Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4367/2020 13.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh, vəkili X2 və İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(010)-4264/2019, hakim A.A.Qasımov) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 38.400 manat və ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə 2.000 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-859/2020, hakimlər T.S.Səmədov, İ.S.Şirinov və E.C.Kazımov) İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 49.000 manat və 2.000 (iki min) ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, tərəflər arasındakı borc müqaviləsi şifahi bağlandığı üçün, borcun qaytarılması zamanı da yazılı formaya riayət edilmədiyi və buna görə də borcun qaytarılmasını təsdiq edən sübutun təqdim edilməsinin müm künsüzlüyü nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, iddiaçı isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdehin 2017-ci ildən fevral ayından ayrı-ayrı vaxtlarda şifahi borc müqaviləsi əsasında hissə-hissə olmaqla cəmi 49.000 manat və 2.000 min ABŞ dolları məbləğində borc aldığına və hazırda da həmin məbləği qaytarmaqdan yayındığında istinad edərək həmin məbləğin cavabdehdən onun xeyrinə tuutlmasını tələb edir. Cavabdeh isə bildirmişdir ki, iddiaçıdan həqiqətən də 49000 manat və 2000 ABŞ dolları məbləğində faizə borc götürmüş, lakin həmin pulları artıqlaması ilə qaytarmışdır. İddiaçı dəfələrlə onun barəsində müxtəlif hüquq-mühafizə orqanlarına müraciət etmiş və o, həmin qurumlara dəfələrlə vermiş olduğu izahatlarda iddiaçının qeyd etdiyi məbləğdə borcunu artıqlaması ilə qaytardığını bildirmişdir. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385-ci maddəsinin t ələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər həmin Məcəllənin öhdəliklərin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir. Deməli, iddiaçı kreditor kimi digər şəxsdən vəzifəsinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün cavabdehin borclu kimi öhdəliklərinin əmələ gəlməsinin hüquqi əsasını sübut etməlidir. Tərəflərin izahatları ilə mübahisəsiz qaydada təsdiq eidlir ki, cavabdeh iddiaçıdan 2017-ci ildə müxtəlif vaxtlarda 18.000 manat, 12.000 manat, 11.000 manat, 8.000 manat və 2.000 ABŞ dolları məbləğində borc almışdır. İddiaçı cavabdeh tərəfindən 10.600 manat məbləğində pul ödənildiyini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinin tələblərinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi üzrə hüquqi dəyərləndirmə apararkən sonuncu tərəfindən yazılı sübut təqdim edimədiyi tədqirdə cavabdeh etiraf etdiyi məbləğlərlə bağlı iddiaçı həmin miqdarda pul verdiyini sübut etmək vəzifəsindən azaddır. Bu zaman əgər cavabdehlər borcunun etiraf olunmuş borcları ilə əlaqədar öhdəliklərinin icra olunmasını qeyd edirlərsə, qaytarmağı sübut etmək vəzifəsi məhz onların üzərinə düşür. Cavabdeh həqiqətən də iddiaçıdan ayrı-ayrılıqda iddiaçının göstərdiyi miqdarda pul aldığını etiraf etmiş, lakin göstərilən məbləği tam ödənildiyini göstərsə də, iddiaçı tərəfindən bu hal təsdiqlənməmiş, lakin sonun cu 10600 manat pulun cavabdeh tərəfindən qaytarılmasını etiraf etmişdir. Bu halda, cavabdeh yalnız həmin məbləğdə borcun qaytarılması faktını sübut etmə vəzifəsindən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hessab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4367/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4367/2020
13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver