Məhkəmə qərarları › İş №2(102)-4363/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4363/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4363/2022 19.07.2022 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2022-ci il tarixli 2(105)-190/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1474,58 ABŞ dolları əsas, 1072,84 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 734,38 ABŞ dolları faiz və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2 014-cü il tarixli qərarına əsasən hesablanan 215 ABŞ dolları kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh 1183,78 ABŞ dolları əsas, 861,39 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 589,20 ABŞ dolları faiz və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 172 ABŞ dolları kredit borcunun, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan «Volswagen Passat» markalı, qara rəngli, buraxılış ili 1984-cü il olan, **-BS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun ödənilməsinə tam kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2015-ci il tarixli, 2065 saylı kredit müqaviləsi üzrə qalan 1474,58 ABŞ dolları əsas borc, 10 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 734,38 ABŞ dolları faiz borcu və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 215 ABŞ dolları kredit borcu olmaqla cəmi 2433,96 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, xx.xx.2015-ci il tarixli, 2065 saylı kredit müqaviləsi üzrə borc məbləğinin Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş «Volswagen Passat» markalı, qara rəngli, buraxılış ili 1984-cü il olan, **-BS-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması və satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-nə olan borc ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 14500 (on dörd min beş yüz) ABŞ dolları müəyyən edilməsi, xx.xx.2015-ci il tarixli, 2066 saylı kredit müqaviləsi üzrə qalan 1183,78 ABŞ dolları əsas borc, 10 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 589,20 ABŞ dolları faiz borcu və Konstitusiya Məhkəməsi nin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 172 ABŞ dolları kredit borcu olmaqla cəmi 1954,98 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin avtomobilin ilkin satış qiyməti hissəsində ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2(105)-190 /2022 nömrəli qətnaməsi ilə iddiaçının nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 19 may 2021-ci il tarixli e-2(012)401/2021 saylı qətnaməsi avtomobilin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli, 2065 saylı kredit müqaviləsi üzrə qalan 1474,58 ABŞ dolları əsas borc, 10 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 734,38 ABŞ dolları faiz borcu və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 215 ABŞ dolları kredit borcu olmaqla cəmi 2433,96 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ö dənilməsi, xx.xx.2015-ci il tarixli, 2065 saylı kredit müqaviləsi üzrə borc məbləği Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş «Volswagen Passat» markalı, qara rəngli, buraxılış ili 1984-cü il olan, **-BS-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-nə olan borcun ödənilməsi və ipoteka predmetinin ilkin likvid satış qiymətinin 2500 (iki min beş yüz) manat müəyyən edilməsi, xx.xx.2015-ci il tarixli, 2066 saylı kredit müqaviləsi üzrə qalan 1183,78 ABŞ dolları əsas borc, 10 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 589,20 ABŞ dolları faiz borcu və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 172 ABŞ dolları kredit borcu olma qla cəmi 1954,98 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini və ipoteka predmetinin qiymətinin dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qaytarılmalıdır. Belə ki, İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti ilə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az, yəni 1954,98 ABŞ dollarının Azərbaycan manatına ekvivalentini təşkil edən 3.323,46 manat təşkil edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslandırma hissəsində kredit borcunun məbləği hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı hesab etdiyi halda, nəticə hissəsində həmin tələbin təmin edilməməsinin göstərilməsinin yazı xətası olub-olmamasının dəqiqləşdirilməsi üçün müvafiq apellyasiya məhkəməsinə ərizə ilə müraciət edilə bilər. Məhkəmə kollegiyası həmçinin ipoteka predmetinin ilkin satış qiymətinin 2500 manat müəyyən edilməsini, iddiaçının isə həmin əmlakın dəyərinin daha az olmasını iddia etməsini nəzərə alaraq, bu tələbin də qiymətinin beş min manatdan az təşkil etdiyini müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 408.1 və 408.1.1-ci maddələrinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 408.1, 408.1.1ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı ləğv prosesində olan İddi açı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2022-ci il tarixli, 2(105)-190/2022 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar