Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4366/2020 13.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili x oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-cu il tarixli, xnömrəli qətnaməsindən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili x Şirvan oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia qaldıraraq, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.x x.2016-cı il tarixli müqaviləyə əsasən 353.610,85 manat və 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim S.Bəhrəmzadə) xx xxxxxx 2019-cu il tarixli, 2(003)-2896/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 353.610,85 manat və 30 manat dövlət rüsumu, cəmi 353.640, 85 (üç yüz əlli üç min altı yüz qırx manat səksən beş qəpik) manatın tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin Cavabdeh1 pulun tutulması hissəsində təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sərlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəm əsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili x oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh hüquqi şəxsin müflis olması ilə bağlı hazırkı işə baxılması dayandırılmalı idi. Belə ki, Cavabdeh2 MMC-nin müflis elan edilməsinə dair iş məhkəmənin icraatındadır. Bundan əlavə, hazırkı mübahisə əslində iki hüquqi şəxsin arasında yaranmışdır. Cavabdeh kimi qoyulmuş fiziki şəxsə qarşı iddia isə rədd edilmişdir. Belə olan halda işə ümumi məhkəmədə baxılmalı deyildi. Odur ki, apelyas iya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarına riayət etməmişdir. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Əkrəm Həsənov kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-c ı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İcraçı Cavabdeh2 MMC ilə sifarişçi İddiaçı ASC xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, həmin müqavilə “Sifarişçi”nin bankın müştərilərinə göstərdiyi bank xidmətlərinə (əmanətçilərin depozitlərinin artırılması, müştərilər tərəfindən kreditlərin qaytarılması, müştərilərin kart hesablarının artırılması, müştərilərin cari hesablarının artırılması) görə onun müştərilərinin və ya onların adından digər ödəyicilərin etdiyi pul ödəmələrinin “İcraçı” tərəfindən Cavabdeh2 ödəmə terminalları, veb saytları vas itəsilə yığılması və yığılmış həmin pul vəsaitlərinin “Sifarişçi”nin hesablaşma hesabına ötürülməsi ilə bağlı xidmətlərin göstərilməsi, “Sifarişçi” tərəfindən isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 01 saylı əlavədə göstərilən müvafiq Xidmət haqqının icraçıya ödənilməsi ilə bağlı Tərəflər arasında yaranacaq hüquq münasibətlərinin tənzimlənməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 2.1.9-cu bəndində göstərilmişdir ki, həftə ərzində yığılan pul vəsaitinin növbəti həftənin bazar ertəsi saat 18:00-dan gec olmayaraq, sifarişçinin hesablaşma hesabına köçürülməsini təmin etməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən icraçı həftə ərzində toplanan pul vəsaitlərini bu Müqavilənin 2.1.9-cu bəndində istərilən müddətdə sifarişçinin hesabına köçürülməsini təmin etmədikdə icraçıya qarşı h ər gecikmiş təqvim gününə görə, ödənişi gecikdirilmiş pul vəsaitinin 0,01 %-i miqdarında cərimə tətbiq olunur. Həftə ərzində toplanan pul vəsaitlərinin sifarişçinin hesabına ödənilməsi icraçı tərəfindən 10 (on) gündən artıq gecikdirildikdə, sifarişçi bu müqavilənin ləğv edilməsini və ona dəymiş zərərin ənilməsini tələb edə bilər. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh2 Ödəmə Terminalları vasitəsi ilə xx.xx.2019cu xx.xx.2019cu tarixləri arası ödənişlərin yığımı haqqında xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktının surətindən görünür ki, 2019-cu ilim iyul ayının sonuna olan qalıq məbləğ 353 610.85 manat təşkil edir. Cavabdeh2 MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh2 MMC-yə xx.xx.2019-cu il tarixə banka olan 353 610.85 manat borcun ödənilməsi tələb edilmiş, ödənilmədiyi təqdirdə isə barəsində hüquqi tədbirlərin görülməsi üçün müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh2 MMC-nin üzərinə xx.xx.2016-cı il tarixli müqavilədə həftə ərzində yığılan pul vəsaitinin növbəti həftənin bazar ertəsi saat 18:00-dan gec olmayaraq, sifarişçinin hesablaşma hesabına köçürülməsini təmin etməsi vəzifəsi qoyulmuşdur. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Qeyd olunan müddəaya əsasən iddiaçı və cavabdeh arasında müqa vilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllə də təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tə rkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 MMC arasında mövcud xidmət müqaviləsi üzrə şərtlərə, yəni öhdəlik üzrə etməli olduğu hərəkətlərə sonuncu tərəfindən əməl edilməməklə, onun üzərinə düşən öhdəlik lazıminca icra edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir, ona görə ki, Müflisləşmə və iflas haqqında Azərbaycan Respublikasını Qanununun 18-ci maddəsinin 2ci hissəsinin a) bəndinə görə borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur. Həmin maddənin 1-ci hissəsinə əsasən, borclunun müflis elan olunmasının məqamları borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanu ni qüvvəyə minməsi tarixi və ya bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixidir. Qanunun 13-cü maddəsinin 1-ci hissəsinə görə, borclunun məhkəmə qaydasında müflis elan olunmasından sonra əmlak inzibatçısı kreditorların ilkin yığıncağını bütün məlum kreditorlara və əgər borclu dövlət müəssisəsidirsə müvafiq icra hakimiyyəti orqanına yığıncaq barəsində bildiriş göndərmək yolu ilə çağırır. Həmin yığıncaq borclunu müflis elan etmək barəsində müvafiq məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci 15 gün ərzində keçirilməlidir. Hazırkı işdə isə Cavabdeh2 MMC-nin müflis elan olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı və digər sənədlər təqdim edilməmişdir. Bundan əlav ə, Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinin iddia qaldırılan tarixdə qüvvədə olan redaksiyasına görə, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4366/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4366/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver