Məhkəmə qərarları › İş №2(102)-4365/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4365/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4365/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi iştirakı ilə. Cavabdeh1 Baki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Qaradağ Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim:R.K.Mürsəlov 2(002)-318/2018) iddia tələbi qismən təmin edilmiş, iddiaçı xxxx Bank Olma yan Kredit Təşkilatı MMC ilə Cavabdeh3 arasında imzalanmış 29 avqust 2014cü il tarixli ************** saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 müstərək qaydada 26989,48 ABŞ dolları əsas borcun, 6243,66 ABŞ dolları faiz borcunun, cəmi 33233,14( otuz üç min iki yüz otuz üç dollar on dörd sent) ABŞ dolları (ödənildiyi zaman manat məzənnəsi ilə) və ipoteka predmetinin sığorta edilməsi üçün ödənilmiş 150,08 manat sığorta haqqının, bildirişlərin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı xxxx BOKT MMC-yə ödənilməsi, tutma Bakı şəhəri, ************** nömrəli evin 1-ci mərtəbəsində 46,46 kv.m ümumi, 28,26 kv.m yaşayış və 18,2 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 44 nömrəli mənzi lə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 63000 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracdan satılması, satışdan əldə edilmiş məbləğ yaranmış borcun ödənilməsinə yönəldilməsi, yaranmış borc ödənildikdən sonra qalan məbləğ cavabdeh X2 qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 manat dövlət büdcəsinə, 150 manat isə xxxxnə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8 yanvar 2019-cu tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov (sədrlik edən və məruzəçi) A.N.İmanov və V.N.Sadıqov; 2(103)-847/2019) iddiaçı xxxx Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlərin ape llyasiya şikayəti rədd edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinnin 12 aprel 2018-ci il tarixli qətnaməsi kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində dəyişdirilmiş, xxxx Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 29 avqust 2014-cü il tarixli, ************** saylı kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcunun məbləği 9738 (doqquz min yeddi yüz otuz səkkiz) ABŞ dolları 80(səksən) sent (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) müəyyən edilməsi, qətnamənin əsas borcun və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirlmədən saxlanılması, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 müs tərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı xxxx BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh3 ilə imzalanmış 29 avqust 2014-cü il tarixli ************** saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlərdən cəmiyyətin xeyrinə müştərək qaydada 27025,43 ABŞ dolları məbləğində dəbbə borcunun, cəmi isə 324477,68 ABŞ dolları məbləğində kredit borcunun və bildirişlərin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması və Bakı şəhəri, *********************************************** nömrəli evin 1-ci mərtəbəsində 46,46 kv.m ümumi, 28,26 kv.m yaşayış və 18,2 kv.m yardımç ı sahədən ibarət 2 otaqlı 44 nömrəli mənzilinin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxxx BOKT MMC-nin X10 iddia tələbinin dəqiqləşdirməsinə dair əlavə kredit müqaviləsinə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada 27025,43 ABŞ dolları məbləğində əsas borcun,7283,18 ABŞ dolları faiz borcun və 7004,58 ABŞ dolları məbləğində dəbbə borcunun, bildirişlərin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınması, tutmanın ipoteka predmetinə yönəldilməsi və onun ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılmaqla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xx BOKT MMC-nin X10 iddia tələbinin artırılması barəə ərizə verərək, Cavabdeh3 ilə imzalanmış 29 avqust 2014-cü il tarixli ************** saylı kredit müqaviləsinin ləğv edilməsi, 27025,43 ABŞdolları məbləğində əsas borcun, 10782,98 ABŞ dolları cari faiz borcun və 18339,56 ABŞ dolları məbləğinə dəbbə borcunun, cəmi isə 56147,97 ABŞ dolları məbləğində kredit borcunun, ipoteka predmetinin sığorta edilməsi üçün ödənilmiş 150,08 manat sığorta haqqının, bildirişlərin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 alınması və Bakı şəhəri, ************** nömrəli evin 1-ci mərtəbəsində 46,46 kv.m ümumi, 28,26 kv.m yaşayış və 18,2 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 44 nömrəli mənzilin ilkin satış qiyməti 40000 manat məbləğind ə müəyyən edilməklə açıq hərracdan satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki,iddiaçı “xxxx” BOKT MMC ilə Cavabdeh3 arasında 90000 ABŞ dolları məbləğində kredit verilməsini nəzərdə tutan müqavilə bağlanmış və 01 sentyabr 2014-cü il tarixdə ona illik 18 faiz olmaqla 84 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi X5ma məxsus Bakı şəhəri, ******************************** nömrəli evin 1-ci mərtəbəsində 46,46 kv.m ümumi, 28,26 kv.m yaşayış və 18,2 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 44 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsinə dair 01 sentyabr 2014-cü il tarixdə BAKU ************** saylı ipoteka müqaviləsi və Cavabdeh1 və X4 ilə 01 sentyabr 2014-cü il tarixli BAKU ************* saylı z aminlik müqaviləsi bağlanmışdır. Cavabdeh3 tərəfindən kredit üzrə ödəniş qrafik üzrə aparılmamış, sonuncu ödəniş 11 iyul 2016-cı il tarixdə 300 ABŞ dolları məbləğində edilmişdir. Aralarında olan mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə tərəflərindən dəfələrlə xəbərdarlıq edilsə də qeyd olunan kredit müqaviləsinin şərtləri cavabdehlər tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımi qaydada icra edilməmişlər. Odur ki, Cavabdeh3 ilə imzalanmış 29 avqust 2014-cü il tarixli BAKU *************** saylı kredit müqaviləsininin ləğv edilməsi, 27025.43 ABŞ dolları məbləğində əsas borcun, 10782,98 ABŞ dolları cari faiz borcun və 18339,56 ABŞ dolları məbləğində dəbbə borcunun, cəmi isə 56147,97 ABŞ dolları məbləğində kredit borcunun, ipoteka predmetinin sığorta edilməsi üçün ödən ilmiş 150,08 manat sığorta haqqının, bildiirşlərin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun birgə qaydada cavabdehlər Cavabdeh1, X6 və X1 alınması və Bakı şəhəri, *********************************** nömrəli evin 1-ci mərtəbəsində 46,46 kv.m ümumi, 28,26 kv.m yaşayış və 18,2 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 44 nömrəli mənzilinin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (həm də X3 nümayəndəsi) iddianı qəbul etməyərək göstərmişdir ki, “xxxx” BOKT MMC ilə Cavabdeh3 arasında 90000 ABŞ dolları məbləğində kredit verilməsini nəzərdə tutan müqavilə bağlanmış və 01 sentyabr 2014-cü il tarixdə ona i llik 18 faiz olmaqla 84 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi X5ma məxsus Bakı şəhəri, ******************************** nömrəli evin 44 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsinə dair 01 sentyabr 2014-cü il tarixdə BAKU ************* saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilədə ipoteka predmetinin qiyməti 48000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İddiaçı təşkilat tərəfindən hesablanmış faiz və dəbbə məbləğinin şişirdilmişdir. Belə ki, o, banka olan borcunun xeyli hissəsini ödəsə də bank həmin pulu faizə çıxmaqla əsas borcdan çıxmamışdır. Halbuki bank qəbul edilmiş məbləği birinci növbədə əsas borca hesablamalı idi. Hazırda iddiaçı təçkilat ona qarşı iddia tələbinin artırılmasına dair əlavə ərizə təqdim etmişdir. Orada göstərilən faiz və cərimə borcu ilə razı olmamaqla iddianın qismən təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki,apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402,403-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1,390.1,422.1 maddələrinin tələbləri pozulmaqla əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Kredit götürən zaman müqavilə dollarla bağlasa da əslində ona manatla pul verilmiş və ödənişləri manatla ödəyəcəyi bildirilmişdir.Dolların kursu qlxdıqdan sonra yeni k urs ilə ödəniş tələb edilmişdir.Köhnə məzənnə ilə ödəniş etmək istədikdə isə heç bir güzəşt edilməmişdir.Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında kredit borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi üçün şərait yaradılmış, vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi nəzərdə tutulmuşdur. Həmin fərmanın 6-cı bəndində göstərilmişdir ki, bu Fərmanın 7.1 -ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edilməsi, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağım nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülməsi, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görülməsi qeyd edilmişdir. Həmin Fərmanın 8.9 bəndində faizləri silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; Həmin Fərmanın 8.10-cu bəndində məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər gör ülməsi nəzərdə tutulur. Götündüyü kimi həmin fərmanın icrası ilə əlaqədar vaxtı keçmiş faiz və cərimə borcunun tutulması tamamilə əsassızdır və işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hal larını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə ə laqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından, o cümlədən iddiaçı ilə Cavabdeh3 ilə aralarında bağlanmış 29 avqust 2014-cü il tarixli, BAKU *************** saylı kredit müqaviləsinə əsasən, Kredit təşkilatı gələcəkdə borcalana 90000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində kredit verməyi, borcalan alacağı krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci maddəsinə əsasən hissə-hissə verilən kreditin hər bir hissəsinin məbləği, illik 30-dan artıq olmayan faizi, məqsədli təyinatı, qaytarılma ardıcıllığı və müddəti bu müqavilənin tərkib hissəsi olan razılaşmalarla müəyyən edilir. 31.08.2014-cü il t arixli İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmetini iddiaçı qarşısında ipoteka ilə yüklü etmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İpoteka müqaviləsində illik 30 faizdən çox olmamaq şərti ilə 120 aydan artıq olmayan müddətə 90000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində kredit verilməsi mümkünlüyü nəzərdə tutulmuşdur. X6, Cavabdeh1 və X4 notariat qaydada ərizə təqdim edərək, ipoteka predmeti olan mənzilin yüklü edilməsinə razılıq vermişlər və tutma yönəldiləcəyi halda mənzili tərk etməyi öhdələlərinə götürmüşlər. 01 sentyabr 2014-cü il tarixli, ************** saylı İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış razılşamaya əsasə n, kreditin illik faiz dərəcəsi 18%, müddəti 84 ay, məbləği 30000 ABŞ dolları müəyyən edilmişdir. Sonuncu müqavilədən irəli gələn öhdəliklərin icrasına təminat olaraq eyni tarixli zaminlik müqaviləsinə əsasən X4 və Cavabdeh1 birgə məsuliyyəti öz üzərilərinə götürmüşlər. 01.05.2015-ci il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişlərə əsasən, kredit müqaviləsi üzrə ödənilməmiş qalan 28402,02 ABŞ dolları kredit borcunun qaytarılması müddəti illik 18 faiz dərəcəsi ilə 14 ay müddətinə uzadılmaqla 90 ay müəyyən edilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 04 aprel 2017-ci il tarixli, ************ saylı rəyə əsasən, ipoteka predmeti olan mənzilinin 04 aprel 2017-ci il tarixə bazar dəyəri 63000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 12 yanvar 2018-c i il tarixli, 16140 saylı rəyinə əsasən, Cavabdeh3 30.05.2017-ci il tarixədək Kredit Təşkilatına olan borcu əsas borc üzrə 26989,48 ABŞ dolları, faiz borcu üzrə 6243,66 ABŞ dolları olmaqla, cəmi 33233,14 ABŞ dolları müəyyən olunmuşdur. Kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulsa da, Kredit Təşkilatı tərəfindən təqdim olunmuş hesabatdan çıxarış məlumatlarında cərimə hesablanmamışdır. Buna görə tədqiqatla borcalanın cərimə borcu müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -432.3-cü maddəsinə əsasənəgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir. - 470.1 -ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulm ayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 477.0.1-ci mаddəsinin tələbinə görə, zaminliyin təmin etdiyi öhdəlik zаminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zаminliyə xitаm verilir. - 739.1-ci mаddəsi ilə müəyyən edilmişdir ki, bоrc müqаviləsinə görə iştirаkçılаrdаn biri (bоrc verən) pulа və yа digər əvəz edilən əşyаlаrа mülkiyyət hüququnu digər iştirаkçıyа (bоrc аlаnа) keçirməyi öhdəsinə götürür, digər iştirаkçı (bоrc аlаn) isə аldıqlаrını müvаfiq оlаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа оlаn eyni növlü əşyаlаr şəklində bоrc verənə qаytаrmаğı öhdəsinə götürür. - 739.2-ci mаddəsinə əsаsən isə bоrc müqаviləsinin predmeti hər hаnsı pul məbləği оlduqdа, о, kredit müqаviləsi аdlаndırılır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: -33-cü maddəsinə əsasənborclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. -36.3-cü maddəsinə əsasənipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. -36.4-cü maddəsinə əsasəntutmanın yönəldilməsi proseduru tutmanın yönəldilməsi haqq ında bildiriş verildikdən sonra 7 təqvim günü ərzində qeydiyyat ərizəsi ipotekanının dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda davam edə bilməz: -36.5-ci maddəsinə əsasənipoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. -37-ci maddəsinə əsasənipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpotekaya tutmanın yönəldilməsi barədə şikayətə ərizənin daxil olduğu gündən məhkəmə tərəfindən 1 ay müddətində baxılır.Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır.İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. -39.2-ci maddəsinə əsasənipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Belə işlərə məhkəmə ərizənin daxil olduğu gündən 1 a y müddətində baxır.Qərardan şikayət verildiyi halda, bu Qanunun 37.2-ci maddəsində nəzərdə tutulmuş qayda tətbiq edilir.İpoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. -59.3-cü maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyy ətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi MÜƏYYƏN etmişdir ki,birinci instansiya məhkəməsi əsas borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində düzgün qənaətə gəlsə də, tutulmalı olan faiz borcunun məbləğində əsaslı nəticəyə gəlməmişdir.Belə ki, iş üzrə 30.05.2017-ci il tarixdə ekspertiza təyin olunmuş və həmin tarixədək borcalanın iddiaçıya olan borcunun hesablanması barədə sual qoyulmuşdur. Ekspertizanın keçirilməsindən sonra, 19.02.2018-ci ildə Bank iddia tələbinin həcminin artırılması barədə yeni ərizə təqdim etmiş, cavabdehdən 10782,98 ABŞ dolları faiz borcu tələb etmişdir. Apellyasiya baxışı zamanı əlavə məhkəmə-mühasibatl ıq ekspertizası təyin edilmiş və Məhkəmə ekspertiza mərkəzinin 22295 saylı, 27.11.2018-ci il tarixli ekspertiza rəyinə əsasən, iddia həcminin artırılması barədə ərizənin verildiyi 19.02.2018-ci il tarixə Cavabdeh3 iddiaçıya 26989,48 ABŞ dolları əsas, 9738,80 ABŞ dolları faiz borcu olmaqla, cəmi 36728,28 ABŞ dolları borcunun yarandığı müəyyən edilmişdir. Rəy kifayət qədər əsaslandırılmışdır, onun məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Ekspert rəyində müəyyən edilmiş faiz borcu məbləğini əsaslandırılmışdır.Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdehlər Bankdan qeyd olunan məbləğdə kredit götürüldüyünü mübahisələndirməmiş, iddiaçıya daha az məbləğdə borcun qaldığı (daha artıq məbləğdə ödəniş edildiyi) barədə hər hansı sübut təqdim etməmişlər.Birinci instansiya məhkəməsi müstəqil qiymətləndiricinin rəyi əsasında ipoteka predmetinin ilkin satış qiymətini 63000 manat müəyyən etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Cavabdehlər əmlakın dəyərinin fərqli olduğu barədə hər hansı sübut təqdim etməmişlər. Bundan başqa, ölkə ərazisində yeganə ödəniş vasitəsi milli valyuta olduğu üçün ipoteka predmetnin ilkin satış qiyməti də manatla müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz borcunun tutulması hissəsində dəyişdirilməli, faiz borcunun məbləği 9738,80 ABŞ dolları müəyyən edilməli, cavabdehlərin apellyasiya şikayəti təmin olunmamalıdır. Beləliklə, apellyasiya qay dasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıd ır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 08 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar