Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4357/2020 10.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının İddiaçı “xxxxxxxxxx” BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kredit borcunun tutulması) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-674/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı MMC (bundan sonra iddiaçı) ilə Cavabdeh1 (bundan sonra cavabdeh) arasında imzalanmış xx xxxxxx 2015-ci il tarixli BAKU0-2092-11643 saylı kredit müqaviləsinə, ödəniş cədvəlinə, kredit müqaviləsinin tərkib hissəsi olan xx xxxxxx 2015-ci il tarixli BAKU0-2092-11643/1 saylı və xx xxxxxx 2015-cil tarixli BAKU0-2092-11643/2 saylı razılaşmalara əsasən, cavabdehə illik 20 faiz hesablanmaqla 36 ay ərzində qaytarılması şərtilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli BAKU0-2092-11643+BAKU2-22118 saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanm ış xx xxxxxx 2015-ci il tarixli BAKU0-209211643 saylı krediti müqaviləsinin təminatı olaraq Cavabdeh2, Cavabdeh3 (digər cavadehlər) arasında zaminlik müqaviləsi bağlanmış və zaminlər əsas borclu ilə birgə bank qarşısında öhdəlik daşıyıcısı olmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı kredit üzrə borcun tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 15756,81 ABŞ dolları əsas borc, 8631,57 ABŞ dolları faiz borcu və 4657 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 29045,38 ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı r ki, cavabdeh kredit öhdəliklərinin ödənilməsi müddətlərini dəfələrlə pozmuşdur. Cavabdehin 15756,81 ABŞ dolları əsas borc, 8631,57 ABŞ dolları faiz borcu və 4657 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 29045,38 ABŞ dolları borcu yaranmış və ödənilməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarxidə 250 ABŞ dolları ödəmişdir. xx xxxxxx 2018-ci il tarixli, BAKU0-2092-11643 AgrNo:BAKU0-2092-11643 saylı maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxx 2015-ci il tarixli BAKU0-2092-11643 saylı kredit müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixinə kredit öhdəliyi üzrə 16906,81 ABŞ dolları məbləğində əsas borc, 8731,57 ABŞ dolları məbləğində faiz borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 6328 nömrəli ekspert rəyində n görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixə iddiaçıya olan əsas kredit borcu 17990,43 ABŞ dolları, faiz borcu 6625,68 ABŞ dolları, cəmi borcu 24616,11 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Fuad Hüseynov) 2(002)-435/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 15756,81 ABŞ dolları məbləğində əsas borcu, 6625,68 ABŞ dolları məbləğində faiz borcu və 100 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 22482,49 ABŞ dolları məbləğində borc pul vəsaitinin (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə borc məbləğini müəyyən edərkən ekspert rəyinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflə rin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə şikayətçiyə aid hissədə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla cavabdehə aid hissədə qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində iştirakının təmin edilmədiyini göstərsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən onun ünvanına məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər göndərilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştir akçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk vaxtlar ödənişləri vaxtlı-vaxtında etmiş, lakin sonradan şərait əhəmiyətli dərəcədə dəyişmişdir. Belə ki, ölkədə baş verən devalvasiyadan sonra ödənişləri edə bilməmiş, məhkəmə bu halı nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və g əlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsassən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər i ştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edil-mə-məsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyən-ləş-di-ril-miş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarı Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Cavabdehin kasasiya şikayətində qeyd etdiyi hallar qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Cavabdeh ölkədə baş verən devalvasiyanın şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi kimi qiymətləndirməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-674/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4357/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4357/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver