsi bağlayacaqlarını bildirmişdir. Əsgər Əliyev həmin razılıq ərizələrini almış, lakin alğı-satqı müqaviləsini notariatda bağlamaqdan yayınmışdır. Ev iddiaçıya təhvil verildiyindən, evdə 1997-ci ildən iddiaçı yaşadığından elektrik enerjisi, təbii qaz sayğacları iddiaçının həyat yoldaşı X4 adına quraşdırılmış və abonent kimi Türkman Çopurov qeydə alınmışdır. Əsgər Əliyev vəfat etmiş, cavabdehlər 16 dekabr 2019-cu il tarixdə İddiaçı əri Türkman Çopurovdan 1800 manat pul alaraq sənədləşməni icra edəcəkləri barədə öhdəlik götürərək qəbz yazmışlar. Lakin, cavabdehlər qeyd olunan qəbzi yazdıqdan və 1800 manat pulu aldıqdan sonra da evin sənədləşməsindən yayınmışlar.
8. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi, Və kil1 vasitəsi ilə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 15 oktyabr 2021-ci il tarixli rəyinə əsasən, iş materiallarında olan 21 may 1997-ci il tarixli etibarnamədə “Əliyev” soyadı önündəki imza ilə Əliyev Əsgər Əli oğlunun adından olan 21 may 1997-ci il tarixli ərizədə “21 may 1997” yazılarından yuxarıdakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan X9 adından olan 21 may 1997-ci il tarixli ərizədə “şəxsiyyətini müəyyən etdim” yazılarından aşağıdakı imza, 21 may 1997-ci il tarixli Cavabdeh1 adından olan ərizənin arxa hissəsində “şəxsiyyətini müəyyən etdim” yazılarından aşağıdakı imza ilə 21 may 1997-ci il tarixli etibarnamənin arxa hissəsində notarius qrafasındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan 16 dekabr 2019-cu il tarixli qəbzdəki yazılar (qəbzin aşağı hissəsində X10, X13 və X12 yazılarından başqa) və “Cavabdeh1” yazıları qarşısındakı imza, “etirazımız yoxdur” yazılarından aşağıdakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. İş materiallarında olan 21 may 1997-ci il tarixli ərizədə “Əliyev R” soyadı önündəki imza, 16 dekabr 2019-cu il tarixli qəbzin aşağı hissəsində “X10, X13 və X12” yazıları Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)4657/2021 nömrəli qətnaməsi ilə (hakim A.N.Həsənova) iddia təmin edilmiş, cavabdehlə r Cavabdeh1 və Cavabdeh2 atası Əliyev Əsgər Əli oğlu tərəfindən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin 1997-ci il tarixdə İddiaçı satılması barədə əqdin bağlanmış hesab edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 43-cü maddəsinə, “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, tərəflər arasında sadə yazılı formada əqd bağlanmışdır. Məhkəmə tərəfindən əriz ədə qeyd olunan Əliyev Əsgər Əli oğluna məxsusluğu iddia edilən imzanın yoxlanması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyi əsasında qeyd edilən ərizənin Əliyev Əsgər Əli oğlu tərəfindən imzalandığı müəyyən edilmişdir.
12. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, İddiaçı Əsgər Əliyevin razılığı ilə mübahisəli mənzilə qeydiyyata alınmışdır. İddiaçı və onun ailə üzvləri 1997-ci ildən bu günə qədər fasiləsiz olaraq istinad edilən mənzildə yaşayırlar.
13. Daha sonra məhkəmə şahidlər X3, X8 və X5 ifadələrinə istinad edərək belə qənaətə gəlmişdir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəliklər qüsursuz qaydada icra edilmiş, lakin evin sənədləşmə işləri qeyri-müəyyən səbəblərdən başa çatdırılmamışdır. İddiaçı tərəfin vəkilinin izahatlarına əsasən tərəflər aras ında alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin baş tutmaması o səbəbdən olmuşdur ki, müqavilə bağlanan dövrdə hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 hərbi xidmətdə olmuş və notarius evin satılmasına onun razılığı olmadan müqaviləni bağlamaqdan imtina etmişdir. Daha sonra iddiaçı tərəf dəfələrlə Əsgər Əliyevə müraciət etsə də, o, müxtəlif səbəblərdən müqavilənin rəsmiləşdirilməsindən yayınmışdır. Bundan bir müddət sonra iddiaçının əri olan Türkman Çopurov ölkə xaricinə köçüb getdiyindən Əsgər Əliyevi müqavilənin bağlanmasına təkid edən də olmamışdır. İddiaçı qadın olaraq təkbaşına sənədləşmənin aparılmasında çətinlik çəkdiyi üçün (öhdəsində azyaşlı uşaqları var idi) ərinin gəlməyini gözləmişdir. Eyni zamanda əri ölkədə olmadığından iddiaçı öz adına olan etibarnamədən istifadə edə bilmə miş, evi nə onun adına, nə də öz adına rəsmiləşdirə bilməmişdir.
14. Birinci instansiya məhkəməsi iddiaçının vəkilinin müqavilənin rəsmiləşdirilməsinin baş tutmamasının Cavabdeh1 hərbi xidmətdə olması ilə bağlı olması dəlilinə münasibətdə qeyd etmişdir ki, həm iş üzrə keçirilmiş ekspertiza rəyindən, həm cavabdeh tərəfin vəkilinin verdiyi izahatlardan da görünür ki, Cavabdeh1 həmin dövrdə həqiqətən də hərbi xidmətdə olmuşdur.
15. Həmçinin məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanması istinad olunan əqdin qanuna zidd olması halı müəyyən olunmamışdır.
16. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsinin mühüm şərtlərindən olan əmlakın təhvil verilməsi və müqabilində pulun alınması halı işin mübahisəsiz hallarındandır. Evin mülkiyyətçisi olan Əsgər Əliyev evi İddiaçı təhvil verməklə öz iradə ifadəsini əks etdirmişdir. Yuxarıda istinad edilən ərizəyə əsasən də həmin mənzilin dəyəri olaraq 9000 ABŞ dolları pulun alınmasını təsdiq etmişdir. Tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması həm də o haldan görünür ki, mərhum Əsgər Əliyev vəfat etdiyi günədək iddiaçıya qarşı hər hansı tələb irəli sürməmiş, istinad edilən mənzildən iddiaçının və ailə üzvlərinin çıxmasını tələb etməmişdir. Tərəflər arasında mübahisə yalnız iddiaçı tərəfin evi qanunauyğun olaraq rəsmiləşdirmək qərarına gəldikdən və cavabdehlərə müraciət etdikdən sonra yaranmışdır.
17. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt evin mülkiyyətçisi olan Əsgər Əliyev vəfat etdi yindən və hazırkı cavabdehlər onun övladları olduğundan rəsmi qaydada vərəsəlik işi açılmasa da, onları cavabdeh qismində cəlb etməkdə haqlı olmuşdur. Belə ki, hazırkı dövrdə mübahisəli evin iddiaçının adına rəsmiləşdirilməsinə maneələr məhz cavabdehlər tərəfindən yaradılmışdır.
18. Mərhum Əliyev Əsgər Əli oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, Əlişir Nəvai (indiki Aşıq Qurban) küçəsində yerləşən 25 nömrəli fərdi yaşayış evinin ərizəçilər X15 və Cavabdeh1 tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsinin preyudisiallığına qiymət verən məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə istinad etməklə göstərmişdir ki, preyudisiallıq yalnız həmin iş üzrə işti rak edən tərəfləri əhatə edir. Hazırkı iş üzrə iddiaçı isə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində işə baxılarkən hər hansı qisimdə işdə iştiraka cəlb edilməmiş, işə xüsusi icraat qaydasında baxılmışdır.
19. İddia müddətinin tətbiqinə dair ərizənin dəlillərinə hüquqi qiymət verən məhkəmə göstərmişdir ki, 2019-cu ilə kimi tərəflər arasında fərdi yaşayış evinin alğısatqısı ilə bağlı mübahisə olmamış, cavabdehlər fərdi yaşayış evinin alğı-satqısına etiraz etməmişlər. Cavabdehlər 2019-cu ildə qəbz yazaraq mübahisəli evin iddiaçıya verilməsinə etirazlarının olmadığını bildirmişlər. Həmin vaxtdan sonra onlar evin sənədləşməsindən yayınmışlar. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin axımı məhz bu müddətdən başlamışdır. Belə olan halda isə iddiaçı iddia müddətini ötürmədən məhkəməyə müraciət e tmişdir. Ona görə də, iddia müddətinin tətbiq olunması barədə cavabdeh tərəfin ərizəsi təmin edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)-4657/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(103)-1809/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər F.F.Babayevdən və R.Ə.Eyvazovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(011)-4657/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
23. Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(103)-1809/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 39, 41, 42, 43, 44, 73, 77, 82, 230-cu, Mülki Prosessual Məcəllənin 14, 80, 81, 81, 217.2, 217.3, 217.4-cü maddələri pozulmuşdur. Belə ki, köhnə Mülki Məcəllənin normalarına görə tərəflər məhz yazıl ı formada, ikitərəfli şəkildə əqd bağlamalı idilər, cavabdehin mərhum atasının etibarnamə verməsi isə əqdin (müqavilə) deyil, sadəcə evin gələcəkdə satıla bilməsi barədə ilkin iradə ifadəsi (ilkin müqavilə) olmuşdur. Tərəflər arasında əqd yoxdursa, əqdin təsdiqi ilə bağlı şahid ifadələrinə istinad edilməsi yolverilməzdir. Məhkəmə işin hallarında iddiaçı tərəfin əqdin notariat təsdiqi üçün etdiyi cəhdlər, gördüyü işlər, irəli sürdüyü tələblər, şikayətlər, istəklər, iradlar barədə, habelə cavabdehin notariat təsdiqdən yayınması faktı, bu yayınmanın məhz nədən ibarət olması barədə sübutlar təqdim etməməsini nəzərə almamışdır. Həmçinin apellyasiya məhkəməsi iddia müddətinin tətbiqindən imtina etməklə maddi hüquq normalarını pozmuşdur. Həmçinin məhkəmə şahid ifadələrini və məhkəmə ekspertizasın ın rəyini düzgün qiymətləndirməmişdir.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehlərin kassasiya şikayətinin dəlilləri dolayısı ilə iddia tələbinin dəlillərini təsdiq edir. Belə ki, kassasiya şikayətində evin satılması faktının təsdiq edilmədiyi, yalnız, evi satmaq niyyətinin olması barədə dəlillər irəli sürülsə də, həmin dəlillər tərəflər arasında evin alqı-satqısına dair münasibətin olmasını, ödənilmiş pul vəsaitinin evin alınması ilə bağlı pul vəsaiti olmasını təsdiq edir. Münasibə tlərin 2019-cu ildə cavabdehlərin iştirakı ilə təzələnməsi iddia müddətinin keçməsini aradan qaldırır. Həmçinin şahidlərin ifadələri ilə evin Əsgər Əliyev tərəfindən iddiaçı tərəfə satıldığı, bununla bağlı razılaşma olduğu, evin dəyərinin Əsgər Əliyev tərəfindən tam alındığı, iddiaçının təklifi ilə notariat orqanına getdikləri, yəni iddiaçının öz öhdəliyini tam yerinə yetirməsi təsdiq edilir. Həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 25 may 2022-ci il tarixli qərardadı ilə həmin qətnamə ləğv edilərək, tərəflər arasında iddia icraatı qaydasında mübahisə olduğu üçün ərizə baxılmamış saxlanılmışdır. Kassasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası mülki prosessual qanunveri ciliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
29. Kassator apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyinə görə, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlamış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilir. 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir.
31. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1- ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb v ə etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzg ün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə tam razılaşır.
35. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın hüquqi əsasını Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 43-cü maddəsi təşkil etmiş və iddianı təmin edən mə hkəmələr əsaslı olaraq hesab etmişlər ki, iddia olunan işin faktiki əsasları həmin maddənin dispozisiya şərtlərinə uyğundur.
36. Belə ki, mübahisəli mənzilin cavabdehlərin atası Əliyev Əsgər Əli oğlu tərəfindən iddiaçıya satılması nəinki iş materiallarında olan 21 may 1997-ci il tarixli qəbzlə, həmçinin işin digər halları: iddiaçının həmin mənzilə qeydiyyata alınaraq göstərilən tarixdən hazıradək faktiki istifadəsində və sahibliyində olması, iddiaçının adına verilmiş etibarnamələr, cavabdehlərin imzaladıqları 16 dekabr 2019-cu il tarixli ərizəsi ilə təsdiq olunur.
37. Cavabdeh 21 may 1997-ci il tarixli qəbzdə olan imzanın atasına məxsusluğunu mübahisələndirsə də, keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası ilə həmin qəbzin və 21 may 1997-ci il tarixli etibarnamənin eyni şəxs tərəfindən imz alanması müəyyən olunmuşdur. Qeyd olunan etibarnamə Əliyev Əsgər Əli oğlu tərəfindən notariat qaydasında verildiyindən qəbzin də onun tərəfindən imzalanması şübhə doğurmur. Odur ki, qeyd olunan ekspert rəyinin mötəbərliyini şübhə altında alınması üçün əsaslar olmadığından, apellyasiya məhkəməsi həmin rəyə istinad etməklə qətnamə qəbul etməsi ilə Mülki Prosessual Məcəllənin 88, 101.7 və 103.1-ci maddələrinin tələblərini pozmamışdır.
38. Həmçinin məhkəmələr müəyyən etmişlər ki, iddiaçı tərəfindən bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmiş və 9000 ABŞ dollarını Əliyev Əsgər Əli oğluna ödəmişdir. Həmin hal da, sonuncunun qəbzi və cavabdehlər tərəfindən imzalanmış 16 dekabr 2019-cu il tarixli ərizə ilə tam təsdiqini tapmışdır.
39. Müqavilənin notariat qaydasında t əsdiqindən cavabdeh tərəfindən yayınması da işin halları və hazırki kassasiya şikayətinin mahiyyətindən irəli gəlir.
40. Məhkəmə kollegiyası həmçinin razılaşır ki, həm əvvəlki, həm də hazırki mülki hüquq normaları ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilməsi tələbi mövcuddur. Lakin, mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş qanunvericiliklə, tərəflərin biri əqdin belə təsdiqindən yayındığı halda, əqdi icra etmiş şəxsin tələbi ilə onun məhkəmə qaydasında bağlanmış hesab edilməsi imkanı verilmişdir. Yəni həmin maddi hüquq norması məhz notariat qaydasında təsdiq edilməli olan əqdlərə aid olmuş və məhkəmə qərarının əqdin notariat tərtibini əvəz etməsini nəzərdə tutmuşdur.
41. Nəhayət iddia müddətinin ötürülməsinə dair kassasiya şikayətin in dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, həm köhnə Mülki Məcəllənin 78-ci maddəsində, həm də yeni Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması nəzərdə tutulmuşdur. Hazırki işdə iddiaçının qeyd olunan dövr ərzində mübahisəli mənzildə maneəsiz yaşaması, bu müddət ərzində evin faktiki alqı-satqısına etirazların verilməməsi, 16 dekabr 2019-cu il tarixdə isə cavabdehlərin ərizə yazaraq iddiaçının mənzilə hüquqlarını etiraf etmələri işin müəyyən edilən hallarıdır. Belə olan halda, iddia müddətinin məhz həmin tarixdən hesablanmalı olması və müvafiq olaraq qanunvericiliklə müəyyən olunmuş müddətlərin ötürülməməsinə dair apellyasiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.
42. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2022-ci il tarixli, 2(103)-1809/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.