Məhkəmə qərarları › İş №2(102)-4359/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4359/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4359/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh xx.xx.2018-ci il tarixli FSK854 nömrəli malın nisyə alqı-satqısı haqqında alqı-satqı müqaviləsinə əsasən 1428 manat və xx.xx.2018-ci il tarixli FSK1127 nömrəli malın nisyə alınması haqqında alqı-satqı müqaviləsinə əsasən 2660 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 4088 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.İmanov, V.Ağayev, V.Sadıqov) xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, xxx saylı qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Ca vabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4488 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4518 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili R kasasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə iclasında cavabdeh bildirmişdir ki, həqiqətən də onunla iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli malın nisyə alınması haqqında alqı-satq ı müqavilələrinə əsasən cavabdehin iddiaçıya borcu yaranmışdır. Lakin iddia ərizəsində qeyd olunan məbləğ həqiqəti əks etdirmir. Belə ki, cavabdeh hər iki müqavilə üzrə ümumilikdə 400 manat pul ödəmişdir. Sonda ub barədə qəbzləri o, məhkəməyə təqdim etmiş, həmçinin qeyd etmişdir ki, nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehin borcu düzgün hesablanmamış, qeyd edilən telefonların dəyəri həddindən artıq şişirdilmiş və bunları nəzərə alaraq borcun dəqiq hesablanmasının nəzərə alınmasını xahiş etmişdir. Lakin məhkəmə prosesi zamanı cavabdehin qeyd etdikləri nəzərə alınmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasını n vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, Cavabdeh vəkili R məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, qeyd olunan müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Cavabdeh borcun düzgün hesablanmadığını irəli sürsə də, bununla bağlı məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sü butetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s) sübut olunmalıdır və MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə apelyasiya kollegiyası qeyd etmişdir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh şikayətində göstərdiyi dəlilləri təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdeh şikayətində məhkəmə mühasibatlıq ekspertizası təyin edilməli olduğunu bildirsə də, bu halın zəruriliyini əsaslandırmamışdır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsi nin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması zamanı da kasasiya şikayətinin dəlillərinin formal xarakterli olması öz təsdiqini tapır. Belə ki, iş materiallarından da görünür ki, (səh 48-49) birinci instansiya məhkəməsində iştirak edən cavabdeh 400 manat ödəmiş olduğu pulun nəzərə alınmasını, iddianın qismən təmin edilməsini xahiş etmiş, sədrlik edənin nə kimi əlavəsinin olması barədə sualına isə əlavəsinin olmaması barədə cavab vermişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhd əliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələ b və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfin dən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar