Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4362/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 İKB cavabdehlər X2 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhmən oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı1 İKB cavabdehlər X2 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4501/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh X3 tər əfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsi ilə İddiaçı1 İKB-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir.
2. Cavabdeh X2 tərəfindən qətnamədən ayrılıqda apellyasiya şikayətləri verilmiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2010 nömrəli, 16 iyun 2023-cü il tarixli qərardadı ilə cavabdehlər tərəfindən apellyasiya şikayətləri vaxtında verilmiş hesab edilərək baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməs inə gödərilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4501/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir.
4. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən qətnamə 21 may 2010-cu il tarixli məktubla cavabdehlərin məhkəməyə məlum olan ünvanlarına poçt vasitəsilə göndərilmiş, Cavabdeh2 ünvanlanmış məktub “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmış, digər cavabdeh Əziz Abdiyevə ünvanlanmış məktuba dair poçt xəbərnaməsində isə “Tağıyeva” soyadı yazılmaqla qəbul edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, qanunla müəyyən olunmuş müddət ərzində şikayət verilmədiyindən qətnamə üzrə verilmiş icra vərəqəsi icra edilməsi üçün xx.xx.2020 cu il tarixdə müvafiq İcra şöbəsinə göndərilmiş və icraata başlama barədə qərar qəbul edilmişdir. Daha sonra cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iş materialları ilə tanış olmuş, 22 may 2023-cü il tarixdə qəbzə imza etməklə qətnamənin surətini almış və 06 iyun 2023-cü il tarixdə elektron qaydada apellyasiya şikayəti vermişdir.
6. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki işdən göründüyü kimi qətnamə elan edildiyi gün, yəni 19 may 2010-cü il tarixdə cavabdeh Əziz Abdiyev məhkəmə prosesində iştirak etmiş, işin nəticəsi barədə məlumatlı olmuşdur. Bundan başqa, mülki işdə olan İddiaçı1 İKB-nın birinci instansiya məhkəməsinə ünvaladığı xx.xx.2010-cu il tarixli məktubunda qeyd edilir ki, cavabdeh Əziz Abdiyev məhkəmə qətnaməsi çıxdıqdan son ra kredit müqaviləsi üzrə borcun gecikdirilmiş hissəsini ödəmişdir. Birinci instansiya məhkəməsi isə qətnaməni cavabdehlərin müvafiq ünvanları üzrə göndərməsinə, icra vərəqəsi verərək qətnaməni icraya yönəltməsinə, cavabdehin borcundan müəyyən hissə ödənilməsinə baxmayaraq, cavabdehlərin 13 ildən sonra şikayət verməsi üzrə prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, poçt məlumatlarını dəqiqləşdirməmiş, cavabdehlərin qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, hətta zərurət yarandığı halda, icra işlərini tələb edərək baxış keçirməmiş, qeyd edilən hallara diqqət yetirməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-in 363.1.3-cü maddəsinə əsasən şikayətin q aytarılması üçün əsasdır.
7. Məhkəmə aktı qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxsə göndərildiyi təqdirdə isə həmin şəxsin sonradan qətnaməni təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Cavabdeh X3 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin apellyasiya qaydasında baxılmasının mümkün hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-nin135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sah ibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. İş materiallarından göründüyü üzrə cavabdehlərə ünvanlanmış məktub geri qayıtmış, digəri isə sadəcə “Tağıyeva” soyadı qeyd edilməklə qəbul edilmişdir ki, birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərinə uyğun olmayan prosessual addımı ilə ortaya çıxan hər iki məqam müvafiq qanun normasının tələblərinə cavab verməməklə pozuntu hesab edilir və cavabdehlər Yasamal Rayon Məhkəməsinin 2(004)-2402/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsini rəsmi qaydada almış hesab edilmirlər. Bu səbəblə Bakı Apellyasiya Məhkəməsinin apellyasiyanın mümkünsüzlüyünə dair 2(103)-4501/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının nəticə hissəsi ilə əsaslandığı məqamlar uyğun deyildir. Bu da həmin qərardadın ləğv edilməsi üçün əsaslardan biridir. Digər məsələ ondan ibarətdir ki, nəyə görə əgər Yasamal Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdırsa həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra edilməsi üçün yalnız xx.xx.2020-cu il tarixdə müvafiq İcra şöbəsinə göndərilmiş və icraata başlama barədə qərar qəbul edilmişdir. 10 il müddətincə məhkəmə hansı səbəblə müba hisələndirilən qətnaməni icra edilməsi üçün göndərməmişdir? Və daha maraqlı məqam ondan ibarətdir ki, nəyə görə Bakı Apellyasiya Məhkəməsi bu məsələyə toxunmamışdır. Bu nüans sadəcə iş materialı kimi çıxarılmış qanunsuz qərardada əlavə edilmişdir. Sonuncu məqam ondan ibarətdir ki, apellyasiya məhkəməsi qeyd edir ki, “Nikoyl İKB-nın birinci instansiya məhkəməsinə ünvaladığı xx.xx.2010-cu il tarixli məktubunda qeyd edilir ki, cavabdeh Əziz Abdiyev məhkəmə qətnaməsi çıxdıqdan sonra kredit müqaviləsi üzrə borcun gecikdirilmiş hissəsini ödəmişdir. Lakin məhkəmə araşdırmamışdır ki, cavabdehə məxsus “Mercedes Benz 320” markalı, ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin borcun qarşılığı olaraq Banka təhvil verilməsi və sonrasında olmuş hərəkətlər necə davam etmişdir. Bu da Bakı Apellyasiya Mə hkəməsinin müddət ötürülməklə apellyasiya şikayəti verildiyinə görə yox, məhz qərəzli bir şəkildə işə mahiyyəti üzrə baxmaq istəməməsindən qaynaqlanmışdır. b)
10. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarı 11....Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilav asitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin “Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarı
12. Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq ed ilməsini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
13. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
15. Maddə
146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir.
16. Maddə
360. Apellyasiya şikayəti məhkəmə q ətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 363.1.3-cü bəndinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, geri qaytarılır.
17. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, geri qaytarılır.
18. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
19. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətind ə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, məhkəmə müdafiəsi hüququndan istifadə etməni prosessual qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində həyata keçirmək prosess iştirakçıları nın hüququ olmaqla bərabər həm də vəzifəsidir. Bu vəzifəni icra etməmə, uzun müddət hərəkətsizilk göstərmə onların mənafeyinə uyğun qiymətləndirilməməlidir. 26. 2010-cu ildə qanuni qüvvəyə minməklə icraya yönəldilmiş məhkəmə aktından cavabbeh tərəfindən 13 il sonra verilmiş şikayətin mümkün hesab etməməkdə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Əks yanaşma qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini onlar barədə məlumatı olan şəxslərə hətta uzun illər sonra istədiyi vaxt mübahisələndirmək imkanı verir ki, belə vəziyyət hüquqi müəyyənlik və mülki dövriyyənin sabitliyi prinsiplərinə açıq-aşkar ziddir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2006-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarının istənilən anda ləğv edilməsi mümkünlüyü qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqelərə görə isə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan vəziyyət hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən, prosesdə iştirak edən şəxslərin yekun məhkəmə ak tlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.
28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti qeyri-mümkün hesab etməkdə haqlı olmuşdur, ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4501/2023 nömrəli iş üzrə 24 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən s axlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.