Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4362/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, iddia müddətinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2572/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixl i qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (hazırda ləğv prosesindədir, bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 24.05.2011-ci il tarixli ZB-Ə № Y-450 nömrəli kredit xətti müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 7 % ödəmək şərti ilə 200.000 manat məbləğində kredit verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabd ehdən 199.378,34 manat əsas borc, 8.800,34 manat faiz borcu, 33.781,80 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 241.960,48 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsinə əsasən Bankdan aldığı krediti və ona hesablanmış faizi ödəməyi öz üzərinə götürmüşdür. Lakin o, kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı qəbul etməmiş və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, izahatında bildirmişdir ki, iddia tələbi əsassız olduğundan və qanunla nəzərdə tutulmuş iddia müddəti keçdiyindən rədd edilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə ödənişlər etmiş, sonradan maddi vəziyyəti ilə əlaqədar ödəniş həyata keçirə bilməmişdir. Bu müddət ərzində, öhdəliyin icrası ilə bağlı ona qarşı heç bir tələb irəli sürülməmişdir. Onunla Bank arasında bağlanmış kredit müqaviləsinin icra müddəti 24 may 2016-cı il tarixdə bitmiş və həmin vaxtdan da iddia müddətinin axımı başlanmış və 3 illik iddia müddəti 24 may 2019-cu il tarixdə başa çatmışdır. Bank isə məhkəməyə iddia müddəti başa çatdıqdan sonra, yəni 01 noyabr 2019-cu il tarixdə müraciət etmişdir. Bu səbəbdən, məhkəmədən iddia müddəti tətbiq edi lməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1612/2020 nömrəli iş üzrə 13 fevral 2020-cu il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov) iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə 01 noyabr 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Belə ki, müqavilənin müddəti 24 may 2016-cı il tarixdə başa çatmış, qanunla müəyyən edilmiş 3 illik iddia müddətinin axımı həmin tarixdə başlamış, 24 may 2019-cu il tarixdə başa çatmışdır. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 376, 377.2, 378-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bank apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, sözügedən kredit müqaviləsi üzrə iddia müdd ətinin axımının müqavilənin icra müddətinin bitdiyi 24.05.2016-cı il tarixdən hesablanması və iddia tələbinin rədd edilməsi düzgün deyil. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək, iddiaçının mənafeyini və cavabdeh tərəfindən hüquqlarının pozulub-pozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə 200.000 manat kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Məhkəmə sözügedən mübahisəni araşdırmadan Bank tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək, iddianı rədd etmişdir. İddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ca vabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyinin pozulması təşkil edir. Beləliklə, iddiaçının hazırki iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icra olunmasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququndan irəli gəldiyindən iddia tələbi təmin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4795/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddia çının subyektiv hüququna qiymət vermədən, iddia müddətini tətbiq etməklə iddianı rədd etmiş, bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Odur ki, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında işə baxılmalıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin 24.05.2011-ci il tarixli ZB-Ə № Y-450 nömrəli kredit müqaviləsinə əsasən borcunun olması ilə bağlı iddia tələbi əsaslıdır. İddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən rədd olunmalıdır. Belə ki, müqavilə üzrə öhdəliyin icra müddəti 24 may 2016-cı il tarixdə bitmişdir. Bank Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən 3 ildən artıq müddət keçəndən sonra, iddia müddətini keçirməklə, 01.11.2019-cu il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 373, 375.2, 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-4992/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – A.Abbasov (sədrlik edən və məruzəçi), E.Vəliyeva və E.Şamayev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 10 iyun 2020-ci il tari xli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsi tətbiq edilərkən həmin maddənin tətbiqi üçün Mülki Məcəllənin digər normaları nəzərə alınmamışdır. Belə ki, iddia müddətinin vaxt hesabı ilə bitməsi özü-özlüyündə Mülki Məcəllənin 373.2-ci maddəsinin tətbiqi üçün əsas deyil. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə, iddia müddətinin axımı həm də şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Lakin apellyasiya məhkəməsi işin bu halını Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbləri baxımından müəyyən etməmişdir. Bu baxımdan, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə bağlı işin halı müəyyən edilmədən Mülki Məcəllənin 373.2-ci maddəsinin tətbiqi əsaslı sayıla bilməz. Bundan başqa, iddia müddəti tətbiq edilərkən iddia müddətinin axımının nə vaxtdan dayanması və kəsilməsi hallarının olub-olmaması da müəyyən edilməlidir. Mülki Məcəllənin 380-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Cavabdeh kredit müqaviləsi üzrə ödənişlər etdiyini bildirsə də, apellyasiya məhkəməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olan işin bu halı ilə bağlı hər hansı araşdırma aparmamış, iddia müddətinin axımının kəsilməsi vaxtının müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən cavabdehin sonuncu ödənişinin nə vaxt olması ilə bağlı işin halını müəyyən etməmişdir. Belə olan halda, iddia müddətinin tətbiqi barədə gəlinən nəticə də əsaslı sayıla bilməz. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2572/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ümumilikdə 241.960,48 manat məbləğində borc cavabdehin öz öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində yaranmışdır və Bankın ləğvedicisinin həmin məbləği cavabdehdən tələb etməyə subyektiv hüququ olmuşdur. Lakin iddiaçı bu tələbə dair iddia ərizəsi ilə məhkəməyə 01.11.2019-cu il tarixdə müraciət edərkən qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, cavabdeh tərəfindən kredit borcu üzrə sonuncu ödəniş 28 mart 2014-cü il tarixdə olmuş, müqavilənin müddəti isə 24.05.2016-cı il tarixdə başa çatmışdır. İddiaçı bu müddətin üzrlü səbəbdən ötürülməsinə, habelə iddia müddətinin axımının kəsilməsinə səbəb ola biləcək hər hansı hala dair məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh isə iddia müddətinin tətbiq edilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə yazılı ərizə təqdim etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində gətirdiyi dəlillər əsassızdır və birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddia müddətinin iddiaçı tərəfindən ötürülməsinə əsaslanaraq iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qətnamədən Bank kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Bank (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını, yaxud da işin yeni apellyasiya baxışına qay tarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Cavabdehin vəkili şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkə mənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tə ləbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş olunduğundan, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququ na müddət şamil edilir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə
378. Öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsas landırılma ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2572/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.