Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-436/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərər, delikt, əsassız varlanma) 24.01.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-153/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Göyçay rayon Mırtı kəndində yerləşən 1.17 ha torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 32.450 manat məbləğində dəymiş ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 2000-ci ildə Mingəçevir şəhərində yaşayan Cavabdeh mülkiyyətində olan, yaşadıqları kənddə yerləşən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satdığı barədə məlumat alaraq mərhum qardaşı Şirvan Rəsulovla birlikdə həmin torpaq sahəsinin alqı-satqısı barədə cavabdehlə razılaşmı ş və 1.000.000 AZN, mərhum qardaşı isə 200.000 AZN ödəməklə torpaq sahəsini cavabdehdən qeyri-rəsmi almışlar. Cavabdehdən aldıqları torpaq sahəsinin 0.90 ha hissəsini özü, 0,27 ha hissəsini mərhum qardaşı Şirvan Rəsulov istifadə etmişdir. Torpaq sahəsini aldıqdan 1 il yarım sonra qardaşı Şirvan Rəsulov vəfat etmişdir. İstifadəsində olan torpaq sahəsinin çox hissəsindən yonca sahəsi kimi istifadə etmiş, bir hissəsində isə istixana quraşdırmışdır. Aldığı torpaq sahəsinin yarısı şoran olmuş və iddiaçı xeyli məbləğdə vəsait xərcləyərək yararsız olan torpaq sahəsini təmizlədib yararlı hala salmışdır. 2010-cu ildə yaşamaq üçün kəndə qayıdan cavabdeh onunla torpaq sahəsinə görə heç bir mübahisə etmədiyi halda ona satdığı torpaq sahəsini 2020-ci ilin aprel ayında ondan məcburi şəkildə almış və əkd iyi yoncanı cavabdeh biçmişdir. Cavabdeh torpaq sahəsini geri almasının səbəbi kimi 20 il əvvəl torpaq sahəsinə ehtiyacı olmadığını, indi isə torpaq sahəsinə ehtiyacı olmasını bildirmişdir. Halbuki, cavabdehin torpaq sahəsindən qanunsuz istifadə etməmiş, əksinə pulu ödəyib torpaq sahəsini qeyrirəsmi almışdır. Torpaq sahəsindən istifadə etdiyi 20 il ərzində cavabdeh ondan nə torpaq sahəsini geri istəməmiş, nə də istifadə etməyinə mane olmamışdır. Torpaq sahəsini geri alan cavabdeh onun maddi vəsait çəkərək 2019-cu ildə əkdiyi yoncanı artıq 5 dəfə çalıb satmış və bundan sonra da ən azı 5 il ərzində yoncadan qazanc əldə edəcəkdir. Lakin tələb etməsinə baxmayaraq onun torpaq sahəsini yararlı hala salmağı üçün xərclədiyi vəsaiti cavabdeh ona qaytarmamışdır.
4. Göyçay Rayon Məhkəməsinin (hakim X 3) 22 iyul 2021-ci il tarixli, 2(046)353/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsindəki icraatda Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı uzun müddətdir ki, ona və ailə üzvlərinə məxsus torpaq sahəsindən istifadə edir. Cavabdehə həmin torpaq sahəsindən çıxarılmasını dəfələrlə tələb etmiş, lakin cavabdeh buna məhəl qoymayaraq torpaq sahəsindən istifadəsini davam etmiş, həmin torpaq sahəsində istixana tikdirmişdir. Hesab edir ki, həmin torpaq sahəsində cavabdeh illər ərzində kənd təsərrüfatı ilə məşqul olduğundan qazancını özü götürmüşdür. Buna görə də iddianın rədd edilməsini xahiş edir.
6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı X4 Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan Göyçay rayon Mırtı kəndində yerləşən to rpaq sahəsindən istifadə edərək həmin torpaq sahəsində kənd təsərrüfatı ilə məşqul olur, həmin torpaq sahəsində istixana quraşdırmışdır. İddiaçı qeyd edilən torpaq sahəsində onun tərəfindən əkilmiş yonca bitkisinin cavabdeh tərəfindən 2019-cu ildən 5 dəfə çalıb satdığını və bundan sonra da ən azı 5 il ərzində yoncadan qazanc əldə edəcəyini göstərərək onun 32.450 manat qazanc əldə edəcəyini iddia edir, həmin məbləği cavabdehdən tələb edir.
7. Məhkəmə qeyd etmişdir ki, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh 32.450 manat məbləğində dəymiş ziyanın tutulmasına əsas ola bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiya sına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına, «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı X4 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və V.İ.Məlikov) 2(107)-153/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(046)353/2021 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, iddia ərizəsinin rədd edilməsi və ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın iddiaçı X1 tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, hər hansı bir maddi hüquq normasına istinad etməmişdir.
12. Apellyasiya instansiya məhkəməsi iddia tələbi və apellyasiya şikayətinin dəlilləri əsassız hesab edərək qeyd etmişdir ki, torpaq sahəsində yerləşən istixananı n tikilməsi üçün iddiaçının xərc çəkdiyi təsdiq olunmur. Belə ki, cavabdeh bildirir ki, iddiaçı ilə torpaqdan istifadəyə dair hər hansı bir razılaşma olmamışdır. Torpaq sahəsinin bir hissəsini iddiaçının qardaşına 200 dollara istifadəyə vermişdir. Bu gün də həmin torpaq sahəsinin iddiaçının mərhum qardaşının uşaqları tərəfindən istifadə edilməsinə etiraz etmir. Göründüyü kimi iddiaçı özü tərəfindən torpağın yaxşılaşdırılması və istixana tikilməsinə xərc çəkildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq onun torpağın yaxşılaşdırılması və istixana tikilməsinə xərc çəkildiyini müəyyən edə bilməz.
13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında öhdəlik hüquq münasibətinin yaranması üçün heç bir əs as mövcud olmamışdır. Belə ki, müqavilənin bağlanmadığı şəksizdir. Tərəflərin heç biri müqavilənin bağlandığını iddia etmir. Digər tərəfdən, iddiaçı özgə işlərini tapşırıqsız aparan şəxs sayılmayıb. Cavabdeh əsassız varlanmayıb. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Cavabdeh mülki hüquq pozuntusu (delikt) tərətməyib. Belə ki, mülki hüquq pozuntularının (deliktlərin) anlayışı Mülki Məcəllənin 1096-cı maddəsində müəyyən olunmuşdur. Hazırkı mübahisədə bu anlayışa uyğun gələn heç bir əlamət yoxdur. Beləliklə, kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar yoxdur.
14. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəf özü tər əfindən torpağın yaxşılaşdırılması və istixana tikilməsinə xərc çəkildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsi hissəsində əsaslı olsa da iddianın təmin edilməsi üçün əsas deyildir.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 386, 1091, 1096-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı X4 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə məhkəmə iddiaçı tərəfindən torpağın yaxşılaşdırılması və istixana tikilməsinə xərc çəkildiyini təsdiq edən sü butları məhkəməyə təqdim etmədiyini göstərərək ona hər hansı zərərin dəyməməsi barədə qənaətə gəlir. Halbuki, iddiaçının istixananı inşa etməyi Şəki Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(107)-2148/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə, çəkdiyi xərc isə məhkəmə qərardadına əsasən keçirilmiş ekspertizanın rəyi ilə təsdiq olunur. Məhkəmə iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi Göyçay rayon Mırtı kənd Bələdiyyəsinin arayışına tənqidi yanaşaraq obyektiv qiymət verməmiş, həmçinin özünün qərardadına əsasən keçirilmiş ekspertizanın rəyini ümumiyyətlə tədqiq etməmiş, işi tam araşdırmamış, iddiaçının əkdiyi yonca məhsuluna görə cavabdehin əldə edəcəyi gəliri də müəyyən etməmiş, mübahisələndirilən qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblər ini pozmuş, sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquq i əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Prosessual Məcəllə
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlil lərinə münasibətdə qeyd edir ki, əvvəla Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəyinə düzgün hüquqi qiymət verilmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdi q edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
39. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 2(107)-153/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.