Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4365/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cəlal qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı LPO “xxxx” QSC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (İ.Xəlilov) xx xxx 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 Banka olan 35215 (otuz beş min iki yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində əsas borcun, 11309 (on bir min üç yüz on doqquz) manat 73 (yetmiş üç) qəpik məbləğində faiz borcunun, 10000 (on min) manat məbləğində cərimə üzrə borcunun, ümumilikdə 56524 (əlli altı min beş yüz iyirmi dörd) manat 90 (doxsan) qəpik məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq QSC «xxxx» Kommersiya Bankının xeyrinə ödənilməsi, QSC «xxxx» Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh2 qızma məx sus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində istifadədə olan 0,0812 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 59,97 kv.m ümumi, 35,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan qızları Cavabdeh4 və Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində istifadədə olan 0,0812 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 59,97 kv.m ümumi, 35,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzildən, həmin mənzil hərracda satıldıqdan sonra bir ay ərzində çıx arılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən T.Səmədov, hakimlər İ.Şirinov və E.Kazımov) Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsinin Cavabdeh1 10000 manat cərimə borcun tutulması hissəsində dəyişdirilərək, cərimə məbləği 3000 manat müəyyən edilməklə, cəmi müqavilə üzrə 49 524,9 manat məbləğində borcun Cavabdeh1 tutularaq Qapalı Səhmdar Cəmiyyəti «xxxx» Kommersiya Bankına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı LPO “xxxx” QSC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini on unla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin cərimə məbləği hissəsində ləğv edilməsini və həmin hissədə işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: QSC “xxxx” Kommersiya Bankı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızma, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbin ə dair iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət edərək, QSC «xxxx» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 35215 (otuz beş min iki yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində əsas borcun, 11309 (on bir min üç yüz on doqquz) manat 73 (yetmiş üç) qəpik məbləğində faiz borcunun, 29382 (iyirmi doqquz min üç yüz səksən iki) manat 33 (otuz üç) qəpik məbləğində cərimə üzrə borcun, ümumilikdə 75907 (yetmi beş min doqquz yüz yeddi) manat 23 (iyirmi üç) qəpik məbləğində borcun, 20 (iyirmi) manat dövlət rüsumunun və 35215 (otuz beş min iki yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində əsas borcun ödənilməsi anma xx xxxxxx 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən hesablanmalı illik 40 faiz cərimə məbləğinin hesablanmaqla tutulması, tutmanın Qapalı Səhmdar Cəmiyyəti «xxxx» Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində istifadədə olan 0,0812 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 59,97 kv.m ümumi, 35,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzil satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri - X1, Cavabdeh4 və Cavabdeh1, onlar yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin yalnız cərimə məbləği hissəsində ləğv edilməsini tələb etmişdir. Ona görə də məhkəmə kollegiyası həmin hissədə izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Qapalı Səhmdar Cəmiyyəti «xxxx» Kommersiya Bankının «Sahil» filialı ilə Cavabdeh1 arasında xx xxxxxx 2008-ci ildə kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 38675 (otu z səkkiz min altı yüz yetmiş beş) manat məbləğində kredit verilmişdir. Həmçinin iş materiallarından görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1nm öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində istifadədə olan 0,0812 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 59,97 kv.m ümumi, 35,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzili xx xxxxxx 2008-ci il tarixli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İşə əlavə edilmiş xəbərdarlıqdan və bildirişdən görünür ki, cavabdeh şəxs Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və b unun nəticəsində cavabdehin Banka 35215 (otuz beş min iki yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində əsas borcu, 11309 (on bir min üç yüz on doqquz) manat 73 (yetmiş üç) qəpik məbləğində faiz borcu, 29382 (iyirmi doqquz min üç yüz səksən iki) manat 33 (otuz üç) qəpik məbləğində cərimə üzrə borcun, ümumilikdə 75907 (yetmi beş min doqquz yüz yeddi) manat 23 (iyirmi üç) qəpik məbləğində borcu və 35215 (otuz beş min iki yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində əsas borcun ödənilməsi anına xx xxxxxx 2008-ci il tarixli кredit müqaviləsinə əsasən hesablanmalı illik 40 faiz cərimə məbləğində borcu yaranmışdır. Yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 29382,33 manat dəbbə pulunu birinci instansiya məhkəməsi əsas borca mütənasib saymayaraq, həmin məbləğin azaldılaraq 10000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq saymışdır. Apelyasiya instansiyası məhkəməsi bu hissədə birinci instansiya məhkəməsi ilə razılaşmayaraq qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 10000 manat məbləğində cərimə pulunun tutulması tənasübsüz sürətdə yüksək olduğundan dəyişdirilərək, 3000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən «dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir…» Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm ə mlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instnasiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 10000 manat cərimə borcun tutulması hissəsində dəyişdirərək, cərimə məbləğini 3000 manat müəyyən etməklə, cəmi müqavilə üzrə 49 524,9 manat məbləğində borcun Cavabdeh1 tutularaq Qapalı Səhmdar Cəmiyyəti «xxxx» Kommersiya Bankına ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmə diyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO “xxxx” QSC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4365/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4365/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver