Məhkəmə qərarları › İş №2(102)-4358/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4358/2018

05.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4358/2018 05.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-4358/2018 05 iyul 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Cavabdeh1 vəkili Vəkilin iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-ə qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-133/18 saylı, 21 fevral 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun və borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmış və tələbi onunla əsaslandırmışdır ki, "xxxx" ASCnin «Beyləqan» filialı ilə Cavabdeh1 arasında bağlanmış 07.07.2014-cü il tarixli 01/Ş nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24% olmaqla 7500 manat borc verilmişdir. Borclu Cavabdeh1 07 iyul 2014-cü il tarixli 01/Ş nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 5927,54 manat, faiz borcuna görə 1775,94 manat; dəbbə borcuna görə 3838,36 manat, borcun cəmi məbləğinin 11541,84 manat borcu vardır. Borcun təminatı olaraq, Beyləqan şəhəri, M.Hüseyn küçəsində Cavabdeh1 mülkiyyətində 0,044 ha torpaq sahəsində yerləşən 90,6 kv.m. yaşayış, 19.5 kv.m. yardımçı; 110,1 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı 48 nömrəli fərdi yaşayış evi və onun tərkib hissəsindəki cəmi 27,0 kv.m. sahədən ibarət həyətyanı tikili və qurğular-Liter1:3.0 kv.m. sahədən ibarət ayaqyolu və Liter 2: 24.0 kv.m. sahədən ibarət təsərrüfat evi 07 iyul 2014cü il tarixli 01/Ş nömrəli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Ona görə də xahiş edir ki, cəmi 11541,84 manat borcun, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutulsun. Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 12 yanvar 2016-cı il tarixdən başlayaraq borc öhdəliyi icra edilən günədək qətnamənin icrası qaydasında hər gün üçün 07 iyul 2014-cü il tarixli 01/Ş nömrəli kredit müqaviləsi üzrə gündəlik faiz borcu 7.90 manat və gündəlik dəbbə pulu isə 11,86 manat hesablanaraq tutulmalıdır. İpoteka predmeti 16000 manat qiymətləndirilməli və borcun əvəzi bu qiymətlə Beyləqan şəhəri, M.Hüseyn küçəsində Cavabdeh1-in mülkiyyətindəki 0,044 ha torpaq sahəsində yerləşən 90,6 kv.m. yaşayış, 19,5 kv.m. yardımçı, 110,1 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı 48 nömrəli fərdi yaşayış evi və onun tərkib hissəsindəki cəmi 27.0 kv.m. sahədən ibarət həyətyanı tikili və qurğularLiter 1:3.0 kv.m. sahədən ibarət ayaqyolu və Liter 2:24.0 kv.m. sahədən ibarət təsərrüfat evinə yönəldilməli və həmin ev açıq hərracda satılaraq tələb edilən borc ödənilməlidir. Beyləqan şəhəri, M.Hüseyn küçə sində Cavabdeh1 mülkiyyətdəki 0,044 ha torpaq sahəsində yerləşən 90,6 kv.m. yaşayış; 19,5 kv.m. yardımçı 110,1 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli. 4 otaqlı 48 nömrəli fərdi yaşayış evindən və orada yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmasına, fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 18 may 2016-ci il tarixli, 2(020)-788/2016 saylı qətnaməsi ilə (sədrlik edən hakim Nəsrullah Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh1 07 iyul 2014-cü il tarixli 01/Ş nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 5927,54 (beş min doqquz yüz iyirmi yeddi manat, əlli dörd qəpik ), faiz borcuna görə 1775,94 (min yeddi yüz yetmiş beş manat, doxsan dörd qəpik) dəbbə borcuna görə 100 (yüz) manat, borcun cəmi məbləği 7803,48 (yeddi min səkkiz yüz üç manat, qırx səkkiz) manat, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi 50 (əlli) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi; Cavabdeh1 12 yanvar 2016-cı il tarixdən başlayaraq borc öhdəliyinin icra edilən günədək qətnamənin icrası qaydasında 07 iyul 2014-cü il tarixli 01/Ş nömrəli kredit müqaviləsi üzrə 7.90 (yeddi manat doxsan qəpik) manat gündəlik faiz borcu və 11,86 (on bir manat, səksən altı qəpik) manat gündəlik dəbbə pulu hesablanması təmin edilməmiş; ipoteka predmeti 16000 (on altı min) manat qiymətləndirilmiş və borcun əvəzi bu qiymətlə Cavabdeh1 mülkiyyətində olan Beyləqan şəhəri, M.Hüseyn küçəsində 0,044 ha torpaq sahəsində yerləşən 90,6 kv.m. yaşayış, 19,5 kv.m. yardımçı, 110,1 kv. m. ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı 48 nömrəli fərdi yaşayış evi və onun tərkib hissəsindəki cəmi 27.0 kv.m. sahədən ibarət həyətyanı tikili və qurğular – Liter1:3.0 kv.m. sahədən ibarət ayaqyolu və Liter 2: 24.0 kv.m. sahədən ibarət təsərrüfat evinə yönəldilməsi və həmin evin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, Beyləqan şəhəri, M.Hüseyn küçəsində 0,044 ha torpaq sahəsində yerləşən 90,6 kv.m. yaşayış, 19,5 kv.m. yardımçı, 110,1 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı 48 nömrəli fərdi yaşayış evindən orada yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması və fərdi yaşayış evinin boşaldılması, Beyləqan şəhəri, M.Hüseyn küçəsində 0,044 ha torpaq sahəsində yerləşən 90,6 kv.m. yaşayış, 19,5 kv.m. yardımçı, 110,1 kv.m. ümumi sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı 48 nömrəli fərdi yaşayış evindən orada yaşayan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ev satıldıqdan bir ay sonra evi könüllü surətdə tərk etmədikləri halda həmin evdən məcburi qaydada çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-133/18 saylı, 21 fevral 2018-ci il tarixli qətnaməsi (hakimlər Kərimov Qəzənfər Babaxan oğlu (sədrlik edən), Əsədov İlham Qoşunəli oğlu və Zeynalov Zeynal Ağabala oğlu) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Beyləqan Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(020)788/2016 saylı qətnaməsi faiz borcunun tutulması, ipoteka qaydasında yüklü edilmiş evin ilkin satış qiymətinin müəyyən edilməsi və Cavabdeh1 12 yanvar 2016-cı il tarixdən başlayaraq borc öhdəliyinin icra edilən günədək qətnamənin icrası qaydasında 07 iyul 2014-cü il tarixli 01/Ş nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASCnin xeyrinə hər gün üçün 1 manat gündəlik faiz borcunun tutulması hissələrində ləğv edilməsi, iddia tələbinin Cavabdeh1 12 yanvar 2016-cı il tarixdən başlayaraq borc öhdəliyinin icra edilən günədək qətnamənin icrası qaydasında 07 iyul 2014-cü il tarixli 01/Ş nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xeyrinə hər gün üçün 1 manat gündəlik faiz borcunun tutulması hissəsində təmin edilməməsi, Cavabdeh1 əsas borc üzrə 5927 (beş min doqquz yüz iyirmi yeddi) manat 54 (əlli dörd) qəpik əsas və 761 (yeddi yüz altmış bir) manat 25 (iyirmi beş) qəpik faiz borcu alınaraq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 fərdi yaşayış evinin ilkin satış qiyməti 26000 (iyirmi altı min) manat müəyyən edilməsi, ekspertiza xərcini təşkil edən 200 manat iddiaçı "xxxx" ASC-ən tutularaq Dövlət xəzinədarlıq Agentliyi, KOD 210005, müxbir hesab AZ41NABZ********************, VÖEN **********, SWİFT BİK CTREAZ22; Məhkəmə ekspertiza mərkəzi VÖEN ********** H/Hesab AZ34CTRE******************** hesabına ödənilməsi,Beyləqan Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli, 2(020)788/2016 saylı qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-133/18 saylı, 21 fevral 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandı rılmışdır ki, Cavabdeh1-ə məxsus evi ipoteka girovuna qoyduğu zaman həmin evin ipoteka qoyulmasına evin qeydiyyatında olan qardaşı X8 heç bir yerdə yazılı razılıq verməmişdir. İpoteka predmeti olan ev qeyri-dürüst qiymətləndirildiyindən hesab edir ki, xeyli maddi itki ilə üzləşməli olacaq və bu səbəbdən də iş yenidən baxılması, qiymətləndirilməsi, onun iddiaçıya olan borcun dəqiq hesablanması, iddiaçıya etdiyi ödənişlərin qəbul edilməsi qaydalarının müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-133/18 saylı, 21 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsinə və işə yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh1 vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək onu n məzmununa uyğun izahat vermişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə baxışının hədləri apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsaslığının Cavabdeh1 münasibətdə tam yoxlanılması təşkil edir. Digər cavabdehlər apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, iddianın əsas borcluya və digər cavabdehlərə qarşı yönəlmiş hissələri bir-biri ilə bağlı olmaqla mübahisənin predmeti bölünməz xarakterli olsa da, əsas borclunun şikayətinə əsasən qətnamənin bütünlüklə yoxlanılması və digər cavabdehlərin şikayəti olmadığı halda onlara münasibətdə də qərar qəbul edilməsi sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış və surəti işə əlavə edilmiş 07 iyul 2014-cü il tarixli 01/Ş nömrəli ipoteka müqaviləsinə əsasən sonuncunun ünvan 1 ünvanında yerləşən yaşayış evi bank arasında bağlanmış 07 iyul 2014-cü il tarixli 01/Ş nömrəli kredit müqaviləsinə əsasən və kredit razılaşmasına əsasən borclunun öhdəliklərinin icrasını təmin etmək üçün ipoteka ilə yüklü edilmiş və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı müvafiq çıxarış verilmişdir. İşin materiallarından görünür ki, iş üzrə ipoteka qaydasında yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiymətini ipoteka müqaviləsində müəyyən edilmiş qiymətlə, yəni 16000 (on altı min) manat göstərilmişdir. Həmçinin, işin materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə olan 16 noyabr 2015-ci il tarixli bildirişlə iddiaçı öhdəliklərini icra etmədikdə tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə cavabdehlərə xəbərdarlıq etmiş, 20 dekabr 2015-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilmiəsinə dair bildirişin qeydə a lınması haqqında ərizədən görünür ki, həmin ərizə DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin 23 may 2017-ci il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 08 yanvar 2018-ci il tarixli, 15129 saylı rəyindən görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 5927.54 manat əsas və 761,25 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc ala n) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 385.1-ci maddəsinə görə- öhdəliyə əsasən bir şəxs /borclu/ başqa şəxsin /kreditorun/ xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli və s. kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlara və y a öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsində göstərilir ki icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. - 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Kollegiya qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin d üzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçı təşkilatdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cərimələri iddiaçı təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğu üçün apellyasiya instansiyası məhkəməsi MPM-nin 76-cı maddəsinə əsasən sübut növlərindən biri hesab edilən ekspertiza rəyinə əsasən düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi, yəni o, bank tərəfindən kredit müqaviləsi üzrə tərtib edilmiş ödəmə cədvəlinə mütəmadi olaraq riayət etmədiyi üçün iddiaçı təşkilat olan "xxxx" ASC kreditin qaytarılmamış hissəsinin qaytarılmasını və əsas borca hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə və tələbin ipoteka predmetinə yönəldilməsi tələbində haqlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Cavabdeh1 əsas borc üzrə 5927 (beş min doqquz yüz iyirmi yeddi) manat 54 (əlli dörd) qəpi k əsas və 761 (yeddi yüz altmış bir) manat 25 (iyirmi beş) qəpik faiz borcu alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli olmasına dair nəticələrini qanuni və əsaslı sayır. Kassasiya kollegiyası, həmçinin apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin ipoteka qaydasında yüklü edilmiş əmlakın hərraca çıxarılarkən ilkin satış qiymətinin 16000 manat müəyyən edilməsi hissəsinin qanunsuz hesab etməsinə dair nəticəsi ilə razılaşır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin 23 may 2017-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh1 məxsus ünvan 2 fərdi yaşayış evinin bazar qiymətlərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Qeyd olunan qərardadın icrası qaydasında "xxxx" Consulting MMC tərəfindən verilmiş 14 noyabr 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 məxsus və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin bazar qiyməti 26000 (iyirmi altı min) manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 203.3.1-ci maddəsinə əsasən, öhdəliklər üzrə tutma əmlaka yönəldikdə, əmlak mülkiyyətçidən məcburi alınır. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinin tələbinə görə məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi şərh olunan maddi hüquq normalarının tələblərinə əsasən düzgün olaraq bu qənaətə gəlmişdir ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin Cavabdeh1 12 yanvar 2016-cı il tarixdən başlayaraq borc öhdəliyinin icra edilən günədək qətnamənin icrası qaydasında 07 iyul 2014-cü il tarixli 01/Ş nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xeyrinə hər gün üçün 1 manat gündəlik faiz borcunun tutulmasına dair hissəsində də əsassız olmasına dair nəticəsi ilə razılaşır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, tələbin 12 yanvar 2016-cı il tarixdən başlayaraq borc öhdəliyinin icra edilən günədək qətnamənin icrası qaydasında 07 iyul 2014-cü il tarixli 01/Ş nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xeyrinə hər gün üçün 1 manat gündəlik faiz borcunun tutulmasına dair hissəsi qeyri-müəyyəndir. Məhkəmə kollegiyası daşınmaz əmlakın ilkin satış qiymətinin düzgün qoyulmaması, eləcə də, evin ipoteka girovluğuna qoyulan zaman evdə qeydiyyatda olan qardaşının yazılı razılığının alınmamasına dair kassasiya şikayətinin dəlilinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə borcun ipoteka qo yulmuş əmlaka yönəldilməsi üçün «İpoteka haqqında» Qanunun 36-cı maddəsi ilə müəyyən olunmuş prosedurlara kreditor tərəfindən riayət olunması barədə düzgün qənaətə gəlmişdir. İlkin satış qiyməti ilə bağlı apellyasiya instansiya məhkəməsi zəruri araşdırma aparmış və bu hissədə işi düzgün həll etmişdir. Evin ipoteka girovluğuna qoyulan zaman evdə qeydiyyatda olan qardaşının yazılı razılığının alınmaması isə nə birinci, nə də apellyasiya instansiya məhkəməsində cavabdeh tərəfindən mübahisələndirilməmiş, ipoteka müqaviləsinin etibarsızlığı araşdırma predmeti olmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanu ni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1-in və vəkili Vəkilin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-133/18 saylı, 21 fevral 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar