Məhkəmə qərarları › İş №2(102)-4363/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4363/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4363/2020 13.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X5 və cavabdehlərdən X1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019- cu il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Əliyev iş № 2(001)-126/2019) Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 16 nömrəli X3 Tresti, Cavabdeh2 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, 16 nömrəli X3 Trestindən 1.400.000 manat əsas borc, 182.202,17 manat faiz borcu, 100.000 manat cərimə borcu olmaqla, cəmi 1.682.202,17 manat pulun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan X2 məxsus XXX yönəldilməsi, ipoteka predmeti olan XXXilkin satış qiymətinin 800.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcunun ödənilməsinin təmin edilməsi, ipoteka pred meti satıldıqdan sonra X1 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər İ.K.Xəlilov, İ.S.Şirinov, İ.Ə.Kərimli, iş № 2(103)-1978/2020) mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən LPO İddiaçı XXXtərəfindən verilmiş apellyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.K.Xəlilov, İ.S.Şirinov, İ.Ə.Kərimli, iş № 2(103)-1978/2020) X1 apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Ray on Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi tələbin ipoteka predmeti olan X2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1 -ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan XXXilkin satış qiymətinin 800.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra Verdiyevə NəzakətBaba qızının1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilmiş, iddia həmin hissədə rədd edilmişdir. Həmin qətnamədən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmiş, işə kassasiya şikayəti əsasında Azərb aycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılması xx.xx.2020-ci il tarixə saat 11:45-ə təyin edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsində olan yanlışlıq və açıq hesab səhvlərin aradan qaldırılması barədə X1 nümayəndəsi və vəkili X4 ərizəsinə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair həmin məhkəmənin 2(103)-1978/2020 saylı, xx xxxx 2020-ci il tarixli məktubu Ali Məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş məhkəmə baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 402-409, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş məhkəmə baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar