Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4360/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ iş № 2(102)-4360/2022 (Açar sözlər: pul tələbi) Bakı şəhəri 05 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-994/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 05 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh xx.xx.2020-ci il tarixdə yazdığı pulun alınması ilə bağlı qəbzə əsasən, o, Əskipara kənd sakini İddiaçı 1 il müddətinə qaytarmaq şərti ilə 10000 (on min) manat borc almış, avtomobolinin pasportunu, adına olan etibarnaməni İddiaçı vermişdir. 2. 24.02.2017-ci il tarixdə Tərtər RPŞ tərəfindən verilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1958-ci ildə Tərtər rayon Əskipara kəndində anadan olmuşdur və həmin ünvanda qeydiyyatdadır. 3. 29.08.2016-cı il tarixdə verilmiş Ə № 014533 saylı vəsiqənin surətinə əsasən İddiaçı İİ qrup Qarabağ Müharibəsi əlilidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh olan 10000 manat (on min) manat miqdarında borc pulun və hüquqi xidmət üçün ödədiyi 50 (əlli) manatın, cəmi 10050 (on min əlli) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İlkin idiia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, müharibə veteranıdır. Cavabdeh ilə heç bir ədavəti olmamış, münasibətləri yaxşı olmuşdur. Cavabdeh 24 avqust 2020-ci ildə Cavabdeh ondan 1(bir) il müddətinə qaytarmaq şərtilə 10000 (on min) manat miqdarında borc pul almışdır. Cavabdeh heç bir təzyiq olmadan ondan pul alması ilə bağlı qəbz yazıb vermişdir. Cavabdeh avtomobilini satıb ondan aldığı borc pulu qaytaracağını bildirmişdir. Söz verdiyi vaxtda pulu qaytarmadığı üçün ondan pulunun qaytarılmasını tələb etməyə başlasa da, cavabdeh borcunu qaytarmamışdır.
6. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə yazılı ərizə verərək, iddia tələbini qismən qəbul etdiyini, iddiaçıdan 6000 (altı min) manat pul götürdüyünü, işdə olan qəbzi özünün yazdığını, heç kimin ona təzyiq göstərmədiyini, iş üzrə əlavə sübutunun olmadığı bildirmişdir.
7. Cavabdeh məhkəmə iclası zamanı göstərmişdir ki, anasının xəstəliyi ilə əlaqədar 2020-ci ilin avqustun 24-də İddiaçı 800 manat pul götürmüşdür. Anasının kartını İddiaçı verdiyini bildirmişdir. İddiaçının təqdim etdiyi pulu alması barədə qəbzi özü heç bir təzyiq olmadan yazdığını göstərmişdir. Ümumilikdə 6000 manat pul götürdüyünü, qəbzə isə 10000 manat yazdığını bildirmişdir. Bu məqsədlə İddiaçı anasının kartını vermişdir. Hazırda onun İddiaçı 800 manat borcu qalmışdır. Göstərdiklərini təsdiq etmək üçün əlavə sübutu olma dığını bildirmişdir. İddia tələbini qismən qəbul etmişdir.
8. Tərtər rayon məhkəməsinin (X2) 2(061)-1695/2021 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 10000 (on min) manat pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, pul mübahisəsinə qədər tərəflər arasında münasibətlər yaxın olmuşdur. Onların arasında razılaşma olmuşdur. İddiaçı cavabdehə borc pul vermiş, lakin cavabdeh aldığı borcu hazırki dövrədək qaytarmamışdır.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh tərəf iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Lakin məhkəmə cavabdehin iddiaçıya həmin məbləğdə pul borclu olmasını və borcunu qaytarmamasını təsdiq edən yuxarıda qeyd oluna n cavabdehin izahatını və etiraf edici ərizəsini həqiqətə uyğun hesab etmiş və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab etmişdir.
11. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatının müqayisəli təhlili nəticəsi ilə müəyyən etmişdir ki, iddiaçı cavabdehə 10000 (on min) manat borc pul vermişdir. Lakin cavabdeh xeyli müddət pulu qaytarmamış və bununla da iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır.
12. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 329.2, 385.1, 386.1, 406.1, 448.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
14. Cavabde h apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi onun izahatını olduğu kimi yazmamışdır, izahatı təhrif olunmuşdur. O, iddiaçıdan 24 avqust 2020-ci il tarixdə yox, 24 avqust 2021-ci il tarixdə borc almışdır. Anasını müalicə etmək üçün pul lazım olduğundan borc pul almış, iddiaçı ona məxsus avtomobilin sənədlərini və anasının pensiya kartını girov götürdükdən sonra ona 10000 manata dair qəbz yazdırmışdır. Bankdan görüntülərin əldə edilməsinə dair, həmçinin şahidlərinin ifadəsinin alınmasına dair şifahi vəsatəti də təmin olunmamışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmamaqla maddi və prosessual hüquq normalarını n pozulmasına yol verməklə qətnamə qəbul etmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X5 və X7) 2(104)-994/2022 saylı 02 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehə verməsini sübut edilməsidir. Tələb edilən pulun iddiaçıya tam olaraq qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdeh borcunu tam və ya qismən qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bununla belə 10000 manat borc almasına da ir qəbzi özünün yazmasını bildirməklə yanaşı 6000 manat borc aldığını bildirmişdir.
17. Məhkəmə kollegiyası qeyd edilən xüsusata tənqidi yanaşaraq qeyd etmişdir ki, 10000 manat borc almasına dair qəbzin onun tərəfindən yazıldığını və heç bir kənar təsirə məruz qalmadığını bildirən cavabdeh məhkəmə iclasında təqdim etdiyi ərizəsində 6000 manat borc almasını bildirsə də, buna dair sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyasında təqdim etməmişdir. Bundan başqa, cavabdeh izahatının təhrif olunduğunu və vəsatətlərinin təqdim olunmadığını bildirsə də bunlara dair birinci instansiya məhkəməsinə protokola qeydlər təqdim etməmişdir. Ona görə də kollegiya bu qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla heç bir mötəbər sübuta söykənmir və cavabd ehin formal mülahizələrindən ibarətdir.
18. Kollegiya öz mövqeyini əsaslandırarkən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə, MM-in 385.1, 442, 448.1, 739.1, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassator qeyd etmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə yalnız iddiaçının tələblərini əsaslı saymış, onun əlavə etdiklərini əsassız saymaqla doğru olmayan nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxsləein iş üçün əhəmiyyətli olan və onlara məlim olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Təəssüflər olsun ki, məhkəmə onun ifadəsinə düzgün qiymət verməmiş və əsassız qərar qəbul etmişdir. Məhkəmə yuxarı sadaladığı pozuntulara yol verdiyindən əsassız qərar qəbul etmişdir.
21. Kassasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verm əli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2 Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
30. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
31. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan qəbzin məzmununda tərəflər, verilən pulun miqdarı, pulun borc kimi verildiyi qeyd edildiyindən bu qəbz tərəflər arasında yazılı formada borc müqaviləsinin bağlanmasını təsdiq edir və həmin borc müqaviləsi tərəflərin arasında hüquq və vəzifələrin yaranması üçün əsasdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qəbz əsasında iddiaçıdan 10000 manat borc alması təsdiq edilsə də, cavabdehin həmin borcu qaytarması barədə iş materiallarında heç bir sübut yoxdur.
37. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğ unu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
38. Azərbaycan Respublikasının MPM-nin: 39. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 40. - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
41. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
42. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normaların ın tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlili əsassız hesab edir.
43. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-994/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.