Məhkəmə qərarları › İş №2(102)-4364/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4364/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4364/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X1 Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə, “X1 Korporasiyası” ASC-nin İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: vurulmuş ziyanın ödənilməsi, vicdanlı sahibin əmlaka çəkdiyi zəruri xərclərin və yaxşılaşdırmaların əvəzinin ödənilməsini tələb etmək hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-309/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “X1 Korporasiyası” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə (bundan sonra – iddiaçı) cavabdeh “X1 Korporasiyası” ASC (bundan sonra – cavabdeh) arasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə cavabdeh ASC tərəfindən inşa edilmiş 7 saylı binada yerləşən 80 saylı 2 otaqlı mənzil (bundan sonra - mübahisəli mənzil) dair bağlanmış 04 oktyabr 2012-ci il tarixli, 16174 saylı müqavilə ilə satıcı olan cavabdeh ASC mənzili alıcı olan iddiaçıya satmağı, sonuncu isə müqavilədə nəzərdə tutulmuş qaydada, yəni hissə-hissə, ayda 845,29 manat olmaqla, 36 ay müddətində mənzilin dəyəri olan 50430,44 manatı ASC-yə ödəməyi öhdələrinə götürmüşlər. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 11.12.2012-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bu müqaviləyə əsasən Bankdan illik 12 faiz dərəcəsi ilə 33 ay müddətinə 23659,13 manat məbləğində kredit götürmüşdür. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 10.03.2015-ci il tarixli qətnaməsi ilə (İş № 2(008)-359/2015) hazırki iş üzrə cavabdeh ASC-nin hazırki iş üzrə iddiaçıya qarşı irəli sürdüyü mənzilə dair bağlanmış 04.10.2012-ci il tarixli, 16174 saylı müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq ASC-yə təhvil verilməsi qət etmişdir. Həmin qətnamənin qəbul edilməsinə əsas olmuş mülki iş apellyasiya və kassasiya instansiya məhkəmələrinin baxışı predmeti olmuş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC tərəfindən verilmiş arayışa əsasən iddiaçının 03.07.2014-cü il tarixinə olan 22705,74 manat məbləğində borcu cavabdeh ASC tərəfindən Banka tam olaraq ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia ərizəsi ilə rayon məhkəməsinə müraciət etmiş iddiaçı, mübahisəli mənzilə görə ASC-yə ödədiyi cəmi 51418 manat, mənzilin təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 30000 manat, ASC-nin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun cavabdeh ASCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etm işdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin alğı-satqısı ilə bağlı alıcı olan iddiaçı ilə satıcı olan cavabdeh ASC arasında 04.10.2012-ci il tarixdə müqavilə bağlanmışdır. Bundan bir müddət sonra ASC hazırki iş üzrə iddiaçıya qarşı “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 10.03.2015-ci il tarixli qətnaməsi ilə ASC-nin iddiasının təmin olunması, müqavilənin ləğv edilməsi və mənzilin hazırki iş üzrə iddiaçıdan alınaraq ASC-yə təhvil verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə minmişdir. Bununla da iddiaçı, faktiki sahibi olduğu, uzun müddət ailəsi ilə yaşadığı mənzilindən mərhum olmuş, həmin mənzildə əsaslı təmir-tikinti işləri aparmaqla həmin mənzildə ailəsi ilə bi rlikdə gələcəkdə yaşamaqda davam etmək arzusunun olmasına, mənzilin dəyərini, adına kredit almaqla birlikdə artıqlaması ilə ödəməyinə baxmayaraq evi əlindən alınmış və ona, ailəsinə çox ciddi maddi və mənəvi ziyan vurulmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisəli mənzil ASC tərəfindən iddiaçıya təhvil verildikdən sonra, iddiaçı həmin mənzili əsaslı təmir etdirmiş və təmirə 30000 manat xərc çəkmişdir. Hazırda mənzil ASC-yə qaytarıldığından həmin məbləğ ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Daha sonra nəzərə alınmalıdır ki, cavabdeh ASC mənzillə bağlı problemləri süni şəkildə yaratmış və mənzili iddiaçıdan almağa iddialı olduqları vaxtdan, eləcə də iddiaçını uzun müddət məhkəmələrə cəlb etdiyindən, iddiaçı və onun ailə üzvləri yeganə yaşayış yerlərindən çıxdığından iddiaçı çox ciddi mənəvipsixoloji sarsıntı keçirmiş, hətta bir neçə dəfə buna görə intihar etmək istəmişdir. Ona görə də ASC iddiaçıya vurduğu mənəvi zərəri ödəməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 10000 manat məbləğində qiymətləndirir. Cavabdeh ASC də iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ilk iddia üzrə iddiaçının ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 18000 manat, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun ilk iddia üzrə iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi rayon məhkəməsi tərəfindən icraata qəbul edilərək ilk iddia ilə birlikdə baxılmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandı rılmışdır ki, iddiaçı uzun müddət ASC-yə məxsus mənzildə yaşasa da, mənzilə görə pul ödəməmişdir. İddiaçı 2012-ci ildən halhazıradək mənzilin pulunu ödəməyərək orada yaşamış, mənzili geri qaytarmamış və nəticədə ASC-yə maddi ziyan dəymişdir. ASC vaxtında həmin mənzili başqasına satsaydı mənzilin pulunu dövriyyəyə buraxar və gəlir əldə edə bilərdi. Belə olan halda iddiaçıdan cavabdeh ASC-nin xeyrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439-cu maddəsinə əsasən illik 5 faiz hesabı ilə 18000 manat pul tutulmalıdır. Birinci instansiya məhkəməsi mənzilin təmirinə görə çəkilmiş xərclərin əvəzinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyini alaraq tədqiq etmiş dir. Qeyd edilən Mərkəzin 30.01.2018-ci il tarixli, 30184 saylı rəyindən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04.10.2012-ci il tarixli, 16174 saylı müqaviləsi üzrə İddiaçı təhvil verilməsi nəzərdə tutulmuş 3 otaqdan ibarət, ümumi sahəsi 80 kv.metr olan mənzilin təmirinə sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 20054,0 manat olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzilin konstruktiv elementləri üzərində aparılmış təmir işlərinin yeni təmir olduğunu, həmin konstruktiv elementlər üzərində köhnəlmə, deformasiya uğrama, rəngdəyişmə kimi qüsurların olmadığını nəzərə alaraq, həmin mənzilin təmirinə sərf olunan vəsaitin hesablanması zamanı aşınma dərəcəsi tətbiq edilmir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (hakim Fuad Abdıy ev) 17.05.2018-ci il tarixli qətnaməsi ilə (“qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” 03.09.2018-ci il tarixli qərardad nəzərə alınmaqla) ilk iddianın qismən təmin edilməsini, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən mənzilə görə ödənilmiş pulun əvəzi olaraq 28581,55 manat, mənzildə aparılmış təmir xərcinin əvəzi olaraq 20054 manat, ilk iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ASC-dən tutularaq iddiaçıya ödənilməsini, ilk iddianın qalan hissədə təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini, ASC-yə vurulmuş maddi zərərin əvəzi olaraq 18000 manat, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun iddiaçıdan cavabdeh ASC-nin xeyrinə tutulmasını qət etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında əvvəlki məhkəmə mübahisəsi üzrə məhkəmə qərarları hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, həmin məhkəmə icraatı çərçivəsində İddiaçı Mahiyəddin oğlu tərəfindən 04.10.2012-ci il tarixli, 16174 saylı mənzilin alğı-satqı müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi, o cümlədən həmin müqavilənin icrası üzrə ASC-yə ümumilikdə ödənilmiş məbləğ göstərilmişdir. Bu baxımdan hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan həmin qərarlara əsasən 04.10.2012-ci il tarixli, 16174 saylı mənzilin alğı-satqı müqaviləsi üzrə ümumilikdə 27628,29 manat məbləğində pul ödənilmiş, müqavilənin qüvvədə olma müddətinin bitdi yi tarixə iddiaçı ümumilikdə 9 ay üzrə ödəniş etmiş, 27 ay üzrə ödəniş etməmişdir. İddiaçı hazırda da həmin mənzildə yaşayır. Məhkəmə ilk iddianın “cavabdehə nağd ödənilmiş pulun qaytarılması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehə nağd şəkildə 27759 manat məbləğində pulun ödənildiyini iddia etməklə bu məbləği ondan tələb etsə də, həm qeyd edilən məhkəmə icraatı çərçivəsində, həm də iddiaçı tərəfindən təqdim edilmiş məxaric qəbzlərindən müəyyən edilir ki, 04.10.2012-ci il tarixli, 16174 saylı mənzilin alğı-satqı müqaviləsi üzrə ümumilikdə 27628,29 manat məbləğində pul ödənilmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə qismən təmin edilməli və 27628,29 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ilk iddia tələbinin “kredit müqaviləsi əsasında öd ənilmiş 23659 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı "xxxx" ASC ilə aralarında bağlanmış 11.12.2012-ci il tarixli kredit müqaviləsinə istinadən cavabdehə nağd şəkildə ödənilmiş məbləğlə yanaşı, eyni zamanda "xxxx" ASC-dən götürmüş 23659 manat məbləğində pulun ödənildiyini də iddia edir və bu məbləği də cavabdehdən tələb edir. Cavabdeh bu halı qəbul etməmiş və iddiaçı tərəfindən ASC-yə ümumilikdə ödənilmiş məbləğin məhkəmə qaydasında müəyyən edildiyini bildirmişdir. Eyni zamanda, "xxxx" ASC-nin maliyyə arayışından müəyyən edilmişdir ki, ASC tərəfindən iddiaçının "xxxx" ASC qarşısında icra edilməmiş öhdəlikləri üçün ümumilkdə 22705,74 manat məbləğində pul vəsaiti “banka ödənilmişdir. Bununla da bank tərəfindən kredit qismində götürülmüş 2365 9 manat məbləğində pulun ASC-yə ödənilməsi öz təsdiqini tapır. Lakin, göründüyü kimi, sonradan ASC tərəfindən 22705,74 manat məbləğində pul məhz həmin öhdəlik üzrə idiaçının əvəzinə banka ödənilmişdir. Bununla belə, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdeh ASC-dən iddiaçının xeyrinə (23659-22705,74=953,26) 953,26 manat məbləğində pul tutulmalıdır. Məhkəmə ilk iddianın “təmirə çəkilmiş xərclərin əvəzinin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənzildə təmir işlərinin aparılmasına ümumilikdə 30000 manat məbləğində vəsait sərf etdiyini göstərməsinə baxmayaraq, iş çərçivəsində təyin edilmiş məhkəmə texniki-tikinti ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş ekspert rəyində mənzilin təmir inə (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) 20054,0 manat məbləğində vəsaitin sərf edildiyi göstərilmişdir. Tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş və mənzilin iddiaçı tərəfindən boşaldılaraq ASC-yə təhvil verilməsi qət edilmişdir. Bununla belə, mənzil ASCyə təhvil verildikdən sonra cəmiyyət həmin mənzilin hər hansı digər alıcıya satılması üçün tam hüquqlu olacaqdır və bu zaman mənzilin qiyməti müəyyən edilərkən təbii ki, onun təmirli olması da nəzərə alınacaq və həmin münasibətlərdən iddiaçı deyil, bilavasitə ASC faydalanacaqdır. Halbuki, iddiaçı mənzili ASC ilə aralarında hər hansı müqavilə bağlamaqla və ASC-nin sifarişi əsasında və məhz ASC üçün təmir etməmişdir. İddiaçı 04.10.2012-ci il tarixli, 16174 saylı mənzilin alğı-satqı müqaviləsinə əsaslanaraq və onun müqavilə üzrə müəyyən edilmiş dəyərini ödəmək niyyətində olaraq, həmin mənzildə yaşamaq məqsədi ilə onu təmir etmiş və bunun üçün vəsait sərf etmişdir. Bununla belə, məhkəmə belə qənaətə gəlmişir ki, cavabdeh “ASC hər hansı hüquqi əsas olmadan həmin mənzilin təmirinə sərf edilmiş vəsaitdən (artıq mənzilin dəyərini artıran bir amil olaraq) faydalanacaq və bu hal cavabdehin əsasız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 yanvar 2018-ci il tarixli, 30184 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlmişdir ki, cavabdeh hər hansı hüquqi əsas olmadan təmirin dəyəri qismində əldə etmiş 20054,0 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Məhkəm ə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, nəticə etbarı ilə tərəflər biri birinə maddi zərər vurmuşdular. Belə ki, ASC iddiaçı tərəfindən mənzilə görə ümumilikdə ödənilmiş məbləğdən ötən dövr ərzində faydalanmış, eyni zamanda, iddiaçı tərəfindən tələb olunan məbləğdə ödənişin edilməməsi nəticəsində maddi ziyana uğramışdır. Bununla bağlı da, nəticədə tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş, mənzilin boşaldılması və ASC-yə təhvil verilməsi qət edilmiş, həmçinin də məhkəmə hazırda ASC-dən iddiaçının xeyrinə pul tutulmalı olması qənaətinə gəlmişdir. Lakin iddiaçı 36 ay ərzində hər ay 845,29 manat məbləğində ödəniş etmək barədə ASC qarşısında öhdəlik götürsə də, cəmi 9 ay üzrə ödəniş etmiş, 27 ay üzrə ödəniş etməmişdir. Müqavilə müddəti bitdiyi, 04.10.2015-ci il tarixdən b ugünədək də həmin mənzildə yaşayır. İddiaçı həmin mənzili alanda mənzil təmirsiz olmuş və tərəflər arasında müqavilə bağlandıqdan sonra iddiaçı həmin mənzildə təmir işlərinə başlamış və yalnız bundan sonra mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Bu işlərin görülməsi də təbii ki, vaxt tələb edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, müqavilə müddəti dövründə iddiaçının həmin mənzildə yaşadığı müddət qismində son 2 il (04.10.2013-04.10.2015-ci il tarixləri) əsas götürülməlidir. Eyni zamanda, müqavilə müddəti bitdiyi 04.10.2015-ci il tarixdən hazırki vaxtadək iddiaçı mənzildə yaşayır. Bu da təxminən 2 il 7 ay təşkil edir. Hüquqi nəticə etibarı ilə iddiaçı təmənnasız olaraq qeyd edilən mənzildən daimi yaşayış yeri kimi istifadə edir və bununla da cavabdeh ASC-yə maddi zərər vurur. Tə mənnasız (ödənişsiz) yaşayış müddəti və bunun nəticəsində vurulmuş zərər məbləği müəyyən edilməklə iddiaçıdan tutularaq ASC-yə ödənilməlidir. Məhkəmə hesab etmişdir ki, zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. Belə ki, tərəflər arasında mənzilin kirayə müqaviləsi bağlanmasa da, həqiqi vəziyyətə məhz bu münasibətlər nəticəsində mövcud olan qiymətlər, yəni kirayə haqqı əsas götürülməlidir. Hər bir halda, iddiaçı ASC-yə məxsus mənzildə ödənişsiz əsaslarla yaşamaqla ona maddi zərər vurmuşdur. İddiaçı özünə məxsus olmayan başqa hər hansı mənzildə yaşadığı təqdirdə bunun üçün etməli olduğu ödənişlər məhz kirayə haqqı qismində ödənilmiş olacaqdır. Aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, 04.10.2012-ci il tarixli, 1 6174 saylı müqavilənin predmeti olan mənzilin göstəricilərinə uyğun mənzillərin kirayə haqqı 300-400 manat məbləğindədir (internet saytlardan əldə edilmiş məlumatlar). Belə olan halda ASC-yə vurulmuş aylıq zərər məbləği qismində məhz 400 manat məbləği qəbul edilməlidir. İddiaçının ASC-yə məxsus mənzildə ümumilikdə 55 ay (müqavilə müddəti ərzində 24 ay + bundan sonra 2018-ci ilin may ayı da daxil olmaqla təxminən 2 il 7 ay, yəni 31 ay = cəmi 55 ay) yaşaması əsas götürüldüyü təqdirdə ümumi zərər məbləği (55 ay x 400 manat = 22000 manat) 22000 manat təşkil etmiş olur ki, bu məbləğ ASC tərəfindən tələb edilən məbləğdən də artıq olur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia “İddiaçı Mahiyəddin oğlundan 18000 manat məbləğində zərərin tutulması” hissəsində əsaslıdır və təmin edilm əlidir. Hər iki tərəf qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan təmirə görə pulun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdeh ASC-dən iddiaçının xeyrinə təmirə görə 18048,06 manat pulun tutulması qət olunmuş, qətnamə (“qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” 03.09.2018-ci il tarixli qərardad nəzərə alınmaqla) qalan hissədə, yəni cavabdeh ASC-dən mənzilə görə ödənilmiş 28581,55 manat, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçıya verilməsi, iddiaçıdan 18000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd edilmişdir ki, cavabdeh ASC-dən iddiaçının xeyrinə ümumilikdə (dövlət rüsumunun əvəzi də nəzərə alınmaqla) 46659,55 manat məbləğində pul tutulmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 27628,29 manat məbləğində pulun mənzilin alğı-satqısına görə iddiaçı tərəfindən müxtəlif vaxtlarda hissə-hissə cavabdeh ASC-yə ödənilməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən ödədiyi həmin məbləği tələb edir. Cavabdeh ASC-nin isə həmin tələbə etirazı ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 424.4-cü maddəsinin tələblərinə görə, müqavilənin ləğvinə qədər öhdəlik üzrə icra olunan geri tələb oluna bilməz. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, 04.11.2012-ci il tarixli, 16174 saylı müqavilənin ləğv edilməsi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunmuşdur. MPM-nin 82.3-cü maddəsinə görə isə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş üzrə tərəflər arasında mövcud olan mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzi fələrini vicdanla həyata keçirməyə borcludurlar. Tərəflər arasında mənzilə dair bağlanmış müqavilənin 3.1.8-ci maddəsinə görə, müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda, alıcı tərəfindən ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq, alıcı tərəfindən ödənilmiş məbləğin qalıq hissəsini isə mənzili başqa şəxsə satdıqdan sonra hissə-hissə alıcıya qaytarmaq satıcının hüququdur. Mülki Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qəd ərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). Məhkəmə müqavilənin həmin bəndinə əsasən müəyyən etmişdir ki, cavabdeh ASCnin ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq hüququ o zaman yaranır ki, müqavilə alıcının təşəbbüsü ilə ləğv edilsin. Deməli, bütün digər hallarda (müqavilə satıcının təşəbbüsü ilə ləğv olunduğu halda da) alıcının hüququ var ki, müqavilə ləğv olunan vaxta kimi ödədiyi məbləğləri tələb etsin. Hazırki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, 04.11.2012-ci il tarixli, 16174 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı cavabdeh ASC olmuşdur. Bundan başqa, həmin bənddən o d a məlum olur ki, müqavilə alıcının təşəbbüsü ilə ləğv olunduğu hallarda cavabdeh ASC-nin yalnız ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq hüququ yaranır. Qalıq məbləği isə geri qaytarmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi iddiaçı tərəfindən mənzilə görə ödənilmiş məhkəmə araşdırması zamanı məbləği 27628,29 manat müəyyən edilmiş ödənişlərin cavabdeh ASC-dən tutularaq iddiaçıya qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Tərəflər arasında mübahisəli digər bir məsələ iddiaçı tərəfindən mənzilin təmirinə görə çəkilmiş xərclərlə bağlıdır. Cavabdeh ASC təmirə görə çəkilmiş xərcin ondan tutulması ilə razı deyil. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi təmirə görə iddiaçı tərəfindən çəkilmiş xərclərin cavabdeh ASC-dən tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İstinad edilən normalara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı təmirə görə çəkilmiş xərclərin ona ödən ilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi mənzilin təmirinə görə çəkilmiş xərclərin əvəzinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyini alaraq tədqiq etmişdir. Qeyd edilən Mərkəzin 30.01.2018-ci il tarixli, 30184 saylı rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin təmirinə sərf edilmiş pul vəsaitinin 20054 manat olduğu müəyyən edilmiş, bu zaman ekspert təmir işlərinin hazırda mövcud olan bazar qiymətlərini əsas götürmüşdür. Göründüyü kimi, mənzilin təmirinə çəkilmiş vəsaitin məbləğini müəyyən edərkən mövcud, yəni hazırki dövrə aid qiymətləri əsas götürmüşdür. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə alaraq iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin rəyini almışdır. Ekspertiza Mərkəzi tərəfindən verilmiş 03.09.2020-ci il tarixli, 10/10 nömrəli rəylə müəyyən edilmişdir ki, həmin mənzilin təmir edildiyi dövrdə 2012-ci ildə tikinti materiallarının və haqqının dəyəri əsas götürülməklə mənzilin təmirinə sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 20054 manatdır. Mənzilin təmirinə 10% aşınma dərəcəsi tətbiq edilərək təmirə sərf olunmuş vəsaitin dəyəri 18048,6 manatdır. Məhkəmə hesab etmişdir ki, təmir xərclərinə görə iddiaçı tərəfindən çəkilmiş məbləğ sonuncu rəydə göstərilən məbləğdə müəyyən edilməlidir. Belə ki, həmin rəyin əsassız olmasına əsas verən halların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən e dilməmiş, iş üzrə tərəflər həmin rəyi şübhə altına ala biləcək sübutları Məhkəməyə təqdim edə bilməmişlər. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə iddiaçının təqsiri üzündən ləğv edildiyindən onun mənzilə görə dədiyi pul ona geri qaytarılmamalıdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələrinə istinad edərək birinci instansiya məhkəməsinin təmirə görə iddiaçı tərəfindən çəkilmi ş xərclərin ASC-dən tutulması barədə gəldiyi nəticə ilə razılaşmaqla da səhvə yol vermişdir. Belə ki, iddiaçı mənzilin təmirini mənzilin pulunu ödəmədən və ASC ilə hər hansı razılaşma olmadan həyata keçirmişdir. İddiaçı mənzili təmir etdirərkən risk daşıdığını qabaqcadan görməli, ASC iddiaçı qarşısında hər hansı öhdəlik götürmədiyinə görə iddiaçının çəkdiyi xərc üzrə məsuliyyət daşımamalı, iddiaçıya mənzilin təmirinə çəkilən vəsaitə görə pul ödəməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhk əmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ed ilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh ASC qətnaməni yalnız ilk iddia tələbinin təmin edilən hissələrində mübahisələndirir. İddiaçı isə qətnamədən kassasiya şikayəti verməmişdir. Ona görə də, məhkəmə aktı yalnız mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etm ək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müb ahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kolleqgiyası qeyd edir ki, tərəflər arasında mənzilə dair bağlanmış müqavilənin 3.1.8-ci maddəsinə görə, müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda, alıcı tərəfindən ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq, alıcı tərəfindən ödənilmiş məbləğin qalıq hissəsini isə mənzili başqa şə xsə satdıqdan sonra hissə-hissə alıcıya qaytarmaq satıcının hüququdur. Göründüyü kimi müqaviləyə alıcını təşəbüsü ilə ləğv edilməsi halında satıcıya müqavilə üzrə ödənilmiş ilkin ödənişin və ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini qaytarmamaq hüququ verilmişdir. Deməli müqavilənin şərtlərinə görə alıcının (iddiaçının) ödədiyi digər məbləğləri tələb etmək hüququ hətta müqaviləyə alıcının təşəbbüsü ilə ləğv edildiyi halda da mövcuddur. İddiaçının bu hüququ istisna edə hər hansı bir müqavilə şərti və ya qanunverilik norması yoxdur. Mənzilə iddiaçı tərəfindən çəkilmiş təmirlə bağlı xərcin ASC-dən tələb edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin mənzildə ASC ilə bağlanan müqavilə əsasında yaşamış və mənzildən qanuni əsaslarla sahiblik və istifadə etmişdir. Yəni o, mənzilə münasibətdə vicdanlı sahib olmuşdur. Mənzilin alğl-satqısı ilə bağlı müqavilənin ləğv edilməsi (hüquqi əsasın sonradan aradan qalxması) iddiaçıya mənzillə bağlı çəkilmiş xərclərin (həm zəruri xərclərin, həm də yaxşılaşdırmaların) əvəzini mülkiyyətçidən tələb etmək hüququ vardır. Əks halda cavabdeh ASC iddiaçının hesabına əsassız varlanmış olar. Bunun üçün ASC-nin razılığının olub-olmaması, ASC-nin mənzilin təmir xərcinin ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik götürüb-götürməməsi əhəmiyyət kəsb etmir. İddiaçının bu tələbinin əsası qanundan irəli gəlir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci madəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-cı maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “X1 Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-309/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar