Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4360/2020 10.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədli Zaur Rasim oğlunun iştirakı ilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-2576/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) 2(006)-266/2019 saylı xx xxxxxx xx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 103,41 manat məbləğində pulun Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manatın İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia digər hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləCavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, 2015-ci ilin may ayından 268,68 manat məbləğində pensiyasına yönəldilmiş və 2016-cı ilin sentyabr ayına qədər olan dövrə aid pensiyadan 50 %-dən artıq tutulmuş 2289,56 manat məbləğin Cavabdeh ASC-nin hesabından tutularaq ona geri qaytarılması, əsas faiz və dəbbə pulunda güzəştlərin edilməsinə dair Cavabdeh ASC-yə müvafiq tapşırıqların verilməsi, Cavabdeh ASCnin vurduğu zərərə görə 5000 manat məbləğində pul vəsaitinin cavabdehin hesabından tutularaq ona verilməsinə dair, məhkəmə prosesində ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-nin hesabından tutularaq ona verilməsinə dair, ümumilikdə iddia ərizəsində əsaslandırılaraq qeyd edilmiş ümumilikdə 7319,56 manat pul vəsaitinin Cavabdeh ASC-nin hesabından tutularaq ona verilməsinə dair qətnamə qəbul ed ilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin 2 saylı Yasamal filialında xx.xx.2014-cü il tarixli 104GNUM143580001 saylı kredit müqaviləsi üzrə 4000 manat və xx.xx.2016-cı il tarixli 104RGQM15300001 saylı kredit müqaviləsi üzrə 640 manat kredit xətti açılmışdır. Həmin kredit xətləri üzrə də müəyyən səbəblər üzündən tərəfindən aylıq ödənişlər üzrə gecikmələr yarandığından aldığı 268,68 manat məbləğində pensiyanın digər qalıq hissəsi 134,68 manat hissəsi isə hər hansı məhkəmə qərarı olmadan tam şəkildə Cavabdeh ASC-nin hesabına tutulmuşdur. Qanunun tələbləri bank əməkdaşları tərəfindən kobud şəkildə pozularaq onun sosial vəziyyəti, 2-ci qrup əlil olması, 2000-ci ildən himayəsində yataq xəstəsi pensiyaçı və 85 yaşlı tənha anasının olması araşıdırılmada n və nəzərə alınmadan yaranmış borc onun pensiya məbləğinə yönəldilmişdir. Hətta onu tam sosial təminatsız qoymalarının nəticəsində kommunal xərcləri ödəyə bilmədiyindən o və yataq xəstəsi anası uzun müddət soyuq qış aylarında qazsız, susuz və işıqsız mənzildə əziyyət çəkmək məcburiyyətində qalmışlar, nəticədə anası qaranlıqda yıxılaraq sifət nahiyyəsindən ciddi xəsarət də almışdır. xx.xx.2015-ci il tarixli eyni məzmunlu çoxsaylı müraciəti bank tərəfindən nəzərə alınmamışdır. Cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: C avabdeh Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Ekspert düzgün hesablama aparmamış, məhkəmə bu hala diqqət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili x1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə ko llegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməynin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasasiya şikayətinin həddləri ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, tələbin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisləndirilməmişdir. Ona görə də, mübahisələndirilməyən hissələr hazırki kasasiya baxışının həddlərini də təşkil etmir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərin i nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2014-cü il tarixli 104GNUM143580001 saylı kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə illik 27 % dərəcəsi ilə 4000 manat məbləğində kredit vermişdir. Müqavilənin 2.5-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcları borcalanın sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada tutula (silinə) bilər. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizəyə əsasən o, bağla nacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. Eyni zamanda Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2015-ci il tarixli 104RGQM153100001 saylı kredit müqaviləsinə əsasən bank borcalana 12 ay müddətinə illik 29 % dərəcəsi ilə 640 manat məbləğində kredit vermişdir. Müqavilənin 2.5-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcları qədər vəsait borcalanın sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada bloklaşdırıla və tutula (silinə) bilər. İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizəyə əsasən o, bağlanacaq kredit mü qaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir. İddiaçı hazırkı tələbində onun kart hesabında artıq pul silindiyini iddia edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 21044 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan iddiaçı X3 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 104GNUM1435800Q1 saylı və xx xxxxxx 2015-ci il tarixli, 104RGQM153100001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla iddiaçının pensiya kartından qeyd edilən kredit müqavilələri ödənişləri nəzərə alınmaqla iddiaçının cavabeh “xxxx” Açı q Səhmdar Cəmiyyətinə olan borcunun tam ödənilməsi müəyyən edilmişdir. Ekspert qeyd etmişdir ki, ekspertizaya təqdim edilmiş mülki iş materiallarında olan iddiaçı X2 pensiya kart üzrə çıxarış məlumatlarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2018ci il tarixinədək onun pensiya hesabına ümumilkdə 9180,32 manat məbləğində mədaxil olunmuşdur ki, hazırki rəyin cədvəl məlumatlarında da göründüyü kimi Cavabdeh ASC tərəfindən xx.xx.2014-cü il tarixli 104GNUM1435800Q1 saylı kredit müqaviləsi üzrə 6065,25 manat məbləğində və xx xxxxxx 2015-ci il tarixli, 104RGQM153100001 saylı kredit müqaviləsi üzrə 830,75 manat olmaqla ümumilikdə 6896,0 manat məbləğində pul vəsaiti silinmişdir. Yəni, X2 pensiya kart üzrə çıxarış məlumatlarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək onun pen siya kartı hesabına ümumilikdə 9180,32 manat mədaxil olunmuşdur ki, həmin hesabdan yuxarıda qeyd edilən kredit müqavilələri üzrə cəmi 6896,0 manat məbləğində silinmələrin olduğu müəyyən edilmişdir (9180,32-6896). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininxx xxxxxx 2019-cu il tarixli 16662 saylı ekspert rəyindən görünür ki, xx xxxxxx 2014-cü il tarixli 104GNUM43580001 saylı kredit müqaviləsi üzrə - iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxaırş məlumatları, və xx.xx.2014-cü il tarixli 104GNUM435800Q1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla İddiaçı xx.xx.2018-ci il tarixədək ödənişləri nəzərə alınmaqla iddaçı Cavabdeh ASC-nə olan borcunun tam ödənilməsi müəyyən edilir (əsas borc üzrə 0, 00 manat, faiz borcu üzrə 0,00 manat). xx xxxxxx 2015-ci il tarixli, 104RGQM153100001 saylı kredit müqaviləsi üzrə - iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli, 104RGQM153100001 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla İddiaçı xx.xx.2016 – cı il tarixə (müqavilə müddətinin sonuna) Cavabdeh” ASC-yə olan borcunun tam ödənilməsi və 103,41 manat məbləğində artıq ödəniş müəyyən olunur. İddiaçı pensiya kart üzrə çıxaırş məlumatlarına əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək onun pensiya kart hesabına ümumilikdə 8891,76 manat mədaxil olunmuşdur ki, həmin hesabdan yuxarıda edilən kredit müqavilələri üzrə cəmi 6521,63 manat məbləğində silinmələrin olduğu müəyyən edilir. Yerdə qalan 2370,13 manat (8891,76- 6521,63) məbləğində pulun təyinatı müəyyən olunmadı. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Birinci instansiya məhkəməsində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X5 izahatında bildirmişdir ki, xx xxxxxx 2014-cü il tarixli 104GNUM43580001 saylı kredit müqaviləsi üzrə İddiaçı xx.xx.2018-ci il tarixədək ödənişləri nəzərə alınmaqla iddaçı Cavabdeh ASC-nə olan borcu tam ödənilmişdir. xx xxxxxx 2015-ci il tarixli, 104RGQM153100001 saylı kredit müqaviləsi üzrə isə İddiaçı xx.xx.2016-cı il tarixə, yəni müqavilə müddətinin sonuna Cavabdeh” ASC-nə olan borcunun tam ödənilməsi və 103,41 manat məbləğində artıq ödəniş müəyyən olunur. Hər iki müqavilə üzrə başqa artıq ödəniş müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmə k hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni key fiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdır. Belə ki, iş materialarından göründüyü kimi, iddiaçı tərəfindən hər iki müqavilə üzrə öhdəliklə lazımınca yerinə yetirilməmiş, onun cavabadehə olan borcu kart hesabınd an akseptsiz qaydada silinmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə müyyən edilmişdir ki, xx xxxxxx 2014-cü il tarixli 104GNUM43580001 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehə olan borcu tam ödənilmişdir. xx xxxxxx 2015-ci il tarixli, 104RGQM153100001 saylı kredit müqaviləsi üzrə isə iddiaçının cavabdehə olan borcu tam ödənilmiş və 103,41 manat məbləğində artıq ödəniş müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının hesabından tutulmalar müqavilə şərtlərinə və tərəflər arasında olan razılaşmaya əsasən həyata keçirilmişdir. İddiaçının qeyd olunan müqavilələr üzrə borcu yoxdur, borc məbləği tam ödənilmişdir. Hesabdan artıq tutulma isə yalnız 103,41 manat müəyyən edilmişdir. Apelyasiya şikayətinin dəlilinə münasibətdəapelyasiya instansiyası məhkəməsi qeyd etmiş dir ki, şikayətdə qeyd olunanlar formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, cavabdeh şikayətində göstərdiyi dəlilləri təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabd eh ekspert rəyinin düzgün olmadığını qeyd etmiş, lakin iş üzrə rəyin mötəbərliliynə şübhə doğuracaq hər hansı hal olmamış, cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandırmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, Bakı Apel lyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-2576/2020 nömrəli iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4360/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4360/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver